Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   44   45   46   47   48   49   50   51   ...   111

 
143 
 
 
illik maaşı 300-400 tümənə çatırdı. Onlar müharibə zamanı  hərbi 
xidmətə imkanlarına uyğun olaraq 50-1000 nəfər döyüşçü çıxarmalı 
idilər. Ancaq hərbi dəftərdə yalnız özlərinin adları qeyd olunduğuna 
görə onlara tabe olanların da maaşlarını alırdılar (86, 349, 353, 
354). 
Dövlət qoşunun digər növü Qızılbaş tayfa süvarilərindən 
ibarət olub, qorçu adlı nizami hərbi qvardiya idi. V.Minorski yazır 
ki, onlar yay-ox, xəncər, qılınc, hərbi balta, qalxan kimi mütəhərrik 
silahlarla təchiz idilər. Bu türkman döyüşçüləri papaqlarına görə, 
yəni başlarına qoyduqları papağın rəngi qırmızı olduğu üçün 
Qızılbaş adlanırdılar ki, bu papaqları da vaxtilə Şah İsmayılın atası 
öz müridləri üçün müəyyən etmişdi. Ancaq müharibədə başlarına 
zirehli dəbilqə qoyurdular. Uzun bığları da onlar üçün səciyyəvi idi 
(103, 53). Pyetro della Valleyə görə, qorçu termini türk dilindəki 
qorumaq sözündən  əmələ  gəlmiş  və qoruyan, gözləyən, qayğı 
göstərən mənasını ifadə edir. Qorçular Qızılbaş olub xan, sultan 
deyil, birbaşa Şaha tabedirlər (86, 351). 
Faruq Sümər yazır ki, qorçular Səfəvi xassə əsgərləri olmaqla 
I  Şah  İsmayıl tərəfindən Cığatay hərbi təşkilatı  əsasında yaradıl-
mışdır (67, 240). Ancaq qorçu hərbi təşkilatı Azərbaycanda XV 
əsrdə  də vardı. Ölkənin sərhədlərinin qorunması  və  Şahın müha-
fizəsi xüsusi dövlət qvardiyası olan qorçulara tapşırılırdı (106, 46; 
93, 74). Mənbələrdə qorçuların vilayətlərdə  sərbəst yaşamaları  və 
müharibə zamanı öz rəislərinin rəhbərliyi altında birləşmələri haq-
qında məlumatlara təsadüf edilir (139, 899). Tavernye yazır ki, 
qorçular əskidən nəcabətli hesab edilən nəsillərdən olub cəsurluqda 
həmişə məşhur olmuşlar. Bu şəxslər türkmanlar kimi çadırda yaşa-
yırlar və övladlarını gənc yaşlarında Şahın xidmətinə göndərirlər ki, 
burada da onların təlim-tərbiyəsi ilə  şahpərst olana qədər məşğul 
olurlar (104, 581). Tavernye qorçuların soykökləri, yaşamları 
haqqındakı məlumatlarında səhvlərə də yol vermişdir. Ona görə ki
Azərbaycan türk xalqının XVI-XVII yüzilliklərdə böyük şəhərləri, 
kəndləri vardı və əhalinin geniş kütləsi sənətkarlıq, ticarət və əkin-
çiliklə, müəyyən qismi isə yaylaq-qışlaq heyvandarlığı ilə  məşğul 
olurdu. Türkmanların isə bu dövrdə Azərbaycan türk-türkmən 


 
144 
 
 
xalqının təməl ellərindən doğma Türkman adını saxlayan və bu adla 
anılan tayfalarından  biri olması  bəlli həqiqətdir. XVI-XVII yüzil-
liklərin tarixçilərinin göstərdikləri kimi qorçular Ustaclı, Türkman, 
Rumlu, Əfşar, Qacar, Bayat, Varsaq (80, 43; 77, 259) və başqa türk 
boylarından səfərbər edilmiş xüsusi nizami qoşun növü olub, 
tərkiblərində qeyri millətlərdən  əsgərlərin olması haqqında dövrün 
heç bir qaynağında məlumata təsadüf olunmur. Necə ki, Şarden öz 
şəxsi müşahidələrinə istinad edərək yazırdı: «Qorçular bir neçə dəfə 
zərbə yemələrinə baxmayaraq, bu gün nizami qoşunun  ən güclü 
heybətli hərbi hissəsidir. Onlar türkman, tatar soyundandırlar… öz 
kəndlərində yaşayır, başqa qəbilə  və tayfaya qarışmamışlar» (112, 
c.3., 1191). Alman səyyahı Engelbert Kempfer də yazırdı ki, 
cəsarətləri ilə şöhrət qazanmış boylu-buxunlu qorçular türk soyun-
dandırlar (96, 87). Səfəvi dövlətinin idarəsində güc və söz sahibi 
olan qorçuların soykökü haqqında Engelbert Kempferin dəyərli 
məlumatı  Şardenin yuxarıda qeyd olunan fikirinin doğruluğunu 
təsdiq edərək tamamlayır. 
Tavernyenin gündəliyində isə qorçuların mənsub olduqları 
türk ellərinin həyat tərzi ilə bağlı nöqsanlara baxmayaraq onların 
hərbi keyfiyyətləri, I Şah Abbasın dövründə onlara münasibət və 
təminatları tarixi həqiqətə uyğun bir səpkidə  təsvir olunmuşdur. O 
yazır ki, hamısı süvari olan qorçulara cirə və yaxşı məvacib verilir. 
Bəzən qorçuların içərisindən elə  şəxslər çıxır ki, onlar ölkənin ali 
idarəsində yüksək vəzifəyə  də sahib olurlar. Adətən onları «Qızıl-
baş» adlandırırlar. Deyirlər padşahın 22 min qorçusu var ki, hamısı 
cəsarətli igid olub, müharibə meydanında heyranedici hünərlər 
göstərirlər. I Şah Abbas bu qoşunu aradan götürüb onların yerində 
qulamları yerləşdirmək üçün çox çalışmışdı, çünki onlardan qorxur-
du və  bəzən yaxınlarına deyirdi ki, yalnız qorçular ölkə iqtidarına 
qarşı çıxıb ona müqavimət göstərə bilər. Bu səbəbə görə də, onların 
bəzi imtiyazlarını  ləğv edib qulamlara verdi. Ancaq bu iş tez 
dayandı, o öz arzusunu tamamilə və vaxtında həyata keçirə bilmədi. 
Qorçuların sərdarı qorçubaşı adlanır və onların özlərindən olurdu. 
Şah başqa tayfalardan onlara sərdar təyin edə bilməzdi (104, 592). 
Qorçu alayı minbaşı, yüzbaşı və onbaşıların başçılıq etdiyi minlik, 


 
145 
 
 
yüzlük və onluqlara bölünürdü. Qorçubaşı ildə 150 tümən, minbaşı 
70 tümən, yüzbaşı 30 tümən, onbaşı 15 tümən məvacib alırdı. Sıravi 
süvarinin hər birinə isə 10 tümən və yaxud 15 tümən verilirdi. Bun-
dan əlavə, hər üç ildən bir Şahın iştirakı ilə qorçuların paradı, yaxud 
onlara ümumi baxış keçirilir ki, bu zaman onlara məvaciblərinin 
üçdə bir hissəsindən çox ənam verilir. Bu ənam birinə az, birinə 
çox, xülasə  hər kəsə qabiliyyəti və bacarığına görə ödənilir.  Şah 
böyüklərdən birini öldürmək istəyəndə bu işi də qorçulardan biri 
yerinə yetirirdi (104, 582). Tavernyenin qorçuların rütbə və vəzifə-
lərinə görə aldıqları maaş haqqındakı məlumatları, XVII yüzilliyin 
80-ci illərində Engelbert Kempferin bu barədə verdiyi məlumatlara 
tam uyğun gəlir. Ancaq Engelbert Kempferin gündəliyində  sıravi 
qorçuların maaşlarının 9-10 tümən olduğu göstərilmişdir (96, 92). 
Rəfael dyu Mans istisna olmaqla, dövrün başqa avropalı müəllifləri 
qorçubaşının illik məvacibi haqqında eyni məlumatlar verilmişdir 
ki, bu da onların birinin digərinin  əsərindən istifadə etməsi ilə 
əlaqədardır. Rafael dyu Mansın  əsərində qorçubaşının illik məva-
cibinin 1000-1500 tümən (103, 165) arasında və «Təzkirət  əl-
müluk» da isə 1491 tümən 7200 dinar (132, 53) olduğu qeyd edilir 
ki, sonuncu Azərbaycan Səfəvi dövlətinin maliyyə sistemi ilə bağlı 
ilk qaynaq olduğuna görə, burada qorçubaşının illik məvacibi haq-
qındakı məlumatın daha doğru olduğunu deməyə  imkan verir. 
Alessandri hələ XVI yüzilliyin 70-ci illərində yazırdı ki, Şah 
beş min nəfər qorçuya muzd verir (107, 448). Onlar ən nüfuzlu, 
bacarıqlı adamların içərisindən seçilmiş Şah qorçuları, yəni əslində 
onun  şəxsi qvardiyasıdır. Qaynaqlarda mərkəzdəki qorçularla 
bərabər,  əyalətlərdə 20-30 min, bəlkə  də bundan da bir qədər çox 
qorçu olması haqqında məlumatlar vardır. Pyetro della Valle qorçu-
ların sayının 12000 nəfər olduğunu yazmışdır (86,351). Şardenin 
yazdığına görə  əvvəllər onların sayı 60.000-70.000 nəfər olmuş, 
ancaq I Şah Abbas qorçuların sayını azaldıb, 30.000 nəfərə endir-
mişdir. Onların  əvəzinə bir neçə piyada tüfəngçi alayı yaratmışdır 
(112, c.3, 1191). E.Kempfer isə 10-12 min nəfərdən çox döyüşkən 
kişidən ibarət olan qorçuların mənsub olduqları ellərin birliyinə
onların himayəsinə arxalandıqlarını, ellərindən seçilmiş yüksək 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə