Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   35   36   37   38   39   40   41   42   ...   111

 
116 
 
 
toucih, zabitənəvis, avarcənəvis və bir çox başqa məmurlar da 
mustoufi əl-məmalikə tabe idilər (132, 17). 
Bütün mülazimlərin qulluq fərmanı və onların maaşlarına aid 
əmrlər divan, xassə və ərbab-i təhavil dəftərindən keçib keçməmə-
sindən asılı olmayaraq onlara mustoufi əl-məmalikin möhürü 
vurulmalı idi. Burada yalnız  şah  əmlakı idarəsinin qulluq fərman-
ları, maaflar müstəsna hüquqa malik olub, mustoufi əl-məmalikin 
qeydiyyatına düşməyə bilərdilər (132, 17). 
Divan dəftərxanası qulluqçularından müqəssir olanların 
məsuliyyətə  cəlb edilməsi də alicah mustoufi əl-məmalikin vəzifə 
səlahiyyətinə aid idi. Məmaliki məhrusənin kiçik mustoufiləri onun 
razılığı ilə  işə götürülürdü. Onların hamısı  əslində ali divanın 
mülazimləri idilər. Mustoufi əl-məmalikin xidmətində fərman üzrə 
divan mülazimi olan sahib-rəqəmlərdən ibarət beş nəfər işçi vardı. 
Onların işi qulluqçuların maaşı, həmesaləsi, tiyul, maaflıqlar, soyur-
qallara aid hökm və  fərmanlara və  dəftərxanaya girib çıxan yazılı 
sənədləri yoxlayıb düzəltmək, qanuna uyğun olanlarını mustoufi əl-
məmalikə möhür və imza üçün təqdim etmək, qanuna uyğun olma-
yanlar barəsində  dəftərxana tərəfindən cavab yazıb sahiblərinə 
qaytarmaqdan ibarət idi (132, 17). 
Mustoufi  əl-məmalikin xüsusi idarə  dəftərxanası da vardı ki, 
bu dəftərxana onun özünə aid idi. Belə ki, o məxariclə  əlaqədar 
başqa idarələrin işi barədə dəqiq məlumat əldə etmək üçün mənsəb, 
mülazimlik fərmanlarını, həmesale, barat, mükafat, soyurqal, maaf-
lıq və  dəftərxananın alıb verəcəyi başqa pulların hökmlərini öz 
dəftərxanasında da qeydiyyata aldırırdı. Bu dəftərxananın işçilərinin 
sayı dörd nəfərdən ibarət idi (132, 18). 
Dövrün mənbələrində mustoufi əl-məmaliklə bağlı  məlumat-
lar təhlil edilərkən aydın olur ki, maliyyə divanına məmurlar qəbul 
edilərkən mənsubiyyətləri deyil, ilk növbədə onların yazı qabiliy-
yəti, hesabı və elm-i siyaqı bilməsi nəzərə alınırdı. Elə buna görə də 
onların arasında imperatorluğun tərkibinə daxil olan bir çox bölgə-
lərdən nümayəndələrə təsadüf edilir. Ancaq mənbələrdə onların bir 
çoxu haqqında  ətraflı  məlumat olmadığına görə, doğulduqları yer 
əsas götürülsə  də belə, mənsubiyyətlərinin təyin edilməsi olduqca 


 
117 
 
 
çətindir. Bu divanda da qızılbaşlara yaxın, yaxud onlarla bağlı olan  
seyidlərin vəzifəyə təyinatına rast gəlirik. I Şah Təhmasib dövründə 
mustofi  əl-məmalik vəzifəsində olmuş Mir Qiyasəddin Mahmud 
Şəhristani, Məhəmməd Xudabəndənin hakimiyyəti vaxtı yenə  də 
qeyd edilən vəzifədə bir müddət işləyən və baş vəzir Salman Cabiri 
tərəfindən təzyiqlərə məruz qalan Mirşah Qazi İsfahani seyid idilər 
(128, 445, 450). Qaynaqlarda yüksək elmi əhəmiyyətə malik 
məlumatların təhlili  əsasında  əldə edilən nəticəyə görə demək olar 
ki, Səfəvilərin yaratdığı inzibati-bürokratik aparatın mürəkkəb bir 
quruluşa malik olması ilə yanaşı, bu quruluş hakimiyyət orqanları 
arasında dəqiq səlahiyyət bölgüsü qaydalarını da özündə  əks 
etdirirdi.  
 
 
                        § 3  Dövlət və saray təşkilatı 
 
Səfəvi  dövlətinin mexanizmində hakimiyyətin həyata 
keçirilməsinin vasitəsi olan orqan və  təsisatların özünəməxsus 
strukturu mövcud olmuşdur. Bu daha çox sosial-iqtisadi, milli 
xüsusiyyətlər, qismən də coğrafi amillə bağlı idi. Hakimiyyət 
orqanların quruluşu, statusu açıqlandıqda məlum olur ki, Səfəvi 
dövlət aparatı sadə struktura malik olmamışdır. Dövlət strukturunda 
münşi əl-məmalik inşa divanının katibi olub, onun dəftərxanasında 
iyirmi səkkiz nəfər qulluqçu çalışırdı. Onlardan bir nəfəri münşi, 
qalanı mirzə idi. Münşi  əl-məmalik müqərrəb ul-xaqan, yəni  Şaha 
yaxın məmur olub, onun xüsusi məclisləri və dövlət  şurasının 
iclaslarında vaqiyənəvislə birgə  iştirak edirdi. Dəftərxanaya 
götürülən münşi və mirzələr münşi əl-məmalik tərəfindən yoxlanılır 
və məvacibləri müəyyən edilirdi (132, 24, 25). Sufilərin şəcərəsini 
və onlara verilən soyurqalları münşi  əl-məmalik qeydiyyata alırdı. 
Tiyul, həmesale, məvacib, qulluq haqqında verilən fərmanlara
divanbəyinin hökmlərinə o, tuğra çəkirdi (132, 24). Qaynaqlarda 
münşi əl-məmalik «münşi-ye divane əla» ünvanı ilə də verilir. Mir 
Hüseyin bin Murtəza Hüseyn Astrabadi yazır ki, 1537-ci ildə 
«münşi-ye divane əla» vəfat etdikdən sonra bu vəzifəyə  Əmir 


 
118 
 
 
Zəkəriyyə  Təbrizi Köcəcinin qardaşı  oğlu Məhəmməd bəy təyin 
edilir (108, 66). 
Mərkəzi idarədə möhürdar da səlahiyyətli işlər müdirlərindən 
olub, rəsmi məclislərdə, məclisi əlanın iclaslarında iştirak edir, qızıl 
zəncirli  Şah möhürü həmişə yanında olurdu. Sansonun yazdığına 
görə onda bu möhürdən başqa beş  ədəd də başqa möhür vardı. 
Bütün rəsmi sənədlərə möhür vurulurdu. Pyetro della Valle yazır ki, 
Şah barmağında çox qiymətli üzük, yəni möhür də saxlayırdı ki, 
onun adından yazılan məktublar, fərmanlar onunla möhürlənirdi 
(86, 202; 106, 53). Möhürdarın statusu haqqında «Təzkirət  əl-
müluk»da daha ətraflı  məlumat vardır. Mənbədə göstərilir ki, 
keçmiş möhürdarın dəftərxanasından məlum olur ki, onun üç yüz 
altmış dörd tümən, min üç yüz altmış bir dinar Qum və başqa 
mahalda tiyulundan məvacibi olmuşdur. Bəzən onlardan tiyulları 
geri alınıb,  əvəzində valilik və hakimlik verərmişlər. Bir çox 
hallarda isə möhürdarlıq vəzifəsi tiyulsuz verilmişdir. Bu vəzifə 
böyük mənsəb olub, onu aparan şəxs  şahın bütün məclislərində 
iştirak edirdi. Əvvəllər vəzirlərin, mustoufilərin və  kələntərlərin 
vəzifəyə  təyin olunmalarına aid fərmanlar,  əmir, hakim və başqa 
əyanların soyurqal və tiyulu dəftərlərə qeyd edildikdən, möhür-
ləndikdən sonra möhürdarın yanında olan mübarək Şah möhürü ilə 
də möhürlənirdi. Fərmanlara, onların ünvanları  kənarında möhür 
vurulurdu. Son illərdə bu qaydaya əməl edilmirdi. Artıq hər kəs öz 
rüsumatını dəftərə yazılıb təsdiq edilən qərar üzrə alırdı (132, 25). 
«Təzkirət  əl-müluk»da qeyd edilir ki, orduya, məmaliki 
məhrusəyə (qorunan ölkələr) təyin edilən  əmirlər, vəzirlər, 
mustoufilər, ləşkərnəvislər və bütün mənsəb sahiblərinin vəzifəsinə 
aid hökmlərə, fərmanlara vurulan mübarək möhürün qarşısında 
kiçik  şərəfi-nifad möhürü vurulurdu. «Təzkirət  əl-müluk»da  şərəfi 
nifad möhürünü vuran məmur «möhürdare şərəfe nifad» adı veril-
mişdir. Məmaliki məhrusədə vali, hakim, böyük və kiçik vəzir 
məvacibi müqabilində hər tümənə üç yüz otuz kazbeki, soyurqal və 
maaflıqlara aid vəsiqələrdən hər tümənə beş yüz iyirmi dinar hesabı 
ilə 835 dinar qaydaya görə möhürdare şərəfe nifada verilirdi (132, 
25). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə