Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   32   33   34   35   36   37   38   39   ...   111

 
107 
 
 
larından bəzilərinin qiyməti ildə bir dəfə müəyyən edilərdi. Qəbul 
olunmuş qaydaya görə nazir-i büyutatın dəvəti ilə büyutat vəzirinin
möhtəsib  əl-məmalikin,  İsfahan mustoufisinin, əsnaf ağsaqqalları-
nın toplantısında malların qiyməti, hökumətin xeyri nəzərə alınaraq 
təyin edilir və hər bir maldan nümunə də götürülürdü ki, onların da 
qiymətləri xüsusi möhürlü sənədlərdə öz əksini tapırdı. Qiymət 
sənədini büyutat işçiləri və nazir-i büyutat möhürləyib sahibcəmlərə 
tapşırırdılar ki, onlar sarayın xüsusi ehtiyacından ötrü bir il içərisin-
də lazım olan qədər malı zikr olunan qiymətnamə üzrə təhvillərində 
olan vəsaitdən ödəyərək ala bilsinlər. Bir sıra mallar barədə isə 
sahib-i nəsəq hər ay hər bir əsnaf ağsaqqalından aldığı iltizamı 
möhtəsib əl-məmalikə verirdi və onun da bu iltizam əsasında tərtib 
etdiyi qiymət cədvəlini nazir-i büyutat təsdiq edirdi. Nazir-i büyutat 
isə qeyd olunan malların qiymətlərindən xəbərdar olduqdan sonra 
onu sahibicəmlərə təslim edirdi. Sahibcəmlər satın aldıqları mallara 
sərf etdikləri vəsait barədə möhürlü xərc sənədləri hazırlayırdılar ki, 
onun əsasında sahibcəmlərin ayağında qalan pullar silinir və bütün 
xərclər nazir-i büyutatın məxaric dəftərində qeyd olunurdu. Nazir-i 
büyutatın göstərişi ilə müşriflər gündəlik xərclər barədə yazılı 
hesabatları şaha ərz edir və verilən vəsiqə üzrə, şahın xüsusi idarə-
sinin ehtiyacları, məclis, qonaqlıqlar və  təsadüfi xərclər barədə 
sənəd yazıb, büyutat nəzarətçisi möhürlədikdən sonra, hər ay 
gündəlik xərc siyahısına daxil edirdilər (132, 10). Gündəlik xərc 
siyahıları hər ay büyutat vəzirinə təqdim olunur, vəzir də sənədləri 
yoxlayıb imza etdikdən sonra nazir-i büyutat onları möhürləyib 
mustoufiyə təqdim edirdi. O da öz növbəsində sahibcəmlərdə qalan 
vəsaiti və xərcləri müəyyən edirdi. Vilayətlərdən müəyyən edilmiş 
ərzaq malları hər hansı bir səbəbə görə, büyutata vaxtında çatdırıl-
madıqda nazir-i büyutat bu barədə  tərtib olunmuş  sənədə möhür 
vurduqdan sonra onu baş vəzirə təqdim edirdi. Dərhal xəzinə, ya da 
başqa dövlət fondundan ərzaq malları  tədarük olunur, qayda üzrə 
sərf edilirdi (132, 11).  
Hər il büyutat işçilərinin dərəcələri, maaş  və  məzuniyyətləri 
nazir-i büyutat tərəfindən təsdiq olunurdu ki, bu onun vəzifə borcu 
idi. Saray üçün lazım olan ərzağı  hər il vaxtında almalı idi ki, il 


 
108 
 
 
ərzində qiymətin dəyişməsi xəzinəyə əlavə zərər vura bilməsin. Hər 
il payızın  əvvəllərində dövlət imarətlərində  təmir işləri aparılması 
üçün memarbaşına xüsusi tapşırıq verir və hesabına pul köçürürdü. 
Tikinti işində çalışanların məvacib və mükafatlarını da möhürlədik-
dən sonra onu baş vəzir təsdiq edirdi. İlin əvvəlində, onun yazdığı 
təliqə və bu barədə baş vəzirin sərəncamı əsasında xüsusi məmurlar 
əyalətlərə gedir, saraya lazım olan malları alırdı. Sarayın hamamları 
və buz anbarlarının qaydaya salınmasına, mətbəx və sairə üçün qış 
odunu tədarük edilməsinə, tövlələr və  dəvəliklərin ehtiyacı üçün 
arpa, saman tədarükünə də o nəzarət edirdi (132, 11, 12). 
Nazir-i büyutat sarayın otuz üç karxanasının başçısı olub, 
eləcə  də sahibcəmlərin və  hətta  əmir-axurbaşı, cəbbadarbaşının 
ağsaqqalı idi (132, 12). I Şah Təhmasibin dövründə Qazi lmad 
İsfahani, Ağa Camal Kirmani, Mirzə Salman Cabiri, Xacə 
Əbülqasım Fərəhani, Mirzə  Əbülfət  İsfahaninin nazir-i büyutat 
vəzifəsində çalışdıqları (128, 447) məlum olsa da, onların mənsu-
biyyətləri haqqında dəqiq söz demək mümkün deyildir. Ancaq I Şah 
Abbas dövründə nazir-i büyutat olmuş Zaman bəyin və I Şah 
Səfinin nazir-i büyutatlarından Zaman bəyin oğlu Hüseynxan bəyin, 
Məhəmmədəli bəyin Qızılbaş olması  şübhə doğurmamalıdır (108, 
233, 252, 258). I Şah Səfinin dövründə isə  Şamlı  əyanlarından 
Astrabad bəylərbəyi Hüseyn xan nazir-i büyutat vəzifəsində olmuş-
du. (81, 271) 
"Abbasnamə"də II Şah Abbasın hakimiyyətinin ilk illərində 
Məhəmmədəli bəy adlı şəxsin saray karxanalarının rəisi, yəni nazir-
i büyutat olduğu qeyd edilir. H.1059 (m.1649)-cu ildə nazir-i 
büyutat Məhəmmədəli bəy vəfat edir və onun vəzifəsi müəyyir ül-
məmalik Məhəmməd bəyə verilir. Müəyyir ül-məmalik vəzifəsinə 
isə Məhəmməd bəyin qardaşı Hüseyin bəy təyin edilir. (125a, 53). 
H. 1063 (m.1653)-cü ildə baş vəzir Xəlifə Sultan vəfat etdi və baş 
vəzir vəzifəsinə nazir-i büyutat Məhəmməd bəy təyin edilir. Nazir-i 
Büyutat vəzifəsi isə  Səfiqulu bəy qulame xasse-ye şərifə yasovule 
söhbətə tapşırılır (125a, 61). H.1074 (m.1663)-cü ildə nazir-i 
Büyutat Səfiqulu bəy diqqətsizlik və etimadsızlıq göstərib dövlət 
əmlakını mənimsəmişdir. Şah onun həbsi və əmlakının da müsadirə 


 
109 
 
 
edilməsi barədə göstəriş verir. Şahın göstərişi ilə  eşikağasıbaşı 
Uğurlu xan bu əmri icra etməli idi. O, Səfiqulu bəyi Kəlat həbs-
xanasına salıb  əmlakını da müsadirə edir. Nazir-i Büyutat Xələf 
bəyin oğlu Süfrəçibaşı Maqsud sultan təyin edilir. (125a, 119). 
«Təzkirət əl-müluk» da göstərilir ki, divanbəyi də «üməra-ye 
əzəm», (böyük əmirlər) sırasına daxil olub, daşıdığı vəzifə səlahiy-
yətinə görə həftədə dörd gün, sədrlərlə birlikdə divanbəyilərə məx-
sus keşikxanada, sədrlərin hökmü ilə, adam öldürmək, namusa 
təcavüz, göz çıxarmaq və diş sındırmaqdan ibarət olan dörd cinayət 
barədə günahkarların işinə baxırdı. Divanbəyi məmalik-i məhrusədə 
zülmkarlıqla bağlı müraciətləri,  şəhər və  kənd  əhalisinin bir-birin-
dən dörd-beş tüməndən artıq olan pul iddialarına aid şikayətlərini də 
təhqiq edirdi. Şəriət hökmlərinin icrası, şəhərlərdə nizam-intizamın 
qorunması, güclülərin zəiflərə zülm etməsinin qarşısının alınması da 
divanbəylərin səlahiyyətinə daxil idi (132, 12). Divanbəyi mülkü və 
cinayət məhkəmələrinin rəisi olub, ölkədəki həbsxanalara da o 
nəzarət edirdi (106, 209). Tavernye yazırdı ki, divanbəyi  ədliyyə 
məsələləri üzrə  əsas dövlət məmuru olub, ölkədə qanunların icrası 
və günahkarların cəzalandırılması  məsələlərinə baxırdı. Ölkədə 
bütün  şikayətçilər ona müraciət edir və  Şah da onun divanında 
iştirak edirdi (104, 576). 
Zülm, təcavüz və dörd cinayət hadisəsi barədə divanbəyinə 
şikayət edildikdə  və bu hadisə  şəhərdən on- on iki ağacdan uzaq 
məsafədə baş verməmişsə, divanbəyi xidmətçilərindən birinə təliqə 
yazıb, təhqiqatı ona həvalə edərdi. Hadisə qeyd olunan məsafədən 
uzaqda baş verdikdə və mövcud qaydaya görə bu qətl məsələsi ilə 
bağlı olduqda ərizə verən şəxs beş tümənə də verməli idi. Bundan 
sonra divanbəyi və divanxana katibi hər biri ayrıca təliqə yazır və 
işə baxmaq üçün hökm verilirdi. Hökm xüsusi dəftərə qeyd olun-
duqdan sonra iltizam (öhdəlik) pulu mühəssilin hesabına köçürülür 
və ondan da başqa vəsaitlər kimi istifadə olunurdu. Həftənin iki 
gününü isə divanbəyi öz evində adi haqq-hesab şikayətlərinə baxırdı 
(132, 12-13). Divanbəyinin hökmləri məmləkətin bütün böyükləri, 
əyalət xanları, hakimləri tərəfindən qəbul olunaraq icra edilirdi 
(104, 576). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə