Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   45   46   47   48   49   50   51   52   ...   111

 
146 
 
 
rütbəli zabitlərə tabe olub, hətta  Şah qarşısında da qeyd olunan 
səbəblərə görə öz varlıqlarını qoruyub saxladıqlarını qeyd etməklə 
(96, 87) heç bir səhvə yol vermir. Ancaq E.Kempferin qorçuların 
sayı haqqındakı  məlumatlarında ziddiyyət də vardır. O, qorçuların 
sayının 10-12 mindən çox olmadığını qeyd etdikdən sonra yazır: 
«Bu gün 15-20 min nəfərlik qorçu keçmişdə eyni adda mövcud olan 
hərbi qüvvənin yalnız bir hissəsini təşkil edir» (96,88). Cemelli 
Karerinin gündəliyində isə Sultan Hüseynin (1694-1722) hakimiy-
yətinin ilk illərində qorçuların sayının 22000 nəfər olduğu yazılmış-
dır (89, 168). Ancaq Alessandrinin yazdığı kimi, mərkəzdəki qor-
çular 4-5 min nəfərdən çox olmurdu. Tavernye də şəxsi müşahidə-
ləri  əsasında mərkəzdəki qorçuların sayını, həm də onların xüsusi 
qoşun növü olduqlarını müəyyənləşdirmişdi.  Şah bir qayda olaraq 
istər müharibə, istərsə də dinclik dövründə 4000  süvariyə məvacib, 
ərzaq verir və onların atlarını yemlə təmin edirdi. Bu alay bəlli bir 
yerdə savaşa hazır vəziyyətdə saxlanılan qvardiya idi. Alayın hər bir 
əsgəri məvacibini nə vaxt haradan alacağını da bilir. İndi 25 ildir ki, 
onlar heç kimlə müharibə etməyiblər, yəni Qəndəharı fəth edəndən 
sonra qonşu dövlətlərlə savaş olmayıbdır. Bu müddətdə süvarilərin 
çoxu  əlavə  xərcə görə atlarını ya satmış, ya da tələf etmişdilər. 
Onlar tələf etdikləri atlarının dərisinin damğalı hissəsini saxlayırlar. 
Ona görə ki, hərbi vəziyyət elan olunduqda atlar, yaxud onların 
dərisinin damğa vurulmuş hissəi yoxlanılır. Dərinin damğalı hissəsi 
suya salınır və atın xəstəlikdən, qocalıqdan öldüyü, yaxud qəsdən 
tələf edildiyi dərhal müəyyənləşdirilir. Atını qəsdən öldürən süvari 
ağır tənbehdən xilas olmaq üçün dərhal özünə at alır. Nişan təkcə 
atlara deyil, dövlətə aid olan bütün qılınc, tüfəng, ox-kaman və 
başqa silahlara, məmulatlara da vurulurdu. Damğa  Şaha məxsus 
atların sol budunda olurdu. Hərbi paradlarda, hərbi hazırlığa baxışda 
hər bir əsgərin silahı  və atı onun nişanı ilə yoxlanılırdı (104, 574, 
575). 
1654-cü ilin oktyabr ayında II Şah Abbas Qəzvində öz süvari-
lərinin hərbi paradını təşkil etmişdi ki, bu on-on iki gün davam etdi. 
Gündüzlər Şah öz bağlarından birinin qarşısında əyləşir və ordunun 
yüksək mənsəb sahibləri, yəni əmirlər onun qapısında dayanardılar. 


 
147 
 
 
Gün ərzində bir neçə süvari alayın atlıları onun qarşısından bir-bir 
keçirdilər. Hər bir süvari Şahın oturduğu yerə yaxınlaşanda atını 
çaparaq oxu kamandan sol tərəfdəki nişana atırdı. Parad 
qurtarandan sonra oxla nişanı düz vuranların məvaciblərini Şah bu 
işlərə baxan şəxslərin hesabatlarına uyğun olaraq artırırdı. Bu hərbi 
paradda  Şah «Qara süvari» ayaması ilə tanınan və çox məharətli 
oxçu olan süvariyə  hər ay 15 tümən məbləğində  əlavə  məvacib 
verilməsi barədə göstəriş vermişdi (104, 575). 
Qızılbaş tayfa süvarilərindən ibarət olan qorçuların mənbələr-
də tayfalar üzrə ayrıca hərbi hissələrdə birləşməsi, onların hər biri-
nin isə öz qorçubaşısı olması haqqında məlumatlar da az deyildir. 
Məsələn, Ustaclı qorçubaşısı 1514-cü ildə Çaldıran vuruşunda 
öldürülmüşdü (80, 43). Həsən bəy Rumlu H.941 (1535)-ci ildə 
Osmanlı ordusunun Azərbaycana ikinci dəfə  hərbi yürüşündə 
Türkman, Rumlu, H.959 (1552)-cu ildə İsmayıl Mirzənin Ərzruma 
yürüşündə Naxçıvan, H.979 (1572-1573)-cu ildə  Qızılbaş ordusu-
nun Gilana hərəkətində Ustaclı, Qəribli qorçularının qoşunun  əsas 
hissəsini təşkil etdiyini göstərir. Eyni zamanda, Şah Təhmasibin 
vəfatı zamanı Rumlu, Əfşar, Qacar, Bayat, Varsaq qorçularının 
saray gözətçisi olduğunu qeyd edir (77, 259). H.932 (1526)-cı ildə 
Camın Sarıqamış deyilən yerində özbəklərlə savaşın sonuncu anın-
da I Şah Təhmasibin göstərişi ilə döyüşə girən 3000 atlının 1700 
nəfəri Şamlı, Zülqədər qorçuları olub, elə döyüşün də taleyini onlar 
həll etmişdi (80, 55-56). Şah Süleymanın 1668-ci il sentyabr tarixli 
fərmanında Şirvanda Şahsevən, Əfşar, Şamlı qorçularının yerləşdiyi 
və  Dərbəndin mühafizəsinin isə  Dərbənd qorçularına tapşırıldığı 
göstərilir (46, 80). Bu faktlar Qızılbaş tayfa qorçuları ilə  bərabər, 
şəhər əhalisindən də qorçu hissələri təşkil olunması və onların geniş 
kütləsinin vilayətlərdə yerləşməsindən xəbər verir. Əslində qaynaq-
larda qorçular vilayətlərdə yaşayır deyildikdə, burada onların müəy-
yən hissəsinin sərhəd vilayətlərində yerləşdirilməsi və bu vilayət-
lərin qorunmasının onlara tapşırılması  nəzərdə tutulur. Sanson bu 
barədə daha aydın məlumat verərək yazırdı ki, ölkənin sərhədlərinin 
mühafizəsi qorçubaşının tabeçiliyində olan və qorçu adlanan əsgəri 
heyətə tapşırılmışdı (106, 47). 


 
148 
 
 
1693-1694-cü illərdə  Səfəvilər ölkəsində olmuş Cemelli 
Kareri də qorçuların yüksək nüfuz sahibi olduğunu bildirərək yazır-
dı ki, cəsarətli döyüşçülərdən ibarət olan qoşuna qorçu və ya Qızıl-
baş deyirlər ki, onların sayı bu gün 22 min nəfərə yaxındır. Qorçu-
ların “general” və ya əmirləri «Qorçubaşı» adlanır və gündə 15 
tümən (Ehtimal ki, Cemelli Karerinin əsərinin çapında qorçubaşının 
maaşı aylıq  əvəzinə  səhvən gündəlik kimi göstərilmişdir) məvacib 
alır. Bu qorçu dəstəsi komandirlərinə (yəni qorçubaşı) tabe olan 
zabitlərə minbaşı, yüzbaşı, onbaşı deyilirdi. Hər bir adi qorçu isə 
ildə 15 tümən məvacib alırdı (89, 168). Cemelli Kareri sözünə da-
vam edərək yazır: «Vilayət xanları və hakimləri və Şah sarayının di-
gər vəzifə sahibləri qorçular və qulamlar arasından seçilirlər, çünki 
onların mütənasib boy-buxunu və mehriban ürəkləri vardır» (89, 
169). 
Qulam, tüfəngçi, topçu və sufilər «Şah qoşunu» olub, onların 
məvacibləri xassə əmlakı hesabına büdcədən ödənilirdi. 
Məlum olduğu kimi, I Şah Abbas hərbi islahat keçirib, yeni 
nizami ordu təşkil etmişdi.  İ.P.Petruşevski bu barədə yazır ki, 44 
min nəfərdən ibarət nizami qoşun yaradıldı. Topçu və tüfəngçilər 
farslardan, süvari qulamlar isə müsəlmanlığı zorla qəbul etdirilən, 
gürcü və  çərkəzlərdən təşkil edilmişdi. Doğrudur, bu Qızılbaş  və 
başqa tayfaların, qeyri-nizami qoşununu (çəriyi) çox zəiflətdi, ancaq 
onların rolunu axıra qədər yox edə bilmədi (181, 81). 
Tüfəngçilər  Şaha məxsus qoşun növü olub, əsgərləri rəiyyət 
və  əkinçilərdir ki, xışın arxasından gətirib onları tüfəngçi ediblər. 
İlk vaxtlar onlar mahallar üzrə  səfərbər edilirdi və ilboyu maaş 
aldıqlarına görə ehtiyac olan kimi dərhal təyin olunmuş  hərbi 
xidmət yerinə  gəlirdilər. Onlar əvvəllər piyada qulluq edir, ancaq 
hər dörd və ya 5 nəfərinə azuqə  və sürsatlarını daşımaq üçün bir 
qatır, yaxud yabı verilirdi. Savaşlar zamanı qoşunun hərəkət məsa-
fəsinin uzaqlığı  və çevik hərəkəti nəzərə alınmış  və onların hər 
birinə at verilmişdir. Onların hər yüz nəfərinin rəisi yüzbaşı  və 
ümumi başçıları isə tüfəngçibaşı adlanırdı (86, 344, 345; 104, 583). 
Onun illik məvacibi 711 tümən 5300 dinar (132, 53) və  sıravi 
tüfəngçinin illik məvacibi isə 4-5 tümən idi. Yüksək rütbəli tüfəng-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə