Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə53/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   49   50   51   52   53   54   55   56   ...   116

 
209
Mayami Universitetinin (ABŞ) tibb fakültəsindən D.Pek: 
-  “Zeytun  yağının  siçovullardakı  immunitet  sistemini  güclən-
dirdiyi sübut olunmuşdur…”. 
Milan Universiteti əczaçılıq fakültəsindən Bruno Berra: - 
“Təbii  yolla  süzülmüş  zeytun  yağının  tərkibində  olan  LDL 
oksidasiona olan müqavimətini aydın şəkildə artırır”. 
II  Federiko  Universitetinin  daxili  və  metabolizma  xəs-
təlikləri  kafedrasından  A.A.Rivelles,  G.Rikardi,  M.Mançini:  - 
“Zeytun  yağı  insulin  müqavimətinin  qarşısını  alır  və  qandakı 
qlükozanın daha yaxşı nəzarətini təmin edir”. 
Neapolitan  Universiteti  tibb  və  kimya  fakültəsindən 
Patrisia Qaletti: - “Zeytun yağı polifenollarının qida kimi qəbul 
edilməsi  reaktiv  oksigen  metabolitlərlə  bağlı  xəstəlik  riskini 
azalda bilər – mədə-bağırsaqla bağlı bəzi xəstəliklər və damar-
ların tıxanması kimi. Zeytun yağı insan eritrositlərini oksidativ 
təhlükədən qoruyur”. 
Harvard  Universitetinin  xalq  səhiyyəsi  kafedrasından 
Frank  Saks:  -  “Zeytun  yağından  ibarət  olan  zəngin  qida  ra-
sionlu pəhriz ifrat kökəlməyi nəzarətdə saxlamaqda və müalicə 
etməkdə  az  yağlı  qida  rasionundan  ibarət  pəhrizdən  daha 
təsirlidir.  O  uzunmüddətli  artıq  çəki  itkisinə  də  səbəb  olur,  bu 
halda çəkini qorumaq daha asandır…”. 
Göründüyü  kimi,  bu  gün  bir  çox  alimlər  zeytun  yağını 
ə
sas qəbul edən qidalanma modelinin ən ideal forma olduğunu 
düşünür.  Bu  xüsusiyyətlərinə  görə  gündəlik  qida  rasionunda 
zəruri  olan  ən  əsas  qidaların  zeytun  və  zeytun  yağı  olduğu 
bildirilir. 
 
210
Q O Z M E Y V Ə L   L Ə R 
 
Qozmeyvəli  bitkilər  yağ  və  zülali  maddələrlə  zəngindir. 
Bəzi qozmeyvəlilərdə karbohidratlar da vardır. Qidalılıq dəyə-
rinə  və  kaloriliyinə  görə  qozmeyvəlilər  nəinki  bitki  mənşəli 
məhsullardan, hətta bəzi heyvanat məhsullarından da üstündür. 
Bu bitkilərin məhsulları uzun müddət saxlanılma qabiliyyətinə 
və  uzaq  məsafəyə  daşınmağa  davamlı  olmasına  görə  də 
üstünlük təşkil edir. 
Qozmeyvəlilərin  tərkibindəki  qidalı  maddələr  insan 
orqanizmində  asan  mənimsənilir.  Bunların  yüksək  kaloriliyi 
insanların  fiziki  əmək  nəticəsində  sərf  etdikləri  enerjini  bərpa 
edir, eləcə də xəstəlikdən zəifləmiş və arıq insanların qidasında 
mühüm əhəmiyyət kəsb edir. 
Qozmeyvəlilərin  yüksək  enerji  dəyəri,  əvvəla  onların 
tərkibində  olan  yağların  çox  olmasından  irəli  gəlir.  Quru 
maddəyə  görə bu meyvələrin 50%-dən çoxunu  yağ təşkil edir. 
Həmin  yağlar doymamış yağ turşularından olein, linol, linolen 
və  araxidon  turşuları  ilə  zəngindir.  Bu  yağ  turşuları  fizioloji 
cəhətdən yüksək dəyərə malik olduğundan, elmi ədəbiyyatlarda 
onları vitaminəbənzər maddə (F vitamini) adlandırırlar. 
Qozmeyvəlilərin  tərkibində  olan  zülallar  tərkibcə  sadə 
zülallardan  ibarətdir  və  orqanizmdə  asan  mənimsənilir.  Qoz-
meyvəlilərin  tərkibində  vitaminlər,  aşı  və  boya  maddələri  və 
bioloji  fəal  maddələr  də  vardır  ki,  bunlar  insan  orqanizminə 
fizioloji  təsir  göstərir.  Elmi  və  xalq  təbabətində  qozmey-
vəlilərin  ləpəsi  ilə  yanaşı,  bu  bitkilərin  vitamin  və  bioloji 
maddələrlə zəngin olan digər orqanlarından da istifadə olunur. 
Qozmeyvəlilərin  yağından  texniki  məqsədlər  üçün  də 
istifadə edilir. 
Qozmeyvəlilərə  yunan  qozu,  fındıq,  badam,  püstə, 
yerfındığı, pekan,  fıstıq, sidr qozu, şabalıd aiddir. Biz bu qrup 
daxilində  günəbaxan,  küncüt  və  kətan  (zəyərək)  haqqında  da 
məlumat veririk. 


 
211
Badam  –  Миндаль  –  Amygdalus  communis.  Gül-
çiçəklilər  (Rosaceae)  fəsiləsindəndir.  Badam  cinsinin  40  növə 
qədər  ağac  və  kolu  məlumdur.  Azərbaycanda  4  növü  yayıl-
mışdır.  Badam  yabanı  halda  Orta  Asiyada,  Dağıstanda, 
Azərbaycanda  bitir.  Naxçıvanın  dağlıq  hissələrində  yabanı 
badamlıqlar vaxtilə böyük sahələr tutmuşdur.  «Badamlı»  adını 
daşıyan suyu ilə məşhur olan kənd keçmişdə yabanı badamlıqla 
ə
hatə  olunduğu  halda,  indi  əlçatmayan  yerlərdə  azacıq  badam 
ağacları qalmışdır. 
Qeyd  etmək  lazımdır  ki,  mədəni  badam  sortları  yabanı 
badama  çox  yaxındır  və  ancaq  meyvələrinin  böyüklüyü, 
qabıqlarının nazikliyi ilə fərqlənir. 
Badam  yarpaqlar  əmələ  gəlməmiş  mart-apreldə  (bəzən 
fevralda) çiçəkləyir. Çiçəkləri tək-tək və ya 2-4 ədəd bir yerdə 
toplanmış olur. Çiçəkləri iri beşləçəkli, rəngi ağ və ya ağımtıl-
çəhrayıdır. 
Badamın  meyvələri  iyul-avqust  aylarında  yetişir.  4-5 
yaşından məhsul verir, 130 il və daha çox yaşayır. Meyvəsinin 
uzunluğu  2,5-3  sm-dir.  Mədəni  sortlar  nisbətən  iri  olur. 
Meyvəsi  yumurtavarı,  yanlarından  basılmış,  təpəsi  küt  və  ya 
ş
işmər,  çox  vaxt  əyri  olur.  Meyvənin  üzəri  çəyirdək  ətrafı  ətli 
hissə ilə örtülmüşdür. Bu, yaşılımtıl, üzəri tüklü olub, yetişəndə 
yarılır və içindən çəyirdəyi çıxır. Qabığı qalın, bərk və ya nazik 
olur.  Rəngi  boz-sarıdan  tünd  qəhvəyiyədək  dəyişir.  Badamın 
bir  və  ya  iki  ləpəsi  olur.  Ləpəsi  ağımtıldır,  sarı-qəhvəyi  pərdə 
ilə örtülmüşdür. Islandıqda bu qabıq asanlıqla ayrılır. Dadı xoş, 
yağlı və şirindir. 
Badamın  tərkibində  40-60%  yağ  (qurumayan),  20-30% 
zülali maddə, 13% karbohidrat, 3,6% sellüloza, 2,3% minerallı 
maddə, 15 mq%  B
1
 vitamini vardır. Yabanı halda bitən  əksəri 
badam  acı  olur.  Onların  tərkibində  2,5-3,5%  amiqdalin 
qlükozidi  vardır.  Bu  qlükozid  orqanizmdə  qlükozaya  və  sinil 
turşusuna  parçalanır.  Sinil  turşusu  isə  qüvvətli  zəhərdir.  Ona 
görə də acı badam qida üçün sərf edilməməlidir. 
 
212
Ş
irin badam təzə halda yeyilir və geniş miqyasda qənnadı 
sənayesində  istifadə  edilir.  Acı  badamdan  badam  yağı  və  0,5-
0,8%  miqdarında  efir  yağı  alırlar.  Bu  məhsullar  ətriyyat, 
ə
czaçılıq  sənayesində  kamfora,  məlhəm,  emulsiya  istehsalı 
üçün istifadə olunur. Badam efir yağından bəzi ətriyyat məmu-
latlarının  ətirləndirilməsi  üçün  istifadə  edilir.  Badamın  qabığı 
konyak,  likör  və  bəzi  şərabların  ətirləndirilməsi  və  rənginin 
yaxşılaşdırılması üçün işlədilir. Ondan, həmçinin, aktivləşdiril-
miş kömür də alırlar. 
Badamın  müalicəvi  xassələri.  Badamın  tərkibində 
sortundan  və  becərildiyi  torpaq-iqlim  şəraitindən  asılı  olaraq 
45-62%  qurumayan  yağ  vardır.  Yağın  tərkibi,  əsasən  olein  və 
linol  turşularının  qliseridləridir.  Badam  zülalının  (20%) 
tərkibində  əvəzedilməz  aminturşular  vardır.  Badamda  2%-ə 
qədər  saxaroza  və  amiqdalin  qlükozidi  var.  Acı  badamda  bu 
qlükozidin  miqdarı  (3,5%)  nisbətən  çoxdur.  Bu  qlükozid 
emulsin
  fermentinin  təsirindən  parçalanır  və  kəskin  zəhərli 
maddə – sinil turşusu əmələ gəlir. 10-15 ədəd acı badam insana 
öldürücü  təsir  göstərir.  Əsas  etibarilə,  sinil  turşusu  beynin 
mərkəzində  həyat  üçün  vacib  olan  toxumaların  fəaliyyətini 
pozur.  Insanın nəfəs  yolları və qan damarlarının  işini çətinləş-
dirir.  Insanın  nəfəsinin  kəsilməsi  ilə  ölüm  baş  verir.  Ona  görə 
də acı badamdan qida məqsədləri üçün istifadə olunmur. Ondan 
yağ alınıb kosmetikada istifadə edirlər. Ona görə də tərkibində 
amiqdalin  qlükozidi  olan  badam  və  digər  meyvələri  yemək 
olmaz.  Xüsusən  uşaqların  qidasında  bunlardan  istifadə 
olunmamalıdır. 
Badamdan  soyuq  presləmə  üsulu  ilə  alınan  yağdan  ye-
yinti  sənayesində,  əczaçılıqda  və  ətriyyat  sənayesində  istifadə 
olunur. Şirin badam ləpəsi təzə və qovrulmuş halda qidaya sərf 
olunur. Ondan qənnadı sənayesində tort, pirojna, şokolad, kon-
fet  və  peçenye  hazırlanır.  Badamın  qabığından  xüsusi  maddə 
alıb  konyakın  və  bəzi  üzüm  şərablarının  rənglənməsində  və 
ə
tirləndirilməsində istifadə olunur. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə