21
verilmişdir. Surədə Xızır peyğəmbərin adı çəkilmir. Lakin 1987
-ci ildə Ankarada nəşr edilmiş “Mirati Kainat. Dünya və islam
tarixi” kitabında yazılır ki, həzrəti Muhəmməd (s.) peyğəmbər-
dən Musa peyğəmbərin kiminlə görüşdüyü sual ediləndə o, de-
mişdir: “Musa peyğəmbərin görüşdüyü şəxs Xızır olmuşdur.
Xızır Bəlya Məlkan oğlu” (98, s. 225). İlk baxışda “Bəlya”
sözünün qeyri-türk sözü olduğu düşünülür. Lakin bu söz yalnız
türk dilində açıqlanaraq öz məntiqi mənasını verir. Bu barədə
bir qədər sonra danışacağıq. İncildə Musa qayası adlandırılan
Beşbarmaq qayasını xalqımız “Xızır baba piri” kimi tanıyır.
Aydın məsələdir ki, xaçpərəstlərin və yəhudilərin Musanın adı
ilə tanıdığı qayanı biz azər-türklər qövmümüzün peyğəmbəri
Xızırın adı ilə tanıyırıq. Beşbarmaq qaya nəinki Azərbaycanda,
vətənimizdən çox-çox uzaqlarda məhz Xızır baba ziyarətgahı
kimi tanınır. Sonralar qaya inzibati bölgüyə görə Siyəzən
rayonunun tərkibinə daxil edilsə də bu qaya indi Xızı rayonu
adlanan, mərkəzi Xızı şəhəri olan Xızır yurdunun “Xızı-Beş-
barmaq” mahalının ərazisindədir. Xızır yurdunun Gədi (Gədik)
mahalında Xızırçay sahilində Xızırkənd adlı kəndin xarabalıq-
ları indi də mövcuddur.
Azərbaycan tarixçisi T.Məmmədovun “Qafqaz Albaniyası”
kitabında “Böyük Qafqaz dağları silsiləsinin Xəzər dənizinə ən
yaxın ətəklərindəki dağın Beşbarmaq adı bu günə qədər qoru-
nub saxlanmışdır” yazılmış sözlər adi bir fikrin ifadəsi deyildir.
Bu sözlər əsrlər boyu işğalçılarla amansız müharibələrə, fitnə-
karlıqlara, saxtakarlıqlara sinə gərərək mənliyini qoruyb saxla-
mış xalqımızın mübarizliyindən, əyilməzliyindən, dilinə, keç-
mişinə, yurduna, adətlərinə sədaqətindən xəbər verir. Ərəb
coğrafiyaçıları əl-Bələzuri və Yaqubi bu Beşbarmaq qayanı
İncildəki “Musa qayası” ilə eyniləşdirmişlər. V əsr tarixçisi
Şirakatsi bu qayanı “Xosr vem” adlandırmışdır (116, s. 166),
bu da erməni dilindən tərcümədə “Xızır qayası” deməkdir.
“Müqəddəs görüş” adlı tarixi poemada (“Cənnət qapıları”
kitabında) Xızır peyğəmbərlə Musa peyğəmbərin görüşündən
22
danışılır (68, s. 100-222). İncildə “Musa qayası” adlandırılan
bu qayadan müqəddəs Quranın “Kəhf” surəsində bəhs edilir.
Beşbarmaq qaya “Xızır qayası” adlandırılmalıdır. Çünki “...
onunla (Xızırla) görüşmək üçün aylarla yol gedərəm” deyən
Musa peyğəmbər 65 günlük səfərdən sonra Xızır peyğəmbəri
Beşbarmaq qayada tapır. Musa bir növ qonaq, Xızır peyğəm-
bər isə ev sahibidir. “Kəhf” surəsinin 60-cı ayəsindən 82-ci
ayəsinə qədər bu görüşdən danışılır. 79-cu ayədə “... onları
arxadan hər bir saz gəmini zorla ələ keçirən hökmdar güdürdü”
deyilir. Deməli, peyğəmbərlərin görüşü zamanı Beşbarmaq
dağının daxil olduğu ərazidə dövlət var idi, dövlətin hökmdarı
var idi. Bu görüş nə vaxt olmuşdur?
1822-ci ildə “Rozetta” daşı üzərindəki yazıları oxumağa mü-
vəffəq olmuş Jan-Fransua Şampolyon misirologiya elminin
əsasını qoydu. Alman alimi Rixard Lepsius qədim Misir
tarixinin tədqiq edilməsində Şampolyonun birbaşa davamçısı
sayılır. Misirologiya elminin təməlini möhkəmlədən, bu elmi
sistemləşdirən Qeorq Ebers R.Lepsiusun tələbəsidir. Arxeoloq,
tarixçi, çoxsaylı elmi, ədəbi əsərlərin müəllifi olan Qeorq Ebers
“Uarda” adlı kitabında Misir fironu II Ramzesin baş kahini
Ameni, baş kahinin tələbələri Musa və Pentaur barəsində yaz-
mışdır. II Ramzes, Quranda haqqında danışılan firon, baş
kahin Ameni isə Quranda adı Haman kimi yazılmış tarixi
şəxsiyyətlərdir. Pentaur II Ramzesin qızı Bent-Anatın əri
olmuşdur. II Ramzes miladdan 1301il əvvəl taxta çıxmışdır.
Əslində II Ramzesin atası I Seti oğlunu dünyaya gəldiyi
gündən, miladdan öncə 1323-cü ildə Misirin fironu elan
etmişdi. Bu barədə Abidos yazılarında deyilir ki, “ bələkdə
olarkən firon təyin edildi” (108, s.416). Səbəbi nədir? Səbəbini
böyük alim Qeorq Ebers “Uarda” adlı əsərində tam açıqlamış-
dır. Belə ki, hakimiyyətdə olan fironun (II Ramzesin) babası I
Ramzes qanuni hakim sülaləni devirmiş, zor tətbiq edərək taxt-
taca sahib olmuşdu. O, əslən, hiksos tayfalarını qovduqdan
sonra Misirdə qalmış və Tutmosun, Aminhotepin dövründə
23
hərbi şücaəti ilə şöhrətlənmiş semit ailəsindən idi. I Ramzesin
ölümündən sonra taxt-taca vərəsəlik üzrə onun oğlu Seti sahib
olmuşdu. Seti taxta sahibliyini qanunlaşdırmaq məqsədi ilə III
Aminhotepin Tua adlı nəvəsini özünə arvad etmişdi. O qadın-
dan olan oğluna babasının (Ramzes) adını vermişdi. Anası
qanuni hökmdar nəslindən (misirli qızı) olan bu vərəsə şahza-
dənin, yəni II Ramzesin (atası yəhudi olsa da) taxt-taca tam
namizədlik hüququ vardı. Çünki Misirdə əsilzadə ailələr və
hətta fironlar öz şəcərələrini təkcə ata xətti ilə deyil, həm də ana
xətti ilə davam etdirirdilər. Seti, Ramzesi öz həmidarəçisi elan
etdi ki, özünün taxt-taca hüquqlarının qanuniliyinə olan bütün
şübhələri aradan qaldırsın. II Ramzes m.ö. 1323-cü ildə
dünyaya gəlib, 1301-ci ildə taxta çıxıb. Baş kahin Ameni firon
II Ramzesə “Sən taxta çıxdığın ildə yəhudi (aamu) tayfasında
bir oğul dünyaya gələcək, nəticədə səni öldürüb yəhudiləri azad
edəcək” demişdi. Fironun əmri ilə Misirdə doğulan yəhudi
oğlan uşaqları öldürülür, qız uşaqları isə zorla kəniz edilirdilər.
Musa peyğəmbər II Ramzes taxta çıxdığı ildə, Misirin Fiv
şəhərində, yəhudi ailəsində dünyaya gəldi. Anası Yukabid
körpəni beşiyə qoyub Nil çayına atdı. Beşik suvarma kanalı ilə
düz fironun sarayına gəldi. Fironun arvadı Asya körpəni öv-
ladlığa götürdü. Beləliklə Musa fironun öz sarayında böyüdü.
29 yaşı olarkən Tanis şəhərinə gəldi. Təsadüf nəticəsində adam
öldürdü, qaçıb Şam (Dəməşq) yaxınlığında Mədyən adlı ərəb
qəbiləsinin peyğəmbəri Şüeybin evində sığınacaq tapdı. Onun
qızı ilə ailə qurub on il Mədyəndə yaşadı. Qırx yaşının tama-
mına bir neçə gün qalmış Şüeybin izni ilə ailəsini götürüb
Misirə yollandı. Tur dağının zirvəsində, tam qırx yaşında, yəni
m.ö. 1261-ci ildə Allahdan ona peyğəmbərlik verildi. Musa
Misirdə uzun müddət Allahın vahid tanrı olduğunu təbliğ etdi
və eyni zamanda qul kimi yaşayan qövmünü azadlığa səslədi.
Nəhayət, m.ö. 1235-ci ildə qövmünü götürüb “Vəd olunmuş
torpağa” tərəf hərəkət etdi. Onları təqib edən II Ramzesin
qoşunu Aralıq dənizində boğuldu, fironun özünü isə dalğa
Dostları ilə paylaş: |