Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə47/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   43   44   45   46   47   48   49   50   ...   63

Rüstəm Kamal 
 
175 
 
 Mübarək, mübarək! 
 
Fikir  vermişəm:  Şaiq  Vəli  içinin  səs  obrazı  daha  çox  "ç/c" 
alliterasiyası üzərində qururlar. Şaiqin omonim fəhmi güclüdür. 
Məsələn:  "Ömür  qarayazı  kimi".  "Yaza  payız  sarılır" 
deyimində  "yaz"  sözünün  oxucu  iki  mənada  anlaya  bilər:  ilin 
fəsli və çöl; hər iki məna ağlabatandır. 
Onun  söyləmələrində  magik  elementi  pauzadır.  Pauza  kişi 
hıçqırtısı kimidir: təsirli və gözəgörünməz. Bu pauzalar sadəcə 
şeirin  ritmik  təşkili  deyil,  həm  də  semantik  bütövlüyüdür, 
müəllifin  bir  obraz  təqdimidir.  Şaiqdə  saxta  pauzalar 
mümkünsüzdür. Məhz "pauza azadlığı" ona vəzni, bəndi - sətri 
istədiyi yerdə qırmağa (və yenidən qurmağa!) imkan verir. 
Şeirlər  -  ovsunlar  Şaiq  Vəlinin  ömür  rəvayətinin  (ömür 
mifinin)  qısaldılmış  əlavəsidir.  Bu  ovsunlardır  ona  göylərə 
baxmağa vadar edən! 
Yoxsa ona çoox çətin olardı... 


Rüstəm Kamal 
 
176 
 
NURAFİZ: EVİN QAPISINI  
DÖYMƏK VAXTI 
 
Nurafiz  türk  etnik  təfəkkürünün  sintaksisini  və  bədii 
obrazlarını  ifadə  edən  şairdir,  poetik  ləhcəmizin  istedadlı 
nümayəndələrindəndir.  O,  əslən  Qarayazı  mahalının  Ağtəhlə 
елинdəndir.  Ağtəhlə  Gürcüstanda,  Tiflisin  qulağının  dibində 
yerləşən böyükvə qədim bir eldir. Nurafiz kimi şairlərin faciəsi 
ondadır  ki,  bu  mahalın  kişiləri  zaman-zaman  müxtəlif  ellərə 
dağılır, sözümüz yad dillərin və ləhcələrinı иçində əriyır. Цмид 
yenə də toplumun inanc poeziyayasına, bir də şairлərə qalır. 
Nurafizin  məcaz  yönünü,  ritorik  hədəfini  dərdə  tərəfdir. 
Ömrün gerçək  hadisələri şeirin  metaforik  laylarına daxil  edilir 
dilinin  frazeoloji  fəallığı  alliterasiya  -  metafora  potensialını 
artırmağa,  fəlsəfi  məzmununun  təşkil  etməyə  imkan  verir. 
Məsələn: 
 
Kündəsiküt gedən günün  
Üzünə daşmı yamanıb? 
 
Ağı,  alqış-qarğış  kimi  nitq  davranış  janrları  ("Alqışımdır, 
qoy  nənəmiz  qarğasın")  Nurafizin  dünyagörüşünü,  həyat-
ölüm fəlsəfəsini  mükəmməl  ifadə edir, poetik dilin emosional 
səviyyəsini göstərə bilir.  
 
Quru baxta tamarzılar  
Qızıldan taxta qarğıyar. 
 
Onun  şair  "hövsələsizliyi"  ondadır  ki,  şeirin  birinci  sətrini, 
ilk  beytini  uğurlu  bir  bənzətmə  ilə,  təzə  metafora  ilə  açır. 
Əslində  bu,  xalq  poeziyasınдан  эялян  paralellizm  məntiqidir. 
"Ayrılıq" şeirinin əввəlinə diqqət yetirin:  
 


Rüstəm Kamal 
 
177 
 
Ayrılıq - paltar ipi  
Üstə ömrü sərmişəm... 
 
Şairin iç obrazını suallar formalaşdırır. Onun sakit, təmkinli 
nitqində,  təkiyəsində,  nida  cümlələrinin  içində  sual  havası 
yaşayır, özü də agılardan gələn sual havası.   
 
Sən kefini soruşana  
Soruş: Dərdin necədir? 
 
Onun  hər  şeirindən,  hər  bəndindən  bir  ritorik  bayatı  sualı 
boylanır. 
 
Ağлamağı unutmuşdum,  
Gözümdə ağlıyan kimdi? 
 
Onun  üçün  ömrün  anlamağın  yolu  sual  intonasiyasından 
keçir.  Qəribədir,  Nurafiz  -  cografi  genetik  baxımdan  olaraq 
epik sözün daşıyıcısı olsa da, xatirə söyləməsi epik təfəkkürün 
deyii,  lirik  ovqatın  təsiri  və  diqtəsi  ilə  yaranır.  Xatиrя  epиk 
sözün  yox,  лirik  duyğuların  nəticəsidir.  Nurhafizin  xatirələri 
itkilərin  yaddaşıdır.  Əslində  Nurafiz  ömrü  boyu  itkilərin,  yox 
olanların  poetik  salnaməsini  yazır.  Nurafiz  yox  olanlardan 
yazır ki, var olanları hiss etməyi və dəyərləndirməyi bacarıq. 
 
Səninçün yoxam daha,  
Xatırla sözlə məni.  
Quruca aham daha,  
İçində gizlə məni... 
 
Tutalım,  "nəm-qəm"  kimi  sözlər  onun  şeirlərində  yalnız 
qafiyə  cütlüyü  olmur,  həm  də  bu  qafiyələrin  yaratdıgı 
emosional  başlangıcın  eyni  bir  мяна  мəkanына  bağlılığını 
göstərir.  


Rüstəm Kamal 
 
178 
 
 
Bundan sonra üz söykəyib  
Hönkür-hönkür ağlasan da,  
nəm götürməyəcək daha  
evimizin divarları. 
 
Nurafizin  keçmişə  qayıdışı  Тящлядяки  evə  qayıdışıdır. 
Çünki əzələ, ilkinliyə qayıdış bugünlə bütün keçmişin əlaqəsini 
yaşamaqла мцмкцн olu. 
Nurafizin  düşüncəsində  "bir  gün"  bütöv  ömrün  ifadəsidir, 
yaşanılmış  taleyin  bütöv  miqyasıdır.  Бир  эün  ovqatın  заман 
dərəcəsi  və  заман  dəyəridir.  Bu,  fikrimcə,  lirik  başlangıcın 
gündəlik  yaşam  emosiyasının  epik  başlanğıcı  üstələməsi  ilə 
bağlıdır. 
 
Bircə gün fələk görəydi  
Yüz il Nurhafiz görəni... 
 
yaxud:  
 
Qəm dəhmərlər çəhlim boyu  
Ağ günümün ağ atını... 
 
Nurafizин «avtobioqrafik təxəyyüл»цндя (əgər ədəbi-nəzəri 
fikrimizdə  belə  anlayış  mümkünsə)  оnun  yaşantı  təcrübəsinin 
kompozisiyaсыны  və  plastikaсыны,  şeirlərin  əsas  strukturuну 
pəncərə-qapı,  ev  həndəsəsi  təşkil  edir.  Bağlı-açıq  pəncərə  və 
qapı simvolikası şeirlərin "metafizik mənalar yelçəkəni" olur.  
 
Kilitlənmiş qapıyam  
Sözüm açıq pəncərə... 
 
 ya:  


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə