Vaxt gələr, axtarıb gəzərlər məni
97
Yaxşı tanı bizim elləri, ay dost,
Biz əzəldən qədir bilənlərdənik.
Heç vaxt tək yemərik qazancımızı,
Tikəmizi yarı bölənlərdənik.
Yaxşı dostu candan əziz tutarıq,
Harayına harda olsa çatarıq,
Qəmli günlərində qəmə batarıq,
Xoşbəxt günlərində gülənlərdənik.
Türk övladlarıyıq, türkdür əslimiz,
Çox qovğadan qalib çıxıb nəslimiz,
Hər gün milyon-milyon çoxalırıq biz,
Dünyaya əbədi gələnlərdənik.
Birimiz can qoyar yüzümüz üçün,
Yüzümüz bir kəlmə sözümüz üçün,
Biz can bəsləmərik özümüz üçün -
El üçün, xalq üçün ölənlərdənik.
DAĞLARIN
Kəklik oylağıdır, qartal yuvası,
Qılınc qaşı, haça beli dağların.
Haray salar dərələrə, düzlərə
Ərköyün suları, seli dağların.
Görmüşəm qışını, baharını mən,
Qızıl laləsini, ağ qarını mən,
Sevmişəm şahanə vüqarını mən,
Mərd olur obası, eli dağların.
Qəddi əyilməyib hələ yaşından,
Mərd çıxıb zamanın hər savaşından,
Dünya alt-üst olar, əgər başından
XEYBƏR İGİDƏLİYEV
98
Əksik olsa bircə teli dağların.
SÖZÜ QİYMƏTLİ ŞAİRƏ
(1969-cu ildə B.Vahabzadənin
Əlibayramlıya gəlişi münasibətilə yazılmışdır)
Ucaldıb şöhrətə, şana yetirib
Əzəldən qiymətli söz sənətkarı.
Bizim Kür üstünə səfa gətirib
Elimin, yurdumun öz sənətkarı.
Yolu düşməsə də bu tərəflərə,
Həmişə söhbəti, sözü gəlibdir,
Xəyalı dolanıb gəzən yerlərə
Bu gün zəhmət çəkib özü gəlibdir.
Bu gün söz sənindir, şair, danış, din,
Ürəklərcə oldu sən hər nə dedin,
Təravət gətirdin, saflıq gətirdin
Vurğunla yüksələn sözə, şairim.
“Vicdanın səsi” hər qəlbi dolaşdı,
Hər sirli, düyünlü “Etiraf” açdı,
“Şəbi-hicran” yana-yana danışdı
Füzuli eşqindən bizə, şairim.
Şeirlə yoğrulub bu torpağımız,
Şeirlə alışır od-ocağımız,
Hələ çoxdur səndən umacağımız
Ey sözü, kəlməsi təzə şairim.
Ömrümün bəhərli, barlı çağıdır
Sinəndə qaynayan söz bulağıdır,
Mənim arzum Sənə “cansağlığı”dır -
Vaxt gələr, axtarıb gəzərlər məni
99
Yaş demə əlliyə, yüzə, şairim.
Bizə babalardan qalıb yadigar,
Şeir də, sənət də söz də uludur.
Qoy o kəslər çıxsın bu gün meydana
Sinəsi şeirlə, sözlə doludur.
Şeir kitabını yaraşıq üçün
Alıb səf-səf rəfə düzənlər də var.
Şeirə başqa vaxtda dodaq büzənlər,
Şair məclisində başda oturar.
Adam tanıyıram təvəllüd güdüb,
Kitab gətiriblər qaralıb günü.
Nədənsə bir gözdə tutmuruq bəzən
Qalstuk satanla kitab satanı.
Çox vaxt unudulub təxirə düşür
Kitab aylıqları, şeir həftəsi.
Gərək qoymasınlar vəzifəyə də
Şair təbiəti olmayan kəsi.
OLSUN
(Xalq artisti Zeynəb Xanlarovanın
Əlibayramlı (indi Şirvan) şəhərinə
gəlişi zamanı deyilmişdir)
Oxu, ay el qızı, səsinə qurban,
Sevdalı könlümdən qəm uzaq olsun.
Doğma dilimizdə istərəm sənin
Nəsibin həmişə oxumaq olsun.
Xoş keçsə də bu gün hər saatımız,
XEYBƏR İGİDƏLİYEV
100
Əbədi deyildir bu həyatımız,
Oxu, könül açsın muğamatımız -
Beş günlük ömürdür, keyf-damağ olsun.
“Şur”a başlayanda coşma, tələsmə,
Amandır “Segah”ı yarıda kəsmə,
Hər nadan sözündən incimə, küsmə -
Qəlbində sönməyən bir marağ olsun.
Sən zilə çəkəndə “Bəstənigar”ı,
Mən də xatırlayım o nazlı yarı,
Neylərsən şöhrəti, mənsəbi, varı -
Təki el içində üzün ağ olsun.
Kamala dolduqca bu dövranda sən,
Yaşa arzu kimi min bir canda sən,
Bu şeiri “Rast” üstdə oxuyanda sən,
Söylə, Zeynəb xanım, Xeybər sağ olsun.
1972
VAR MƏNİM
Ölüm yaşı deyil əlli, altımış,
Talehimdən möhlət borcum var mənim.
Altımışın zirvəsinə qalxıram,
Yetmişə, ya qismət. borcum var mənim.
Bu sirr deyil, nə gizlədim, nə danım,
Bəzən mənə tor qurubdur dörd yanım,
Yaxşı adamlara qurbandır canım,
Yamanlara nifrət borcum var mənim.
Dünyanın işləri oyundur-oyun,
Vaxt gələr, axtarıb gəzərlər məni
101
Qurdlar çoxaldıqca tükənir qoyun,
Yaşadım, kimsəyə əymədim boyun,
Nə bir kəsdən minnət borcun var mənim.
Tanrı verdiyini bir gün alacaq,
Töhfəmiz beş arşın kəfən olacaq.
Kimdənsə yaxşılıq, hörmət qalacaq,
Kiməsə bir rəhmət borcum var mənim.
Xeybərəm, çox uydum şeirə, qəzələ,
Yazdım, pozdum, ömrüm keçdi söz ilə,
Zülfünə dən düşmüş bir şux gözələ
Gecikmiş məhəbbət borcum var mənim.
1990
PAPAQ ALTDA ŞAİR VARMIŞ
(Həmyerlim, dostum, istedadlı şair
Miryusif Mirnəsiroğluna)
Onun hər kitabı dövlətmiş, varmış,
Oxudum, ilhamım sellərə döndü.
Demə, papaq altda şair yatırmış,
Oyandı, Mirnəsiroğlu göründü.
Özüylə yüksəltdi sözün yerini
Sabir zirvəsinin bulağı kimi,
Basdıq bağrımıza hər əsərini
Füzuli şeirinin budağı kimi.
Əsrin qəm-kədərin yeyən şairim
Bizə bir sevincli dünya tanıdır.
“Allaha yaxınam” deyən şairim
Müqəddəs bir pirin yanan şamıdır.
XEYBƏR İGİDƏLİYEV
102
Ümidi, Allahı - fikirdir, sözdür,
Bilir ədalətin kəsərini o.
Alovlar içində qızaran közdür -
Yazacaq ən böyük əsərini o.
Siz ey xeyirxahlar, siz ey bədxahlar,
Ona yer ayırın rəflərinizdə.
Ehtiramlı olsun, ilham boğular
Acı sözünüzdən, səhvlərinizdən.
Biz onun başına çələng qoymamış
Hərami dağımız öpdü üzündən.
Bir zaman Vurğun da gəzib doymamış
Bu yerin lacivərd gözəlliyindən.
Gözün aydın olsun, ay doğma Vətən,
Gör sənin hayına necə ər gəlib.
Bircə qarışınçın canından keçən
Miryusifin kimi bir əsgər gəlib.
25.08.1998
BİR GÜNÜN ŞÖHRƏTİ
Qoy basım sinəmə sədəfli sazı,
Yenə qastan deyim dəmir yolundan.
Nə kitaba sığmaz, nə də tərifə,
Yüz il də danışsam, yazsam mən ondan...
Sinəmdə o qədər dürlü sözüm var,
Maşinist qardaşım, sən də qulaq as,
Üst-üstə yığılsa apardığın yük,
Kimsə sənin kimi göyə ucalmaz.
Dostları ilə paylaş: |