Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   29   30   31   32   33   34   35   36   ...   111

 
98 
 
 
arxalandığına görə, bu əsgəri heyətin başçısı  əvvəlki Səfəvi  şah-
larının dövründəki kimi, türk əsilzadələrindən təyin edilirdi. "Zeyl-i 
tarix-i alamara-yi Abbasi" də qeyd edilir ki, I Şah Səfinin hakimiy-
yətinin ilk illərində  qorçubaşı  Məsum bəy Səfəvinin nəvəsi və I 
Şah Abbasın qızı Zübeydə bəyimin  əri İsa xan Səfəvi olub, o, ata 
xətti ilə  Şeyx Cüneydin  nəslindən idi (81,87; 130,79) Şeyxavənd 
soyundan  İsa xan kimi nüfuzlu əyanın qorçubaşı  vəzifəsində 
olmasından I Şah Səfi ehtiyat etmiş  və hakimiyyətinə kölgə    sala-
cağından qorxub onun aradan götürülməsini qərara almışdı. O, bu 
işi  Şeyx Zahid Gilanın nəslindən olan dövlət məmuru Çıraq xan 
Zahidiyə tapşırır (81, 87).  Seyid Hüseyn bin Murtuza Hüseyni 
Astrabadi yazır ki, Çıraq xan qorçubaşı  İsa xanla söhbətində onun 
Səfəvi nəslindən olduğuna işarə edərək böyük oğlu Seyid 
Məhəmməd xanın  şahlığa layiq olmasını söyləmiş, ancaq İsa xan 
ona cavabında bildirmişdi ki, Səfəvilərlə əmizadə olsalar da, şahlıq 
Şah İsmayıl və Şah Təhmasib ailəsinə mənsubdur. Lakin bu söhbət 
şaha olduğu kimi çatdırılmamış, həm də  Şaha  İsa xan haqqında 
başqa yanlış  məlumatlar da söylənilmişdi. (108, 243, 244). H. 
1041(m.1632)-ci ildə  Xızır Nəbi bayramında  Şeyxavənd nəslindən 
olan bütün xanlar, əsilzadələr saraya dəvət edilir. Bu bayram günü 
şah sipəhsalar Rüstəm xan və Çıraq  xan Zahidliyə göstəriş verir ki,  
qorçubaşını övladları ilə birlikdə qətl  etsinlər. Onlar  qorçubaşının 
evinə gedib onun oğlunun üçünün də  hərbi vəzifədən azad edilib 
Ələmut qalasına göndərilməsi barədə  Şahdan buyruq aldıqları adı 
ilə Çaharbağa gətirib orada öldürdülər (81,92; 130,84). Qorçubaşı 
vəzifəsi 1632-ci ildə  Çıraq xan Zahidliyə tapşırılır.  İsa xan 
Səfəvinin tiyulu, bütün əmlakı və evi müsadirə edilib ona  verildi. 
İsa xan Səfəvi  Çıraq xanın nəzarəti altında ibadətlə məşğul olmalı 
və gündəlik xərcləri üçün ona 100 tümən verilməli idi. Ancaq çox 
keçmədi ki, İsa xan Ərdəbil yaxınlığında ölüm cəzasına məhkum 
edildi və onun nəşi Kərbəlaya göndərilib, orada dəfn edildi (81, 
92,93; 130,94). Qorçubaşı  vəzifəsi bir qayda olaraq türk əsilzadə-
lərinə aid olduğuna görə, Çıraq xan Zahidi bu vəzifədə çox 
qalmamış  və 1633-cü ildə  hərəkətlərində qüsurlara yol verməsi 
bəhanə edilmiş, edam olunmuşdu. Həmin ildə qorçubaşı  vəzifəsi 


 
99 
 
 
Kirman hakimi, həm də möhürdar vəzifəsində olan Zülqədər türk 
tayfasının Söklən obasının böyük əmirlərindən Əmir xan Zülqədərə 
tapşırılır. O, uzun müddət siravi qorçu olmuş, kifayət qədər hərbi 
təcrübə qazanıb  yüzbaşı rütbəsinə layiq görülmüş və sonra möhür-
dar, Xar-Simnan, və nəhayət Kirman hakimi kimi məsul vəzifələrdə 
çalışmış  və  nəhayət qorçubaşı  hərbi vəzifəsinə yüksəlmişdir 
(81,98,99,259; 130,85). Molla Kamal 1638-ci ildə Osmanlı ordusu 
Bağdadı mühasirə edərkən Canı  bəy  Şamlının qorçubaşı olduğunu 
qeyd edir. O, 1645-ci ilə qədər bu vəzifədə olmuşdu (130,101).  
"Abbasnamə"nin verdiyi məlumata görə 22 şaban 1055 (m. 
1645)-ci ildə qorçubaşı Canı xan  (Şamlı) öldürüldükdən sonra bu 
vəzifəyə yenə türk Şamlı elinin Biçərli obasından olan hərbi 
əsilzadə Murtuzaqulu xan təyin edilmişdi (125a, 35) Molla Kamal 
yazır ki, h. 1059 (m. 1649)-cu ildə qorçubaşı Murtuzaqulu bəy (xan) 
Şamlı sərxoşluq və bir çox başqa bəd əməllərinə görə edam edilir və 
bu vəzifə Qızılbaş-Türk əsilzadəsi Mehrab xanın oğlu Murtuzaqulu 
xan Qacara  verilir (130, 101, 113).  "Abbasnamə" də Murtuzaqulu 
xan Qacarın da pis əməllərinə görə h. 1074(m.1663)-cü ildə edam 
olunduğu və əmlakının da müsadirə  edildiyi göstərilir. Onu Şahın  
göstərişi  əsasında  şəmşir qorçusu Hüseynqulu xan Şamlı  qətl 
etmişdi.  Şahın buyruğu  əsasında Murtuzaqulu xan Qacarın Təbriz 
bəylərbəyinin canişini olan oğlu Mustafaqulu xan da həbs edilib 
Kelat qalasına göndərilmiş,  əmlakı da müsadirə olunmuşdu (125a, 
119,120). Mənbənin verdiyi məlumata görə qorçubaşı yenə  də 
Qacar elindən təyin edilir (h.1074-m. 1663). Yeni qorçubaşı 
Qarabağ bəylərbəyi İmamqulu xan Qacar idi (125a, 21).   
Qullarağası orduda rütbəsinə görə ikinci yeri tuturdu (96, 89). 
Ancaq Sansona görə,  Şahın qulamlarının rəisi olan qullarağası ali 
dövlət strukturunda üçüncü yerdə dayanırdı (106, 48). «Təzkirət əl 
müluk»da «alicah» qullarağasının da canqı  əmirlərindən olduğu 
qeyd edilmişdir. Əsərdə göstərilir ki, qullarağası qorçubaşıdan sonra 
işıqlı dövlətin dayağı  və  əmirlərinin  ən böyüyü və  Şahın  şərəfli 
xassə qulamlarının hamısının ağsaqqalıdır. Bütün qulamların tiyul, 
həmesale məvacibi və mükafatları, barat, yəni məvacib qəbzləri və 
onların köçürülməsi onun təqdimatından sonra, ali divan vəziri 


 
100 
 
 
tərəfindən yazılı icazə ilə öz həllini tapırdı. Dövlət və əyalətdə qul-
luq, yüzbaşılıq, minbaşılıq vəzifələri və bütün qulların tiyul, 
məvacib və mükafatı qullarağasının yazılı müraciəti  əsasnda baş 
vəzirin tərtib etdiyi təliqəyə görə verilirdi. Qulamlara aid bütün 
işləri həmin idarənin ağsaqqalı olan qullarağası araşdırıb həll edirdi. 
Qulamların qulluq məvacibləri, tiyul, həmesale və mükafatları 
haqqındakı hökm və sənədləri qullarağası təsdiq edib möhürləyirdi. 
Qulamların rütbə siyahısı, bu təşkilatın vəzir və mustoufisi tərə-
findən Şahın hüzurunda şəxsən onun özünə ərz olunurdu (132, 7-8). 
 Dövlət  şurası  əmirlərindən olan eşikağasıbaşı dövlətin  ən 
mötəbər qulluqçularından olub, onlara hətta elçilik kimi məsuliy-
yətli missiya da tapşırılırdı. Adam Oleari bu barədə yazırdı ki, 
onlardan  İmamqulu xan hazırda Holşteyn hersoqunun sarayına 
göndərilmişdi. Adam Olearinin yazdığına görə Holşteynli elçilər 
İsfahana çatdıqları zaman Murtuzqulu xan adlı  şəxs eşikağasıbaşı 
vəzifəsində idi ki, o, özündən əvvəlki eşikağasıbaşını çuğullayaraq 
edam etdirməyə nail olduqdan sonra bu vəzifəni tutmuşdu. O, çoban 
oğlu olub atası çadır, yaxud komada yaşayırdı. Bu qəbildən olan 
adamları burada türk adlandırırlar (139, 894). Hansi ki, əski çağ-
lardan bəri kəndlər salmış  əkinçiliklə, sənətkarlıqla məşğul olan, 
Şamaxıda da, Ərdəbildə də özünün yazdığı kimi onları “xoş gəldi” 
deyə qarşılayanlar da türklər idilər. Səfəvi ölkəsində şəxsən gördük-
lərini, öyrəndiklərini gündəliyində bəzən təhlil etmədən olduğu kimi 
yazıya alan səyyah müəyyən ziddiyyətlərə də yol vermişdir. Ancaq 
onun gündəliyindəki bu ziddiyyətli faktları tutuşdurub təhlil etmək-
lə doğru elmi nəticələr  əldə etmək mümkündür. Onun qeydlərində 
«çadır» yaxud «komada» yaşayanların türk olub dövlətdə yüksək 
vəzifələrdə çalışdıqları bildirilir. Əslində  səyyahın gündəliyində 
«çadır»larda yaşayanlar kimi qeyd edilən ölkə  əhalisi xüsusi imti-
yazlarla təmin olunmuş  və dövlətin  əsas dayaqlarından ibarət olan 
yarımköçəri türk elləri idilər.  
Sarayı içəridən qoruyan yasovullara və sarayı dişarıdan müha-
fizə edən cəzair alayına başçılıq edən eşikağasıbaşı saray məclis-
lərində nizam-intizamın yaradılmasına birbaşa məsuliyyət daşıyırdı 
(96, 100). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə