188
əl uzadanlar günaha batırlar. Müsəlmanların səmavi kitabında hökm
edilir ki, o kəslər ki, öz gündəlik ruzilərini qazanmaqda acizdirlər,
lazımdır ki, vəqf gəlirlərindən müəyyən miqdarda onlara verilsin ki,
bədbəxtliyə düçar olmasınlar, yəni ac qalmasınlar. Möminlər ki,
vəqf əmlakı gəlirlərindən istifadə edə bilirlər, onlar bu qüdrətli və
tam aydın olan hökmü dərk edərək vəqf gəlirlərinə tamahkarlıqla
göz dikməməlidirlər. Çünki onların ruziləri kifayət qədərdir.
Peyğəmbər də buyurmuşdur ki, o yemək ləzzətli və faydalıdır ki, o
zəhmətlə başa gəlir. Onlar bunu bir qayda olaraq unutmur və dil-
lərinin əzbəridir. İmamlar da bu mühüm göstərişi belə təsvir etmiş-
lər. Peyğəmbərlər də həqiqətən həmişə öz ruzilərini işləməklə, yəni
zəhmətlə əldə etmişlər. Adam zəhmətkeş olmalıdır. Bəzi
peyğəmbərlər, o cümlədən, Musa və Məhəmməd çoban, Davud
zərgər, İlyas qatırçı, Loğman dərzi, Əyyub kitabdar, yaxud dabbaq
və İsa həkim idi. Başqa peyğəmbər və seçilmiş adamların da peşəsi
vardı.(112, c.IV, 1343-1344).
Vəqf əmlakının məlum olmayan gəlirləri barədə ildə bir dəfə
bu sahənin rəhbərləri, qəyyumları şaha məlumat verirdilər. Ancaq
bir çox hallarda şah bu əməliyyatda iştirak etmirdi. Belə olduqda bu
iş sədr, yaxud onun müavini tərəfindən tənzim edilərək sonra şaha
təqdim olunurdu. Şah isə bu barədə özünün təhqiqat və təlimatını
icra üçün vəqf dəftərinə göndərirdı (112, c.IV, 1343-1344).
Şardenə görə Səfəvi ölkəsində vəqf əmlakının illik gəliri 400
min frank olan bir neçə məscid vardı və qalan məscidlərin vəqf
gəliri isə o qədər də çox deyildi. Ancaq Məşhəd şəhərindəki Həzrəti
Rza vəqfinin gəliri məscidlərlə müqayisədə daha çoxudu (112, c.IV,
1343-1344).Səyyahın yerli adamlardan əldə etdiyi məlumatlara görə
ölkənin bütün vəqf əmlakının ümumi dəyəri 800.000 tümən olub
Fransa pul vahidi ilə otuz altı milyona bərabər idi. Ona şahın bütün
əmlakının dəyərinin isə Fransa pulu ilə 14 milyondan çox olduğu
bildirilmişdir. Səyyah yazır ki, İmam Rza məqbərəsinin gəliri haq-
qında şaha doğru məlumat verilmədiyinə görə, Şah Abbas Sani
Qəndahardan geri dönərkən Məşhədə gəlmiş və astananın illik
gəlirini yoxlayaraq 500 tümən (225000 livr) fərqlə müəyyənləşdirə
bilmişdir (112, c.IV, 1340-1341).
189
Mütəvəllilik vəzifəsi şahlara aid olan vəqfələrə ovqafe təfvizi
və ayrı-ayrı şəxslərə aid olan vəqflərə isə ovqafe şəri deyilirdi.
Şəriət ehkamı əsasında tərtib edilmiş vəqfnamə adlı müvafiq sənəd
əsasında müəyyən vəqf əmlakını idarə edən şəxs mütəvəlli adlanır-
dı. Şarden qeyd etdiyi kimi, mütəvəlli vəqf əmlakının gəlirlərinin
hər hansı istiqamətdə sərf olunmasına aid sərəncamlar vermək
səlahiyyətlərınə malik idi (45, 45). Şardenə görə onlara vəzifə borcu
olaraq vəqflərin gəlirlərinin mənasız sərf olunmasının qarşısını al-
maq, haqq-hesab əməliyyatını aparmaq və bu əmlakı qorumaq
tapşırılırdı. Mütəvəllinin mənəvi məsələlərlə işi yox idi. Ancaq
vəqflərin gəlirdən məscid, müqəddəs ocaqların təmiri üçün ayrılan
vəsait onlara tapşırılır və təmir də onların vəzifəsinə aid idi ki, bu iş
üçün vəsaitlər hazırlamalı idilər. Bir qayda olaraq böyük məscid-
lərin vəqf əmlakı daha çox olur və onlara da mütəvəllil başçılıq
edirdi. Ancaq kiçik məscidlərdə mütəvəlli olmurdu (112, c.IV,
1344).
Ali ruhani idarəsinə tabe olan mütəvəllini vəzifəyə Şah, yaxud
sədarət divanı təyin edirdi ki, bu məsələ ilə bağlı, yəni ayrı-ayrı
vəqflərə, müxtəlif illərdə mütəvəllilərin təyin olunması haqqında
fərmanlar və hökmlər verilmişdir ki, onların bir çoxu zəmanəmizə
qədər qorunub saxlanılmışdır. Belə ki, Bakıdakı Bibiheybət məq-
bərəsinə mütəvəlli təyin olunması haqqında I Şah Təhmasibin 1555-
ci ilin dekabr ayında verdiyi fərmanda qeyd olunur: «...Bibiheybətin
mübarək məzarının mütəvəlliyi qədim zamanlardan Şeyx Bünyada
aid edilmişdi. Ərzə çatdırılır ki, o vəfat etmişdir. Onun oğlu
Qulaməlinin isə ləyaqət və qabiliyyəti var ki, həmin iş qayda üzrə
ona tapşırılsın...». Qeyd olunan məqbərəyə mütəvəlli təyin olun-
masına aid Səfəvi şahları ilə yanaşı, sədarət divanın da hökmü
vardır. Belə ki, məqbərədə mütəvəllilik vəzifəsi ilə bağlı törənmiş
münaqişə haqqında sədarət divanın 1654-cü ilin mart ayında verdiyi
hökmdə göstərilir: «...Müqəddəs asitanənin mütəvəlliliyi...şeyx
Məhəmməd Müqimə tapşırıldı və rücu olundu ki, hər cəhətdən
müstəqil və təkbaşına həmin işin tələbatını ödəsin..» (45, 64, 69).
İrsi olan başqa növ vəqflər də vardı ki, onlara soyurqal da
deyirdilər. Bu cür vəqflər bir çox hallarda din xadimləri ailələrinə
190
aid idi. Nəsldən-nəslə keçirdi ki, bu zaman daxili ziddiyyətlər də
əslində nəsldən-nəslə ötürülürdü. Ancaq bu anlaşılmamazlıqlar
onların daxili işi olub, gəlirdən mənfəət götürmək hüququnu ata
oğlu üçün xüsusi qayda əsasında müəyyən edirdi. Soyurqal za-
man keçdikcə ailənin əlindən çıxır və nəticədə ailə üzvləri ona
başçılıq hüququnu itirirlər və belə olduqda onlar bu əmlakı din
xadimlərinin əli ilə idarə edirlər. Demək lazımdır ki, soyurqal bir
ailədən başqasına keçdikdə əvvəlki ailə deyil, ikinci ailə bu əmlak
üzərində irsi hüquq əldə edir (45, 64, 69). O cümlədən vəqf əmla-
kına aid olan bir neçə fərmanda da vəqf yerinə «soyurqal» qeyd
olunmuşdur. Bibiheybət məqbərəsi vəqf əmlakına dair II Şah
Abbasın 1650-ci il yanvar ayında verdiyi fərmanda qeyd olun-
muşdu: «...Zığ kəndinin malcəhəti Duldərə əkinlərinin malcəhəti,
bağlardan alınan mal, pambıqdan alınan üşr... Bibiheybət...asita-
nəsinin idarəsinə soyurqal verilmişdir... Zığ kəndinin və sairənin
sərvət və əmlakı mübarək asitanəyə bağışlanmış və soyurqal veril-
miş..» (45, 66, 67). Ancaq burada soyurqal dövlət tərəfındən mülki
və hərbi xidmətçilərə xüsusi maliyyə imtiyazlari, məhkəmə-inzibati
hüquqları ilə verilən mülkiyyət institutu deyildir Burada «soyurqal»
adı ilə ayrı-ayrı şəxslərə, müqəddəs məqbərələrə bağışlanılan gəlir,
əmlak deyildikdə, əslində vəqf nəzərdə tutulur.
§2 Xəlifət əl-xüləfa institutu
XIII yüzillikdən Mərkəzi Asiya, Orta və Yaxın Şərq
xalqlarının moğol ağalığına qarşı istiqlaliyyət uğrunda müba-
rizəsini özündə əks etdirən sufi-dərviş cəmiyyətləri əsarətdə
olan xalqların maraqlarını müdafiə edərək geniş şəkildə fəa-
liyyətə başlamışdılar. Moğol ağalığı altındakı ölkələrdə hökm
sürən ictimai intizamsızlıq, yoxsulluq, əhali üzərində hakim olan
qorxu və dəhşət təsəvvüf hərəkatlarının gündən-günə genişlən-
məsinə təkan verirdi. Təsəvvüfün insan təfəkkürü çərçivəsindəki
fəaliyyətlərində iki əsas təmayül meydana gəlmişdi. Birinci təma-
yül tərəfdarları əsasən tərkidünyalıq və ictimai fəaliyyətdən uzaq-
Dostları ilə paylaş: |