11
GİRİŞ
Son zamanlar Azərbaycan tarixinin müxtəlif sahələri üzrə
sanballı elmi araşdırmalar aparılmış, siyasi, iqtisadi, etnik prob-
lemlərin, o sıradan mədəniyyət məsələlərinin tədqiqində müəy-
yən nailiyyətlər əldə edilmişdir.
Akademik Z.M.Bünyadov “Azərbaycan tarixi” kitabında ya-
zır: “Əlbətdə, yazılı qaynaqların kifayət qədər olmaması Azər-
baycan tarixinin bütün sahələrini və dövrlərini eyni səviyyədə
tədqiq etməyə, qaranlıq məsələləri işıqlandırmağa imkan ver-
mir. Ən çətin və mübahisəli problem azərbaycanlıların soykökü-
nün tarixidir. Həmin problemin bəzi məsələləri üzrə hələ də va-
hid fikir yoxdur. Çünki bir tərəfdən xalqımızın tarixini subyek-
tiv baxımdan izah edən və müəyyən siyasi məqsədlər güdən
tendensiyalar uzun müddət öz mövqeyini saxlamış və təssüf ki,
indi də saxlamaqdadır. Guya azərbaycanlılar türk dillərinin bi-
rində danışan xalq kimi bu torpaqlara yaxın keçmişdə gəlmişlər.
Digər tərəfdən qədim zamanlardan azərbaycanlıların soykökü-
nün bu ərazi ilə bağlı olması, Azərbaycan xalqının yaranması və
formalaşmasında bilavasitə iştirak edən türk etnoslarının qədim-
dən burada yaşamaları barədə mövzular 60-cı illərdən başlaya-
raq tədqiqat obyektinə çevrilmiş və son illər daha da genişləndi-
rilmişdir. Bu müddəanın əsas məzmununu qədim zamanlardan
Azərbaycanda və qonşu ərazilərdə türk etnoslarının məskun ol-
ması fikri təşkil edir. Qaynaqların təhlili bu fikri təsdiqləyir”
(12, s. 3).
Aydın məsələdir ki, Çar Rusiyasının və onun xələfi sovet im-
periyasının “parçala və hökm sür” şüarı altında yürüdülən işğal-
çılıq siyasəti Azərbaycan xalqının yaranması və formalaşması
baxımından əsl həqiqətlərin aşkara çıxarılmasına yol verə bil-
məzdi. Azərbaycanı həm etnik, həm də dini cəhətdən Türkiyə-
dən ayırmağa, qərbi Azərbaycan torpaqları üzərində yaratdığı
Ermənistanı “sənədləşdirməyə” və bu Ermənistan ərazilərini za-
12
man-zaman genişləndirərək Azərbaycanı Türkiyədən həm də
ərazi cəhətdən ayırmağa çalışan sovet imperiyasına həqiqi tarix
deyil, onun siyasi tendensiyalarına xidmət edən “tarix” lazım
idi. Sovetlər birliyinin ilk günlərindən başlayaraq bu irticaçı
rejimlə barışmayan, həqiqəti qorxmadan üzə deyən ziyalıları-
mız, kommunistlərin allahsızlıq fəlsəfəsinə qarşı çıxan din xa-
dimlərimiz kütləvi şəkildə edam edilir, Sibirə sürgünlərə məruz
qalırdılar. İstər Çar Rusiyası, istərsə də sovet Rusiyası dövründə
xalqımızı müqavimətsiz kölə halına salmaq işğalçıların ən bö-
yük arzularından idi. Bu məqsədlə xalqa dinini, milli mənsubiy-
yətini, dilini unutdurmaq üçün işğalçılar kütləvi qırğınlar törə-
dir, tarixi saxtalaşdırır, milli-mədəni dəyərlərimizi məhv edir,
məscidlərimizi sökürdülər.
Təsadüfi deyil ki, milliyyətcə əsasən rus və erməni olan istin-
taq işçiləri yüzlərlə günahsız qurbanların ittiham sənədlərində
“pantürkist” və “panislamist” ifadələri ilə işlərə xitam vermişlər.
Milli mənsubiyyət və din məsələlərini özünəməxsus qəddarlıqla
“həll etməyə” çalışan irticaçıların qarşısında daha bir problem
dururdu – Ermənistan problemi. Ruslar hələ Çar Rusiyası döv-
ründə Türkiyə və Azərbaycan əraziləri arasında, özlərinə “sadiq
etnik qrup” yaratmaq məqsədilə erməniləri kütləvi şəkildə, əsa-
sən İran ərazilərindən köçürüb, Azərbaycan ərazilərində yerləş-
dirməyə başlamışdılar. Bu məkrli siyasət nəticəsində işğalçılar
tarixi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaratmış və
bu dövləti artıq Sovet İttifaqı tərkibinə Ermənistan respublikası
kimi qəbul etmişdilər. Qondarma Ermənistanı bir növ “sənəd-
ləşdirmək” üçün saxta tarix yazılmalıydı. Tezliklə bütün dünya
xalqları üçün qorxunc bir kabusa çevrilmiş, eyni zamanda əsarə-
tə aldığı xalqları tikanlı məftillər arasında bütün dünyadan təcrid
etmiş Sovet imperiyası üçün tarixi saxtalaşdırmaq su içmək ki-
mi çox asan bir məsələ idi. Ən qədim zamanlardan zəngin adət-
ənənələr zəminində vahid xalq kimi təşəkkül tapmış, təbii olaraq
türk dilini vahid ünsiyyət dili seçmiş, yazılı mənbələrə görə ən
azı dörd min illik dövlətçilik tarixinə malik Azərbaycan xalqının
13
tarixi mərhələ-mərhələ saxtalaşdırıldı. Sovet dövründə yazılmış
“tarix”i əsas tutaraq Azərbaycan torpaqlarında yaradılmış Ermə-
nistan Respublikasının əraziləri yenə də Azərbaycan torpaqları
hesabına, Türkiyə və Azərbaycan sərhədləri boyunca, getdikcə
genişləndirilir, Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılır, Azər-
baycan xalqını qardaş Türkiyədən həm coğrafi, həm etnik həm
də dini, cəhətdən “uzaqlaşdırma” planı həyata keçirilirdi. Ermə-
nilərin rus və digər millətlərdən olan havadarları, sovet rəhbərlə-
rinin himayəsi altında elə bir saxtakar “tarix məngənəsi” yarat-
mışdılar ki, Azərbaycan ziyalılarının, o cümlədən tarixçilərinin
fikri, məsələlərə münasibəti onları əsla maraqlandırmırdı. Məsə-
lən, Azərbaycan tarixinin öyrənilməsində çox əhəmiyyətli olan
“Alban tarixi” kitabı Azərbaycan SSR-nin Elmlər Akademiyası-
na bildirilmədən, bir neçə dəfə erməni və rus dilində nəşr etdiril-
mişdi. 1960-cı ildə bu kitab Z.M.Bünyadov tərəfindən azərbay-
can dilinə tərcümə edilmiş və bundan sonra tarixçilərimiz kitaba
əlavə olunmuş yalanlarla uzun illər mübarizə aparmaq məcbu-
riyyətində qalmışlar.
Kommunist rejimi çərçivəsində, qəddar “qırmızı terror” qor-
xusu altında sarsılmış insanların psixologiyasına müntəzəm və
sürəkli təsir vasitəsi kimi istifadə olunan saxtalaşdırılmış “tarix”
geniş şəkildə təbliğ edilirdi. Kütləvi deportasiya, sürgün, həbs,
edam kimi ağır təzyiqlər altında dilimizi, dinimizi əlimizdən al-
maq istəyənlərə, soykökümüzü unutdurmağa, milli-mədəni irsi-
mizi məhv etməyə çalışanlara qarşı daim mübarizə edən ziyalı-
larımızın səylərinə baxmayaraq bu psixoloji təsir sadə xalqın
mənəviyyatına ciddi ziyan vurmuşdur. Bütün bunlarla yanaşı,
bu günün özündə belə xalqımızın tarixi həqiqətlərinin üzə çıx-
masından ehtiyat edən şimal və cənub qonşularımız, eyni za-
manda öz içimizdə olan, sovet dövrünün havası başında qalmış
bir sıra nostalji həvəskarları internetdən, digər informasiya va-
sitələrindən istifadə edərək insanlara təsir göstərməkdə davam
edirlər. Dünya xəritəsində mövcud olan Ermənistan ölkəsi də,
müstəqil Azərbaycanın ən ağrılı problemi olan “Qarabağ proble-
Dostları ilə paylaş: |