Vaxt gələr, axtarıb
gəzərlər məni
233
X.Məmmədova hər gün II “A” və VI “A” sinifləri əsasında
təşkil olunmuş qruplarda məşğələlər keçir. Müəllim növbəti
dərsə gündəliksiz gəlmişdir. O, şagird dəftərinə tələm-tələsik
etdiyi cızmaqaranı bizə iş planı kimi təqdim etdi. Onun iş
planının hər bölməsində “mətbuatı izləmək”, futbol oyunu”,
voleybol oyunu” yazılmışdır. Bizim “Şagirdlərə hansı vərdişləri
aşılayır, onları necə əyləndirirsiniz” sualımıza X.Məmmədova
aşağıdakı cavabı verdi: – Açığını deyim ki, günü uzadılmış
qruplarda təlim və tərbiyəni necə təşkil edərlər, hələ də bilmi-
rəm. Bu işi məktəbimizdə yaxşı bilən də yoxdur. Necə baca-
rırıqsa, elə də işləyirik. Məktəbimizdə əyləncə vasitələri yox
kimidir. Dama, şahmat, tennis olmadığı üçün uşaqların günü
darıxdırıcı keçir.
X.Məmmədovanın giley-güzarını o biri siniflərdə də eşit-
dik. II “B” sinfinin şagirdlərindən həmin gün məşğələyə cəmi
10 nəfər gəlmişdi. sinif otağı çox tör-töküntü idi. Paltarasılan
ola-ola, şagirdlər geyimlərini partanın üstünə, pəncərəyə at-
mışdılar. Müəllim L.Nesterova içəridə paltolu idi. Şagirdlər iki
dəstəyə bölünmüşdülər.
Beşi bir şahmat, beşi də bir dama tax-
tasının başına toplaşmışdı. Biz müəllimdən iş planı, gündəliyi
olub-olmadığını soruşduq. O, üzünü tədris hissə üzrə direktor
müavinə sarı tutaraq laqeydcəsinə dedi:
– Calal müəllim bilir ki, mən həmişə iş planı və gündəlik
tuturam. Lakin bu gün özümlə götürməmişəm.
– Sinfinizdə davamiyyət nə üçün pisdir? Axı siz hər gün
20-25 şagirdlə məşğul olmalısınız?
– Onun günahı bizdə yox, valideynlərdədir. Uşaqlarını
istəyəndə göndərirlər, istəməyəndə yox.
I “B” və III “A” siniflərində də eyni mənzərə ilə qarşılaş-
dıq. Birincilərdən məşğələyə cəmi 13 nəfər gəlmişdi. Müəllim
A.Kerasimovanın da gündəliyi “yadından çıxıb” evdə qalmışdı.
III “A” sinfinin şagirdləri keçdikləri mövzuya aid tərifi, ismin
hallarının adını belə deyə bilmədilər.
XEYBƏR İGİDƏLİYEV
234
Günü uzadılmış məktəblərdə şagirdlər demək olar ki,
səhərdən
axşama kimi məktəbdə, müəlliminin nəzarəti altında
olurlar. Bu valideynlər üçün də əlverişlidir. Onlar işdə olarkən
daha uşaqlar sarıdan narahatlıq çəkmirlər. Bilirlər ki, uşaqla-
rının vaxtı hədər getməyəcək, dərslərinə yaxşı hazırlaşacaqlar.
Lakin 13 nömrəli məktəbin qrup məşğələləri hazırlıqsız,
başdansovdu keçirilir. Müəllimlər şagirdlərlə zəif məşğul olur.
Onlara dərin bilik, mədəni vərdişlər aşılamırlar. Qruplarda dərs
vaxtının çoxu ev tapşırıqlarına həsr edilməlidir. Burada isə
əksinədir. Şagirdlərin vaxtı məktəbin həyətində top-top oyna-
maqla keçir.
Məktəbin
geniş klubundan, yeməkxanasından və digər
istehsalat tədris orqanlarından qrup məşğələlərinin maraqlı
keçməsi üçün istifadə olunmur. Məktəbdə müxtəlif oyuncaq-
lara, idman ləvazimatlarına ehtiyac vardır. Hər növbənin qrup
məşğələsində 150 nəfərdən çox şagird iştirak edir. Onların əy-
lənməsi, mədəni istirahət etməsi, müxtəlif vərdişlərə yiyələn-
məsi müəllimlərdən işgüzarlıq, pedaqoji səy və çeviklik tələb
edir. 13 nömrəli məktəbin müəllimlərinin hərəsi aklad yarım,
iki aklad dərslə təmin edilsələr də, bunun müqabilində az işlə-
yir, şagirdlərin təlim-tərbiyəsi ilə lazımınca məşğul olmurlar.
Bütün bunlar məktəbin direktoru
Sədi Baxşiyevi və onun
müavini Calal Məmmədovu az narahat edir. Şəhər xalq maarif
şöbəsi 13 nömrəli məktəbdə təlim-tərbiyə işlərini yaxşılaşdır-
maq qayğısına qalmalıdır.
“İşıq” qəzeti,
1 dekabr 1967-ci il
Vaxt gələr, axtarıb gəzərlər məni
235
İLHAMLA DANIŞIN,
BİLAL MÜƏLLİM
Siz elə bir fənn tədris edirsiniz ki, Bilal müəllim, o, bir
elm kimi şagirdlərə yalnız bilik verməklə kifayətlənmir. Məsələ
yalnız bundan ibarət olsaydı mən bəlkə də bu məqaləni qələmə
almazdım. Tənəffüs zamanı müəllimlər otağının bir küncündə
etdiyimiz açıq, lakin çox səmimi söhbətimizlə qənaətlənərdim.
Ədəbiyyat müəllimi şagirdlərin ideya-siyasi tərbiyəsinin
möhkəmləndirilməsində məktəbdə əsas simadır.
Gənc nəslə
yüksək mənəvi keyfiyyətlər aşılanmasında, gələcəyin hərtərəfli
yetkinliyə malik vətəndaşı kimi yetişməsində ədəbiyyat dərslə-
rinin, ədəbiyyat müəllimlərinin imkanları daha genişdir. Keçi-
lən hər mövzu həyatla, dövrümüzün mühüm hadisələri ilə əla-
qələndirilməlidir. Şagirdlərin dünyagörüşlərinin genişləndiril-
məsinə, Vətənə, xalqa, partiyamıza, kommunizm ideyalarına
sonsuz məhəbbət və sədaqət ruhunda tərbiyə edilməsinə yönəl-
dilməlidir. Ədəbiyyat müəllimi şagirdlərə nəinki öz fənnini
sevdirməlidir, o həm də kəsərli sözü, həyati
məsləhətləri, ağıla-
batan fikirləri ilə bütün elmlərin ən fəal təbliğatçısı olmalıdır.
Mən haşiyə çıxaraq ədəbiyyat müəlliminin vəzifələrindən
ona görə danışıram ki, dərsinizdə iştirak edərək bu vəzifələrin
diqqətinizin uzaq bir küncündə qaldığının, daha doğrusu unu-
dulduğunun şahidi olduq. Siz məhdud proqrama tabe edilmiş
dərslik materiallarını həvəssiz, könülsüz danışmaqla şagirdlə-
rinizdə hansı yeni fikirlər, duyğular oyada bilərsiniz?
Keçmiş mövzunun sorğusu zamanı aydın oldu ki, Bilal
müəllim, siz istedadlı şairimiz, gözəl tərcüməçimiz A.Səhhətin
həyatı və yaradıcılığı haqqında şagirdlərə az da olsa məlumat
verməmişsiniz. Onun dərslikdə təqdim olunan şeirindən başqa
digər əsərlərinin adını belə çəkməmişsiniz. Hətta sinifdənkənar
qiraət üçün də bir şey tapşırmamışsınız. Bunu bütün sinifə
verdiyiniz “A.Səhhətin daha hansı şeirlərinin adını bilirsiniz?”
sualınızın cavabsız qalmasından aydın hiss etmək olardı.
XEYBƏR İGİDƏLİYEV
236
“Vətənim” şeiri A.Səhhətin ən yaxşı əsərlərindən sayılır.
Vətəni
“könlünün sevgili məhbubu” adlandıran şair oxucuda
yüksək vətənpərvərlik hissləri
tərbiyə edir, vətəni sevməyin
qeyrət, namus işi olduğunu deyir. Bu şeiri oxuyarkən vətə-
nimiz öz gözəllikləri ilə gözlərimiz önündə canlanır, daha da
sevimli olur. Yadımıza onun varlığı, səadəti uğrunda canından
keçən igidlərimiz düşür. Biz gənclərimizi məhz elə əsərlərin
ideya ruhunda tərbiyə etməliyik. Sizin dərsiniz isə, Bilal
müəllim, bu yüksək qayə və məqsədlərdən uzaq idi. Şagird-
lərinizin müəyyən faizinin bildiyi bu şeir ancaq qiymət xati-
rinə, mexaniki olaraq əzbərlənmişdir. Bu, görünür sizi təmin
etdiyi üçün də onlardan əlavə bir şey soruşmurdunuz. Bir də
nə öyrətmişdiniz ki, nə də soruşaydınız? Şagirdlərinizin nitqi
çox qüsurludur. Adi sözləri belə yanlış tələffüz edirlər. Şeiri
isə elə sürətlə deyirlər ki, siz onların qüsurlarını belə müəyyən
edə bilmirdiniz. Ən çox
xoşa gəlməyəni isə budur ki, keçən
dərsi 36 nəfər şagirdin yalnız dördündən soruşdunuz. Yeni
mövzunu oxutdurduğunuz nəfəri də buraya əlavə etsək, qalan
29 nəfər şagirdin sinifdə “işsiz” qalması onu göstərir ki, sizin
təliminizdə hələ köhnə, standart üsullar yaşamaqdadır. Görü-
nür, siz öz üzərinizdə az işləyir, yenilik, yaradıcılıq axtarışları
aparmır, pedaqoji mətbuatı izləmirsiniz. Əgər belə olmasaydı
S.S.Axundovun “Qaraca qız” hekayəsini keçərkən görkəmli
sənətkarın anadan olmasının 90 illiyi ilə əlaqədar olaraq res-
publikamızda görülən mühüm tədbirlərdən danışardınız. Sinfə
yazıçının portretini gətirər, onun həyat və yaradıcılığı haqqın-
dakı söhbətinizə cəmi 6 dəqiqə yox, daha çox vaxt sərf edər-
diniz.
Siz yeni dərsi izah edərkən şagirdlərinizi tamamilə unut-
muşdunuz. Elə bil onlar üçün danışmırdınız.
Çox süst, darıxdı-
rıcı, maraq və təsirdən uzaq nitqiniz mürgü doğururdu. Şagird-
lərin danışıq fikrini cəlb edə bilmirdiniz. Biz bu qüsuru başqa
bir fənn müəlliminin dərsində müşahidə etsəydik bəlkə də çox
təəccüblənməzdik. Ədəbiyyat dərsləri canlı, mübahisəli keçmə-