Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə42/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   38   39   40   41   42   43   44   45   ...   63

Rüstəm Kamal 
 
154 
 
Sabir  Sarvanın  yaddaşında  iki  taleyin  -  insan  taleyi  və  şair 
taleyinin  möhürü  var.  Hər  iki  tale  bir-birinə  elə  qarışıb  ki, 
sərhədini ayırmaq çətindir. 
 
 
Dolan gözlərimin kirpiyi səsli, 
Qalan sözlərimin ovxarı paslı. 
Bəlkə buna görə, duruşu yaslı, 
Bənövşə sevgili gülümdü mənim. 
 
İçində qayıtma mümkünsüzlüyü qorxusu ona rahatlıq vermir 
(«İtik  nəyim  varsa,  durubqəsdinə»),  bütün  gileyləri  də  bu 
üzdəndir: 
 
Nə mən bir də qayıdaram ipəkgünlərə, 
Nə də məni bu həsrətdən qurtarar ürək. 
 
Onun  şikəstə  könlünün  sızıltıları,  ölüm  düşüncələri  böyük 
türk  şairləri  Hamitin  arvadı  Fatmanı  yaxud  Əkrəmin  uşaqları 
Piyaləni,  Nijadı  itirdikdən  sonra  surəkli  ölüm  üzərinə 
düşünmələrin xatırladır. 
Sabir Sarvan ölüm sevdasını, itki ağrısını dilə gətirir. Yurda 
qayıda  bilməyən,  atası  ilə  oğlunun  qəbri  yanaşı  olan  adamın 
ağrısını ancaq şair çəkə bilir. (İbrahim peyğəmbər (ə.s) sevimli 
oğlu  İsmayılı  bıcağa  çəkəndə  onun  əzabını,  ağrısını  kimin 
əzabı və ağrısı ilə müqayisə etmək olar?!) 
 
…Hər novruz bayramı anamın ruhu 
Tüstüsüz ocağın daşını ağlar. 
 
Bu  qədər  ağrılı  şeirlərin  yiyəsi  necə  xoşbəxt  ola  bilər? 
«Ağrı» şeiri var – Ana əllərinin rekviyemidir. 
 


Rüstəm Kamal 
 
155 
 
 
 


Rüstəm Kamal 
 
156 
 
Gerdi bir gün 
Getdi gecənin bir yarısı. 
Hündür çəpərimizdə 
Həyətimizin səliqə-sahmanında, 
Qızıl inəyimizin yelinində qaldı. 
Əllərinin ağrısı. 
 
Onun sevgi şeirlərində qayğısız, sevən bir könlün eşq havası 
deyil, ölüm sevdasının qara küləyi əsir. 
 
Elə qönçəsində ölən sevgimin 
Könlümdə xatirə mirası qalıb. 
 
Bütün bunlardan sonra, görəsən, dərdini-sərini, «güvə yemiş 
ömrünü»  qafiyəyə  çevirəndə  Sabir  Sarvanın  çiyinləri 
əyilmirmi? 
Allah bilən məsləhətdir… 
 
 


Rüstəm Kamal 
 
157 
 
ЩАРДАСАН, САЛАМ САРВАН? 
 
Salam  "Yolda  qarşıla"  kitabını  mənə  bağışlayanda  qara 
rəngli  üz  qabığında  müəllifin  şəkil,  hər  iki  üzünə  "döyülmüş" 
şeir  parçaları  məndə  anlaşılmaz  bir  ovqat  -  assosiasiya 
yaratmışdı  və  özümü  onda  qədim  məqbərə  içində  daş  sandu-
qənin üstündəki yazıları oxuyan qərib yolçu kimi gördüm... 
Salamın  şeirləri  sirli,  mistik  qüvvənin  varlığını  bizə  hiss 
etdirir.  Bu  anlaşılmaz  qüввənin  təsirindən  qurtulmağın  bircə 
yolu var: gərək insanın qərib olmasına inanasan. 
 
Yaxşı, mən özüm haradayam – 
O Salam hanı, ay ana...  
Gəl axtar bətnindən düşüb  
İtən balanı, ay ana... 
 
Bu  şeiriərlə  istənilən  təmas  oxucuda  Boşluğun,  Faniliyin, 
Heçliyin 
gərginliyin 
artırır. 
Şeirin  içindəki,  sətilərin 
məsamələri  arasında  hava-intonasiya  ozon  deşiyi  kimi  efir 
küləyi kimi adamı çəkib aparır. 
 
Bu köhnə kirayə evin yiyəsi  
Yenə "qulağım" burur saatın  
Fikirdən neçədə ayılacaqsan,  
Ay oğul, neçəyə qurum saatı? 
Hardasan, Salam Sarvan? 
 
Salam  Sarvan  qoşma-gəraylının  "səsini"  dəyişib,  fəlsəfi 
məntiqini tamamilə metafizikaya çevirmiş şairlərdən biridir. 
 
Ay mənsiz dözə bиlməyən  
Ay narahat, darıxma.  
Səhər-axşam başına döy – 


Rüstəm Kamal 
 
158 
 
Başını qat, darıxma. 
 
Salam  oxucularla  ömür  təcrübəsini  deyil,  ölüm  təcrübəsini 
paylaşır. 
Ömür 
təcrübəsini 
danışmaq 
ağsaqqalların, 
müdriklərin  işidirsə, ölüm təcrübəsini paylaşmaq  aktı  isə qeyb 
aləmi ilə, axirət dünyası ilə bağlı варлыглара - şamanlara, ilahi 
röyalar görən dərvişlərə aid олур. 
Bir  təzad  da  maraqlıdır:  Salam  əslən  açıq  məkandan 
(Cəlilabad)  olsa  da,  şeirlərində  qapalı,  gizli  məkanı  təsvirиdir. 
O,  gizlənməyə,  qapalı  мяканын  küncünə  sıxılmağa  üstünлük 
verir: 
 
Mən səni sevmirəm, sənin qoynuna  
Səndən gizlənməyə girmişəm, qadın. 
 
Salam  üçün  bağlı,  qaranlıq  məkan  onun  məna  məkanıdır, 
rahatlıq tapdığı ruh məkanıdır. 
 
Baxdım, nə qapısı, nə bacası var,  
Baxdım çöl bayır görməyяn evə.  
Bəs axşam haradan girir qaranlıq  
Gündüz gün işığı girməyən evə? 
 
Salam  Sarvanын  мякан  metafizikası  да  var:  Zaman,  Ölüm 
və  Al-lah.  Məhz  bu  şairin  taleyini  anlamağa  imkan  verir. 
Salamda  Bəxt,  Zaman,  ad  günü  və  Ölüm  sinonimdirlər.  Ölüm 
zamandan  başqa  zamana,  bir  taledən  başqa  taleyə  kimi 
düşünülür.  
 
Gələ bilməyəcəm sənnən görüşə  
Bu gün vaxtım yoxdu, bu gün ölürəm. 
 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə