Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   18   19   20   21   22   23   24   25   ...   111

 
65 
 
 
İspərihli - 1 nəfər 
Rumlu - 1 nəfər 
Qaradağlı - 1 nəfər 
Bayat - 3 nəfər 
Alpaut - 1 nəfər 
Cəyirli - 1 nəfər 
Qazağlar - 1 nəfər 
Bayburdlu - 1 nəfər  
Şeyxavənd - 1 nəfər 
              cəmi 34 nəfər 
Müəllif I Şah Abbasın ölümü əsnasında tərtib  etdiyi bu siya-
hıda Qızılbaş-Türk tayfaları  və onların  əmirlərinin sayı ilə yanaşı 
Xorasandakı Yaka Türkmanlarından Qarabayat, Gəraylı, Cəlayir 
adlı türk tayfalarının əmirlərinin 12 nəfər olduğunu qeyd etmiş, an-
caq onların Cığatay oymaqları olduqlarını yazmışdır. I Şah Abbasın 
dövründə Qarabayatlardan Bayram Əli sultan Nişapur, Təhmasib-
qulu sultan isə Xuzistanda Şüştər və Dizful hakimi idi (67, 157). O 
cümlədən siyahıda Qarabağdakı Otuz iki elinin Müqəddəm oymağı 
və Zunuz oymağından 6 nəfər böyük əmirin Azərbaycanın müxtəlif 
mahallarında hakim olduqları göstərilmişdir.  Şərqi Anadoludan 
Azərbaycana köçmüş Silsüpür adlı qarışıq oymaqdan 1 nəfər, 
Şirvan tərəkəmələrindən də 1 nəfərin əmir olduqları qeyd olunmuş-
dur (80, 1087). Ancaq İsgəndər bəy sonuncuların Qızılbaş olmadıq-
larına işarə etsə də, onların soyca türk olmaları bir həqiqətdir. 
Siyahıda Türk-Qızılbaş  əmirləri ilə yanaşı, 2 nəfər talış, 17 
nəfər Lur və kürd, 3 nəfər isə əfqan mənşəli əmirin adı verilmişdir. 
İ.P.Petruşevski ikinci siyahını (1628) təhlil edərək «ümumi 
sayı 90 olan əmirdən, yalnız Qızılbaş əmir 35 nəfər idi» - deməklə 
(181, 109) yenə  də  səhvə yol verir. Əvvəla,  İsgəndər bəy Münşi 
sonuncu siyahıda əmirlərin sayının 90 yox,  92 nəfər olduğunu yaz-
mışdır (80, 1084). İkinci isə siyahıda 92 əmirdən 76 nəfərin adı 
yazılmışdır ki, aparılan hesablamalar əsasında bu əmirlərdən 35 
yox, 54 nəfərin türk olduğu müəyyən edilmişdir. Ancaq onu da 
göstərmək lazımdır ki, birinci siyahı kimi ikinci siyahı da yarımçıq 


 
66 
 
 
olmaqla, burada 1628-ci ildə  mərkəzi və yerli idarələrdə müxtəlif 
vəzifələrdə çalışan əmirlərin ümumi sayı tam əks olunmamışdır. 
İsgəndər bəy Münşinin 1628-ci il  siyahısında göstərilir ki, I 
Şah Abbasın təşəbbüsü ilə Osmanlı dövlətinin yeniçəri hərbi 
institutun təcrübəsindən istifadə edilərək kiçik yaşlı gürcü, çərkəz 
uşaqları səfərbər edilmiş, onların təlim-tərbiyəsi peşəkar hərbiçilərə 
tapşırılmış və bu uşaqlar boya-başa çatdıqdan sonra onlardan qulam 
adı ilə  məlum olan xüsusi nizami hərbi alay yaradılmışdır. 
F.Sümərin yazdığı kimi, I Şah Abbas qul və tüfəngçi təşkilatını 
yaradarkən Osmanlı yeniçəri  əsgəri təşkilatını örnək olaraq qəbul 
etməsi heç bir şübhə doğurmur (67, 149). Siyahıda qulam hərbi 
təşkilatının yüksək hərbi zümrəsinə daxil olan 21 nəfəri əmir hərbi 
rütbəsi, xan və sultan titulu verildiyi göstərilsə də, onlardan yalnız 
15 nəfərin adı yazılmışdır. Bu 15 nəfərdən (onlardan 3 nəfəri əmire 
bazorğ idi) 7 nəfəri xan və 8 nəfəri isə  sultan titulu ilə müxtəlif 
vilayət və mahallarda bəylərbəyi və mahal hakimi vəzifəsində 
olmuşdur (80, 1088-1089). Qulam alayının əsgəri heyətinin  əsasən 
qeyri-türklərdən ibarət olmasına baxmayaraq, I Şah Abbasın 
dövründə bu alayla yaxından tanış olmuş italiyalı Pyetro Della 
Vallenin yazdığı kimi, onların təlim və ünsiyyət dili türk dili 
olmaqla ayrı heç bir dili bilmirdilər (86, 81). Qulamlar Osmanlı 
dövlətindəki yeniçərilər kimi türk dilli idilər və bəzi tarixi əsərlərdə 
onların farslaşma zorunda qalmaları haqqındakı  fikirlər ciddi elmi 
dəlillərə söykənmir. Türkiyə tarixçisi F.Sümərin unikal qaynaq 
materiallarına  əsaslanaraq yazdığı kimi, qullar və oturaq əhaliyə 
mənsub tüfəngçilər Qızılbaşlara qarşı müvazinət ünsürü kimi 
yaradılsa da,köçəbə (yarımköçəri) Türk oymaqları  əskidə olduğu 
qayda üzrə yenə  də dövlətin ana dirəyi olub, öz nüfuzunu qouyub 
saxlamışdılar.Daha sonra F.Sümər qeyd edir: «Dövlət xidmətindəki 
taciklər (İranlı yaxud fars) heç bir zaman Səlcuqlu dövründə olduğu 
kimi, dövlətin siyasi həyatında mühüm rollar oynamamışdılar» (67, 
149). 
Qeyd olunduğu kimi, qeyri-türk soylu, ancaq türk dilli əmir-
lərin I Şah Abbasın islahatı ilə dövlətin idarəetmə orqanlarında işə 
cəlb olunmasını dövlətdə iranlılaşma prosesinin başlanması kimi 


 
67 
 
 
qəbul etmək  əslində düzgün deyildir.  Avropa dövlətləri tarixinin 
XVI-XIX  əsrləri izlənilərkən hətta ayrı-ayrı ölkələrdə doğma 
dillərində danışmaq qəbahəti və idarəçiliyə başqa xalqlardan olan 
əsilzadələrin kütləvi cəlb olunması hallarına az təsadüf edilmir. 
Halbuki Qərb tarixçiliyində bu vəziyyət dövlətlərin milli mahiy-
yətini dəyişməsi kimi qəbul edilmir və yaxud bu məsələlərə heç 
toxunulmur. 
İ.P.Petruşevski yazır: «I Şah Abbasa qədər bəylərbəyi yalnız 
Qızılbaş tayfalarının adlı-sanlı  əmirlərindən, yaxud şahzadələrdən 
təyin olunurdu. I Şah Abbasdan etibarən bəylərbəyi vəzifəsinə yeni 
qulam hərbi  əsilzadə nümayəndələrindən də  təyin etməyə 
başladılar» (181, 118). Müəllifin bu fikiri tarixi gerçəkliklərə uyğun 
gəlir. Lakin onu da qeyd etmək lazımır ki, I Şah Abbasın özü 1605-
ci ildə Türkman əmirlərindən Pirbudaq xanı Azərbaycana, 1607-ci 
ildə Qaramanlı  əmirlərindən Zülfüqar xan Qaramalını  Şirvana, 
1606-cı ildə Qacar əmirlərindən Məhəmməd ibn Xəlil xan Ziyad 
oğlunu Qarabağa, 1606-cı ildə Qacarlardan Əmirgünə xan Qacarı 
Çuxur Sədə bəylərbəyi təyin etmişdi. XVII əsrin axırlarına qədər də 
belə olmuşdur. Beləliklə, Qızılbaş  əmirlərinin Osmanlı yürüşlərinə 
son qoyulduqdan sonra yenə  də Azərbaycan,  Şirvan, Qarabağ  və 
Çuxur Səddə yerli hakimiyyətləri bərpa olunur. Ancaq mərkəzləş-
miş dövlət daxilində  bəylərbəyilərin vilayətlərdə  Qızılbaş tayfa-
larının hərbi qüdrətinə arxalanaraq öz hakimiyyətlərni möhkəm-
ləndirmələri, onlarda irsi idarə meyllərinin güclənməsi Səfəvi 
şahlarının mənafeyinə uyğun deyildi. Buna görə də, XVII yüzillikdə 
Səfəvi hökmdarları vilayət aparatının dövlət asılılığını möhkəmlən-
dirmək məqsədlə qulamlardan ibarət yeni hərbi əsilzadə nümayən-
dələrinin  əyalətlərə  bəylərbəyi təyin edilməsini təcrübədən keçirir-
dilər. Lakin bu təcrübə özünü doğrultmamış  və bu dövrdə bir sıra 
qulam əyanlarının müəyyən vilayətlərdə qısa müddətli hakimiyyəti 
də  Səfəvi dövlətinin milli mahiyyətinə  təsir göstərə bilməmişdi. 
Düzdür,  İsgəndər bəy Münşinin verdiyi məlumata görə qulamların 
yüksək hərbi zümrəsindən vilayət və mahal idarəçiliyində istifadə 
olunmuşdur və o, əsərində onlardan 15 nəfərinə xan və sultan titulu 
verildiyini yazmışdır. Digər tərəfdən qulam vilayət, yaxud mahala 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə