Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   28   29   30   31   32   33   34   35   ...   111

 
95 
 
 
qorçubaşı  əvvəllər dövlətin ali strukturunda birinci, sonralar isə 
ikinci yerdə dayanırdı. Səyyah müəyyən vaxtlarda qorçubaşının 
dövlətin bütün silahlı qüvvəsinin baş komandanı, yəni sipahsalar da 
olduğunu yazmışdır. Qorçubaşı  həmişə sarayda olur, ancaq o, 
sipahsalar vəzifəsinə təyin edildikdə paytaxtı tərk də etməli olur. O, 
paytaxtı sipahsalar kimi tərk edərkən, hər bir bölgədə ona şərait 
yaradılmalı, evlər hazırlanmalı  və mühafizə  dəstəsi ilə  də  təmin 
olunmalı idi (106, 47). 
Əyalətdəki qorçubaşılar, onbaşı, yüzbaşı, minbaşılar mərkəz-
dəki qorçubaşıya tabe idilər. Qorçubaşı çox geniş hərbi funksiyaya 
malik idi. Budaq Qəzvini yazır ki, II Şah  İsmayıl  əmr etmişdi ki, 
heç kəs qorçubaşının işinə qarışmasın və qorçuların nə  işi olsa
qorçubaşılara desinlər (85, v.399b). Göründüyü kimi, Şah  İsmayıl 
dövründən qorçubaşı yüksək hərbi nüfuz və qüdrətə malik olmuş-
dur. I Şah Abbasın dövründə qorçuların hüquqlarının qismən məh-
dudlaşdırılması istisna olmaqla, qorçular və onların hərbi rəislərinin 
Səfəvi dövlətçiliyindəki müstəsna nüfuzları ciddi dəyişikliklərə 
uğramamışdır. Təsadüfi deyildir ki, İskəndər Münşi II Şah İsmayıl 
dövründə qorçubaşı Yusifqulu sultandan söhbət açarkən onu 
«ərkan-i dövlət» (dövlətin dayağı) adlandırmışdı (80, 140). XVII 
əsrdə  də qorçubaşıların çox geniş  hərbi hüquqları vardı. Enqelbert 
Kempfer qeyd edir ki, baş  vəzirdən sonra üç növ qoşun koman-
dirləri nüfuz sahibləridir – qorçular, qulamlar, tüfəngçilər. Orduda 
rütbəsinə görə birinci yeri qorçubaşı, ikinci yeri qullarağası, üçüncü 
yeri isə tüfəngçibaşı tutur (96, 87-89). Bu barədə Sanson maraqlı 
məlumat vermişdir. O, yazır ki, qorçubaşı dövlətdə ikinci şəxsiy-
yətdir. Ancaq əvvəllər dövlətin birinci şəxsiyyəti hesab olunurdu. 
Səfəvilərin hakimiyyətinin ilk illərində qoşunun baş komandanı 
qorçubaşı olurdu. İndi Şah istədiyi adama bu vəzifəni verir. İndi də 
qorçubaşı bir dəstə süvari qoşunun rəisidir ki, onlar qorçu adlanır… 
qorçubaşıların övladları atalarının yerini tutur… qorçubaşı  həmişə 
mərkəzdə olur (106, 46). İskəndər Münşi də qorçuları «qorçuyan-i 
izam» (əzəmətli qorçular) adlandırmışdır (80, 164). 
Qorçuların  əksər hissəsi  əyalətlərdə yerləşirdi.  Əyalətlərdə 
yaşayan qorçuların da mərkəzdəki qorçubaşıya tabe olan qorçu-


 
96 
 
 
başıları vardı. Qorçubaşı Padarın  Şirvanın mədaxil və  məxaricini 
yaxşı bildiyi üçün 1538-ci ildə  Səfəvi silahlı qüvvləri ilə birlikdə 
Şirvana göndərilməsi barədə  məlumata (77, 286; 118, v.102-104b; 
96, 274) görə o, bir müddət Şirvan qorçularının qorçubaşısı olmuş-
du. «Təkmilətül-əxbar»da  Şirvanda  Əhməd bəy Ustaclı adlı başqa 
bir qorçubaşının da adı  çəkilir (28, 90). Bu faktlar əyalətlərdə  də 
qorçubaşının olması qənaətinə gəlməyə imkan verir. I Şah İsmayılın 
hakimiyyəti dövründə  Dədə Abdal bəy Zülqədərdən sonra 
qorçubaşı  Qızılbaş-Türk  əyanlarından Yeqan bəy Təkəli (1509-
1510) və Sarı Pirə Ustaclı olmuşdu. O, Çaldıran savaşında (1514) 
öldürülmüşdü (128, 342; 108, 48; 20, 228).  1514-cü ildə  Şiraz 
hakimi Xəlil sultan Zülqədər döyüş  səhnəsini savaşmadan tərk 
etdiyinə görə h. 925 (1519)-ci ildə öldürüldü və yerinə hakim Əli 
sultan Zülqədər təyin edildi ki, o bu vəzifəyə  gətirilənə  qədər 
qorçubaşı idi (108, 50). 
Əmir əl-üməra və həm də vəkil mənsəbində olan Çuxa sultan 
Təkəli tutduğu vəzifədən istifadə edərək sərbəst fəaliyyət göstər-
diyinə görə I Şah Təhmasib onun aradan götürülməsini qərarlaşdır-
mış və bu iş sabiq Herat hakimi Hüseyn xan Şamlıya tapşırılmışdı. 
Seyid Hüseyn bin Murtuza Astrabadı h. 937 (1531)-ci ildə Çuxa 
sultan Təkəlinin qorçubaşı Nəzər tərəfindən Qəzvində öldürüldüyü-
nü yazmışdı (108, 60). Ancaq Nəzərin hansı türk elindən olduğunu 
qeyd etmir. «Şah Təhmasibin təzkirəsi»ndə 1531-ci ildə  İsfahan 
yaxınlığında  Şahın qərargahında Ustaclı, Rumlu, Zülqədər,  Əfşar 
əmirləri ilə  Təkəli  əmirləri arasında baş vermiş savaş haqqında 
verilən məlumatda Təkəli Pərvanə  bəyin qorçubaşı olduğunu 
görürük. Bu hadisə zamanı Şah Təkəli əmirlərinin qətlinə hökm ver-
miş  və qorçubaşı  Pərvanə  bəy də öldürülmüşdü (56, 24). I Sultan 
Süleyman Qanuninin 90 minlik ordusunun 1534-cü ildə  İbrahim 
paşanın başçılığı ilə Səfəvi məmləkətinə birinci yürüşü baş verdikdə 
qorçubaşı  Şamlı elindən Oğlan Xəlifə adı    ilə  məşhur olan 
Məhəmməd Xəlifə idi (77, 248; 108, 63). Bu zaman qorçubaşı 
Məhəmməd Xəlifə  Şamlının qorçu alayının Xorasanda olması  və 
Osmanlı ordusu Azərbaycana daxil olduqda dərhal  Şahla birgə 
Təbrizə dönməsi (108, 63) ölkəni içəridən-dışarıdan qoruyan 


 
97 
 
 
qorçuların  Şahın  əsas hərbi dayağı olmasından, qorçubaşıya da 
hərbi-siyasi məsələlərdə etimad göstərməsindən irəli gəlirdi. 
Seyid Hüseyn bin Murtuza Hüseyni Astrabadi h. 953 (1546)-
cü il hadisələrindən bəhs edərkən zamanın ən nüfuzlu əmirlərindən 
Sevindik bəy  Əfşarın qorçubaşı olduğunun və onun qeyd olunan 
ildə  Əlqas Mirzənin itaətsizliyini aradan qaldırmaq üçün Şirvana 
göndərilən mötəbər  əyanların tərkibində olduğunu yazır (108, 72). 
Sevindik bəy  Əfşar 1538-ci ildən 1562-ci ilə  qədər qorçubaşı 
vəzifəsində olmuşdu (77, 286; 20, 228) 
Əfşarlardan Qulu bəy  Əfşarı II Şah  İsmayıl qorçubaşı  təyin 
etmiş (108, 97) və o, Sultan Məhəmmədin də dövründə (1578-1587) 
bu vəzifədə olmuşdu 
I Şah Abbas taxta çıxdıqda (1587) Əbərqu (Əbərguh) hakimi 
olan Yusif xan Əfşar qorçubaşı  vəzifəsinə  təyin edilmişdi. Onun 
atası Qulu bəy  Əfşar da Sultan Məhəmməd dövründə qorçubaşı 
olmuşdu (80, 381, 423) Yusif xanın bu vəzifəyə təyin olunmasında 
atası ilə yaxın olmuş Mürşüdqulu xan Ustaclının böyük rolu 
olmuşdu. Ancaq buna baxmayaraq Yusif xan Mürşüdqulu xan 
Ustaclını aradan götürmək istəyən  əmirlərə qoşulmuş, ancaq onlar 
uğursuzluğa düçar olmuş  və Yusif xan Əfşar da yaxalanmışdır. 
Fəqət Mürşüdqulu xan Ustaclının ricası ilə onu edam etməyib, həbs 
cəzasına məhkum etmişdilər. Qorçubaşı  vəzifəsi isə  Bədr xan 
Əfşara verilmişdi. O, 1588-ci ildə Astrabada hakim göndərildikdə 
ali divanda böyük mənsəb olan qorçubaşı vəzifəsinə Vəli xan Əfşar 
təyin edilir (80, 402). İskəndər bəy Münşinin yazdığına görə 
qorçubaşılıq ali divanda çox yüksək mənsəb olub dövlətin  əsas 
dayağı idi. I Şah Abbasa qədər böyük və nizami qorçular silkində 
olan Allahqulu bəy Qapanoğlu Qacar yüzbaşı rütbəsinə yüksəlmiş 
və 1591-ci ildə qorçubaşı olmuşdu (80, 439). O, I Şah Abbasın 
hakimiyyətinin on doqquzuncu ilində  də bu vəzifədə idi və  Şahın 
buyruğu ilə  Mərəndin Osmanlı ordusundan qorunmasına göndəril-
mişdi (80, 678). 1611-ci ildə Seyid bəy bin Məsum bəy Səfəvinin 
oğlu  İsa bəy qorçubaşı  təyin edilir. O, şahlıq sülaləsi ilə qohum 
olub, yüzbaşı rütbəsindən qorçubaşı  mənsəbinə yüksəlmişdi (80, 
859, 932). I Şah Səfi də dövlətin hərbi təşkilatında əsasən  qorçulara 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə