Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə40/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   36   37   38   39   40   41   42   43   ...   63

Rüstəm Kamal 
 
146 
 
 
Şairin  yaşam  tərzi  nə  qədər  monoloq  tipli  olsa  da,  həmişə 
dialoqa ehtiyac duyur. Onun ünsiyyət çevrəsi bir qoşmanın, bir 
gəraylının  çata  biləcəк  qədərdir,  ашыьа,  саза  йетя  биляъяк 
гядярдир. 
Məmməd İlqar təbiətən qapalı adam təsiri bağışlasa da, sözü 
özünə  yönəlməyib,  yəni  elmi  dildə  desək,  avtokommunikativ 
deyil. Fərqi yoxdur: ölüdür, diridir, qadındır, kişidir, kəndddir, 
dağdır,  Tanrıdır-hamısı  onun  müraciət  obyektidir,  onun 
həmsöhbətidir, dilbiləni, söz anlayanıdır. 
Məmməd  İlqar  suallar  şairidir.  O,  sadə  suallarында  baxt-
yiğvalla bağlı bilgiнин олур. 
Şeirləрin içində, beytlərin sonunda səslənən, verilən  suallar 
yalnız  ovqatın  adı  deyil,  həm  də  dünya  ilə  ünsiyyət  qurmaq 
üsuludur. 
 
 
Kədərin yağlısı, yavanı varmı, 
 
Sevginin qocası, cavanı varmı, 
 
Bir dünya sual var - cavabı varmı, 
 
Yaradan böyükdür, yaşadan böyük. 
 
Məhz  cavablar  yox,  suallar  şairi  arif  və  мцдрик  edir. 
Məmməd İlqarın юзцня вя дцнйайа verəcəyi suallar çoxdur... 
 
 


Rüstəm Kamal 
 
147 
 
BARAT VÜSALЫН  
ЙЦКСЯКЛИК СЕВДАСЫ  
 
Siz elə qalxansız, kökünüz üstə, 
    Biz rahat uyuyar, rahat, qardaşım. 
H.Arif 
 
Barat  Vüsal  ədəbiyyatımızda  öz  yolunu  tapmış,  ustad 
şilləsini dadmış, ustad qədri və öz yerini bilən şairdir.  
Barat  Vüsal  poeziyasının  maraqlı  əlaməti  -  təbiiliyi  və  şair 
çılğınlığıdır. Poetik nitqi sərbəsтdir və bu sərbəstlik öz gücünü 
danışıq dilinin informasiyasından alır.  
 
 
 
...Gözə qədər hamı görür, 
 
 
 Gözünnən anrı görürəm! 
 
Hər  sətrin  axırında  şairin  intonasiya  obrazı  durur.  Məs 
intonasiya obrazı onun özünü və sözünü insanlara çatdırır.  
Barat  ünsiyyətə  meyilli  şairdir.  Şair  dünya  ilə  müxtəlif 
vasitələrlə  öz  əlaqə  və  münasibətini  qurur,  ünsiyyətə  girir. 
B.Vüsal  üçün  ən  önəmli  ünsiyyət  vasitəsi  defis  sözüdür.  Ulu 
əcdadlara,  köhnə  kişilərə,  müasirlərinə  sözlə  üz  tutur,  xitab 
edir.  
 
 
Gözlərin bəlanı gördü, böyüyür 
 
 
Arazdı, qovrulur, Kürdü döyülür, 
 
 
Torpağın kiçilir, dərdin böyüyür, 
 
 
Inan, ay papağı böyüyən kişi, 
 
 
Aman, ay papağı böyüyən kişi.  
 
Şairin  məhəbbət obyekti- dünyalarca  sevdiyi gözəl,  müdrik 
xalqıdı. Xalq onun yaradıcılığında ünsiyyətin ülviliyi kimi çıxış 
edir. Poeziyadakı müqəddəslik hissi onun xalqla ünsiyyətindən 
irəli gəlir. Şairin sözünə həmişə inanırsan. 


Rüstəm Kamal 
 
148 
 
Barat  Vüsal  bir  şair  kimi  “təşbeh  ilğımı”  aldada  bilməmiş, 
sifətlərin, təyinlərin saxta “doğmalığı” onun enerjili, emosional 
nitqində  yuva  sala  bilməmişdir.  Onun  şeirlərinin  “ehtiyat 
hissələri”  ancaq  dilimizin  ən  sədaqətli,  ən  yaşamlı  nitq 
hissəsindən  -  tellərdən  ibarətdir.  Bunun  üçün  şairin  istənilən 
əsərini nəzərdən keçirmək kifayətdir. Elə götürək bu ikicə sətri: 
 
Bəsdi deyib ağladım, yoxdu bir kəsim deyə, 
Qoymaram borclu qalıb ruhum tələssin göyə. 
 
Barat  Vüsalın  şeirlərində  xitabların,  çağırışların  effektliyi  
adların, hərəkətin təkrarlanmasındadır. Epiforalar və anaforalar 
şeirin  sintaktik  düzəninə  də  təsir  edir.  Baratda  üçəm  təkrarlar 
sözün emosional magiyasını gücləndirir. 
 
Biri çiçəyinə tüpürüb yeyir, 
Biri diri-diri oturub yeyir. 
Biri qəbir qazır, qəbrini yeyir, 
Boğazdan keçməyən tikəsən, şair! 
Azarın yoxdumu, çəkəsən, şair?! 
 
Barat Vüsalın emosiya  fəlsəfəsi  xalq qəhrəmanını, yazıçını, 
şairi, qadını bir etnik dəyərdə -kişilikdə birləşdirir. 
 
Israfil ağadır bu gələn, allah, 
Dünya xali deyil, gördümü, qardaş, 
Ismayıl Şıxlının sevincinə bax, 
Ismayıl Şıxlının gözlərinə yaş... 
 
Baratın poetik intonasiyasında 
qalın 
saitlərin 
üstün 
mövqeyi sentimental  psevdo giley-güzara imkan vermir. Qalın 
saitli sözlərin düzümü və səslənməsi şairin emosional obrazını 
da bizə təsəvvür etdirir. Məsələn: 


Rüstəm Kamal 
 
149 
 
 
Torpağına, havasına vurulub, 
Torpağıyla, havasıyla bir olub 
Bir kasıbın komasına burulub 
Öz köksünü ötürməyə gəlmişəm. 
 
Baratın  işində  yüksəkliyə,  “yuxarı”ya    çıxma,  ata  minmə 
ehtirası  var.  At  beli,  dağ  başı  onu  çəkən  obrazlardır.  Ata 
minmək  göylə  əlaqə  saxlamaq  vasitəsi  və  imkanıdır.  Böyük 
Səməd Vurğunun ömrünü, şairlik  şöhrətini köhlən ata minmək 
kimi  təsəvvür  edir.  “Səməd  Vurğun  Qazaxda  qalxmışdı 
Köhlən  Ata!  Səməd  Vurğun  dünyanı  Qazaxda  mindiyi 
Köhlənin belində gəzir!” 
Rəhmətli  bacısı  “ata  minən  qız”    obrazında    onun  yadında 
qalıbdır.  
Barat Vüsal yaşanılan ömrün ləyaqətini, qiymətini kişilikdə 
görür.  
Kişilik azərbaycanlı kübarlığıdır, onun varlığını şərtləndirən 
amildir. 
Yaradıcılığı  bir  qədər  mühafizəkar  təsir  bağışlayan  Barat 
Vüsal millətə, ölkəyə insana olan münasibətlərin kişilik яхлагы  
əsasında  qurulmasını    istəyir.  Çünki  xalqımız  öz  tarixində  elə 
ruh  hazırlayıb  ki,  onun  nəsiollərdən-nəsillərə  ötürüblər, 
yaşadıblar.  Buna  xalq  ruhu  da  deyilir.  Kişilik  həmin  ruhun 
qutsal qatıdır: 
 
Azadlıq itdikcə, Vətən də itir, 
Kölə kişilərin qəbri daşlanır.  
Vətənin sərhəddi oğuldan ötrü 
Kişi meyidinin üstən başlayır. 
 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə