Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə44/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   40   41   42   43   44   45   46   47   ...   63

Rüstəm Kamal 
 
163 
 
Öyləri Allah saxlasın... 
 
Onun  gəraylılarının  içində  qımqımı,  няфясинин  bayatı-
oxşama,  ovsun-dua  интонасийасынын  олмасы  тябии 
щадисядир. 
 
Dumbuzla dilmi bağlanar.  
Çumbuzla selmi bağlanar,  
Yığvala belmi bağlanar,  
Yığvalı dönənin oğlu? 
 
Dəmirçioğlunda  nəfəsin  щавасы  səsi  görünəndir.  Çevik 
ritmə,  cilvəli  deyimə  malik  poetik  formaların  йарадыъылы-
ьында geniş yer alması бу цздяндир. Qımqımı, gəraylı, (qoş-
ma,  divani...)  bu  formaların  bətnində  yaşayır,  bətnindən 
doğulur. Həssas qulaqlar bunu çox asanca duya bilər: 
 
Yer davalı, göy havalı, 
mən divanə bir kəsəm, 
Asi olub yerdən göyə, 
havalanan bir səsəm... 
 
yaxud 
 
Bir qaraca kol oldum,  
Bitirdim bənövşələr.  
Cığırlara qol oldum,  
İzimdə cüyür mələr. 
 
Şair səsləri sahmana salıb yerbəyer edə bilir. Əslində şairlik 
bəlkə  də  səslərin  yaranma  yükünü  anlamaq,  şeirdə  səslərin 
harmonik  bütövlüyünü  qurmaqdır.  Məsələn,  «axır»  felini  bir 
şeirində 
gözəl 
türkcəmizin 
Anadolu 
ləhcəsində 
qafıyələndirməsi şeirə ayrı bir ovqat gətirir: 


Rüstəm Kamal 
 
164 
 
 
Bir qocaman palıdın başında quş nalası,  
Ayağında bir bulaq şırıl-şırıl axıyor, 
İsaq-Musaq oxuyur. 
 
M.Dəmirçioğlunun  poetik  optikası    бу  дцнйада  bütün 
nəsnələri  -  predmetləri,  canlı  varlıqları  kiçik,  xırda  эюс-
тярмяйи  севир.  Чох  йягин  ки,  ruhunun  əzizləmə  -  oxşama 
ovqatı ilə bağlıdır. 
 
Ay xırdaca çiçəklər,  
Gəlin qol-boyun olaq.  
A körpəcə bulaqlar,  
İçib suyundan doyaq.  
Salam, a telli cürə,  
Gəl bir «Dubeyti» çalaq... 
 
Dünya  özü  də  onun  gözündə  və  dilində  bayatı,  qım-qımı 
boydadır: 
 
...Dünyadan küsən, ay dostum,  
Bu dünya gözün boydadır.  
Çəkisi bircə bayatı,  
Mənası sözün boydadır... 
 
Dəmirçioğluнун  bir  şair  kimi  dəyəri  ondadır  ki,  içinin 
havası  sözlərin  məsamələri,  sətirlər  arasında  itib  batmır.  Söz 
onun içindən oxuya-oxuya çıxır. Sözlərin qəribliyi bu üzdəndir. 
Bir şairin ki, ləhcəsində, duyğu yaddaşынda irfan nəfəsi var, 
dədələrin ədəb-ərkanı var - mütləq göyə baxmalıdır. 
Dəmirçioğlu, Göylərin mübarək! 


Rüstəm Kamal 
 
165 
 
İNQİLAB  İSAQ: 
SÜKUTUН  KƏDƏRƏ ÇEVРИЛМЯСИ 
 
İnqilab  İsaqın  adını  çox  eşitmişdim.  Ancaq  onun  haqqında 
Məmməd  Dəmirçioğlu  ürəkdolusu  mənə  danışmışdı.  Elə 
tanışlığımızın  səbəbkarı  da  odur.  Düzünü  deyim  ki,  Gəncədə 
belə gözəl bir şairin sakit varlığı məni çox sevindirdi. 
XX  yüz  ildə  Gəncə,  Naxçıvan,  Şuşa,  Qazax,  Şamaxı, 
Lənkəran kimi ədəbi mərkəzlərin müəyyən anlaşılmaz səbəblər 
üzündən Azərbaycan ədəbiyyatının  əyalətinə çevrilməsi adamı 
çox  ağrıdan  məsələdir.  Milli  ədəbi  prosesin  paytaxtda 
qərarlaşması, duşünürəm ki, ədəbiyyat (mənəviyyat) tariximizi 
tam şəkildə bərpa etməyə imkan vermir... 
Sükut  Иnqilab  İsaqda  poetik  əsər  yaratmağın  mühüm 
mərhələsidir, obrazı gözləmə səbri və bacarığıdır. 
“Qədimlərdə  ana  olmağa  hazırlaşan  qadına  necə  hörmət 
edirdilərsə,  susan  şairə  də  elə  sayğı  duyardılar” 
(N.Qumilyov). 
İnqilab İsaq poeziyasında bəlağətli deklarasiyalar və yüksək 
nidalar səslənmir, sanki, sualtı axın şeirin üstü ilə gedir- sükutu 
intonasiyanın axarı üzə çıxarır... 
 
Sən qorxduğun güzgüdə 
Gözləri dolanım var... 
 
Göz yaddaşında ilişib qalmış detalların, obrazların arxasında 
bir ömrün səsini eşidirsən və görürsən. 
İnqilab  İsaq  antitezalar,  inversiyalar  ilə  yaşantıları  son 
dərəcə  zərif,  nəzakətlə  təqdim  edir.  Hətta,  örnək  gətirdiyim 
şeirdə antiteza (bərk-qaya və zərif-çiçək) həssaslığı duyulur: 
 
Sal qaya inadını 
Bir çiçək çəkib dara. 


Rüstəm Kamal 
 
166 
 
 
İnversiya  -  antitezanı  şeirin  toxumasında  o  qədər  ustalıqda 
gizlədir ki, iç obrazlarının səslənməsinə qətiyyən mane olmur. 
 
Ağ vərəqlər boyandı 
Qara bəxtin rənginə. 
 
Şeir  iç  nitqindən  yaranır  (C.Coys  bunu  mimetik  yazı 
adlandırır). Söz ətə-qana dolur ki, şair səslənən iç obrazını özü 
ilə aparmasın. 
Söz  yoxdur,  ancaq  şeir  artıq  səslənir.  Onun  içindəki  obraz 
səslənir. 
Şair  öncə  öz  içini  sükutunu  səsləndirir,  səsə-sözə  çevirir, 
içində səslənmiş obraz  nitqə (və yazıya) gətirir: 
 
Pozulmuş yuxu kimi 
Üzünü tutub saçı. 
 
Məhz  epitetlərlə  istədiyi  sözü  eydirə  bilir.  İnqilab  isaqın 
“üslub  ezoterizmi”  (termin  bizimdir)  təşbehlərin  gözlənilməz 
assosiativ əlaqəsindən və düyünündən yaranır. 
 
Bu səhra aclığında 
Yatmaz qarışqa izi. 
 
Şairin  metafora  yüklü  epitetlərə  həssaslığı  bir  ayrıca 
araşdırma  mövzusudur.  Onun  epitet  ehtirası  və  zövqü  şeirdə 
mənaların  sıxlığına  gətirib  çıxarır.  Şeirdə  məcaz  sıxlığı  onu 
«dil  mifi»n  asılı  edir.  O,  məcazlarla  predmetləri  seçir.  Hətta, 
deyərdim  ki,  bir  çox  hallarda  məcaz  şeirin  vəznini,  ritmini-
nəfəsini müəyyən edir. İntonasiyanı obraz çəkib aparır. İnqilab 
İsaqın təfəkkürü bu mifin, bu dil təcrübəsinin təsiri altındadır. 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə