Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   8   9   10   11   12   13   14   15   ...   111

 
35 
 
 
ların hüquqlarını azaltdı. Bu zaman Zeynal xan Şamılının 
Mazandaran və Rüstəmdara hakim təyin edilməsi burada mərkəzi 
hakimiyyətin nəzarətinin artırılması ilə  səciyyəvi olsa da, yerli 
sülalələrin sahibkarlıq hüquqlarına toxunulmamışdı. Rəştdə atası 
Əmir Hüsaməddinin vəfatından sonra hakimiyyətə keçmiş  Əmir 
Dibac bu vəziyyətdən istifadə edib, yenə də mərkəzə tabe olmaqdan 
imtina etmişdir. Durmuş xan və Zeynal xanın başçılığı altında 
Qızılbaş-Türk ordusu Gilana daxil olduqda Əmir Dibac Sultaniyəyə 
gəlmiş  və günahlarının bağışlanmasını xahiş etmişdi.  Şah onu 
babalarının vaxtı ilə Şahlığa sədaqətlə xidmət etmələrini nəzərə alıb 
bağışladı.  Əmir Dibac ona verilmiş    fərmana  əsasən idarə etdiyi 
vilayətin gəlirindən beş min tümən hədiyyə verəcəyi və hər ildə də 
dövlət xəzinəsinə  təyin olunmuş miqdarda xəracı vaxtında ödəyə-
cəyi barədə öhdəliyi üzərinə götürdükdən sonra Rəştə qayıtmağa 
icazə almışdı. Şah İsmayıl tərəfindən Müzəffər sultan ayaması alan 
Əmir Dibac 1534-cü ildə  Səfəvilərə  xəyanət edərək Sultan 
Süleymanla  əlaqə yaratdığına görə  ələ keçirilib edam olunur (77, 
272, 273). 
Böyük təhlükələrlə qarşılaşan I İsmayıl Azərbaycanı yenidən 
birləşdirib bir çox qonşu ölkələri də tutaraq güclü bir imperatorluq 
qura bildi. Eyni zamanda, bu imperatorluğun  ərazisində yaşayan 
xalqları ortaq siyasi və ideoloji əqidə birliyinə qovuşdurdu. Olduqca 
cəsur, intizamlı, təşkilatçı və təhsilli bir hökmdar olan I Şah İsmayıl 
getdikcə uğurlar əldə edib türk tayfa əsilzadələrini mərkəzi, həm də 
yerli idarələrdə yerləşdirib, onlara geniş səlahiyyətlər verdi. İmpera-
torluqda türklərin maraqlarına uyğun sabit daxili siyasət kursu 
ənənəvi olaraq sosial dayaqlar yaratmaq siyasəti ilə müəyyənləşirdi. 
Türk-Qızılbaş tayfalarından Ustaclılar  Əcəm  İraqında, Kirmanda, 
Şamlılar Xorasanda, Təkəlilər  İsfahanda, Həmədan və  Əcəm 
İraqında, Zülqədərlər Farsda, Türkman (Mosullular)Bağdadda yer-
ləşdirilib işğal olunmuş bölgələrdə davamlı dayaqlar yaradıldı. 
Adlarını qeyd etdiyimiz türk tayfa rəislərinə bu vilayətlərdə tiyul və 
vəzifələr verildi. 
Oruc bəy Bayat əsərində 32 türk oymaq, tayfa və elin adını 
çəkərək dövlətin bütün vəzifələrinin də onların  əlində olduğunu 


 
36 
 
 
göstərmişdir. Onun adlarını qeyd etdiyi bu 32 oymaq, tayfa və el 
arasında  əhalisinin sayına görə  ən iriləri Ustaclı,  Şamlı,  Əfşar, 
Türkman, Qacar, Zülqədər, Təkəli və Bayat idi (79, 67, 68). Oruc 
bəyin verdiyi məlumatlardan aydın olur ki, XVI əsrin sonu-XVII 
əsrin başlanğıcında yuxarıda qeyd edilən bu tayfalar dövlət 
quruluşunda siyasi nüfuz və güclərini qoruyub saxlamşdır. Əslində 
bu türk elləri, oymaqları  əvvəl Qaraqoyunlu və  Ağqoyunluların, 
sonra isə  Səfəvilərin  əsas hərbi-siyasi dayağı olmuşlar. Bu türk 
tayfaları haqqında  İ.D.Mikluxo-Maklay yazır: «Qızılbaş adını alan 
tayfalar dil və soyca Qaraqoyunlu və Ağqoyunlu dövlətini yaradan 
Azərabycan tayfaları ilə qohum idilər. XV əsrdən başlayaraq 
tədricən Azərbaycan və İranın böyük hissəsinə sahib oldular» (175, 
234-235). O, sözünə davam edərək yazır ki, Səfəvilər hələ  Şeyx 
Səfiəddin (1252-1334) dövründən həmin türkdilli tayfalar arasında 
özlərinə müridlər toplayıb gələcəkdə hakimiyyəti  ələ almaq üçün 
çalışmış  və yalnız  İsmayıl öz sələfələrinin arzusunu yerinə yetir-
mişdi. Bir fərqlə ki, Səfəvilərdən  Şeyx Heydər (1447-1460) qarşı-
sına təkcə Azərbaycanı birləşdirmək məqsədini qoyduğu halda, 
İsmayılın qızğın mürid və  tərəfdarlarının məqsədləri daha böyük 
olmuşdur. Azərbaycanı (1501) birləşdirdikdən sonra məsləkdaş-
larının böyük şiə dövləti yaratmaq istəyi ilə hesablaşıb bir çox 
ölkələri də tutdular (175, 234-235). O. Əfəndiyevin yazdığı kimi, 
Əlvənd Mirzənin üzərində qələbə İsmayılı Azərbaycanın hökmdarı 
etdisə, Muradın qoşunlarının qızılbaşlar tərəfindən darmadağın 
edilməsi isə Farsın və İraqi-Əcəmin bir hissəsinin qızılbaşların əlinə 
keçməsinə gətirib çıxarmışdır (20, 46). 
  Şah Təhmasibin (1524-1576) hakimiyyətinin ilk illərində 
Türk-Qızılbaş  əsilzadələrindən  Əli sultan Zülqədər Fars, Qaraca 
sultan Təkəli Həmədan, Burun sultan Təkəli Məşhədi – müqəddəs, 
Zeynal xan Şamlı Astrabad, Cəgirgə sultan Şamlı Səbzəvar hakimi 
idilər. İsfahan vilayətinin hakimliyi Cuhə sultan Təkəliyə verilmiş-
di. 1527-1528-ci illərdə Əfşar elindən Mustafa sultanın da Savənin 
tiyuldarı və Səbzəvar hakimi olduğu məlumdur. O, 1528-ci ildə bir 
çox qızılbaş  əmirləri ilə birlikdə özbəklərlə Fizutkuhda savaşda 
öldürülmüşdü. 1522-ci ildən Bağdadın hakimi Əmir xan Mosullu-


 
37 
 
 
nun qardaşı  İbrahim xan Mosullu idi. Məhəmməd Yusif Qəzvini 
yazır ki, İbrahim xanın Luristanda Kalhur hakimi olan qardaşı 
Noxud sultan Mosullunun oğlu Zülfüqar qiyam qaldırıb 1528-ci ildə 
Bağdada hücum edərək  əmisini öldürüb Ərəb  İraqını  ələ keçirir. 
Ancaq Qızılbaş ordusu qiyamı tez bir vaxtda yatırmış  və 1529-cu 
ildə Məhəmməd sultan Şərəfəddin oğlu Təkəliyə xan titulu verilib, 
Bağdadın idarəsi ona tapşırılmışdı. Bu zaman Fars vilayəti yenə də 
Zülqədər  əsilzadələri tərəfindən idarə olunurdu. 1526-cı ildə  Əli 
Sultan Zülqədər vəfat etmiş, yerinə Murad xan Fars hakimi təyin 
edilmişdi. 1534-cü ildə I Şah Təhmasib Fars vilayətinin hakimiy-
yətini Qazı xan Zülqədərə vermişdi (108, 58, 59; 77, 189, 223; 28, 
55, 58, 59, 69). 1526-cı ildə Herat hakimi Durmuş xan bin Əbdi bəy 
Şamlı  vəfat edir, qardaşı Hüseyin xan Şamlı Herata hakim gön-
dərilir. Bu zaman Şamlılardan Zeynəddin sultan da Əsfərayin haki-
mi idi. 1529-cu ildə I Şah Təhmasibin ordusu özbəkləri dəf etmək 
üçün Xorasana daxil olduqda onlar Mavərəünnəhrə  çəkilir.  Şah 
Herat hökumətini qardaşı Bəhram Mirzəyə verib, Qazi xan Təkəlini 
də ona lələ təyin edir (108, 58, 59, 60; 77, 189, 223). Herat 1531-
1532-ci illərdə özbək Übeydulla xanın yeni hücumlarına məruz 
qaldıqda Qazi xan Təkəli şəhərin müdafiəsini təşkil edə bilməmişdi. 
Elə buna görə  də I Şah Təhmasib 1532-ci ildə Heratı özbəklərdən 
geri aldıqdan sonra Qazı xanın əvəzinə Ağsıvar xan Şamlını Herata 
hakim təyin edir. O, həm də Xorasanın yeni valisi Sam Mirzənin 
lələsi idi (77, 260). Ağsıvar xan Şamlı və Sam Mirzə 1534-1535-ci 
ildə, yəni Osmanlı-Səfəvi dövlətləri arasında müharibə getdiyi bir 
vaxtda  Şah Təhmasibin icazəsi olmadan Qəndəhara hücum təşkil 
etmişdilər. Ağsıvar xan Şamlı 1535-ci ildə  Qəndəhar  ətrafında 
Zahirəddin Baburun oğlu Kamran Mirzə ilə savaşda öldürülür (77, 
201, 262, 263). Bu hadisədən istifadə edən özbəklər Xorasana 
hücum etdikdə (1535) Məşhəddə hakim Sivaslı Sufiyan xəlifə 
Rumlu idi. O, özbəklərə ciddi əks zərbələr vurmuş, onları Əsfərayin 
döyüşündə  məğlub etmidi (77, 263, 273). Ancaq Səfəvi-Osmanlı 
müharibəsi və Ağsıvar xan Şamlının Səfəvi-Babur dövlətləri arasın-
da münasibətləri pozmasından istifadə edən Übeydulla xanın qoşun-
ları ardı-arası  kəsilmədən Xorasana hücumlar təşkil edir, tərəflər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə