167
1683-cü ildə Səfəvi ölkəsinə gələn Sanson sədr xassənin din
xadimlərinin başçısı olduğunu, bütün əyalətlərdə, şəhərlərdə onun
naiblərinin çalışdığını bildirərək həm də yazırdı ki, yerli hakimlər
onların fitvası olmadan heç bir hökm çıxara bilməzdilər. İkinci
ruhani şəxsiyyət isə sədr əl-məmalik olub, o, sədr xassənin, yəni
ölkə qanunları rəisinin dini məsələlər üzrə müavini idi (106, 56).
Adam Oleari yazır ki, katolik kilsəsində papa kimi Səfəvi
ölkəsində də sədr dini başçı olub, şah və qazılar tərəfinən seçilirdi.
O, Qurani Kərimlə yanaşı, bütün elmlərə mükəmməl bələd olmalı
və istər dini, istərsə də dünyəvi məhkəmələrdə hər bir məsələyə öz
fikrini bildirməyi bacarmalı idi. Bəzən hökmlər onun mülahizələri
əsasında elan olunurdu. Bir çox məsələlərdə isə özü şəxsən qərar
çıxarıb onu möhürlədikdən sonra şaha təqdim edirdi (139, 899).
Tavernye sədrin hüquq və vəzifələrini şərh edərək yazır ki, şəriət və
qanunlar rəisi olub, məscidlərin vəqf əmlakına və bir çox başqa iş-
lərə baxır. Məscid vəqflərinin gəlirlərini toplayıb vəqfin müəyyən
ehtiyacına, özünün bildiyi yerlərə xərcləyir. Ancaq o başqa xərc-
lərdən əvvəl öz haqqını götürürdü. Rütbə və vəzifələrinə görə
bərabər olan iki böyük din xadimi də sədrə tabedirlər. Onların biri
şeyx əl-islam, digəri qazı adlanır. Şəri işlər bu iki vəzifə arasında
bölünüb və yerlərdə sədrə aid məsələlərlə onlar məşğul olur, şəri
qanunların yerinə yetirilməsini və s. yoxlayırlar. Onları vəzifəyə
Şah təyin edir (104, 588-590).
«Təzkirət əl-müluk»da da sədarət institutu haqqında müfəssəl
məlumatlar vardır. Qaynaqda göstərilir ki, şəri hakimlərini, təfvizi
vəqflərin (şahın nəzarəti altında idarə edilən vəqflər) mübaşirlərini
vəzifəyə sədr təyin edirdi. (Mübaşir - vəqf təsərrüfatıı idarə edən
məmur olub, vəqfin illik gəlirini müəyyən edərək onu mouqufat
dəftərində qeydiyyata alır, bu gəlirdən həvalələri hazırlayır, vəqf
torpaqlarının yenidən əkilməsi üçün vəsait ayırırdı).Seyidlərin
ağsaqqalları, üləmalar, müdərrislər, şeyx ül-islamlar, pişnamazlar,
qazılar, mütəvəllilər, xeyriyyə müəssisələrinin gözətçiləri, vəqflərin
nazirləri, mustoufiləri, mirzələr, ölüyuyanlar, qəbirqazanların
ağsaqqalları və başqa işçiləri ona tabe idilər (132, 2). Sədr məscid
və vəqf əmlakını idarə edən və bu dini müəssisələrdə çalışan, işçi və
168
xədəmələrin, müdərrislərin, tələbələrin, vaizlər və başqa din xadim-
lərinn vəzifə dərəcələrinə görə aylıq məvaciblərini təyin edir, artırır,
azaldır, yaxud ləğv edirdi (96, 122). Dövlətin idarə quruluşunda
ayrı-ayrı orqanlar arasında səlahiyyət bölgüsünə uyğun olaraq sədr
əzəmlə divanbəyi arasında qanunlara uyğun olan qarşılıqlı müna-
sibətlər səyyah gündəlikləri ilə müqayisədə «Təzkirət əl-müluk»da
daha aydın şəkildə əks olunmuşdur. Qaynaqda göstərilir ki, divan-
bəyi səlahiyyətinə aid olan dörd mühüm cinayət hadisəsinə sədr
əzəmin iştirakı olmadan baxıla blməzdi. Ancaq bu cinayət
hadisələri ilə əlaqədar olaraq başqa şəri hakimlərin, hətta sədr əl-
məmalikin də divanbəyinin işinə qarışmağa səlahiyyətləri yoxudu.
Qeyd olunan cinayət hadisələri ilə bağlı məhkəmə iclasları hər
həftənin şənbə və bazar günləri sarayın keşikxnasında təşkil
olunurdu (132, 2) Məmaliki məhrusədə (qorunan ölkələr) Azərbay-
can, Fars, İraq, Xorasanın mahallarına, şəhərlərinə şəri hakimləri və
buradakı məqbərələrə, mədrəsələrə, məscidlərə mübaşiləri sədr əl-
məmalik, xassə ərazsinə daxil olan mahal və şəhərlərin şəri
hakimlərini, müqəddəs məkan işçilərini isə sədr xassə təyin edirdi.
Ümumiyyətlə, ölkə miqyasında təfvizi vəqflərə qulluqçuların təyin
olunması, yaxud onların işdən azad edilməsi sədrlərin səlahiyyət-
lərinə aid idi. Ancaq şəri vəqflərin işlərinə nə sədr xassə, nə də sədr
ammənin qarışmağa səlahiyyətləri yox idi. Ona görə ki, əmlakın
şəri qanunlar əsasında vəqf edən şəxs həmin vəqfin mütəvəllisini
özü müəyyən etdikdə, onun dəyişdirilməsi müqəddəs şəriətə zidd
hesab olunurdu (132, 2-3). «Təzkirət əl-müluk»da da sədr ammə və
xassənin bəzən bir nəfərə həvalə edildiyi göstərilmişdir (132, 2-3).
Səfəvi dövlətində şəriət məhkəmələrində sədrlərin rolu,
mövcud hüquq normaları və onların prinsip və qaydaları da
Şardenin diqqətini özünə cəlb etmiş və o, səyahətnaməsində bu
problemləri şərh etməyə çalışmışdır. Səyyah yazır ki, sədrlər bütün
ruhani cəmiyyətinin həm maddi, həm də mənəvi hakimləridirlər.
Quran ehkamlarından heç bir qanun mötəbər olmamışdır. On iki
imamın ki, atalarından sonra övladları imam olaraq imaməti
yaratdılar, onlar həm də Quranı təfsir etdilər. Nəticədə bu təfsirə
fiqh, yəni islam hüququ adı verildi ki, bu qanunlar həm dini və həm
169
də mülki hökmləri özündə birləşdirən qanunlar məcmuəsini təşkil
edir. Başqa sözlə ölkənin mülki və dini qanunları qarışmış, onlar
ayrılıqda mövcud deyildirlər (112, c.IV, 1336). Elə buna görə də,
demək olar ki, sədrlər bütün mənəvi məsələlər üzrə mühakimə
aparmaqda tam sərbəst olub ixtiyar sahibidirdər. Həmçinin bütün
vəqfləri idarə edənlərin fəaliyyətlərinə, onların vəqf gəlirlərini
düzgün xərcləmələrinə nəzarət edir və əslində onların başçısı olub,
həm də bu sahə üzrə cavabdehdirlər. Sədrlərin vəqf əmlakı ilə
birbaşa əlaqələri yox idi. Ancaq maliyyə divanı vəqflərin idarəsi və
gəlirlərinin bölgüsü məsələləri ilə bağlı işinə qarışırdı. Ona görə ki,
hər şeydən əvvəl vəqflərin ixtiyarı şahın əlində olub, sədr əslində bu
əmlakı şahın naibi kimi idarə edirdi. Demək olar ki, şahın vəqflərin
ixtiyarını tam öz əlinə alması narazılıq və qaydasızlıqlar da yarat-
mışdı. Belə ki, vəqflərinin bir qisminin idarə olunması bu əmlak
növünə hədiyyə verənlərə həvalə edilirdi (112, c.IV, 1336). Səfəvi-
lər dövründə də bir çox hallarda əmlakının hamısını, yaxud bir
hissəsini vəqf edən şəxs mütəvəllilik vəzifəsini irsi olaraq özündə
saxlamış, ya da qohumlarından birinə tapşırmışdı. Bu qəbil əmlakın
gəliri ilk növbədə onu vəqf etmiş şəxsin özünə və ya onun müəyyən
etdiyi mütəvəlliyə verilir, yəni onun nəzarəti altında vəqfnamədə
nəzərdə tutulan məqsədlər üçün sərf olunurdu. Vəqf əmlakının
gəlirinin onda bir hissəsi isə vəqfin başçısı olan mütəvəlliyə touliy-
yət haqqı adı ilə məvacib müqabilində verilirdi (45, 41). Bir çox
hallarda vəqflərin gəliri vəqfnamədə nəzərdə tutulan qaydalar
əsasında bölünür və vəqflə bağlı şəxslər tərəfindən mənimsənilirdi
ki, bu da müəyyən narazılıqlara səbəb olurdu. Vəqf əmlakı ilə bağlı
narazılıqları aradan götürmək üçün Şardenin qeyd etdiyi kimi Şah
Abbas Sani yersiz touliyyət verilməsini dayandıraraq narazılıqların
qarşısını qismən aldı. Belə ki, Şah sədrin nüfuz və qüdrətinin də
vəqflərin idarə işləri ilə uzlaşmadığına görə bu məqamın ləğv
edilməsini qərara aldı. Bu məqsədlə sədrin vəfatına on dörd ay
qalmış sarayda sədr əzəm vəzifəsini özü ələ aldı və praktiki olaraq
bu məqam ləğv olundu. Ancaq oğlu hakimiyyətə keçdikdə atasının
siyasətini davam etdirməmiş və sədrin vəzifəsini iki yerə bölməklə
faktiki olaraq iki sədrə tapşırmışdı. Belə ki, dövlətin xalisə əmla-
Dostları ilə paylaş: |