Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə41/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   37   38   39   40   41   42   43   44   ...   63

Rüstəm Kamal 
 
150 
 
Barat  Vüsalı  həmin  müqəddəs  ruhun  -  kişilik  ruhunun 
mənəvi  -  idrak  sferamızdan  tədricən  yoxa  çıxması,  azlaması 
dərindən kədərləndirir. Təəssüflənir ki: 
Zirvə kişiliklər bir-bir verildi... 
“Zirvə kişiliklər” deyəndə şair İsrafil ağanı, Qaçaq Kərəmi, 
Xəlil  Rzanı,  Səməd  Vurğunu,  İsmayıl  Şıxlını  və  başqa  ünlü 
kişiləri nəzərdə tutur: 
 
Asta tərpənişi, usta yerişi, 
Düşmənə nifrəti, dosta gülüşü, 
Başında özü də bir-iki kişi, 
Görsəniz, siz Allah, bir cəngi şalın, 
İsmayıl Şıxlını mən hardan alım?! 
 
Barat  Vüsalda  “yurd”  anlayışı  “kişi”  anlayışından  ayrı 
təsəvvür  olunmur.  Yurdu  kişilər  salır.  Yurd  qədrini  kişilər 
bilər. Şair köhnə kişilərlə yurd yerinin xiffətini çəkir: 
 
Köhnə yurd yerində köhnə bir kişi... 
 
Bu mənada (“dəli Kür”dən, “Qarlı aşırım”dan sonra) kişilik 
dəyərinin gənc nəslin canına, qanına, şüuruna “pərçimlənməsi“ 
üçün ədəbiyyatımızın üzərinə xeyli məsuliyyət düşür. Hamının 
bildiyi bir fikri təkrar edirik: ədəbiyyatın siqləti onun qaldırdığı 
milli-mənəvi  dəyərləri  əks  etdirmək  bacarığı  və  cəhdi  ilə 
ölçülür. 
Nə yaxşı ki, “sırğlı gədaların” at oynatdığı, meydan suladığı 
bir vaxtda kişilərdən və kişilikdən yazan var. 
 
 
 
 
 
 
 
 


Rüstəm Kamal 
 
151 
 
SABİR SARVAN:  
DƏRDİN QAFİYƏSİ 
 
Sabir Sarvan  taleyi иля qoşmaya, gəraylıya  sığınıb, dərdini 
dağlara,  Yurd  yerinə,  Tanrıya  danışır.  Onun  kədəri  Saz 
havalarındakı kisi kədəridir. Şeirlərin psixoloji energetikası  ilə 
Yəhya bəy Dilqəmi xatırladır. 
Sabir  Sarvan  tərəkəmə  -  elat  sözünü  (qafiyəsini)  Şirvan 
şikəstəsinə  qatıbdır.  Onun  sərbəst  vəznində  дя  bir  «heca 
damarı», qafiyə məntiqivar. Klassik qoşmanın havası, bir ovqat 
fəlsəfəsi  onун  сярбяст  вязниня  «heca  ətri»  gətirir.  Ənənəvi 
qafiyə yaddaşı şeirin bütövlüyünü qətiyyən pozmur – bu, artıq 
sənətkarlıq göstəricisidir. 
Нядянся  тam  əminəm:  Sabir  Sarvanın  şeir  intonasiyası, 
şikəstə  ovqatı  onun  tale  layihəsini  müəyyənləşdirir,  «yığval 
mətn»ini yaradır. Иç yaşantıların ağır izləri, ana itkisinin ağrısı 
yurd evinin soyuqluğu онун шеирляриндя aydın sezilir. 
Türk şeirinin tarixi ölümə münasibət tarixidir. Dədə Qorqud 
«gəlimli-gedimli  dünya,  axır-sonucu  ölümlü  dünya»  söyləyir. 
Yunus Əmrə ölümlə dost olur. Mövlana cənazənin göründüyü 
anda  «el  fıraq, el  veda deyin»  deyən  dostlarını tənbeh  edər  və 
dostlarını bu ölümə sevinməsini istər, çünki bu bir ölüm deyil, 
bir vüsaldır, ölmək yenidən doğmaqdır. Hərdən Sabir Sarvanda 
da bu ümid baş qaldırır. 
 
Gedib yaxasız köynəkdə, 
Gəlirəm təzə bələkdə… 
 
Ölüm 
duyğusu 
onun 
poeziyasında 
yeganə 
gerçək 
emosiyadır.  Dərd  ömrün  bütün  anlarını,  yaşam-yaşantı 
xatirələrini  bir  gözqırpımında  yada  salmaqdır.  Dərd  onun 
yaddaşının son imkanıdır. 
 


Rüstəm Kamal 
 
152 
 
 
Keçib ocaqları, köç edib binəm 
Sahildə qayada dərd döyən sinəm. 
Çarəsi tapılmaz xəstələrdənəm, 
Dərd verən dərmanın düşünməzin ola? 
 
Sabir  Sarvanın  şeirləri  itkilərin  poetik  salnaməsidir.  Şeirlər 
itirilmiş  günlərin  acısına,  əldən  çıxmış  imkanların,  ömür 
məkanından bir-bir qeyb olan, yoxa çıxan insanların xatirəsinə 
ünvanlanır: 
 
Xatirimdə küləklərin qolları üstdə 
Od vurduğum o küləşlik hələ də yanır. 
Xatirimdə qarmonçu var, toyda, nişanda 
Qarmonunun dilləriylə görür dünyanı.  
 
(«Külək»  və «küləşlik» sözlərinin  bir beytdə səs  qonşuluğu 
necə də xoşdur!).   
Sabir  Sarvan  ona  görə  şeir  yazmır  ki,  öncə  söz  olub  və 
dünyada  söz  var.  O  artıq  çoxdan  anlayıb  ki,  dərdin  dərki  və 
mənası ancaq sözlə, dil deməklə mümkündür.  
 
Bəxtini selə verən, 
Dərdini yola verən, 
Bir ömrü yelə verən 
Sənin oğlundur, ana. 
 
Dərdin  dərki  onun  ömrünü  çat-çat  eyləyib,  şırımlayıb. 
«Könlünə  yatmayan»  taleyin  şırımları  və  bu  dünyanın  çatları 
şair ürəyini para eyləyib. 
Sabir  Sarvan  bir  şair  kimi  gücü  ondadır  ki,  öz  ömrünün 
ağını-qarasını, dadını-tamını sözdə verə bilir. Öz ömrünü əzbər 
bilir, ona görə də «yığval mətnini» yaza bilir. 


Rüstəm Kamal 
 
153 
 
 
 
Elə bununçun göz görə-görə, 
Məni qəm çəkir, məni dərd udur. 
Çıx qaranlıqdan, kimsən, ey adam, 
Gəl öz ömrünə özün yiyə dur. 
 
Onun  bütün  yazısında-pozusunda  ömür  fəlsəfəsinin  qara 
möhürü  var.  Sabir  Sarvan  yurd  yerinin  havası  ilə  bəslənmiş 
şairdir.  Yurd  yeri  xatirələrin  halal  kədəri  deməkdir.  Evə  son 
qayıdış  acısıdır.  Yurda  yenidən  qayıtmaq  mifoloji  mənada 
ölümə qayıdış ərəfəsi kimi düşünülə bilir: 
 
Həvəs çəkdi, yaş qorxutdu, yol yordu 
Bir daş üstdə ötən günə qayıtdım. 
 
«Qayıtmaq»  feili, dönüş  mifologemi Sabir Sarvanın dilində 
tez-tez göyərir. 
Onun zaman duyğusu da itkilərdən başlayır. Yaddaş itkilərin 
zamanı  ilə  elə  yüklənib  ki,  adi  uşaqlıq  xatirəsi  də  itki  ilə 
bağlıdır:  «Qonşumuz  Xancanın,  çırtqoz  Xancanın  /  Ala 
danasını itirən zaman». 
Həyatının  o  detallarını  xatırlayır  ki,  faniliyin  işarətləridir, 
zamanın  «korroziyasına»  məruz  qala  bilir,  adi  yaddaşda 
saxlanma müddəti azdır, kəpənək qanadı kimi tez pozulur. 
 
O illərdə gördüyüm  göy, baxdığım işıq 
Hərdən-hərdən gözlərimdən boylanır hələ. 
 
Yaxud 
 
Sevgi deyilən şey, sirr deyilən şey 
O qızın üzütək qalıb yadımda. 
 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə