51
mın (Dərbənd-Beşbarmaq sədlərinin) içində yaşamış və böyük
əksəriyyəti oğuz türkləri olan tayfalardan asılı olmuşlar.
Onomastika materiallarına görə Qara dənizin şimalındakı
bəzi işquz tayfalarının irandilli olmasını söyləyənlərin bu fikri
heç də sübut kimi qəbul edilməmişdir. Digər alimlər külli miq-
darda qaynaqlara isnad edib, başqaları tərəfindən irandillilər
qrupuna daxil edilən onomastika materialının bir çoxunun türk
mənşəli olmasını sübut etmişlər (48, s. 73). Mənbələrdə işquz-
ların “20 tayfa birliyi” olması o demək deyil ki, bunlar ayrı-ayrı
dillərdə danışan və yaxud müxtəlif qövmlərə aid tayfalar
olmuşlar. XI əsrdə yaşamış Mahmud Kaşğari də, XIII-XIV
əsrlərdə yaşamış Fəzlullah Rəşidəddin də əsərlərində oğuzların
24 tayfadan ibarət olduğunu yazmışlar (128, s. 6).
Az, azər və iç-quz sözlərinin yalnız türklərə aid olduğuna
heç bir şübhə yoxdur. E.ə. XIII əsrin ortalarında başlamış Hun-
Çin (skandinav əfsanələrində As-Van) müharibələrində oğuzun
ikinci, “Taş-oğuz”, yəni daşınan (taşınan, mobil) qolu yaran-
mışdır. Böyük Səhrada (sonradan Asiya) döyüşən oğuzlar get-
dikcə vətəndən uzaqlaşan ordunun təchizatını asanlaşdırmaq
üçün müharibəyə ailələrini, sursatlarını, heyvanatlarını, sənət-
karları da aparırdılar. Atlardan və arabalardan geniş istifadə
etdiklərinə və təchizatı özləri ilə olduğuna görə elliklə Hun
(hərbi yürüş) etmiş oğuzlara hunlar və ya “Taş-oğuz” demişlər.
Uzun sürən müharibələr As dövlətinin zəifləməsinə və ehtimal
ki, e.ə. X əsrdə parçalanmasına səbəb olmuşdur. Tarixdə sak-
massaget, hun-massaget, məsqut, maskut yaxud sadəcə hunlar
adlandırılmış türk-dilli tayfaların e.ə. VII əsrdə Azərbaycan
ərazilərinə gəlişi, qeyd etdiyimiz kimi, dədə-baba yurduna
qayıdışdan başqa bir şey deyildir.
Dərbənd-Beşbarmaq sədləri “Azərbaycan” sözünün yaran-
masında da əsas rol oynamışlar. Yuxarıda qeyd etdik ki, azərlər
Dərbənddən həm şimalda həm də cənubda yaşamışlar. Sədlər-
dən Azov dənizinə qədər ərazi “Azər bəy dış an”, Dərbənd və
ondan cənubda yerləşən ərazi “Azər bəy iç an” yəni “azər
52
bəylərin iç yurdu” adlanmışdır. “Azər” sözü e.ə IV minilliyin
sonlarında yaranmışdır. “Azərbaycan” ifadəsi isə Dərbənd-
Beşbarmaq sədlərinin çəkilməsindən sonra, e.ə. XIII əsrdə
meydana çıxmışdır. Min illər keçməsinə baxmayaraq bu günün
özündə belə sadəliyi, saflığı ilə adamı heyran edən “Azərbay-
can” sözü “Atropatena”dan ən azı VII əsr əvvəl mövcud
olmuşdur. Azərlərin peyğəmbəri Xızırın Xız (quz) tayfasından
olduğunu nəzərə alsaq “işquz” ifadəsinin “iç-quz”, yəni “iç-
oğuz” kimi, “azər-bəy-iç-an” ifadəsinin digər forması olduğuna
zərrə qədər şübhə qalmır. Saf türk dilində olan bu ifadələr
işquzlar haqqında “şübhələri” də aradan qaldırır. İşquzların
arasında digər etnoslara aid bir neçə tayfanın yaşaması və
onların da əksəriyyət kimi “işquz” adlandırılması tamamilə
təbii hal olduğunu da yuxarıda bildirmişik.
Görkəmli alim, akademik Bartold “Türkmən xalqı tarixinin
oçerkləri” kitabında yazır ki, IX yüzilliyin birinci yarısına aid
olan Məhəmməd Xarəzminin ilk ərəb coğrafi əsərində Ptolome-
yin iki işquz ölkəsindən birincisi-qərbdəki “türklər torpağı” ilə,
ikincisi, şərqdəki “tuquz-quzlar torpağı” eyniləşdirilir. Görün-
düyü kimi o, Ptolomeyin adlarını çəkdiyi hər iki işquz ölkəsini
qədim azərbaycandillilərə aid edir (48, s. 73-74).
Görkəmli alim A.N.Bernştamın bu barədəki fikri çox maraq-
lıdır: “Türk etnogenezinin qidaverici mühiti bilavasitə hun cə-
miyyəti olmuşdur. Sonuncuların isə bilavasitə sələfləri işquz
cəmiyyəti olmuşdur. İstər Asiya, istərsə də Avropa hunları
işquz kökü üstündə kök atmışlar. Hunları türklərlə əlaqələn-
dirən nəzəriyyə işquzları da türklər adlandırmağa yol açır” (48,
s. 74).
Azərbaycan tarixi kitabında yazılır:“Son zamanlara qədər ta-
rix ədəbiyyatında Azərbaycanın şimal torpaqlarında yalnız Al-
ban çarlığının olması fikri var idi. Lakin indi belə mülahizə var
ki, Albaniya ərazisinin şimalında, Kürdən şimalda, Alban çarlı-
ğına tabe olmayan müstəqil çarlıq olmuşdur. Bu fikir orta əsr
53
alban tarixçisi Kalankaytuklunun “Alban tarixi” əsərində var”
(48, s. 62).
Maraqlıdır, dəfələrlə erməni və rus dilində çap edilmiş,
1960-cı ildə Z.Bünyadov tərəfindən azərbaycan dilinə tərcümə
edilmiş Kalankatuklunun “Alban tarixi” əsərində Hun çarlığı
haqqında açıq-aşkar verdiyi məlumat diqqəti yalnız Azərbay-
can müstəqil olduqdan sonra cəlb etmişdir? Əlbətdə ki, yox.
Sadəcə, Azərbaycan ərazisində qədim Hun dövlətinin mövcud-
luğunu söyləmək sovetlər dövründə, ümumiyyətlə mümkün
deyildi. Tam əminliklə deyə bilərik ki, bu fakt tarixçilərə
məlum idi.
Hörmətli tarixçimiz M.İsmayıl Hun çarlığının IV əsrdə
yarandığını ehtimal edir: “Bu çarlığın IV əsrdə yaranması zənn
olunur. Bu çarlığı məskutlar çarlığı da adlandırırlar” (48, s. 62).
Lakin bir neçə digər xalqlarla yanaşı Şimali və Cənubi Osetiya
xalqlarının da eposu olan “Nart” eposunda nart tayfalarının, in-
diki Azərbaycan ərazilərinə basqınlar etdiyi zaman “Xız
qalası”nı ala bilmədiklərindən danışılır (85, s. 120). Alanların
Azərbaycan ərazilərinə hücumları isə I yüzilliyin ikinci
yarısından II yüzilliyin birinci yarısının ortalarına qədər davam
etmiş, onlar bu altmış-yetmiş ildə qarət naminə üç-dörd dəfə bu
yerlərə soxulmuşlar (48, s. 44). Hun çarlığı, elə M.İsmayılın
qeyd etdiyi kimi, həm də Maskut-Hun çarlığı adlandırılmışdır
və maskut (hun, iç-oğuz) tayfalarının Azərbaycana gəldiyi
dövrdə, yəni e.ə. VII əsrdə yaranmışdır.
M.Kalankatuklunun “Alban tarixi” əsərində Hun dövləti
haqqında bir neçə yerdə maraqlı məlumat vardır. Hun
dövlətinin əraziləri Xəzər xaqanlığı ilə Albaniya arasında, yəni
Dərbənddən Kür çayına qədər uzanırdı. Bu ölkəni əsasən “Hun
çarlığı”, “Hunlar ölkəsi” adlandıran M.Kalankatuklu bəzi
yerlərdə bu çarlığın adını Maskutlar ölkəsi kimi də yazmışdır:
“Həmin möcüzə barəsində, onun bilavasitə şahidi olmuş,
doğruluğu sevən və Maskutlar ölkəsindən gələn hunların
yepiskopu Yunan danışmışdır” (60, s.56). Hunlar VII əsrin
Dostları ilə paylaş: |