191
laşmağı təbliğ edirdi. Ancaq ikinci təmayülün tərəfdarları
ictimai-siyasi fəaliyyətdə iştirak etməyi üstün tuturdular. Bu
təmayülün tərəfdarları çalışırdılar ki, öz zamanının siyasi
hadisələrində daha fəal iştirak etsinlər. Onlar ictimai-siyasi
məsələlərə müdaxilə etməyə üstünlük verirdilər. XIII-XV
yüzilliklərdə Azərbaycanda dövrün ictimai-siyasi hadisələrinə
qarışmağa üstünlük verən Səfəviyyə sufi-dərviş ideya-dini cərəyanı
fəaliyyət göstərirdi. Söhrəverdiyyə dərviş cəmiyyətinin Azərbaycan
qolu hesab edilən Səfəviyyə sufi-dərviş cəmiyyətinin özülünü XIV
yüzillikdə görkəmli elm adamlarından olan Ərdəbilli Şeyx
Səfiəddin ibn Şeyx Əminəddin Cəbrayıl (1252-1334) qoymuşdur.
Qaynaqlarda türk oğlu deyə anılan Şeyx Səfiəddin nəslinin əsli
Azərbaycan türkü idi və onların ana dilləri də Azərbaycan türk dili
olmuşdur (82, 24-28; 116, 11-12; 50, 99). XV yüzillikdə Səfəviyyə
sufi-dərviş cəmiyyətinin dayağı sonralar Qızılbaş adını almış Şamlı,
Rumlu, Ustaclı, Təkəli, Əfşar, Qacar, Zülqədər tayfaları idi. Ancaq
cəmiyyətin sosial bazası getdikcə genişlənirdi. Şəhər sənətkarları,
oturaq əkinçiləri təmsil edən əxilər və qazilər sufi dərviş zümrəsinə
qovuşaraq təriqət döyüşçülərinə çevrilib əsgəri qulluq adamları
olurdular (3; 369-370). Ilk dövrlərdə cəmiyyətin sosial bazasının
tərkibində yaylaq-qışlaq heyvandarlıq təsərrüfatı ilə məşğul olan
tayfaların süfiləri üstünlük təşkil edirdilər. İ.P.Petruşevski yazır:
«Bu tayfalar «müqəddəs» Səfəvi şeyxlərinin hakimiyyətini qəbul
etdikdən sonra, onların «müridləri», «dərvişləri», «sufiləri» hesab
olunurdular. Əslində isə bu tayfalar Səfəvi şeyxlərinin qeyri-nizami
feodal qoşununun əsasını təşkil edirdilər» (50,101).
Cəmiyyətə pir, yaxud mürşid-i kamil ünvanı ilə başçılıq edən
Səfəvi nəslinin nümayəndələri mötəbər din xadimləri olduqlarına
görə əvvəllər şeyx titulu daşıyırdılar. Onlar 1501-ci ildən Şah titulu
qəbul etdikdən sonra cəmiyyətin mürşid-i kamillik ünvanını
özlərində saxlayırdılar. Xəlifət əl-xüləfa isə onun naibi vəzifəsini
icra edirdi. Qaynaqlarda sufi, dərviş, mürid, qazi, abdal adları ilə
yad edilən xidmətçilər isə Qızılbaş döyüşçüləri, başqa sözlə desək,
onun sosial-hərbi dayağı idi (21, 173-204). Cəmiyyət yarandığı
vaxtlardan bir çox təşkilati tədbirlər görülmüş iaşə işlərinə baxan
192
xüsusi xidmət şöbələri də təşkil edilmişdi. Müridlərin bu şöbələrə
göndərdikləri «çıraq pulu» vergisi Səfəviyyə ordeninin möhkəm-
ləndirilməsi işlərinə sərf olunurdu (74, 7; 67, 82).
Cəmiyyəti daha da möhkəmləndirmək üçün onun müridlərinin
sayını artırmaq və onlara rəhbərlik etmək üçün inanılmış sufilərdən
vəkil, yaxud xəlifələr də təyin olunurdu (74, 10). Faruk Sümərin
yazdığı kimi, xəlifələr Ərdəbildə cəmiyyətin ideologiyasını öyrən-
dikdən sonra öz yerlərinə qayıdıb tayfaları içərisində təbliğat apara-
raq mürid toplayan, Qızılbaş ellərinin yuxarı zümrəsinin başında
dayanan təmsilçilərdir. Onların başçılarına xəlifət əl-xüləfa deyilir
və o bəy titulu daşıyırdı. Xəlifət əl-xüləfaya qısaca olaraq Xüləfa
bəy deyilirdi (67, 82). I Şah İsmayıl dövründəki ilk xəlifət əl-xüləfa
Xadimin həqiqətən «bəy» titulu vardı (108, 30, 40). Ancaq ondan
xeyli sonra I Təhmasib, II İsmayıl, I Şah Abbas dövründəki xüləfa-
ların bu ünvana malik olmaları barədə dəqiq məlumatlar yoxdur.
Nəsrullah Fəlsəfiyə görə də hər bir Qızılbaş tayfa sufilərinin başçısı
xəlifə və bütün sufilərin rəisi xəlifət əl-xüləfa adlanırdı (133, c.2,
815). Xüləfa ərəbcə «xəlifə» sözünün cəm halı olub, xəlifət əl-
xüləfa Səfəvi təriqət nümayəndələrinin işinə istiqamət verərək
onlara başçılıq və nəzarət edirdi (20, 236).
Ancaq V.Minorskinin ifadəsi ilə deyilsə, əslində Səfəvilər
hakimiyyətə gəldikdən sonra iki təşkilat yaratdılar ki, dövlətçilik
baxımından onlar sələfləri olan Ağqoyunlu (Bayandurlu-Z.B.) xanə-
danı hakimiyyətinin davamçıları idilər. Lakin Ağqoyunlu hökm-
darlarından fərqli olaraq həm də mürşid-i kamil olub, müridləri
onlara sözsüz itaət edirdilər. Qızılbaş süfilər türk tayfalarından olub,
vilayətlərə göndərilən xəlifələr və Şahın naibi xəlifət əl-xüləfa da
onlardan olurdu. Minorski tərəfindən yerində deyildiyi kimi, xəlifət
əl-xüləfa «Sufi işləri üçün xüsusi bir katiblik» idi. Şah xəlifət əl-
xüləfanın işinə və bütünlüklə süfilərə, onları hakimiyyətə gətirmiş
qüvvələrə, «xanədanın» Kiçik Asiyada olan tərəfdarlarına da özü
nəzarət edirdi (103, 103-105). Xəlifət əl-xüləfanın yerlərdə təbliğat
aparan nümayəndələri olan xəlifələr də öz növbələrində pir qarşı-
sında məsuliyyət daşıyırdılar.
193
Qaraqoyunlu, Ağqoyunlu dövlət idarəçiliyi özülündə Azər-
baycanı yenidən vahid mərkəzdə birləşdirən Şah İsmayıl ölkəyə
teokratik səlahiyyətlə başçılıq etməklə özündə həm şahlıq və eyni
zamanda, mürşid-i kamillik xüsusiyyətlərini birləşdirirdi. Ancaq
Səfəviyyə hərəkatına rəhbərliklə dövlət idarəçiliyi arasında müəy-
yən ayrılıq nəzərə çarpacaq dərəcədə meydana çıxırdı. Şahın eyni
zamanda həm mülki, həm də dini idarəyə rəhbərliyi paralel apar-
ması bir qədər çətinləşirdi. «Dəstur əl-müluk» adlı qaynaqda xəlifət
əl-xüləfanın statusu izlənilərkən bu mənzərə daha çox aydınlaşır.
Qaynaqda göstərilir ki, xəlifət əl-xüləfa Şahın ən yaxın adamı olub,
tayfa və vilayətlərə öz təliqəsi ilə xəlifələr göndərərək müridləri düz
yola çağırırdı. O, təliqəsi üzərində bənde-yi dərgah (dərgahın
bəndəsi) yazırdı. Hərəkata yeni qoşulan sufilərin başına Qızılbaş
papağını yerlərdə xəlifə, yaxud xəlifət əl-xüləfa qoyurdu. Dövlət
işləri Şaha müridlərin bütün cümə günlərində keçirdikləri yığın-
caqlara gəlməyə və ümumən, onlara nəzarət etməyə imkan vermirdi
(97, №3, 307-308). Göründüyü kimi, XV yüzilliyin sonundakı
dağınıqlığı aradan qaldırıb Səfəvilər Azərbaycanı yenidən birləşdir-
dikdən sonra Şah İsmayıl Səfəvi cəmiyyətinin idarəsinin xəlifət əl-
xüləfanın ixtiyarına buraxmışdı.
R.M.Seyvori yazır ki, I Şah İsmayıl vəkil-i nəfsi nəfisi (şahın
dəyərli ruhunun vəkili) humayun idarəsi ənənələrini möhkəmlən-
dirməyə çalışırdı. Vəkil sufi təşkilatı ilə ənənəvi bürokratik sistem
arasında bir əlaqə vasitəsi idi (211, 498). Şah İsmayılın vəkalət
institutunu möhkəmləndirməsi inkar olunmur, ancaq XVI yüzilliyin
əksər qaynaqlarından vəkalətin baş vəzir, yaxud əmir əl-üməraya
əlavə ünvan kimi verildiyi göstərilmişdir (24, 51-53). XVI yüzil-
liyin ortalarından isə artıq əmirlərə bu rütbənin verilməsinə təsadüf
olunmur.
Digər tərəfdən, göstərmək lazımdır ki, xəlifə əl-xüləfa birbaşa
Şaha tabe olmaqla Səfəviyyə cəmiyyətinin rəhbəri kimi çox geniş
hərbi statusa malik idi. Səfəvi qoşununun özülü olan sufilər
(döyüşçü-«qazilər») ona tabe idilər. I Şah İsmayılın bütün müharibə
və axınlarında qoşun rəhbəri kimi vuruşan xəlifət əl-xüləfa bəzən
əyalət hakimi vəzifəsinə də təyin olunurdu. I Şah İsmayıl 1499-cu
Dostları ilə paylaş: |