Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   53   54   55   56   57   58   59   60   ...   111

 
170 
 
 
kının idarə  işləri üzrə cavabdeh sədr xassə oldu. Sədr amməyə isə 
müxtəlif adamlar tərəfindən hədiyyə edilən vəqflərin idarə  işləri 
tapşırıldı. Əslində bu bölgü Sədarət divanın nüfuz və qüdrətini xeyli 
azaltdı (112, c.IV, 1336). 
Hər iki sədrin ayrıca dəftər və  məhkəməsi vardı. Doğrudur 
onların hər ikisinin məqamı  bərabər olsa da, sədr xassə  şahlıq 
vəqflərinə  həm cavabdeh, həm də onların başçısı olub, cah-cəlallı 
idarə quruluşuna malik  idi. Dövlətin bütün böyükləri sırasında o 
ikinci yerdə dururdu. Bütün rəsmi məclislərdə  şahın sol tərəfində 
əyləşir və sədr ammə onun əlinin  altında qərar tuturdu. Sədr ammə-
nin yeri isə şahın sağ tərəfində idi. Onların hər ikisi bütün məclis-
lərdə iştirak edirdi, ancaq bir qayda olaraq çox qalmırdılar. Nə vaxt 
ki, şah məclisə şərab, ya da musiqi alətlərinin gətirilməsi haqqında 
buyruq verəndə, onlar dərhal məclisi tərk edirdilər. Ona görə ki
islam dinində şərab içmək və musiqiyə qulaq asmaq haram idi. Elə 
buna görə  də onlar məclisdə çox qaldıqda şahın göstərişi ilə  şərab 
içmək də  təxirə salınır, ya da başqa vaxta saxlanılırdı (112, c.IV, 
1337). 
Qeyd edildiyi kimi, sədr  şəri-hüquqi məsələləri heç kəsin 
iştirakı olmadan həll edirdi. Onun çıxartdığı hökmə başqa məhkəmə 
etraz edə, yaxud yenidən baxa bilməzdi. Onun hökmləri başqa 
məhkəmə orqanları  tərəfindən də sözsüz qəbul olunurdu. Dövlət 
məmurları da onun işinə qarışa bilməzdi. Ali dini idarələrə ruhani-
lərin işə  qəbulunu və  işdən azad edilməsini də  sədr həll edirdi. O, 
eyni zamanda mədrəsə, xanəgah və sair müqəddəs binaların təmi-
rinə də nəzarət edirdi (96, 121-122; 94, v.26). 
Şeyx ül-islamlar, qazılar, mütəvəllilər, müdərrislər, nəqiblər 
də  sədrin hökmü və  Şahın fərmanı ilə  işə  qəbul və  işdən azad 
edilirdi (132, 47). Xandəmir yazır: «Ölkə əhalisinin «ən hörmətli və 
yüksək» zümrəsi olan din xadimləri öz ehtiyaclarını ödəmək üçün 
başqa idarələrə deyil, məhz sədrə müraciət edirdilər» (94, v.25). 
Sədr hətta ölkə üçün ümumi qanun da tərtib edirdi ki, bu qanun da 
bütün ölkədə icra olunurdu. Mir Zeynəddin Seyidəli H.963-cü 
(1555-56) ildə sədrlik vəzifəsinə keçdikdən sonra mülki, hərbi, şəri 
məsələlərinə dair, o cümlədən, vergi və mükəlləfiyyətlərin, cərimə-


 
171 
 
 
lərin miqdarı, alınma üsuluna aid qanunnamə tərtib etmişdi. Həmin 
qanunnamə «dəstur əl-əməl» 1026 (1617)-ci ilə, yəni Fəzli İsfahani 
öz əsərini yazıb qurtaran vaxta kimi qüvvədə olmuşdu (118, v.212). 
Əvvəl qeyd olunduğu kimi, ai ruhani idarəsinin başçısı sədr-i 
xassə olub, sədr-i  əl-məmalik isə onun müavini və ürfi-şəri məh-
kəmələrin rəisi idi. O, divanbəyiyə Quran ehkamı  və qanunlarına 
müvafiq  şəri hökm çıxarmaqda istiqamət verirdi. Həm də cinayət 
məsələlərinə dair öz fikir və rəyini bildirir, ancaq divanbəyi ilə bu 
barədə ümumi qərara gəlirdi. Divanbəyi mülki və cinayət məsələ-
lərində hökm çıxararkən yalnız sədr  əl-məmalikin rəyini  əsas 
götürürdü. Sədr  əl-məmalikin bütün vilayət və  şəhərlərdə müavin-
ləri də vardı. Onlara naib əl-sədarə (sədrin naibi) deyilirdi. Sədr əl-
məmalik divanbəyi ilə  həmkarlıq etdiyi halda, naib əl-sədarələr 
vilayət hakimləri ilə həmkarlıq edirdi (106, 40-41). 
Əgər biz sədr-i xassəni ölkənin qanunvericilik orqanının rəisi, 
sədr  əl-məmaliki isə  həmin qanunların icrası üzərində  nəzarətçi 
orqan hesab etsək, yəqin ki, səhv etmərik. Ancaq deyildiyi kimi, 
ölkədə ən böyük ruhani şəxsiyyət sədr-i xassə idi. O, ölkənin bütün 
ruhanilərinin rəisi olduğuna görə, hətta  şahlar onlardan qız alır və 
qohumluq  əlaqələri yaradırdı.  Əslində  sədr  əl-məmaliki vəzifəyə 
Şahın razılığı əsasında sədr xassə təyin edirdi. Ancaq buna baxma-
yaraq ölkədə xassə  əraziləri istisna olmaqla, divan ərazisinin  şəri-
hüquqi işlərinə  sədr  əl-məmalik başçılıq edirdi. Hər iki sədr 
«nəvvab», yəni Şahın naibi adlandırılırdı. Sədr əl-məmalikin bütün 
vilayət və  şəhərlərdə müavinləri olduğu kimi, sədr-i xassənin də 
məscid rəisləri, mədrəsə müdərrisəri kimi müavinləri var idi. Əyalət 
hakimləri onların fitvası olmadan heç bir hökm çıxara bilməzdi. 
Məscid işçiləri, müdərrislər, bir sözlə, dini işlərlə məşğul olan bütün 
şəxslər sədr xassənin yerlərdə nümayəndələri hesab olunurdu. 
Onların hamısını  sədr-i xassə  təyin edir və bu iş  sədrə çoxlu gəlir 
gətirirdi (106, 40). 
Sanson yazır ki, mənim sədr-i xassə ilə  sədr-i  əl-məmalik 
arasında müəyyən etdiyim fərq təkcə ondan ibarətdir ki, sədr-i xassə 
dövlət qanunlarının rəisi olub, sədr  əl-məmalik isə onun dini və 
məzhəbi məsələlər üzrə müavinidir (106, 40). 


 
172 
 
 
Yuxarıda sədr əl-məmalik ilə sədr-i xassənin konkret vəzifə və 
hüquqları barədə müəyyən qədər danışılıb. Lakin bildirməliyik ki, 
tarixi  ədəbiyyatda indiyə  qədər bu iki sədrin hüquq və  vəzifələri 
barədə kifayət qədər məlumat verilməmişdir. Onların vilayətlərdə 
nümayəndələri olması barədə  də  ədəbiyyatlarda lazımi məlumat 
yoxdur. Halbuki sədr-i xassənin nümayəndələri xassə  ərazilərində
sədr  əl-məmalikin nümayəndələri isə xassə olmayan yerlərdə dini 
məsələlərə rəhbərlik edirdi (132, 47). 
Bu iki böyük vəzifə bir sədrə tapşırıldıqda o, bu vaxt vəqf 
işləri, mütəvəllilər üzərində nəzarət etməklə yanaşı, seydləri, ruhani 
şəxsləri, pişnamazları, xətibləri, azançıları, həffazı (Quranı əzbərən 
oxuyanlar), ölü yuyanları, bir  sözlə, dini məsələlərlə bağlı bütün 
işçiləri təyin etməklə  bərabər, həm də onların işinə  nəzarət edirdi 
(97, №3, 66). 
Şah  İsmayılın hakimiyyətinin ilk illərində, yəni h.907-ci 
(1501) ildə Qazi Şəmsəddin Gilani sədr təyin edilmişdi (128, 123; 
117, v.215a). H.909-cu (1503-1504) ildə dövlət  şurasında qəbul 
edilən qərara  əsasən Qazi Məhəmməd Kaşi sədrlik vəzifəsində 
Mövlana Şəmsəddin Gilani ilə şərik olur (128, 135; 138, 397; 108, 
38).  Bizcə  sədr-i xassə  və  sədr-i ammə arasında iş bölgüsü bu 
vaxtdan əmələ gəlir. Yəni onlardan birinə xassə, digərinə isə xassə 
olmayan yerlərdə dini məsələlərə başçılıq etmək tapşırılır (120, 
266). Xondəmir 1501-ci il hadisələri barədə danışarkən Əmir Şərəf 
əd-dinin Fars əyalətinə ayrıca sədr təyin olunduğunu bildirir (88, 
c.IV, 500). H.915-ci (1509-1510) ildə Qazi Məhəmməd Kaşi əmarət 
ilə sədrlik vəzifəsini eyni vaxtda apararaq xalqa zülm edir, müxtəlif 
vasitələrlə müsəlmanların mallarını  əllərindən alırdı. Yəzdə, 
Kaşana,  Şiraza isə hakimlik edirdi. Həmin ilin səfər ayında (may, 
1509)  Şah  İsmayılın fərmanı ilə o, öldürülür və  sədrlik vəzifəsi 
şəriksiz Mir Seyid Şərif Şiraziyə həvalə edilir (128, 176-177, 315; 
138, 407; 95, v.14a). Qazi Əhməd Qaffari yazır ki, Şah  İsmayıl 
sədrlik vəzifəsini Mir Seyid Şərif ibn Tacəddinə verdiyi vaxtdan 
indiyə qədər həmin vəzifəyə yalnız seyidlər nəslindən olan şəxslər 
təyin olunur (120, 272). Çaldıran savaşından sonra sədarət Təbriz 
seyidlərindən Seyid Abdullah Laleyi Təbriziyə tarşırılmışdı. Həsən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə