Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə45/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   41   42   43   44   45   46   47   48   ...   63

Rüstəm Kamal 
 
167 
 
İnqilab  İsaq  poeziyasına  natur  fəlsəfə  (torpaq,  su,  od,  yer 
ünsürləri) baxımından yanaşsaq, onu yel stixiyasının şairi kimi 
təqdim  etmək  olar:  ona  çiçəyin  ətrini  külək  gətirir,  baharın 
gəlişini,  dərdi-azarı  havadan,  küləkdən  duyur.  «Sözün  yovşan 
ətrini» külək ətrafa yayır: 
 
Yovşan ətri bürünüb,  
Külək daşıyan sözə. 
 
İnqilab  İsaq  şeirlərinin  bir  diqqətçəkən  cəhəti  də  peyzajla 
«insan planı» arasında  fərq qoyulmamasıdır. 0, payızın  sirrini 
söyləməklə,  armud  ağacının  taleyini  danışmaqla  əslində,  öz 
ömrünü anladır, bizi gözləmədiymiz yerlərə çağırır. 
 
Buludu sözlə dolan 
Mən payız adamıyam. 
 
İnqilab  İsaq  kimi  şairlərdə,  adətən  toponimin  konkretliyi 
önəmli  deyil.  Onlar  üçün  coğrafi  məkan  adları  metafizik 
anlamda  olur.  Məkanı  səslə  müəyyənləşdirən  də  onun  vizual 
«qeydiyyatı» zəif olur. 
 
Nolar, görüş yeri ver, 
Savalana, Qoşqara, 
Ömür, canın sağ olsun, 
Gör məni çəkdin hara? 
 
«Səhra obrazı onun şeirlərində sadəcə landşaft obrazı deyil, 
bir metafizik simvoludur. «Səhra, ilğım, kölgə, yuxu» məkanın 
və  sonsuzluğun  adıdır:  «Ölüm  yamyaşıl  kədər  boz  səhra 
meydanında». 
Səhra həm də ömür məkanını bildirir. 
 
Daralır yol səhrada, 
Gəl soruşma heç nəyi.  
Qaranlıqda yellənir, 


Rüstəm Kamal 
 
168 
 
Ömrün nimdaş pencəyi. 
 
İnqilab  İsaq  fiziki  məkanın  hüdudunu,  sərhədini  görən  və 
duyan  şairdir.  «Divar»  obrazı  onun  təhtəl  şüurunda  oturmuş 
obrazdır. Divar səsi və sükutu ayıran metafizik, sirli sərhəddir. 
Divar  dışında  səs  olur,  divar  içində  sükut.  Həyat  divarın  o 
üzündədir. 
 
Dörd divar  arasında  
Çoxdan dayanıb saat. 
 
Yaxud 
 
Ağrılarım qısılıb, 
Yad divarın küncünə. 
 
O,  iki  dünyanın  sərhədində  (divar,  güzgü,  qapı)  axirətin 
soyuq  təmasını  hiss  edir.  Dünyaları  ayıran  və  birləşdirən  bu 
obrazların  (çay,  yuxu,  qatar,  yol,  qapı)  fəallığı  bəlkə  də  bu 
üzdəndir?  
İnqilab  İsaqın  şeirləri  insan  ömrünün  iki  fəsildən  -  ilk 
bahardan  (uşaqlıqdan)  və  payızdan  (qocalıqdan)  ibarət 
olduğuna  inandırır.  Özü  də  payız  baharı  tamamlayan  hadisə 
olur. 
Şeirlərdə bu qədər «təbəssüm» sözünün çox anladılması son 
dərəcə  maraqlıdır.  Təbəssüm  kədəri  ifadə  imkanıdır,  uzaq  
əlçatmaz, xatirələrin ontoloji obrazıdır, müdrikliyin nişanəsidir. 
 
Sözlərin qaraqabaq, 
 Təbəssüm satır yada. 
 
Yaxud 
 


Rüstəm Kamal 
 
169 
 
Təbəssüm qarğışına  
Tuş olur adam hərdən. 
 
Maraqlıdır,  İnqilab  isaq  baharı  yaşamaq  üçün  qış  xatirəsini 
danışır.  Baharın  da,  yayında,  payızın  da  içində  yalnış  qışın 
rüzgarı əsir. 
 
Bilmirik bu fəsildə 
Biz dostuq, yoxsa tanış?  
Bu da fevral şeiri,  
Üstünü alıbdı qış. 
 
Yaxud 
 
Mənə xəbər daşıma, 
Alnımın qırışından. 
Min bahara yol gedir 
Bir ömrün qışından. 
 
İnqilab  İsaq  müdrik  şair  kimi  kədərini  təbəssümtə  göstərir. 
Kədərin işıgı şeirlərdə və sevgilərdə olduguna inanır: 
 
Təbəssümlə salamla  
Uşaqlar çırpan qarı. 
 
Bir  müdrik,  ixtiyar  kişi  kimi,  İnqilab  İsaq  üzünü  uşağa  və 
ağaclara  çevirir,  çünki,  özünü  və  ömrünü  uşaqlarda  və 
ağaclarda tanıya bilir. 
 
Susmuş uşaq sözündə  
Yolunu tapır adam... 
 


Rüstəm Kamal 
 
170 
 
Mən  İnqilab  İsaqın  şeirlərini  gecələr  oxuyurdum.  Qeyb 
aləmi  ilə  yuxular  səltənəti  ilə  ünsiyyət  qurmaq  üçün,  şeirlərin 
mistik enerjisini anlamaq üçün bu vacib məsələdir. 
 
ШАИГ ВЯЛИ: 
«SƏSİNƏ UÇUNUB OYANDIĞIN TÜRKÜ...» 
 
Şaiq Vəli orta əsr insanı kimidir, onu işarə aləmi yox, əyan - 
əlamət  aləmi  maraqlandırır.  "Bu  nədir?"  semiotik  sualını 
vermir,  onu  "bu  hardandır?",  "niyə  belə  ol-du?",  "nədəndir?" 
düşündürür. 
Şaiq  Vəli  xalq  sufizminin  obraz  mifologiyasna  dərindən 
inanan  şairlərdən  biri.  O,  şeirimizi  ilahi  eşqə,  sevdaya 
döndərənlərdən,  şeirimizi  qeyb  aləmi  ilə  bağlayanlardan  biri. 
O, Çexov qəhrəmanı kimidir, içində yanğınlar daşısa da, susan 
kişilərdən və şairlərdən biri. 
...Və  görünür  ki,  öz  inancında  və  poetik  davranışında 
qətiyyətlidir. 
Ş.Vəli  türkülərini  metafizik  duyum  tərziylə,  gəraylı  və 
bayatısını modern bir söyləmə tərziylə təqdim etməkdədir. 
Şaiq Vəlinin türkülərində hüznlə yoğurulmuş nəfis bir lirizm 
var! Bu dün-yadan və yaşanılmış ömürdən yorulmuş bir kişinin 
müdrik  payız  kədəri  var!  Nəfəsi  və  sözü  dərdin  gəlişinə 
öyrəşmiş haldadır. 
Hətta  mən  cəsarət  edib  deyərdim  ki,  onda  ölümün  dərki 
ömrün  bərkindən  qabaq  başlayıb.  Belə  şairlər  üçün  Göy 
üzünün dərki Yer üzünün dərkindən öncədir və daha önəmlidir. 
Şaiq  Vəli  üçün  Yer  üzü  naməlum,  qorxulu,  yaşanılması 
müşkül olan bir məkandır: "Sürgün yeri Yer, sən sürgün". 
Göy  üzü  onun  tanıdığı,  tapındığı  və  inandığı  doğma 
məkandır, qeyb aləmidir, çünki orda: 
"Haqqın dərgahı, taxtı..." 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə