Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   26   27   28   29   30   31   32   33   ...   111

 
89 
 
 
İsgəndər bəy Münşinin yazdığına görə  əlahəzrət I Şah 
Abbasın dövründə onun təlimatı  əsasında altı  vəzir-e  əzəm 
olmuşdur. Belə ki, o, hakimiyyətə gəldikdə (1587) «vəzir-e divan-i 
ali» Mirzə Salmanın oğlu Mirzə Abdullaya vəd edilmiş, hətta bu 
barədə buyruq verilsə  də, vaxtilə Mürşüdqulu xanın vəziri olub, 
Torbət qalasında qətl edilən Mirzə  Əhmədin xidmətləri nəzərə 
alınıb, dövlət üzərində haqqı olduğuna görə onun oğlu Mirzə 
Şahvəli vəzir təyin edilir (80, 381). Mirzə Şahvəlini kiçik yaşların-
dan Mürşüdqulu xan öz himayəsinə götürüb təlim və  tərbiyəsi ilə 
məşğul olmuş  və onun vəzirlik mənsəbinə yüksəlməsində  də 
Mürşüdqulu xanın rolu olmuşdur (80, 1090). 1588-ci ildə ali divana 
baş vəzir Mirzə Məhəmməd Kermani təyin edilir (80, 402). O, anası 
tərəfdən Təbrizin Köcəci seyidlərindən idi. 1588-ci ildə qətl olunur 
(80, 404). 1589-cu ildə Şah Qəzvinə gəlir və burada Mirzə Lütfulla 
Şirazini «vəzir-i divan-i ali» təyin edir (80, 409). I Şah Abbas 
hakimiyyətinin beşinci ilində Mirzə Lütfullanı tutduğu vəzifədən 
azad edib, onun yerinə yüksək mənsəbə  həm fazil, həm də  dəqiq 
mühakimə və gözəl əxlaq sahibi olub, uzun müddətdə mustoufi əl-
məmalik vəzifəsində çalışmış Hatəm bəy Ordubadini təyin edir. 
Ona etimadəddövlə  fəxri adı da verildi (80, 439). "Zeyl-i tarix-i 
alamara-yi Abbasi" də göstərilir ki, Hatəm bəy Ordubadi dövrünün 
məşhur alimi və ustadı    rəhmətlik Xacə  Nəsrəddin Tusinin (1201-
1274) nəslindən olduğu hesab edilir və elə buna görə  də    Nəsiri 
soyadını daşıyırdı. Bu mənbədə də Hatəm bəy Ordubadinin savadlı, 
xeyirxah, insanpərvər, haqqın,  ədalətin, düzgünlüyün tərəfdarı 
olduğu qeyd edilmişdi(81, 142).O, iyirmi il Azərbaycan Səfəvi döv-
lətinin baş  vəziri vəzifəsində  işləmiş, 1610-cu ildə Urmiyanın 
Dümdümə qalası yaxınlığında  əhvalı pisləşdiyinə görə  Təbrizə 
gətirilir və burada vəfat edir. Onu Məşhəddə  dəfn etmişdilər (80, 
827). Hatəm bəy Ordubadi vəfat etdikdən sonra onun yerinə 
etimadəddövlə  vəzifəsinə  oğlu Mirzə  Əbutalıb təyin edildi (80, 
807). O, 1610-1621-ci illərdə ali divan vəziri olmuşdu (80, 968). 
1621-ci ildə  bəzi etibarsız işlərinə görə  vəzifədən azad edilmişdir 
(108, 249). Ondan sonra Şahəli Mirzə ibn Abdulla xan Ustaclının 
oğlu Salman xan beş il ali divanın vəziri oldu (80, 1090). Vəzir-i 


 
90 
 
 
divan-i ali və etimad əd-dövlə Salman xanın atası  Şahəli Mirzə 
Ustaclı I Şah Təhmasibin bacısı oğlu idi (80, 1022). Salman xandan 
sonra «vəzarəte divan-i ali» vəzifəsinə  təyin olunan Xəlifə sultan 
ibn sədr Mir Rəfiəddin Məhəmməd ibn Mir Şücaəddin məşhur 
seyid nəslindən olub, atası da Şah Abbasın yaxın qohumu idi (80, 
1013, 1091). Beləliklə, bu faktlar I Şah Abbasın dövründə dövlətin 
iranlılaşması, yəni fars ünsürlərinin kütləvi şəkildə dövlət qulluğuna 
cəlb edilməsi haqqında bəzi elmi ədəbiyyatlarda mövcud olan fikir-
lərin tarixi gerçəkliklərdən çox uzaq olduğunu göstərir.  İsgəndər 
bəy Münşinin  əsərindən  əldə etdiyimiz məlumatı yekunlaşdırdıqda 
məlum olur ki, I Şah Abbasın hakimiyyəti dövründə (1587-1629) 
altı  nəfər ali divan vəzirindən üç nəfər türk əyanı, iki nəfər seyid, 
yalnız bir nəfər fars ünsürü olmuşdu.  
I  Şah Səfinin dövründə 1632-ci ildə etimadəddövlə  Xəlifə 
sultan tutduğu vəzifədən azad edilir. Baş  vəzir vəzifəsinə Xacə 
Nəsrəddin Tusinin nəslindən olan Talıb xan (Mirzə  Əbutalıb) bin 
Hatəm bəy Ordubadi Nəsri təyin edildi. O, 1621-ci ildə baş  vəzir 
vəzifəsindən azad edildikdən sonra 1632-ci ilə  qədər vaqiyənəvis 
vəzifəsində çalışmışdı. Talıb xan 1635-ci ildə ölüm cəzasına 
məhkum edilmiş  və ali divanın baş  vəziri «Sarı Tağı» ayaması ilə 
məşhur olan Mirzə  Məhəmməd Tağıya verilmişdir. O, 1645-ci ilə 
kimi Səfəvi dövlətinin baş vəziri olmuşdu (108, 249, 250; 130, 84, 
89). 
"Abbasnamə" də h. 1054 (m. 1644)-cü ildə mülki bürokratik 
aparatın başçısı baş vəzir Mirzə Məhəmməd Tağı haqqında verilən 
məlumatdan aydın olur ki, II Şah Abbasın hakimiyyətinin ilk 
illərində dövlət işləri üzərində nəzarəti baş vəzir və qorçubaşı Canı 
xan  Şamlı  ələ keçirmişdi. Tezliklə onların arasında yaranan ixtilaf  
mərkəzi hakimiyyəti getdikcə zəiflətməyə başlayır. Bu zaman  Canı 
xana baş  vəzirin ona qəsd hazırlaması barədə  xəbər çatdırılmışdı. 
Bu xəbərdən ehtiyat edən Canı xan Şamlı baş vəziri aradan götür-
mək üçün Kuhgiluyənin sabiq bəylərbəyi Nağdı xan Şamlı, Şirvanın 
sabiq bəylərbəyi  Ərəb xan Ağzıvaroğlu  Şamlı, cəbbədərbaşı 
(dövlətin silah və sürsat ehtiyatının rəisi-Z.B.)  Əbülfəth bəy, tir-
kamun qorçusu Abbasqulu bəy Ustaclı və Əlimirzə bəy Şeyxavənd-


 
91 
 
 
lə gizli razılığa gəlib 20 şaban  h. 1055(m. 1645)-ci ildə onu qətl 
etdilər. Şah qəsdçilərin digər cinayət də törədə biləcəkləri və yaxud 
qaçacaqlarından ehtiyat etdiyinə görə bildirdi ki, baş  vəzirin 
günahkar olduğu müəyyən edilsə onlar bağışlanılacaq(125a, 33). II 
Şah Abbas çox yaxşı bilirdi ki, onların dərhal cəzalandırılması ara 
müharibələrinə  səbəb ola bilər. Elə buna görə onları  vədlərlə 
arxayın edib, vəziyyətə  nəzarəti  ələ aldıqdan sonra 22 şaban 1055 
(m. 1645)-ci ildə  qəsdçilərin dərhal öldürülməsi haqqında göstəriş 
verildi. Qorçubaşı Nağdı xan, Ərəb xan, Əlimirzə  bəy  Şeyxavənd, 
Abbasqulu bəy,  Əbülfəth bəy qətl olundular. Şah qəsdçilərin 
mərkəzdə və yerlərdə vəzifələrdə olan yaxın qohumlarına da güzəş-
tə getmədi. Nağdı xanın  Şamlı Kuhgiluyədə  bəylərbəyi olan oğlu 
Zeynal xan baş vəzirin öldürüləcəyini  bildiyinə və mərkəzə vaxtın-
da xəbər çatdırmadığına görə  həbs edildi. Canı  bəyin Xorasanda 
sərdar olan qardaşı Qara  xanı da həbsxanaya saldılar. I Şah Abbas 
dövrünün məşhur  qızılbaş  əmirlərindən  Əmirgünə xan Qacarın 
Ağası  bəy ayaması ilə  məşhur olan Gülabi bəy adlı  oğlunun da 
qəsdlə  əlaqəsi  olması güman edildiyinə görə öldürülməsi barədə 
Qılıc bəy Ördəkliyə (Ördəkli Türkmən eli obasıdır-Z.B.) göstəriş 
verilmişdi.  Şahın göstərişi ilə baş  vəziri öldürənlərin  əmlakları da 
müsadirə olundu (125a, 34,35). II Şah Abbasın qətiyyətli daxili 
siyasəti sayəsində ixtilaflara son qoyuldu, mərkəzi hökumət möh-
kəmləndirildi və hakimiyyətdə onun şəxsi nüfuzu daha da gücləndi. 
Şah dərhal yeni təyinatlar barədə  fərmanlar verdi. Belə ki, I Şah 
Abbasın damadı, dövrünün məşhur bilim adamı  Xəlifə sultan 23 
şaban 1055-ci ildə (m. 1645) baş vəzir təyin edilir. O, I Şah Abbas 
və I Şah Səfi (1629-1642) dövründə də fasilələrlə baş vəzir vəzifə-
sində işləmişdi (125a, 33, 34). Onun Səfəvi Şahlıq  sülaləsinə, yəni 
Şeyxavəndə qohumluğu dövrün digər mənbələrinin verdiyi məlu-
matlarla təsdiq edilir. İsgəndər bəy Münşi yazır ki, Xəlifə sultan ibn 
sədr Mir Rəfiəddin Məhəmməd ibn Mir Şücaəddin məşhur seyid 
nəslindən olub, atası I Şah Abbasın yaxın qohumu idi (80, 
1013,1091). H. 1063 (m. 1653)-cü ildə  Xəlifə sultan vəfat edir və 
onun mənsəbi nazir-i biyutat Məhəmməd bəyə tapşırılır(125a, 61). 
Məhəmməd bəy işində nöqsanlara yol verdiyinə görə h. 1071(m. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə