Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə16/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   12   13   14   15   16   17   18   19   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
83 
AY ƏZİZİM 
 
Bu dünyada demə hamı  
Unudur haqqı, salamı. 
Müdriklərin bu kəlamı 
Düz olurmuş, ay əzizim. 
 
Ovçusansa, öyünmə çox, 
Yan da keçər atdığın ox, 
Namərd dostun üzü bir yox, 
Yüz olurmuş, ay əzizim. 
 
Arzulara çatmaq üçün, 
Sədlər aşır yolu ömrün, 
Fələk yazan yazı bir gün 
Pozulurmuş, ay əzizim. 
1992 
 
 
MÜDİR ÜÇÜN  
(Yaltağın monoloqu) 
 
Bir cüt zərik, beş istəsə, 
Şeş oluruq müdir üçün. 
Hara desə, ora uça 
Quş oluruq müdir üçün. 
 
Baş açmasa müdir qağa 
İşləri sahmanlamağa, 
Düşünməyə, anlamağa 
Baş oluruq müdir üçün. 
 
Nə geyir, ondan geyirik
Nə yeyir, ondan yeyirik, 
Hər gün araq, kabab, hədik, 
Xaş oluruq müdir üçün. 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
84
Susun, desə, lal oluruq, 
Yetişsək də kal oluruq, 
Kimə nə var bal oluruq, 
Turş oluruq müdir üçün. 
 
Qoy görməsin canı qada, 
Arxamızdır bu dünyada
Kimə atsa, sapandında 
Daş oluruq müdir üçün. 
 
 
 
VƏZİFƏPƏRƏSTİN MONOLOQU 
 
Stol, möhür fikri ilə 
Ərimişəm gilə-gilə. 
Dost-tanışa deyin, dilə 
Salmasınlar vəzifəmi. 
 
Təpə idim, döndüm dağa, 
Razıyam min yol ayağa 
Yıxılam, ancaq aşağa 
Salmasınlar vəzifəmi. 
 
Vəzifəsiz bu dünyada, 
İnsan heçdir, gedər bada, 
Qoy canımı alsalar da 
Almasınlar vəzifəmi. 
 
 
 
QIZIM ŞÖVKƏTƏ 
 
Ən gözəl gündə yaradıb 
Səni yaradan-yaradan. 
Qurbanam gəldiyin yola, 
Gəlsən haradan-haradan. 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
85 
Hər üzüyün qaşı, bala, 
Olmaz zümrüd daşı, bala, 
Seçəmmədik naşı, bala, 
Ağı qaradan-qaradan. 
 
Sənin günahın nə idi, 
Məndən ötən sənə dəydi, 
Sənə dəyən məni əydi 
Çıxdım sıradan-sıradan. 
 
Sinəm üstə çoxdur yaram, 
Sızıldaram aram-aram, 
Bir də çətin ayılaram 
Mən bu yaradan-yaradan. 
 
Yaşa evində xətirli, 
Süfrən qoğallı, fətirli, 
Muğayat ol beş ətirli 
Ciyərparandan-parandan. 
 
 
 
AŞIQ RZA 
(dostum Aşıq Rzaya) 
 
Sazı bassa sinəsinə, 
Heyran olar el səsinə. 
Ustadlardan dərs alıbdır, 
Həvəs çatmaz həvəsinə. 
Vəsf eləyər bu dövranı, 
Dastan qoşar Aşıq Rza! 
 
Varmı elə saz vurğunu  
Ötsün bəmdə, zildə onu. 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
86
Şakir, Pənah yadigarı 
Bilir hamı eldə onu. 
Eldən alıb ilhamını, 
Çağlar, coşar Aşıq Rza! 
 
Qoy çoxalsın elin toyu, 
Bülbül ilə gülün toyu, 
Bu toylarda saz çalacaq
Söz qoşacaq ömrü boyu. 
Sənətilə ürəklərdə, 
Daim yaşar Aşıq Rza! 
Dastan qoşar Aşıq Rza! 
 
 
 
SƏNİN XATİRİNƏ 
 
Təkcə sənin xatirinə 
Qohum olduq sizlər ilə. 
Qarışdı ayaq izimiz 
Sən getdiyin izlər ilə. 
 
Eh! Bu da bir təsəllidir, 
Bir sənə, mənə bəllidir, 
Dilin məndən gileylidir, 
Danış, gülüm, gözlər ilə. 
 
Səninlə varam - sağam mən, 
Sənsiz ağlar uşağam mən, 
Əyrilərdən uzağam mən -  
Düz olmuşam düzlər ilə. 
 
Bu sevdanın qəmi bol-bol, 
İnci min yol, barış min yol, 
Bu sevdadan muğayat ol -  
Yaxşı dolan bizlər ilə. 
1989 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
87 
SƏN BİR CÜRƏ,  
MƏN BİR CÜRƏ 
(Bir dostun 50 yaşına yazılmış  
və deyilmişdir) 
 
Bu dünyada ömür sürdük - 
Sən bir cürə, mən bir cürə. 
Gəlib çatdıq əlli yaşa - 
Sən bir cürə, mən bir cürə. 
 
Dostu bir gün düşmən gördük, 
Gah xoş, gah pis zaman gördük, 
Yaxşı gördük, yaman gördük -  
Sən bir cürə, mən bir cürə. 
 
Ağac əkdik, gül bitirdik, 
Bağlar saldıq, bar götürdük, 
Az qazandıq, çox itirdik -  
Sən bir cürə, mən bir cürə. 
 
Ömür çox tez oldu yarı, 
Gedir üzü qüruba sarı, 
Çox sınadıq dostu, yarı -  
Sən bir cürə, mən bir cürə. 
 
Tərs dolanıb baxt gələndə, 
Enir bir gün yüksələn də, 
Köçəcəyik vaxt gələndə -  
Sən bir cürə, mən bir cürə.  
 
 
1989 
 
 
Bir küçədə dava düşdü, 
Bir cüt cavanı döydülər. 
Sonra bir neçə dost-tanış 
Filan-filanı döydülər. 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
88
Ara qızışdı get-gedə, 
Oyanmışdı gədə-güdə, 
Saymadılar ana, dədə, 
Bacı, xalanı döydülər. 
 
Dedilər, çox gendə durma, 
Başlanıb yenidənqurma,  
Beş-on nəfər bığıburma 
Yetim balanı döydülər. 
 
Xəbər çatdı qulaqlara, 
Yaxınlara, uzaqlara, 
Dəymədilər ulaqlara,  
Ancaq palanı döydülər. 
 
Seçməyib ağı-qaradan, 
Vurdular gəldi haradan
Zirəklər çıxdı aradan -  
Mıxda qalanı döydülər. 
 
Kömək gəldi siz tərəfdən, 
Gəlmədilər biz tərəfdən, 
Cəm oldular yüz tərəfdən  
Xilə, Kolanı - döydülər. 
 
Əhsən sənə milyon alan, 
Baş tutdu siz quran plan, 
Kasıb-kusub oldu talan -  
Qəpik alanı döydülər. 
1991 
 
 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
89 
RAMAZAN AXŞAMLARI 
 
Mübarək qədəmlidir 
Ramazan axşamları. 
Səbr, dözümlük rəmzidir 
Ramazan axşamları. 
 
Çox sınayıb bizləri, 
Əyriləri, düzləri, 
Susuz gündüzləri  
Ramazan axşamları. 
 
Nəfs şeytanı aldadar, 
Duz-çörək də bal dadar
Bir ay həzzi unudar  
Ramazan axşamları. 
 
Bizə Quran bəxş edib, 
Qəlbimizə nəqş edib, 
Şükr, halallıq öyrədib 
Ramazan axşamları. 
 
Kim ki bu yolu seçdi, 
Qisməti Cənnət, behişdi, 
Heyf, tez gəlib keçdi 
Ramazan axşamları. 
 
Səndən, ey Pərvərdigar, 
Bizim ellər, obalar 
Nicat, mərhəmət umar   
Ramazan axşamları. 
1991 
 
 
OLDUN 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
90
(Məhəmməd Peyğəmbərə (s.ə.s.) 
Yoxdur hələ elə bir kəs, 
Qüdrətinlə eyləyə bəhs. 
Sən bəşərin ən müqəddəs 
Sözü oldun, Peyğəmbərim. 
 
Çox olubdur müdrik ərən
Sən oldun düz yol göstərən, 
Ağlın, fikrin uzaqgörən 
Gözü oldun, Peyğəmbərim. 
 
Rəsulullah kimi ada 
Səni layiq bildi Xuda, 
Yer üzündə Tanrının da 
Özü oldun, Peyğəmbərim. 
 
Nəbilərin şöhrətlisi, 
Kişilərin qeyrətlisi, 
Safı, pakı, hörmətlisi, 
Düzü oldun, Peyğəmbərim. 
 
Haqq göndərən kitabından 
Kamal dərsi alır cahan, 
Tarixlərdən pozulmayan 
Yazı oldun, Peyğəmbərim. 
 
Dövrlərin, zamanların, 
Nəsil-nəsil insanların 
Sənsən inam, and məbədi -  
Vardın, varsan sən əbədi. 
 
Kim danar bu həqiqəti, 
Qəlbimizin hərarəti 
Gözü oldun, Peyğəmbərim, 
Sən bəşərin ən müqəddəs 
Sözü oldun, Peyğəmbərim. 
QARABAĞ ÖVLADLARI 
 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə