Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   16   17   18   19   20   21   22   23   ...   111

 
59 
 
 
işlərdə söz sahibi olub, qoşunu da vardı. Teymur xanın oğlu süfrəçi-
başı Murad xan «ümra-ye bozorge dərgah», yəni sarayın böyük 
əmirlərindən idi. Allahqulu Sultan (sabiq Gilan hakimi), Piri bəy 
Qoçulu da saray əmirləri idilər. Pirə Məhəmməd xan Çavuşlu Biye-
Pişin  əmir  əl-ümərası, I Şah Təhmasibin oğlu  şahzadə  İmamqulu 
Mirzənin lələsi və həm də böyük əmirlərdən olub, qoşunu da vardı. 
Böyük əmir Məhəmməd xan Toxmaq (Çuxur-Səd əmir əl-ümərası), 
Şahqulu Sultan Yeqan (Herat hakimi və Xorasan əmir  əl-ümərası, 
şahzadə Abbasın lələsi), Nəzər sultan Asayiş  oğlu (Heratda 
yasaqkeş),  Şahqulu sultan Yeqanın oğlu  İbrahim sultan (Sərəxs 
hakimi), çərxçibaşı Vəli xan (Şərəfli obasından olub, Xəfaf, Baxzər 
hakimi), Mahmud xan Sofi oğlu (Xorasanda Turşizin hakimi), 
Murad xanın atası Teymur xan (Bədiüzzamanın lələsi və Sistan 
hakimi), Ayqut sultan Çavuşlu (Şüştər və Dizful hakimi), Qarınca 
oğlu  Şahqulu sultan (Şahın Tiflisdə nümayəndəsi) və Keçəl 
Şahverdinin oğlu Mustafa Sultan 1576-cı il siyahısında adları 
göstərilən Ustaclı  əmirlərindən idilər (80, 139). İsgəndər bəy 
Türkman Münşi «Tarix-i aləmara-yi Abbasi»də I Şah Təhmasibin 
ölümü  əsnasına aid olan siyahıda həyatda olan və yüksək dövlət 
vəzifələrində çalışan 26 Ustaclı  əmirindən 15 nəfərin adını qeyd 
etmişdir (80, 138-139; 181, 109). Fəzli  İsfahanın  əsərində Ustaclı 
əmirlərində on doqquzunun, Məhəmməd Yusif Qəzvinin əsərindəki 
xüsusi siyahıda isə on beşinin adı verilir (67, 90; 128, 408-409). 
Onu da qeyd etmək lazımdır ki, Məhəmməd Yusif Qəzvini əsərində 
özü də işarə etdiyi kimi, bu siyahını İsgəndər bəy Münşi Türkmanın 
əsərindən olduğu kimi götürmüşdür. 
Səfəvi sülaləsinin hakimiyyətə  gəlməsində Türkmanların 
xüsusi yeri vardır. Onu da qeyd etmək lazımdır ki, Səfəvilərin hər-
bi-siyasi dayağı olmuş digər ellər də Türkman mənşəli olub, onlar-
dan bir qismi bunu bilir və bu adla adlanırdılar. Türkmanın Mosullu 
və Pornak obaları  mənsub olduqları elin adını daşıyırdılar. Məlum 
olduğu kimi, I Şah İsmayılın anası və ata anası Türkman Bayandur 
xanədanından idi. I Şah İsmayıl da Mosullu bəylərindən birinin qızı 
(Taclı xanım) ilə evlənmiş və bu izdivacdan Təhmasib ilə Bəhram 


 
60 
 
 
Mirzə
*
 doğulmuşdur. I Şah Təhmasib də Türkman bəylərindən 
Musa sultan Mosullunun qızı Sultanım xanımla evlənmişdi. Sultan 
Məhəmməd və İsmayıl Mirzənin anası adı çəkilən Sultanım xanım-
dır (80, 125, 132; 67, 101; 133, c. I-II, 562). I Şah Təhmasibin 
vəfatı  əsnasında Türkman Əmir xan Mosullu (I Şah Təhmasibin 
dövründə Xorasan və onun vəfatından sonra Azərbaycan  əmir  əl-
ümərası olmuşdu), Məhəmməd xan Mosullu (bir neçə  dəfə Sistan 
hakimi olmuş və 1576-cı ildə sarayda olub, qüdrətli əmirlərdən idi), 
Şahqulu xan Pornak (İsfahanda türkmanların «üməra-ye bozorg» - 
böyük əmirlərindən olub, II Şah İsmayılın dövründə Məşhəd hakimi 
və Xorasanın yarısının  əmir  əl-ümərası), Söhrab xəlifənin oğlu 
Süleyman xəlifə (Xorasanda Tun və Təbəs hakimi), Heydər sultan 
Çabuq Tərxan (Qum hakimi və «üməra-ye bozorg» - böyük əmir), 
Yadigar Məhəmməd Tərxanın oğlu Əbuməsum sultan (saray əmiri) 
Türkman əmirləri olub, adları siyahıda qeyd olunmuşdur (80, 139-
140; 128, 409-410). 
I  Şah Təhmasibin vəfatı  əsnasında Rumluların içərisində 
mötəbər  əmirlərdən Araz xan Rumlu Şirvan  əmir  əl-ümərası idi. 
Hüseynqulu xüləfa isə sarayda xəlifət  əl-xüləfa mənsəbinə sahib 
olub, bayraq və  təbili olmasa da, ölkədə  və onun hüdudlarından 
dışarıda,  əsasən  Şərqi Anadoludakı bütün sufilər ona tabe idilər. 
Dəli Budaq (sabiq Xoy hakimi) və Qurban sultan sarayın mötəbər 
əmirlərindən idilər (80, 140; 128, 410) Faruk Sümərin dövrün qay-
naq materiallarına istinad edərək yazdığına görə, I Şah Təhmasibin 
ölümü əsnasında Rumlu əmirlərinin sayı doqquz nəfər olmuşdu (67, 
87). 
İsgəndər bəy Münşi I Şah Təhmasibin vəfatı  əsnasında 
Zülqədər  əmirlərinin Məhəmmədqulu xəlifə Qoroğlu (möhürdar, 
dövlət  ərkanı  və qoşun sahibi), İbrahim xan Hacıların  əmisi oğlu 
Məhəmməd xəlifə (Astrabad hakimi), Qalxançı  oğlu Vəli sultan 
(Şiraz hakimi), Təbət Ağa (Xorasanda Cam hakimi), Şahqulu xəlifə 
                                           
*
  Xurşaha görə Təhmasib Mirzə və Bəhram Mirzənin anası, Uzun Həsənin nəvəsi 
Sultan Muradın qızı Fatma Sultanım bəyimdir.( Bax: Xurşah ibn Qubad əl-
Hüseyni. Tarix-i elçi-yi Nizamşah, v.5a) 
 


 
61 
 
 
möhürdar (Lar hakimi, böyük əmir) və İbrahim xanın oğlu Mənsur 
bəydən (Xoy hakimi) ibarət olduqlarını qeyd etmişdir (80, 140; 128, 
410). 
İsgəndər bəy Münşi I Şah Təhmasibin ölümü əsnasındakı 
siyahıda  Əfşar tayfasının böyük əmirlərindən  Əmiraslan sultan 
Ərəşlinin böyük əmir, qoşun sahibi və I Şah Təhmasibin oğlu 
Sultan  Əhməd Mirzənin lələsi olduğunu bildirir. Xəlil xan yüksək 
rütbəli  əmir olub, Kuhgiluyə hakimi və Mahmud sultan (əmire 
bozorg) Savə hakimi, Yusifqulu sultan qardaşı Yaqub sultanın 
yerinə Kirman hakimi (Ancaq o, bu vaxt Kirmana getməmiş  və II 
Şah İsmayıl zamanı qorçubaşı olmuşdur), İsgəndər xan Hezarçərib 
hakimi (sonra Kuhgiluyə hakimi olmuşdu), mötəbər  əmir Yeqan 
sultan Xorasanda Fərəh və  Əsfzar hakimi, Xosrov sultan Koroğlu 
isə Xorasanda bir yerin valisi idi (80, 140; 128, 402). 
Qacar tayfasından  Şahverdi sultan Ziyad oğlu Qacarın oğlu 
Yusif xəlifə  İbrahim sultanın yerinə Qarabağ  bəylərbəyi və 
Sultanəli Mirzənin lələsi təyin olunmuş, ancaq I Təhmasibin vəfatı 
əsnasında hələ Qarabağa getməmişdi. Mirzə  Əli sultan sarayda 
böyük əmirlərdən olub, divanbəyi idi. Əli xəlifə Ağcalı Damğan və 
Bistam hakimi, Süleyman bəy Ziyad oğlu (Yusif xəlifənin qardaşı) 
və Süleyman sultan Şekəm oğlu isə artıq əmir idi (80, 140). 
Siyahıda Təklə  əmirlərindən  Şərəfəddin oğlu Vəli Sultan, 
Solak Hüseyn və  Ərdoğdu xəlifənin adları  çəkilmiş, Gilan və 
Xorasanda kiçik ulka sahibləri olduqları göstərilmişdir (80, 140). 
İsgəndər bəy Münşi Türk elləri sırasında qeyd etdiyi Xunuslu  
(Hinisli 1 nəfər)  əmirlərindən isə I Şah Təhmasibin ölümü ərəfə-
sində yalnız Hüseyn xanın adı çəkilir və mötəbər əmir olduğu gös-
tərilir (80, 141). 
İsgəndər bəy Münşinin  əsərindəki siyahı (1576-cı il) üzrə 
Qızılbaş-Türk tayfa əmirlərinin sayı: 
Şamlı - 5 nəfər 
Ustaclı - 26 nəfər 
Türkman - 6 nəfər 
Rumlu - 4 nəfər 
Zülqədər - 6 nəfər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə