182
laşan, özündən zorlular tərəfindən incidilən şəxslərin şikayətlərinə
də onun məhkəməsində baxılırdı. Mərkəzdən uzaqda baş verən
ölüm hadisəsi üzrə şikayətçi olan şəxs divanbəyi dəftərxanasına beş
tümən ödəməli idi. Ondan sonra divanbəyi və divanxana katibi
hadisə barədə təliqələrini hazırlayır və işə baxılması barədə hökm
verilirdi. Divanbəyi maliyyə pozuntuları məsələsinə də baxırdı.
Ancaq bu cinayət hadisəsi vəzarət, yaxud hərbi idarə ilə bağlı
olduqda iş baxılmaq üçun onların özlərinə göndərilirdi (132, 12-13).
Tavernye şəhərlərdə polis idarəsi rəisi funksiyasını icra edən darğa
haqqında isə yazır ki, bu, çox mötəbər vəzifə olub, onun hökmlərinə
qarşı yalnız divanbəyi çıxa, yaxud yuxarı orqanlara ondan şikayət
verə bilərdi. Şəhərlərdə nizam-intizam yaratmaq, oğurluq hadisə-
lərinin, qətl və qarətin qarşısını almaq, fahişəxanaları, qumarxana-
ları, meyxanaları müəyyən edərək onlara qadağa qoymaq birbaşa
darğanın səlahiyyətinə aid idi. O, günahkarları, müqəssirləri cəza-
landırmaqdan çox, onlardan cərimə almağa üsrünlük verirdi (104,
576).
Tavernyeyə görə Səfəvi ölkəsində məhkəmə ədalətli olub,
istintaq işi uzun davam etmir və qısa vaxtda mühakimə işi vəkilə,
bəzən hakimə də ehtiyac olmadan yekunlaşdırılır. Ancaq bu ədliyyə
məmurlarının tamam təmiz və tamahsız adamlar olduğunu isbat
etmir. Onlar da bəzi hallarda haqsızlığa yol verirlər, ancaq buna
baxmayaraq məzlumu da razı salmağa cəhd edirlər. Çünki ədliyyə
məmurlarının haqsızlığı, müəyyən edilsə və bu şaha çatsa, onlarm
əfv olunmasına imkan olmur. Məhkəmə iclasları vilayətdə keçiril-
dikdə hakim Şah tərəfmdən onun nümayəndəsi kimi məhkəmədə
iştirak edir. Bundan əlavə hər bir şəhərə şah bir divanbəyi təyin edir
ki, o, burada yalnız Şahın hökümlərini yerinə yetirirdi (104, 606).
Qətl məsələsində istintaq cinayətkar müəyyən olunana qədər
aparılırdı. Qatili pul verməklə xilas etmək mümkün deyildi. Qatili
tutanda onu divanbəyinin yanına aparırlar ki, o, vaxtında məsələni
ədalətlə həll edə bilsin. Qayda belədir ki, qatili öldürülənin vərə-
səsinə təslim edirlər. Və onlar əgər istəsələr, intiqam alırlar, ya da
məsələni pulla həll edirlər. Ancaq onların arasında qətl hadisəsini
pulla həll etmə eyib və bədnamlıqdır. Öldürülənin qohumları heç bir
183
rəhm etmədən özləri cəllad olurlar, əzab və işgəncə ilə onu öldürür-
lər. Tavernye qətl hadisəsi haqqında geniş məlumat verərək yazır ki,
cinayətkarı istintaq müəyyən etdikdən sonra məsələ ədalət məh-
kəməsinə verildikdə, canini şah özü istəsə belə xilas edə bilmir. Bu
zaman zərər çəkən tərəf ona təklif edilən qanbahasını qəbul etmə-
dikdə, ölüm hökmü fitva əsasında icra olnur. Qatili zərər çəkən tərəf
ölum cəzasına məhkum edir (104, 607).
Oğrular da bağışlanmır və onları müxtəlif işgəncələrlə öldü-
rürlər. Bəzən ayaqlarından asır və qarnını parçalayırlar. Bəzən
müqəssiri düz saxlayıb onun ətrafında kərpic və gəçlə divar hörürlər
ki, onun yalnız başı çöldə qalır. Bəzən oğrunun ağzına çubuq qoyub
uzun müddət yemək vermirlər və nəticədə o, aclıqdan ölür. Şəhər-
lərdə oğruları küçələrdə gəzdirib, günahını car çəkərək əhaliyə bil-
dirib, onları rüsvay etdikdən sonra dar ağacından da asırlar (104,
607).
Tavernye yazır ki, dünya ölkələrində polisin təşkili ümumi
yaşayışın təhlükəsizliyi üçündür. Demək olar ki, Səfəvi polisi bu
nöqteyi-nəzərdən dünyada ən yaxşı inzibati orqanlardandır. Burada
möhtəsib polis qazısı mənasında olub, onun 2-3 nəfər də müavini
vardır. Onlar həftənin bir günündə car çəkərək hər şeyin nırxını elan
edirlər və həftə ərzində möhtəsiblər yenə başqa b;r müşavirə keçirir-
lər. Bu müşavirədə malların qiymətləri təlabata uyğun olaraq endiri-
lir, yaxud qaldırılır. Bu qaydaya I Şah Abbasın hökmranlığı döv-
ründə ciddi şəkildə əməl olunmuşdur. Azərabycan və İranda hər
şeyi çəki ilə satırlar. "Kilə"-(dənli bitkiləri üzrə ölçü) ilə satmırlar.
Qayda üzrə mal müştəriyə xoş gəlməyəndə satıcı onu geri alıb pulu
qaytarır. Hər kəs əskik çəksə və ya artıq pul alsa, cəzalandırılır.
Çəki və qiymətdə aldadanların başına taxta papaq, boğazına zınqı-
rov bağlayıb küçələrdə dolandırırlar. Sonra ayaqlarının altına çu-
buqla döyürlər və onlar bu cəzadan sonra cərimə də ödəyirlər. Polis
ərzaq məsələsində ciddi olmasa, kasıblar müsibətə düçar olarlar.
Tavernyeyə görə bu ölkədə əhalinin rifahı yaxşı olub əmin-amanlıq
içərisində yaşayırlar. Ərzağın qiymətini möhtəsiblə razılaşmadan
qaldıranlara da ağır cəzalar verilirdi. Tavernye yazır ki, bir gün
Təbrizin çörəkçiləri şəhər hakiminə şikayət edərək bildirmişdilər ki,
184
çörəyi məlum qiymətə satmaq bizə sərfəli olmadığı halda möhtəsib
onun qiymətinin qaldırılmasına razılıq vermir. Hakim isə onların
şikayətinə cavab olaraq bildirmişdir ki, qiymət məsələsi möhtəsibin
işidir. Çörəkçilər israr edərək deyir ki, siz hökm etsəniz, möhtəsib
ona itaət edər. Ancaq hakim razılaşmadıqda bir çörəkçi ona 50
tümən rüşvət təklif edir. Hakim dövlət işçisi kimi xalqın mənafeyinə
xəyanət etməyərək kasıbların hesabına varlanmaq istəyən çörək-
çinin cəzalandırılması haqqında göstəriş verdi. Bu göstərişə görə
çörəyin qiyməti bir az da ucuzlaşdırıldı və həmin çörəkçidən 50
tümən məbləğində cərimə alınıb, kasıblara paylandı. Bütün bunlara
görə Tavernye yazırdı ki, bu ölkədə ümumi asayiş hökm sürməklə,
əhalinin rifahı da yaxşıdır (104, 611-614).
Tavernye və Şardenin gündəliyində vəqf institutu, onun
xüsusiyyətləri və bu institutla bağlı mübahisəli məsələlər haqqında
da məlumatlara təsadüf edilir. Dini məqsədlər və xeyriyyə işləri
üçün dövlətin, yaxud ayrı-ayrı şəxslərin müqəddəs yerlərə verdikləri
vəqf əmlakı haqqında Şarden yazır ki, vəqflər Səfəvi ölkəsində
müqəddəs və toxunalmazdır. Əgər hər hansı bir şəxs ev, yaxud
başqa tərpənməz əmlakını vəqf etdiyi vaxtdan bir gün keçibsə, hətta
şah onun bu əmlakını müsadirə edib ələ keçirə bilməzdi. Vəqf əm-
lakına bir qayda olaraq torpaq, ev, dükan, karvansara, hamam və
buna bənzər başqa əmlak növləri daxil idi. Bütün məscidlərin və
xeyriyyə işlərinin xərclərini vəqflər təmin edirdilər (112, c.IV,
1341). Belə ki, vəqfi ammə, yaxud vəqfe xeyrinin gəliri ümumi
məqsədlər üçün, vəqfe xassə, vəqfe əhli, vəqfe övlad, vəqfe
mütəbərrikənin isə gəlirləri xüsusi məqsədlər üçün sərf olunurdu
(45, 44).
Şarden yazırdı ki, Şah, yaxud başqa şəxsin xeyriyyə məqsədi
ilə vəsiyyət etdiyi vəqfi ammə üzərində heç bir hüququ yox idi.
Həmçinin vəsiyyət olunmuş əmlakla bağlı bir cinayət olsa belə,
onun müsadirəsi mümkün deyildi (112, c.III, 1233).
Səyyahın verdiyi məlumata görə Səfəvi dövlətinin əhalisi
həddən artıq diqqətli, şübhəkar olub, öz var-dövlətlərini halal yolla
artırırlar. Şah Abbas Kəbir bu niyyətlə bütün saraylarını, digər bina-
larını və hətta öz atlarını da vəqf etmişdi ki, onlardan halal yolla,
Dostları ilə paylaş: |