Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   37   38   39   40   41   42   43   44   ...   111

 
122 
 
 
imzalayırdı. Mirzələrinin sayı on iki nəfər idi. Onlardan hər birinin 
məşğul olduğu sahəyə aid dəftəri vardı. Ali divan mənsəbləri, 
mülazimlik, tiyul, məvacib, həmesale, maaflıq, soyurqal, vəzifə və 
sairəyə aid olun bütün hökm, fərman və icazənamələri sahib-i 
toücih idarəsi də qeydiyyata alırdı. Büyutat sahibcəmləri və 
təhvildarlarının hesablarından başqa, məmaliki məhrusənin bütün 
maliyyə hesabları toücih idarəsi işçiləri tərəfindən yazılır və onların 
rəisləri təsdiq edirdi. Hökmlər və  fərmanlar üzrə xassənin bütün 
vergi ödəyənlərinin və təhvildarlarının mühasibət sənədləri sərkare 
xassə  tərəfindən təsdiq olunduqdan sonra dəftərxana sənədləri 
təsdiq üçün ali divan toücihinə  də  təqdim olunur. Həmesale və 
sairəyə aid təsdiqlər hamısı sahibi toücihin mirzələri tərəfindən 
qeydə alınıb imzalanmalı idi. Dövlət mənsəblərinin rüsumatına aid 
göstəriş vermək, çobanbəyi və miqdarı  dəyişməkdə olan başqa 
pulları almaq barədə buyruqları təmin etmək, həmin idarəyə aiddir. 
Dünyanı  fəth edən padşahın təlimatları bu idarədə saxlanılırdı. 
Qoşunun sayı  və qorunan ölkələrin hakimlərinin gəlirlərinin miq-
darı da bu idarədə  təyin edilirdi (132, 42). I Şah Təhmasibin 
dövründə  Əbuturab Nətənzi ali divanın sahib-i toucihi idi (128, 
446). 
Avaracənəvis də mustoufi əl-məmalikə tabe olan maliyyə mə-
muru idi. «Avaracə» hərfi mənada kitab, yaxud sənəd anlamı ifadə 
edir. «Təzkirət  əl-müluk»da göstərilir ki, avarəcənəvis idarəsində 
zabitlərin, mühasibat müdirləri və digər vergi məmurlarının xərc 
sənədləri yoxlanılıb qeydiyyata alınırdı. Dövlət qulluqçularına 
verilən tiyul, həmesale icazənamələri ali divan vəziri və mustoufi 
əl-məmalik tərəfindən baxılıb imzalandıqdan sonra avaracənəvis 
onlara qeyd qoyub ünvanlarını yazırdı. Vilayət, mahal, şəhər 
hakimlərinə, onların maliyyə  məmurlarına həmin məntəqədən 
ödəyəcəkləri vergilər barədə verilmiş  fərmanları da avaracənəvis 
yoxlayıb «nəzərdən keçirirdi», dərkənarını qoyduqdan sonra qeydə 
alırdı (132, 43). «Xolde bərin» də I Şah Təhmasib dövründə 
Hidayət bəy  Şirazinin Azərbaycan və  Şirvan üzrə avarəcənəvis 
vəzifəsində çalışdığı qeyd edilmişdir (128, 446). 


 
123 
 
 
 Şah dəftərxanasına dəftərdar adlı xüsusi məmur başçılıq 
edirdi. O, vəzir və mustoufilərin hökm və  fərmanlarını, söhbət 
yasavullarına, eşikağasılara verilən soyurqallar haqqında sənədləri, 
maaflıq və məvacibləri yazırdı. Xassə idarəsinin keçmiş illərə dair 
dəftərləri onun dəftərxanasında qorunub saxlanılrıdı (132, 43). 
Mənbələrdə  Şah dəftərxanasının darğalarının adlarına çox nadir 
hallarda təsadüf edilir. Bu məlumatlarda isə onların bir qayda olaraq 
türk  əsilzadələrindən təyin olunduğunu görürük. I Şah Təhmasibin 
dövründə, yəni XVI əsrin 60-cı illərində  Qızılbaş  Məsum bəy 
Səfəvinin oğlu Bəşarət bəy  Şah dəftərxanasının darğası olmuşdu 
(28, 127).  
  İsfahan Səfəvi dövlətinin paytaxtı olduqda (1598) Şahın 
iqamətgahı  və  mərkəzi bürokratik aparatda çalışan Qızılbaş-Türk 
aristokratiyası da bura köçürülmüş, nəticədə  İraqi  Əcəmdəki bu 
məntəqə böyük bir şəhərə çevrilmişdir.  Əski çağlardan müxtəlif 
Türkman boylarının yaşadıqları  İsfahan mahalına XVI yüzilin 
əvvəllərindən Təkəli əhalisi də köçürülmüş və onlara burada ulkalar 
da verilmişdir (67, 57). I Şah Abbas da bura Azərbaycanın müxtəlif 
bölgələrindən, xüsusən də  Təbrizdən  əhali köçürüb yerləşdirmişdi. 
Bu barədə  həm yerli qaynaqlarda, həm də dövrün Avropa ədəbiy-
yatında məlumatlar vardır.  İsgəndər bəy Münşi Türkman yazır ki, 
İsfahanın qərb tərəfində Abbasabad adlı  qəsəbəni təbrizlilər 
salmışdılar (80, 1111). Yan Streys bu qəsəbənin Abbasabadla 
yanaşı,  Təbrizabad da adlandığını  və bu qəsəbəyə  əhalinin  Şah 
Abbasın Təbrizdən köçürüb yerləşdirdiyini yazır (197, 315). 
İsfahan dövlətin mərkəzi olduqdan sonra bura xassə, yəni Şah 
və onun ailəsinin  şəxsi mülkünə çevrilmişdi və «vəzir-e 
darüssəltəna-ye  İsfahan» adlı  vəzir tərəfindən idarə edilirdi. 
«Təzkirət  əl-müluk»da  İsfahan vəzirinin hüquq və  səlahiyyətləri 
haqqında geniş  məlumat verilmişdir.  Əsərdə göstərilir ki, İsfəhan 
vəziri dəyirmanlar, kəhrizlər,  əkin sahələrindən ibarət olan tərpən-
məz  əmlakın icarəyə verilməsinə  və icarədarlardan, rəiyyətdən 
vergilərin alınmasına nəzarət etməli, vergi, icarə sənədlərini möhür-
ləməli, mədaxili müəyyən edilən yerlərə  sərf etməli,  əkin yerlərini 
genişləndirməli, boş yerlər qalmasına imkan verməməli, onları 


 
124 
 
 
dərhal icarəyə verməli,  əkdirməli və lazım olduqda rəiyyətə borc 
toxum və sairə verməli idi. Sərkar xasse-ye şərifə (xassə idarəsi) 
onun nəzarəti altında fəaliyyət göstərirdi. Vergilərin toplanması 
üzrə  məsul məmur olan xassə mustoufisi büyutat sahibcəmlərinin 
bütün maliyyə  sənədlərini hazırlayır, vəzir isə imzalayırdı. Xassə 
əmlakından vergi toplandıqda bu verginin miqdarı barədə ali divan 
vəzirinə hesabat verilməli və vergilər xüsusi maliyyə məmurlarının 
iştirakı ilə toplanmalı,  İsfahan vəziri onun qorunub saxlanmasına, 
təyinatı üzrə  sərf edilməsinə  nəzarət etməli idi. Belə ki, məhsulu 
təhvildar qəbul edib, anbarlara vurduqdan sonra həvalə sahiblərinin 
tənxahı oradan ödənilirdi (132, 44, 45).  
İsfahan şəhəri və mahalı üzrə bütün xassə əmlakına rəhbərlik 
vəzirin vəzifə borcu olub, o, kəhrizləri təmir etdirməli, karvansara, 
dükanlara və ümumiyyətlə,  İsfahan kələntərinin işinə  də bilavasitə 
nəzarət edirdi (132, 44, 45). Hər ilin axırında  İsfahan vəziri haqq-
hesab vəsiqələrini təsdiq üçün ali divan vəzirinə verirdi. Qərar üzrə 
mustoufi onun hesabatına baxıb yoxlayır, artıq-əskiyini müəyyən 
edir, onun icra etdiyi işlər barəsindəki balans sənədinə ali divan 
vəziri qol çəkdikdən sonra onu mustoufi əl-məmalikə təqdim edirdi 
(132, 45). 
 «Təzkirət  əl-müluk»da  İsfahanın vəziri ilə yanaşı, ayrıca 
mustoufisinin də olduğu göstərilmişdir. Qaynaqda qeyd edilir ki, 
İsfahan darossəltənə  vəziri  Şahın  əmlakının maliyyə  işlərinə 
başçılıq edərək onun əkin sahələrinin becərilməsinin qayğısına 
qalmalı,  əkin sahələrini  əlverişli  şərtlərlə icarəyə verməli, onun 
başçılığı altında vergiləri  İsfahan mustoufisi yığmalı idi. İsfahan 
mahalının maliyyə  məsələləri üzrə  sənədlərini vəzir tərtib edərək 
hazırladıqdan sonra onları mustoufi də  təsdiq edib saxlamalı idi. 
İsfahan bölgəsinin rəiyyətlərindən taxıl vergilərini yerölçənlər, 
mirzələr təhvildarlar toplayıb xüsusi anbarlara yığmalı idilər. Hər 
ilin sonunda İsfahan vəziri haqq-hesab sənədlərini mustoufi 
yoxlayıb möhürlədikdən sonra təsdiq üçün baş vəzirə təqdim edirdi. 
Baş vəzir gəlir və çıxara aid bu sənədləri yoxladıqdan sonra onları 
təsdiq edirdi. Baş  vəzirin araşdırma və imzasından sonra illik 
maliyyə sənədləri yenidən mustoufiyə qaytarılırdı. Baş vəzirin göz-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə