Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə49/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   45   46   47   48   49   50   51   52   ...   116

 
193
olmaqla  bir  ədədinin  kütləsi  250-400  q,  bəzi  hallarda  2-3  kq 
olur.  Forması  yumru,  yumurtavarı  və  uzunsovdur.  Qabığının 
rəngi  yaşıl,  yaşılımtıl-sarı,  narıncı,  çəhrayı,  qırmızı  və  qarışıq 
olur. Ətliyi sarı və açıq narıncı rəngdə, şirəli, turşa-şirin və sor-
tundan asılı olaraq az və  ya  çox lifli olur. Dad və ətri o qədər 
yaxşıdır  ki,  ona  «Bütün  meyvələrin  şahı»  adı  verilmişdir. 
Dünyada  1500  manqo  sortu  vardır  və  bütün  sortlar  4  qrupa 
bölünür.  Florida  sortlarına  Haden,  Tommy  Atkins,  Kent;  Hin-
distan  sortlarından  Alphonso,  Mulgoba,  Bombay,  Bangalora, 
Pairi,  Him  Sagar;  Filippin  sortlarından  Carabao,  Pico,  Pathiri, 
Aroomanis; Cənubi Hindistan sortlarından Julie, Amelie, Peter 
göstərilə bilər. 
Manqonun  tərkibində  80-83%  su,  10-16%  şəkər  (o 
cümlədən  0,5-1,5%  qlükoza,  2-4%  fruktoza,  7-11%  saxaroza), 
0,4-0,8% zülal, 0,2-0,5% üzvi turşu, 0,3-0,5% minerallı maddə, 
0,1-0,4%  lipidlər,  20-50  mq%  C  vitamini,  2-10  mq%  karotin 
vardır. Manqo çox ətirli meyvədir. 100 qr-ı 56 kkal və  ya 236 
kCoul enerji verir.  
Manqonun  müalicəvi  xassələri. Meyvəsi təzə və emal-
edilmiş halda  yeyilir. Yetişməmiş meyvəsindən salat, çəyirdək 
ləpəsindən  un  hazırlanır.  Manqoda  və  onun  şirəsində  şəkərlər 
və digər qidalı maddələrlə yanaşı, vitaminlər və karotin də var. 
Ona  görə  də,  manqo  yaşlılar  və  uşaqlar  üçün  faydalıdır. 
Hindistanın xalq təbabətində manqodan sidikqovucu və mədəni 
yumşaldıcı  və  bəzi  daxili  qanaxmalarda  tətbiq  edilir.  Manqo 
ş
irəsindən  dərinin  kəskin  dermatitində  xaricə  sürtmək  üçün, 
meyvənin  qabığından  büzüşdürücü  və  tonusqaldırıcı  vasitə 
kimi,  çəyirdəyi  qurdqovucu,  ləpəsi  isə  astma  xəstəliyinə  qarşı, 
onun  yarpağı  əqrəb  sancmasına  qarşı  müalicəvi  məqsədlə  isti-
fadə  olunur.  Qurudulmuş  manqo  çiçəklərindən  alınan  nastoy-
kadan  tibbdə  ishala,  xroniki  dizenteriya  və  sidik  kisəsinin 
katarında təyin edilir. 
Nar – Гранат  Punica granatum L. Nar (Punicaceae) 
fəsiləsindəndir. Yabanı halda Zaqafqaziyanın və Orta Asiyanın 
 
194
dağlıq  rayonlarında  bitir.  Azərbaycanın  Lənkəran,  Zaqatala, 
Şə
ki,  Ağsu,  smayıllı,  Ağdaş,  Masallı,  Göyçay,  Şəmkir  və 
başqa  rayonlarında  yabanı  narın  çoxlu  ehtiyatı  vardır.  Yabanı 
nar  kolluqlarının  çoxu  Talış  ərazisindədir.  Azərbaycanda 
mədəni yetişdirilən narın ən yaxşı sortları mövcuddur. 
Nar bitkisi 2-4 m hündürlükdə çox gövdəli koldur, may-
avqustda  çiçəkləyir.  Çiçəyin  kasa  yarpaqları  qalın  ətli  və 
qırmızıdır.  Ləçəkləri  5-8  ədəd  zərif,  tünd  qırmızıdır.  Meyvəsi 
sentyabrda  yetişir.  Narın  meyvəsi  qeyri-həqiqi  giləmeyvədir, 
forması  girdə  kürəşəkilli,  bəzən  uzunsov  olur.  Gül  kasacığı 
meyvənin  baş  hissəsində  qalır.  Yabanı  narın  meyvəsi  mədəni 
sortlara  nisbətən  xırda  olur.  Narın  meyvəsi  şirəlidir,  nazik 
arakəsmələri  (pərdələri)  olan  6-9  yuvası  olur.  Hər  meyvədə 
200-dən 500-ə qədər şirəli dənə olur. Şirəli dənələr bir tum və 
içərisi  şirə  ilə  dolmuş  zərif  pərdədən  ibarətdir.  Yabanı  narın 
meyvəsinin qabığı yaşıl, açıq çəhrayı və müxtəlif çalarlı qırmızı 
rəngdə,  gilələri  ağ,  açıq  çəhrayı,  qırmızı  və  tünd  qırmızı  olur. 
Dadı turş və ya meyxoşdur. 
Narın  tərkibində  8-19%  qlükoza  və  fruktoza,  1%  saxa-
roza,  şirin  sortlarda  0,2-2%,  turşa-şirin  sortlarda  2-3%,  turş 
narlarda  isə  3-7%  limon  turşusu  vardır.  Bundan  başqa  nar 
ş
irəsində 0,53% mineral maddə, 0,50% azotlu maddə, 7 mq% C 
vitamini,  qabığında  11,85%  aşı  maddəsi,  9,07%  sellüloza, 
5,38% pektin maddələri, 14,1% reduksiyaedici şəkər, 1% turşu 
vardır. 
Yabanı narın tərkibində  8,2-12% şəkər, 3-9% üzvi turşu 
(limon turşusu), pektinli maddə, aşılayıcı maddə və C vitamini 
vardır. Yabanı narın həm dərman və həm də texniki əhəmiyyəti 
vardır.  Qatılaşdırılmış  nar  şirəsi  –  narşərab  –  ət  və  balıq 
xörəklərində tamlı qatqı kimi istifadə edilir. 
Yabanı nardan sənaye miqyasında limon turşusu istehsal 
edilir. 33 t nardan 1 t limon turşusu almaq olur. 


 
195
Azərbaycanda  Şelli  mələsi,  Şahnar,  Çəhrayı  gülöyşə, 
Azərbaycan gülöyşəsi, Qırmızıqabıq, Bala Mürsəl, Nazikqabıq, 
Qırmızı vələs və s. nar sortları yetişdirilir. 
Nar  meyvəsinin  təzə  qabığının  tərkibində  22-35%-ə 
qədər aşılayıcı maddə vardır. Bu gön-dəri istehsalında ən yaxşı 
aşı maddələrindən biri hesab olunur. Bundan, həmçinin, yun və 
kətan  parçaları  boyamaq  üçün  bitki  boyağı  kimi  də  istifadə 
edirlər. 
 Nar təzə halda yeyilir, ondan şirə, ekstrakt, şərbət, sərin-
ləşdirici  içki  hazırlanır.  Nar  dənələrindən  təzə  halda,  nardança 
və nardaşa kimi məhsullardan kulinariyada geniş istifadə edilir. 
Nar  şirəsinin  qatılaşdırılmasından  alınan  tamlı  qatmadan  bir 
çox  mili  xörəklərin  hazırlanmasında  və  kabab  yanında  tamlı 
qatma kimi istifadə olunur. 
Narın  müalicəvi  xassələri  eramızdan  çox  əvvəl  misir-
lilərə,  yunanlara  və  digər  şərq  xalqlarına  məlum  idi.  Nar  elmi 
təbabətə 1807-ci ildə daxil edilmişdir. 
Ə
rəblər  nardan  mədə-bağırsaq  pozuntularında  və  başağ-
rılarında istifadə etmişlər. Nardan və onun şirəsindən böyrək və 
ürək-damar  sistemi  xəstəliklərində  istifadə  olunur.  Şəkər 
xəstəliyində  də  nar  faydalıdır.  Nar  mədənin  həzm  prosesini 
yaxşılaşdırır  və  sinqa  xəstəliyinin  müalicəsində  yaxşı  nəticə 
verir.  Yabanı  nardan  alınan  limon  turşusundan  yeyinti  səna-
yesində və tibbdə qanın konservləşdirilməsində istifadə olunur. 
Gürcüstanda  narın  güllərindən  alınan  həlimdən  ishala 
qarşı,  şirəsindən  boğaz  ağrılarında,  güllərindən  hazırlanmış 
təpitmələrdən  şişlərin  müalicəsində,  narın  quru  güllərindən 
alınan  tozvarı  məhsuldan  ağız  boşluğu  xəstəliklərində  səpmək 
üçün istifadə olunur.  Bəzən xalq təbabətində nardan qabığı ilə 
birlikdə  soyuqdəyməyə,  kolitə  və  titrətməyə  qarşı  istifadə 
olunur. 
Narın  qabığından  hazırlanan  həlim  soyuqdəymədə  yaxşı 
vasitədir.  Bu  məqsədlə  5  q  xırdalanmış  qabıq  100  ml  suda 
hazırlanır və yeməkdən əvvəl gündə 3 dəfə içmək məsləhət gö-
 
196
rülür.  Narın  qabığından  hazırlanan  həlimdən  qurdqovucu  kimi 
də istifadə olunur. 
Narın  qabığından  hazırlanan  həlim  mədə  pozuntuları 
zamanı  istifadə  olunur.  Qurudulmuş  meyvə  qabığından  hazır-
lanan  nar  tozu  şiddətli  yanıqları  müalicə  etmək  üçün  işlədilir. 
Bu  zaman  yanığa  əvvəlcə  duru  nar  şirəsi  yaxır  və  üstündən 
həmin tozdan səpirlər. 
Narınc – Померанецбигардия – Citrus aurantium L. 
Sədokimilər  (Rutaceae)  fəsiləsinin  Citrus  cinsinə  aid 
həmişəyaşıl  çoxillik  ağac  bitkisidir.  Meyvəsi  şarformalı  olub, 
bir qədər saplaq və uc tərəfdən sıxılmışdır. Diametri 5-6 sm-dir. 
Qabığı  qalın,  kələ-kötür,  parıltılı  narıncı-sarı  rənglidir.  Ətliyi 
turş-acıtəhər  dadlı,  şirəli,  narıncı  rəngdə,  içərisində  çoxlu 
toxumları var. Vətəni Şərqi Himalaydır. Meyvəsi təzə halda ye-
yilməyə  yararsızdır.  Ondan  marmelad,  konfityur  və  şirə  hazır-
lanıb,  ət  xörəklərinə  tamlı  qatma  kimi  istifadə  olunur.  Çiçək-
lərindən alınan efir yağı ətriyyat sənayesində istifadə olunur. 
Narınc  meyvəsi  bakterisid  xassəyə  malikdir.  Eyni 
zamanda,  onun  meyvəsinin  tərkibində  üzvi  turşular,  C  və  B 
qrupu vitaminləri və PP vitamini vardır. Böyrək xəstəliklərində, 
mədə  pozuntusu  və  hipertoniyaya  qarşı  müalicəvi  və  profi-
laktiki  məqsədlə  istifadə  olunur.  Narınc  meyvəsinin  müalicəvi 
xüsusiyyətləri dəqiqləşdirilməlidir. 
 Narıngi  –  Мандарин  –  Citrus  nobilis.  Sədokimilər 
(Rutaceae) fəsiləsindəndir. Sitrus meyvələrinin qabığının rəngi 
narıngidə  sarımtıl-narıncı  olur.  Ətli  hissəsi  xoş  narıncı-sarı, 
zərif lifli və ətirli olur. 
 Narınginin  tərkibində  efir  yağlarının  faizlə  miqdarı  on-
ların  ayrı-ayrı  hissələrində  müxtəlif  olur.  Unşiu  sortlu  narın-
ginin qabıq hissəsində 1,2%, ətli hissəsində 0,23% efir  yağları 
olur.  Narınginin  tərkibində  şəkər,  çoxlu  miqdarda  pektin 
maddələri, turşular, az miqdarda azotlu maddələr olur. Efir yağ-
ları  kimi  pektin  maddələri  də,  əsasən  qabıq  hissədə  toplan-
mışdır. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə