Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   21   22   23   24   25   26   27   28   ...   111

 
74 
 
 
təslim elədilər.  Biz də dəxi qəbz etdik və bu quruşdan qeyri çuxa 
bahasın eyni hesabla elədik bankda üç min iki yüz qırx dukat on altı 
suti on bir qəbati bizə vasil oldu və dəxi bir sandıq moğəvva ayna 
və çeşmək və doqquz tüfəng və bir kon sandıq puç inci… və bir kon 
sandıq xurde batəmam bizə vasil oldu və üzərində bir axça bir 
həbbe qaldı. 
Əzəldən işbu təzokkore təhrir qılınıb və  yədlərinə  təməssuk 
üçün verilmişdir təhrirən fi şəhr rəcəb səne 1045… Əli» (209, 510). 
Belə ki, bir sıra  Şərq dövlətlərindən fərqli olaraq Səfəvilər 
dövlətində inşa divanında və bu ölkədə  ədəbi-bədii yaradıcıləqda 
türk dilinin nüfuzu artmış, onun işlənmə dairəsi daha da genişlən-
mişdir. I Şah Abbas və I Şah Səfi dövründə türk dilindəki diploma-
tik yazışmalar, rəsmi sənədlər Səfəvi dövlətində XVI əsrdə olduğu 
kimi, XVII əsrdə də türk dilinin fars dilinə nisbətən daha çox işlək 
olmasından xəbər verir. 
XVII yüzilliyin ortaları və ikinci yarısında Avropa ölkələrin-
dən müxtəlif məqsədlərlə Azərbaycana gələn səyyahların, elçilərin 
xüsusi təlimat  əsasında yazdıqları  səyahətnamələr, hesabatlarda, 
dövlət dili haqqındakı  zəngin məlumatlar tarixi gerçəkliklərin üzə 
çıxarılması üçün çox böyük əhəmyyətə malikdir. Fransa taciri Jan 
Battist Tavernye və Jan Şarden, almaniyalı bilim adamı Engelbert 
Kempfer fransalı missioner Sanson və Venesiyalı  səyyah Cemelli 
Karerinin  əsərlərində  Səfəvi dövlətinin saray dili, ölkə  əhalisinin 
ana dili, diplomatik danışıq dili haqqında zəngin faktiki material 
vardır. 1631-1668-ci illərdə Şərq ölkələrinə səfəri zamanı dəfələrlə 
Azərbaycan Səfəvi dövlətində olmuş Jan Battist Tavernye dövlətin 
ərazisi və sarayındakı ciddi müşahidələrinə istinad edərək yazır: 
«Səfəvilər öz dillərini üç qrupa bölmüşlər: fars - məlahət dili, türk - 
siyasət dili, ərəb - fəsahət dili, qəbahət dili isə sürünənlər və 
kəndlilərin tamlıqla istifadə etdikləri dildir». Müəllif fars dilinə 
«yüksək zümrələrin» dili qiymətini versə də, onun özünün qeyd et-
diyi kimi, lüğət tərkibinin bir hissəsi  ərəbcədən ibarət olan bu dili 
kənd  əhli elə günə salmışdır ki, onu şəhərdə heç kim anlamır. 
Bunun digər səbəbi isə müəllifin özünün göstərdiyi kimi, dövrün 
elm dilinin ərəb və türkcənin dövlət-saray dili olması ilə  əlaqədar 


 
75 
 
 
idi (104, 598). Sözsüz ki, Tavernyenin yazdığı kimi, bu dövrdə 
ərəbcənin elm və türkcənin dövlət-saray dili olması,  İsfahan  şəhər 
əhalisi, fəth edilmiş torpaqların, yəni  İraq, Lur valiliyi, fars əyalə-
tinin idarələrində türk dilinin rəsmən işlənməsi və bu durumun 
imperatorluğun cənub-şərqindəki inzibati vahidlərin də  əhalinin 
mütləq əksəriyyətini təşkil edən farslara da təsirləri olmuşdu. Artıq 
onların da mövcud tələbata uyğun olaraq türk dilini öyrənib, bu 
dildə danışmağa ehtiyacları vardı. Türk, fars dillərini mükəmməl 
bilən və  ərəb dilində yazıb-oxumağı bacaran fransalı tacir Jan 
Şarden XVII yüzilliyin 70-ci illərində Səfəvi ölkəsində olmuş və o 
da Tavernye kimi dil məsələsinə ciddi maraq göstərmişdir. O, yazır: 
«Səfəvi ölkəsinin  əhalisi bir qayda olaraq üç dildən birində, yəni 
fars, türk ya da ərəb dilində danışırlar… Saray əhli, hərbiçilər
böyüklər, yüksək vəzifəlilərin xanımları evlərində türkcə söhbət 
edirlər. Ona görə ki, Şah və sülalə üzvləri bütün əhalisinin dili 
türkcə olan Azərbaycandandırlar» (112, c.3, 946). Şarden Türk və 
fars xalq danışıq dilinin yayılma arealını də müəyyən etməyə cəhd 
göstərmişdir. O yazır ki, Səfəvi dövlətinin  şimal,  şimali-qərb və 
mərkəzində yaşayan  əhali türkcə  və imperatorluğun digər nahiy-
yələrinin əhalsi isə farsca danışır. Ancaq onu da göstərmək lazımdır 
ki, «Ölkənin dövlət dili türk dilidir…» (112, c.3, 947). İsveçdən Lui 
Fabritsiusun başçılığı altında Səfəvi dövlətinə göndərilən (1683-
1684) elçiliyin katibi Enqelbert Kempfer yazırdı: «Səfəvi süla-
ləsinin ana dili olan türkcə sarayda geniş yayılmış dildir» (96, 167). 
Cemelli Kareri isə fars dili sözlüyünün zəngin olmadığını, elm və 
alim dilinin ərəbcə olduğunu, sarayda da türkcə danışıldığını qeyd 
etmişdir (89, 148). Dil məsələləri Sansonun da diqqətindən kənarda 
qalmamışdır. O, bu barədə yazır ki, təbəələri Şaha müraciət edərkən 
türkcə deyirlər: «Qurban olum, din imanım Padşah, başına dönüm» 
(106, 169). 
Əvvəl qeyd olunan məktublarla, rəsmi sənədlərlə yanaşı, 
Səfəvi dövlətinin tarixi ilə əlaqədar olan XVII əsrin Avropa ədəbiy-
yatında türkcənin dövlət, saray, diplomatik danışıq dili olması haq-
qında kifayət qədər elmi əsası olan faktiki materiallar vardır ki, 
bütün bunlar Səfəvi dövlətinin tarixinə aid tarixçilikdə xüsusilə 


 
76 
 
 
çağdaş  İran səfəvişünaslığında mövcud olan təhriflərə tutarlı elmi 
cavablardır. Bu faktiki materiallar Səfəvi dövlətinin yaranma və  
yüksəlişi tarixini təhrif edənlərin baxışlarının cəfəng olduğunu və 
irəli sürdükləri qurama konsepsiyalarının elmi arqumentlərə söy-
kənmədiyini, elmi əsası olmayan söz yığınından ibarət olduğunu 
göstərir. F.Sümər çox haqlı olaraq yazır: «Səfəvi dövlətinin «milli 
bir İran dövləti» olmasını irəli sürənlər, buna digər bir dəlil olaraq, 
Səfəvi dövlətinin sasanilər zamanındakı hüdudlarına ulaşdırmış 
olduğunu da qeyd edirlər. Lakin hüdudlar heç bir zaman bir 
dövlətin milli dövlət sayılması üçün bir dəlil ola bilməz» (67,3). 
Səfəvilər dövlətini quran İsmayıl parlaq zəka sahibi, istedadlı 
hökmdar və söz sahibi kimi tanınır.  İsgəndər bəy Münşi Türkman 
yazır: «O həzrət (I Şah  İsmayıl)  şeir deməklə yüksək təbə sahib 
olub daha çox türkcə şeirə rəğbəti vardı. Təxəllüsü isə Xətayi idi» 
(80,44). O, Azərbaycan türkcəsinin poeziya dili kimi inkişafında 
əvəzsiz xidmət göstərmiş, müxtəlif janrlarda yazdığı şeirləri ilə türk 
söz xəzinəsini yüksək zirvəyə qaldırmış  və bu dövrdə Azərbaycan 
türk şeirinin Füzuli, Həbibi kimi nəhəngləri də öz doğma dillərində 
yazıb yaratmağa başlamışdır. Azərbaycan türk xalqının əsrlər boyu 
əldə etdiyi yaradıcılıq  ənənələri üzərində XVI-XVII əsrlərdə  aşıq 
poezyasının yüksək zirvəyə ucalması  və  nəticədə  Aşıq Qurbani, 
Aşıq Abbas Tufarqanlı, Sarı  Aşıq, Xəstə Qasım, Aşıq Valeh kimi 
ustadların doğma dillərində yaratdıqları poetik irs türk dilinin bədii 
imkanlarını daha da zənginləşdirdi. Bu dilin siyasi və  mədəni 
dəyərinin yüksəlişi ilə bağlı farsca və başqa dillərdə yaradılmış bir 
sıra  əsərlər türkcəyə çevrildi. Nişati  Şirazinin Təvəkkül ibn 
Bəzzazın «Safvət  əs səfa» (1538), Məhəmməd Füzulinin, Molla 
Hüseyn ibn Əli  əl-Kaşifinin «Rövzət üş-şühəda» adlı  əsərini 
türkcəyə tərcümə etməsi, I Şah İsmayılın, I Şah Təhmasibin, I Şah 
Abbasın Azərbaycan mədəniyyətinn inkişafındakı böyük rolları 
Azərbaycan türk xalqının varlığının, Azərbaycan Səfəvi dövlətinin 
etnik kimliyinin gerçək göstəricisidir. 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə