Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   19   20   21   22   23   24   25   26   ...   111

 
68 
 
 
hakim göndərildikdə o, əvvəlcə  həmin izibati vahid ərazisində 
yaşayan Türk-Qızılbaş tayfa və oymaqlardan birinə mir-e el (el, 
tayfa başçısı - əmiri) təyin olunmasa, orada öz vəzifəsini icra edə 
bilməzdi. Məsələn, İmamqulu xanın qardaşı Davud xan qulamların 
yüksək rütbəli  əmirlərindən olub, Məhəmmədqulu xan Qacarın 
yerinə Qarabağ  bəylərbəyi göndərildikdə, oradakı Qacar eli və 
oymağının mir-e eli vəzifəsinə də təyin olunmuşdu. Çərkəz Qazaq 
xan isə Şirvan bəylərbəyi olduğu zaman, həm də orada Qaramanlı, 
Çavuşlu tayfasının  əmiri idi. Şirvanda Dərbənd və  Şabrana hakim  
göndərilmiş  Fərrux sultan həm də oradakı Bayat və Rumlu tayfa-
sının da əmiri olmuşdu. 1628-ci ildə Novruz Sultan isə Qarabağda 
Cavanşir, Otuz iki elinə  əmir təyin edilmişdi. Göründüyü kimi, 
Qarabağ və Şirvana hakim statusu ilə göndərilmiş qulam hərbi əsil-
zadə nümayəndələri vəzifədə olduqları vilayət, yaxud mahal ərazi-
sindək türk oymaqlarından birinin də  əmiri olmuşdular. Ancaq 
İskəndər bəy Münşinin 1628-ci il siyahısında adlarını qeyd etdiyi 15 
nəfər yeni hərbi əsilzadələrdən yalnız üç nəfəri (ikisi xan, biri sultan 
titulu ilə) müəyyən vaxtda Qarabağ,  Şirvan, Dərbənd və  Şabranda 
hökmranlıq etmişlər (80, 1089). Onu da göstərmək lazımdır ki, 
qeyri-türk olan qulamlar Azərbaycan türk dilini bilmədən, Qızılbaş 
tayfalarının adət və  ənənələrinə  bələd olmadan, yerli tayfaların 
hərbi qüvvələrinə arxalanmadan hər hansı vilayət və mahalda hakim 
vəzifəsində  işləyə bilməzdilər.  Əslində, orta əsr Osmanlı yeniçəri-
ləri kimi, Səfəvi qulamları da islam dinini, Qızılbaş adət-ənənələrini 
qəbul etmişdilər. Onlar Azərbaycan türk dilində danışır və fars 
dilini bilmirdilər. Bu barədə 1617-1627-ci illər arası  Səfəvi döv-
lətində olmuş Pyetro della Valle yazır: «…müxtəlif millətlərdən 
olan qulamlar vardır ki, öz aralarında türk dilində danışırlar və fars-
dan bir şey bilmirlər» (86, 87). 
Əvvəlki yüzillikdə ollduğu kimi, XVII əsrdə  də Azərbaycan 
Səfəvi dövlətinin hərbi dayağı yenə də  Türkman, Qacar, Qaraman-
lı, Şamlı, Ustaclı və başqa türk elləri olub, vilayət bəylərbəyi və ma-
hal hakimləri onların əmirlərindən təyin edilirdi. 
Beləliklə,  İsgəndər bəy Münşinin  əsərində 1628-ci il siyahısı 
üzrə  vəzifələrə  təyinatla bağlı  məlumatların obyektiv təhlili I Şah 


 
69 
 
 
Abbas dövründə Səfəvi dövlətinin milli mahiyyətinin dəyişməsi və 
burada Türk-Qızılbaşların hakimiyyətinin zəifləməsi haqqında bu 
günə  qədər tarixçilikdə mövcud olan fikirlərin yanlış olduğunu 
təsdiq edir. Tarixçilikdə Azərbaycan Səfəvi dövlətinin milli mahiy-
yəti ilə bağlı mövcud olan səhv və qeyri-ciddi fikirlərin əksini gös-
tərən qaynaqlar az deyildir. Təkcə onu göstərmək kifayətdi ki, XVII 
yüzilin 70-ci illərində fransalı səyyah Şarden yazır ki, Qızılbaşların 
nüfuzu o qədər güclüdür ki, hazırda çox mühüm dövlət vəzifələri və 
orduda rəhbərlik də onların əlindədir (112, c.3, 1192, 1193). 
I Şah İsmayılın başçılığı altında əhalinin müxtəlif kateqoriya-
larından olan əxilər, qazilər, sufilərin hərbi-siyasi mücadilələrində 
qurulmuş Azərbaycan Səfəvi dövləti beynəlxalq aləmdə iki yüzillk 
bir vaxt ərzində öz nüfuzunu gücləndirib artırmış, qoruyub saxla-
mışdır. Vahid dövlətçilik  ənənəsi iqtisadi irəliləyişlə bağlı mülki, 
inzibati, hərbi idarəçiliyə, elmi-mədəni yüksəlişə geniş imkanlar 
yaratmışdır. Və Azərbaycan türk dili dövlət dili statusu qazanmış, I 
Şah  İsmayılın Avropa monarxlarına Azərbaycan türk dilində yaz-
dığı  məktublar isə bu dili rəsmi diplomatiya dili səviyyəsinə yük-
səldə bilmişdi. Artıq Səfəvilər zamanında rəsmi sənədlər də Azər-
baycan türk dilində  tərtib olunurdu. Mülki-inzibati, hərbi idarədə 
titul və rütbə ifadələri - məsələn, qorçu (qoruyucu); qorçubaşı 
(qorçuların başçısı); daş qorçular (sərhəd qorçuları); eşikağısı 
(sarayda mərasim qaydalarına baxan məmur); eşikağasıbaşı (saray-
da mərasim qaydalarına baxan məmurların başçısı); süfrəçibaşı 
(sarayda süfrəyə baxan məmur); bəylərbəyi (bəylərin-bəyi, vilayət 
hakimi); tüfəngçibaşı (tüfəngçi hərbi dəstənin başçısı); topçubaşı 
(topçu hərbi dəstəsinin başçısı) və s. kimi terminlər meydana çıx-
mışır. 
Mirzə Abbaslının «Şah  İsmayıl Xətainin ömür yolu minia-
türlərdə»  əsərindəki Bakı  və Füruzguh qalalarının alınmasına aid 
miniatürlərdə top və tüfəng təsvirləri, «topçu» və «tüfəngçi» ifadə-
lərinin dilimizdə XVI əsrin  əvvəllərindən mövcud olduğunu isbat 
edir (43, 59, 64). 
I Şah İsmayıl ana dilinə hörmət edir və bu dildə yazan şairləri, 
ozanları sevir, onları himayə edirdi. Elə buna görə də, dilinə, vətə-


 
70 
 
 
ninə bağlı el şairləri, aşıqları da onu sevir və onun doğma dilinə, 
xalqına bağlılığını  əsərlərində  tərənnüm edirdilər. Onlardan I Şah 
İsmayılla eyni dövrdə yaşamış  və onu özünün mürşid-i kamili 
adlandıran Dirili Qurban «Şah Xətayi» gəraylısında  «Qoy var olsun 
türki zəban, Şah Xətayi, Şah Xətayi» misraları (33, 53), onunla eyni 
dövrdə yaşamış Tüfeylinin Şah İsmayıla xitabən «Qılmazam vallahi 
türki-tacidarım tərkini» (2, 311) deməsi  Şah  İsmayılın etnik 
kimliyinin bəlli aynası olub doğma türk dilinə sevgisinin də parlaq 
təzahürüdür. I Şah  İsmayılın dövrünün tarixi gerçəkliklərini  əsər-
lərində    bəzən olduğu kimi əks etdirməyə  cəhd göstərmiş, tarixçi 
İ.P.Petruşevski yazır ki, Səfəvilər sarayında və orduda bu vaxtlar 
Ön Asiyanın bütün türk dilli tayfalarına aydın olan Azərbaycan dili 
qəbul edilmişdir və bu ədəbi dil Azərbaycan sərhədlərindən kənar-
lara da yayılmışdı (181, 71). «Xolde-bərin»də Museyib xan 
Şərəfəddin oğlu Təkəli və Şahqulu bəy Ərəb oğlu Rumlunun gözəl 
təbə malik olduqları, doğma dillərində, yəni Azərbaycan türkcə-
sində  şerlər yazdıqları haqqında verilmiş  məlumat  İ.P.Petruşev-
skinin qeyd edilən fikrinin doğrululuğunu təsdiq edir. Mənbədə 
göstərilir ki, II Şah İsmayıl dövründə Rey hakimi olan Museyib xan 
Şərəfəddin oğlu Təkəli bacarığına, musiqi duyumuna, yazdığı gözəl 
şerlərə görə türk əmirləri arasında seçilir və sevilirdi. O, xanədan-
dan bir qız ilə evlənmək istəmiş, ancaq ümidi boşa çıxdıqda aşağı-
dakı rübaini yazıb Sultan Məhəmmədə göndərmişdi: 
  
Ey şah-i cahan biəsər oldu əməgim 
  
Dutdi qəm əli əlim ayağı ətəkim 
  
Yüz yildəki xidmətimlə dərgahında 
  
Solduş əməginə döndü axır əməgim (128, 616) 
Mənbədə II Şah  İsmayıl və Sultan Məhəmməd dövründə 
xəlifət  əl-xüləfa vəzifəsində olmuş  Şahqulu bəy  Ərəb oğlu 
Rumlunun da türkcə yazdığı şerlərdən aşağıdakı rübai verilmişdir: 
  
Könlüm quşun ol nərgizi fəttan apara 
   
Kimdir ki, onun qəmzəsindən can apara 
   
Şeytan şeytan dedikləri gər bu isə 
   
Mən razıyam imanımı şeytan apara (128, 710-711). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə