Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə55/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   51   52   53   54   55   56   57   58   ...   116

 
217
Günəbaxan  yağından  çox  vaxt  tibbidə  işlətmə  dərmanı 
kimi  istifadə  olunur.  Tərkibində  doymamış  yağ  turşuları  oldu-
ğ
undan,  ateroskleroz  zamanı  günəbaxan  yağı  içmək  məsləhət 
görülür. 
Günəbaxan  yarpaqları  və  çiçəyinin  kənar  ləçəkləri  də 
müalicəvi xassələrə malikdir. Zədələnmədən yığılan parlaq sarı 
rəngli  ləçəkləri  dərhal  qaranlıq  otaqlarda,  yaşıl  yarpaqlar  isə 
açıq havada kölgədə qurudulur. 
Qurudulub  qablaşdırılmış  xammal  quru  binalarda  iki  il-
dən  çox  olmayaraq  saxlanıla  bilər.  Qurudulmuş  yarpaq  və 
ləçəklərdən  spirtdə  hazırlanmış  tinkturadan  iştahanı  yaxşılaş-
dırmaq üçün istifadə olunur. Xalq təbabətində belə tinkturadan 
(1:5  nisbətində  xammal  7-10  gün  araqda  saxlanılır)  mal-
yariyanın müalicəsində istifadə olunur. Bəzən bu məqsədə 1:10 
nisbətində  günəbaxanın  zoğlarından  hazırlanmış  tinkturadan 
istifadə olunur. Belə nastoy 2 saatdanbir 1 xörək qaşığı titrətmə 
zamanı,  gündə  3-4  dəfə  isə  ağrılar  zamanı  içirlər.  Əvvəllər 
malyariya  xəstəliyinin  müalicəsi  üçün  xüsuüsi  günəbaxan 
damcısı hazırlanırdı. 
Kətan,  zəyərək  –  Лен  –  Linum  usitatissimum 
(Tourm.)  L.  Bu kətan (Linaceae) fəsiləsindən olan birillik və 
çoxillik bitkidir. 200-dən çox növündən  yalnız iki növü, kətan 
lifi və  yağlı toxum almaq üçün becərilir. Kətan toxumlarından 
alınan  piyli  yağdan  təbabətdə  geniş  istifadə  olunur.  MDB-də 
birillik bitki kimi becərilir. 
Çiçəkləri  göy  rənglidir.  Meyvəsi  kürəvarı  qutucuqdan 
ibarətdir.  Onun  içərisində  10  ədəd  toxum  yerləşir.  Toxumları 
yumurta şəkilli olub, qonur-sarı rəngli-dir, üst qatı selikli mad-
də  ilə  zəngin  olduğundan  onların  rəngi  parlaqdır.  Toxumların 
xoşagələn selikli dadı vardır. 
Kətanın  iki  növü  sənaye  əhəmiyyətli  bitki  kimi  geniş 
miqyasda becərilir. Bunlardan biri “dolqunes” kətanı (L. Elon-
gata),  digəri  isə  “kudryaş”  kətanı  (L.  Hrevimul-ticaulia
adlanır.  
 
218
Dolqunes  kətan  hündür  boyludur,  budaqları  isə  zəif 
inkişaf etmişdir. O,  ancaq kətan tədarükü üçün becərilir. Kud-
ryaş kətan isə alçaq boyludur, zəngin qol-budaqlıdır. Bu ancaq 
kətan toxumu tədarük etmək məqsədilə yetişdirilir. Kətan toxu-
mundan  alınan  kətan  yağı  yeyinti  sənayesində  və  texnikada 
geniş miqyasda tətbiq olunur. Kətan yağı quruyan bitki yağları 
qrupuna aiddir. 
Kətan  çox  qədimdən  becərilən  bitkidir.  O,  hələ  eramız-
dan 2400 il əvvəl qədim misirlilər tərəfindən becərilmiş və to-
xumlarından  kətan  yağı,  yerüstü  hissəsindən  isə  kətan  lifi 
hazırlanmışdır. 
Toxumlarını  toplamaq  üçün  əvvəlcə  bitkini  torpaqdan 
dartıb  çıxarır,  sonra  dərz  bağlayıb  bir  müddət  açıq  havada 
qurudub xırmanda və  yaxud xüsusi maşınla toxumlarını ayırır, 
kənar  qarışıqlardan  təmizləyib  kisələrə  qablaşdıraraq  tədarük 
məntəqələrinə göndərirlər. 
Kətan  toxumlarında  5-12%  selikli  maddə,  30-48%-ə 
qədər  piyli  yağ  və  18-33%  zülal  maddələri  vardır.  Dərman 
məqsədilə kətanın toxumlarından istifadə olunur. 
Kətanın  müalicəvi  xassələri.  Kətan  toxumlarının  qabıq 
hissəsində  “linamarin”  adlı  qlikozid  müəyyən  edilmişdir  ki, 
hazırda  ondan  elmi-təbabətdə  mədə-bağırsağın  həzm  prosesini 
artıran dərman kimi istifadə edilir. 
Kətan toxumundan eyni  zamanda zəif işlətmə, həmçinin 
mədə-bağırsağın  selikli  qişasını  yumşaldan  dərman  kimi  də 
istifadə olunur. 
Kətan  toxumlarından  hazırlanan  sulu  dəmləmə  və  bişir-
mələrdən  mədə  xorasının  müalicəsində  yarasa-ğaldıcı  dərman 
kimi işlədirlər. 
Xalq  təbabətində  kətan  toxumlarından  çay  dəmləyib, 
böyrək və qaraciyər ağrılarında sakitləşdirici vasitə kimi qəbul 
edirlər.  O,  eyni  zamanda  çiban  (furunkul)  və  digər  dəri  yara-
larının müalicəsində də iltihabı aradan qaldıran və yarasağaldan 
vasitə kimi istifadə edilir. 


 
219
Küncüt  –  Кунжут  –  Sesamum  indikum  L..  Küncüd 
(Pedaliaceae)  fəsiləsinə  aid  90-140  sm  hündürlüyündə  dik 
zoğları olan kol bitkisidir. Çiçəkləri  yarpaqların  altında, bəzən 
3-ü  birlikdə  yerləşir.  Çiçək  tacı  ağdan  intensiv  bənövşəyiyə 
qədər olur. Meyvəsi uzunsov, dörd və ya səkkizüzlü, yuxarıdan 
sivri, 3-4 sm uzunluğunda qozadır. Toxumlar xırda olub, kətan 
toxumuna oxşayır, lakin səthi tutqundur. Iyun-avqust aylarında 
çiçəkləyir, payızda yığılır. 
Küncütün vətəni Afrikadır. Buradan küncüt Aralıq dənizi 
ölkələrinə  gətirilmişdir.  Lakin  bəzi  tədqiqatçılar  küncütün 
Yunanıstanda  və  Kiçik  Asiyanın  qədim  ölkələrində  əkilib-
becərildiyi haqqında məlumat verirlər. Hindistan və Pakistanda 
da küncüt ta qədimdən becərilir. Buradan küncüt Orta Asiyaya, 
XVIII  əsrin  sonlarında  isə  Rusiyanın  Həştərxan  vilayətinə 
gətirilmişdir.  Hazırda  küncüt  Orta  Asiyada,  Qafqazda,  Kras-
nodar diyarında və Ukraynanın cənubunda becərilir. 
Küncüt  toxumlarında  60%-ə  qədər  yağ  vardır.  Bu  yağın 
48%-ni  olein  və  36,8%-ni  linol  yağ  turşuları  təşkil  edir. 
Toxumlarda  19%  zülal  və  17,5%  həll  olan  karbohidratlar  var-
dır.  Əla  sort  küncüt  yağı  zeytun  yağından  yaxşıdır.  Müəyyən 
olunmuşdur ki, küncütdən alınan sezam yağı orqanizmdə 100% 
mənimsənilir.  Ondan  marqarin  hazırlanır  ki,  bu  da  qənnadı  və 
konserv  sənayesində  istifadə  olunur.  Aşağı  sort  yağlardan 
sabun, yağın yanmasından alınan hisdən isə çin tuşu hazırlanır. 
Qənnadı sənayesində küncüt toxumları kökələrin və digər 
məmulatın  səthinə  səpilir,  ondan  şərq  şirniyyatı  (qoznək)  ha-
zırlanır.  Avropada,  Rusiyada  və  Amerikada  məşhur  olan  taxin 
halvası küncütdən hazırlanır. 
Küncütün müalicəvi xassələri. Tibbdə küncüt yağından 
inyeksiya məhlullarının və xaricə sürtmək üçün məlhəmlərın və 
plastırların  hazırlanmasında  istifadə  olunur.  Küncüt  yağı 
trombositlərin  sayını  artırır  və  qanın  laxtalanmasını  sürətlən-
dirir.  Ona  görə  də  küncüt  yağından  babasil  diatezlərinin  və 
Verlqof xəstəliyinin müalicəsində (1 xörək qaşığı gündə 3 dəfə) 
 
220
istifadə  olunur.  Xalq  təbabətində  küncüt  yağı  soyuqdəymədə, 
xroniki öskürəkdə və zökəmdə ən yaxşı vasitədir. Belə hallarda 
hər  səhər  1  xörək  qaşığı  küncüt  yağı  içmək  məsləhət  görülür. 
Küncüt  yağı  mədə-bağırsaq  xəstəliklərində,  işlətmə  dərmanı 
kimi,  böyrək  və  böyrəkdaşı  xəstəliklərində,  daxili  qanaxma-
larda  və  eləcə  də  qurdqovucu  vasitə  kimi  içilir.  Küncüt  yağı 
xaricə sürtmək üçün də istifadə olunur. O, dərini yumşaldır, qa-
ş
ınma və ağrıları sakitləşdirir. Küncüt yağı ilə yanıqlar və dəri 
iltihabı müalicə olunur. Soyuqdəymədə sinənin dərisini, bağır-
saq pozuntularında qarın nahiyəsinin dərisini, diş ağrılarında isə 
dişin dibini küncüt yağı ilə masaj edirlər. 
Müalicəvi məqsədlə küncütün yarpaqlarından da istifadə 
olunur.  Təzə  yarpaqlar  və  ya  yarpaqların  əzintisindən  alınan 
sıyıq  dərinin  iltihablı  yerlərinə  təpitmə  kimi  qoyulur.  Yarpaq-
ların əzintisi süddə bişirib yaraların üstünə qoyulur. Yarpaqdan 
alınmış və yaxşı isidilmiş kütlədən bağırsaq ağrılarında qarına, 
padaqrada  isə  oynaqlara  təpitmə  qoyulur.  Yarpaqlarını  sirkədə 
isladıb  qoturluğu  müalicə  edirlər.  Çin  təbabətində  küncüt  to-
xumlarından tonuslandırıcı və soyuqdəyməyə qarşı vasitə kimi, 
eləcə də zəhərlənməyə qarşı istifadə edirlər. 
Pekan  –  Пекан  –  Carua  olivaeformis  Nult.  Qoz 
(Juglandaceae)  fəsiləsinin  kariya  cinsinə  mənsubdur.  Vətəni 
Ş
imali Amerikadır. Burada pekan yabanı və mədəni halda bitir. 
Pekan  1909-cu  ildə  Qafqazın  Qara  dəniz  sahillərində, 
1934-cü  ildə  Orta  Asiyada  və  sonra  Krımda  becərilməyə  baş-
lanmışdır.  Pekan  plantasiyaları  Abxaziyada,  Azərbaycanda 
Lənkəran (xüsusən Talışda) və Zaqatalada vardır. Pekan hazır-
da  mədəni  halda  becərilən  qərzəkli  meyvədir.  6-8  illiyindən 
məhsul verir. 
Pekanın  çiçəkləməsi  və  çiçəyinin  quruluşu  adi  qoza 
bənzəyir. Meyvəsi qərzək içərisində sentyabr-oktyabrda yetişir. 
3-10  ədəd  olmaqla  bir  salxımda  bitir.  Tam  yetişdikdə  qərzəyi 
partlayır.  Qəhvəyi  rəngli,  silindrik  formalı  nazik  və  hamar 
qabıqlıdır. Uc tərəfi bir qədər şiş olur. Daxilində şirin qırmızı-


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə