158
alınsa, ordunun ümumi sayı 200.000-300.000 nəfərə çatır (86, 352,
353).
Şardenə əsasən I Şah Abbasın vəfatı əsnasında sarayı qoruyan
10000 nəfər istisna olmaqla, ordunun ümumi sayı 120.000 nəfərdən
ibarət olub, onun 50.000 nəfərini üç yeni alay təşkil edirdi. Bu vaxt
sarayı qoruyan 10000 nəfər nəzərə alınmadıqda, vilayət qoşunları-
nın sayı 70.000 nəfərdən çox deyildi (112, c.3, 1197).
Səfəvi qoşunun sayı barədə Oruc bəy Bayatın gündəliyindəki
məlumatlar isə XVI yüzilliyin son rübünə aiddir. O, Səfəvi
qoşununun əsas hissəsinin süvarilərdən ibarət olduğunu, qoşunun
sayının bayraqların sayından bilindiyini, hər min nəfər əsgərin
önündə öz bayraqları dalğalandığını və bunun Roma senturiyasın-
dan götürüldüyünü yazmışdır. Ancaq müəllif burada müəyyən
dolaşıqlığa yol vermişdir. Məlum olduğu kimi, Romada senturiya
100 nəfərdən ibarət qoşun dəstəsinə deyilirdi. Türk hərb strukturun-
da isə qoşun onluq, yüzlük və minlik, tümənə bölünürdü və əski
çağlardan bəri türk ordusunda minbaşının başçılıq etdiyi min nəfər-
lik takımın önündə öz bayraqlarının aparılması sırf özlərinə aid hərb
qaydası idi. Oruc bəy yazırdı: «…Şah asanlıqla 200 min süvari yığa
bilərdi və bunu mən özüm görmüşdüm. İştirak etdiyim çoxlu hərbi
səfərlərdə 200 bayraq saymışdım» (165, 34-35). Ancaq onu da qeyd
etmək lazımdır ki, dövrün bir çox başqa qaynaqlarında verilən
məlumatlar sübut edir ki, Oruc bəy Bayatın qoşununun sayı haqqın-
dakı qeydlərində müəyyən qədər şişirtmələr vardır.
Tavernyenin ayrı-ayrı hərbi dəstələr üzrə məlumatlarını
yekunlaşdırıldıqda XVII əsrin 50-60-cı illərindən ordunun ümumi
sayı təxminən 90.000-100.000 nəfər (104, 581-583) və Engelbert
Kempferin mlumatları əsasında aparılan hesablamalara görə isə
həmin əsin 80-ci illərində 90.000 nəfərdən (96, 91) ibarət olmuşdur.
Ancaq göstərmək lazımdır ki, XVII yüzilliyin ikinci yarısında
Dərbənd şəhərindən İran körfəzinə və Ərəb İraqından Əfqanıstan-
dakı Hilmend çayına qədər geniş əraziyə sahib olan Səfəvi impe-
ratorluğunun müxtəlif hərbi-strateji əhəmiyyət kəsb edən məntəqə-
lərində yerləşdirilmiş dövlət və Şah qoşununun ümumi sayının
dövrün avropalı müəlliflər tərəfindən dəqiq müəyyənləşdirilməsi
159
qeyri-mümkün idi. Ona görə də, onların Səfəvi qoşununun ümumi
sayı haqqındakı məlumatları təxmini say göstəricisi kimi qəbul
olunmalıdır. Engelbert Kempferlə eyni vaxtda Səfəvi ölkəsində olan
Sanson da Səfəvi dövlətinin hərbi təşkilatı ilə maraqlanmış və
gündəliyində bölgələr üzrə qoşunun sayını göstərmişdir (106, 137-
143):
Saray qoruyucuları
– 14 000
Qəndəhar əyaləti
–
12
000
Xorasan
– 20 000
Mazandaran və Gilan
– 15 000
Dərbənd və Şirvan əyaləti
– 12 000
Azərbaycan
–
20
000
İrəvan
–
12
000
Luristan
– 12 000
Ərəbistan sərhəddində
– 15 000
Persiya və Kirman
– 12 000
Cəmi:
-
144
000
XVI-XVII yüzilliklərin qaynaqlarında, xüsusilə dövrün
Avropa ədəbiyyatında ordunun döyüş taktikası, hərbi musiqi və
musiqi alətləri haqqında da qiymətli mlumatlar vadır. I Şah İsmayıl-
dan sonra müharibələrdə qarşı tərəfin ordusunun hərəkət istiqamə-
tində otlaqlar, tarlalar yandırılır, yaşayış məskənlərində əhalinin
ərzaq ehtiyatı gizlədilir ya da məhv edilirdi. Səfəvi ordusu ilk vaxt-
larda olduğu kimi, inam hissi ilə meydan savaşına girmir, süvari
alaylar dağ aşırımlarında, keçidlərdə gizlənərək əks tərəfin ordu-
sunun hərəkətini nəzarətdə saxlayır və qəti qələbəyə əmin olduqda
çevik dəstələr hərbi əməliyyata başlayırdı. Engelbert Kempfer yazır:
«Savaş başladıqda əsgərlərin hamısı birlikdə türk dilində «yürü»!
«yürü»! «yürü»! deyərək dəhştli nərələrindən hava titrəyir, səslər
bir-birinə qarışır və sanki yerlə göy qovuşur». O, yazır ki, hərbi
musiqi alətlərindən İngiltərə şeypurlarına bənzər uzun və qısa, yəni
müxtəlif borular üstünlük təşkil edir. Əslində müxtəlif ölçülü bu
borular gərənay (qaraney) və zurna (zorney) idi. Hərbi musiqi alət-
lərindən müxtəlif ölçülü təbil və nağaraların, sincin də adı çəkilir.
Engelbert Kempfer yazır ki, onların arasında enli, böyük sinclər də
160
vardır. İki lövhədən ibarət olan sincin hər iki lövhəsinin dəstəyi
vardır ki, həmin dəstəklərdən əllə tutub sinc lövhələri bir-birinə
vurulur, nəticədə çox cingiltili səs əmələ gəlir (96, 94, 95).
Azərbaycan Səfəvi dövlətinin ordusu I Şah Abbasın həyata
keçirdiyi hərbi islahatlar, yaratdığı yeni hərbi hissələrlə təkmilləş-
dirilib, möhkəmləndirilmişdi. Ancaq I Şah Abbasdan sonra, yəni
onun varislərinin dövründə ordu getdikcə zəifləmiş və Şardenin
yazdığı kimi, dövlətin maliyyələşdirdiyi qoşunun sayı da azalmış-
dır. Ordunun hərbi strukturunun pozulduğunu, sayının azaldığını
hiss edən II Şah Abbas 1666-cı ildə qoşunun sayını, hərbi hazırlıq
vəziyyətini müəyyənləşdirmək üçün hərbi parad keçirilməsi barədə
hərbi rəislərə fərman vermişdi. Bu fərman əsasında təşkil edilən
paradda hərbi rəislərin çoxu eyni alayı on-on iki dəfə paraddan
keçirmiş və nəticədə ordunun sayı olduğundan çox çıxmış, ciddi
nöqsanlar aşkar edilmişdir. Şah ordu başçılarına bu nöqsanları qısa
müddətdə aradan qaldırmalarını tapşırdı. Ancaq ordu rəisləri Şahın
buyruqlarını yerinə yetirmədilər. Nəticədə Şah Süleyman dövründə
ordunun daha da zəifləməsi, ölkə daxili hərbi mühafizə xidmətinin
pozulması ilə əlaqədar olaraq, oğurluq, soyğunçuluq, qətl-qarətlə
bağlı kütləvi narazılıqlar başlanmışdı. Bu zaman ordunun əsgəri
heyəti arasında da hərbi xidmətə etinasızlıq və narazılıqlar vardı.
Ona görə ki, bir çox hərbi hissələrin məvacibini hərbi rəislər ancaq
müharibə vaxtı ödəyirdilər. Digər tərəfdən isə Şardenin yazdığı
kimi, dövlət və Şah tərəfindən xidmət müqabilində hərbçilərə ayrı-
lan maaş ayrı-ayrı məntəqələrə yazılmışdı ki, hərbçi həmin mən-
təqənin kələntərinə müəyyən «hədiyyə» ödəmədən maaşını ala
bilmirdi. Bu da narazılıqlara, hərbi xidmətə marağın azalmasına,
nəticədə ordunun pozulmasına səbəb olurdu. Onu da göstərmək
lazımdır ki, dövlət və şah tərəfindən əsgərlərə maaşla yanaşı, ancaq
silah-sürsat verilirdi. Halbuki illik maaşı 400 livr olan süvari əsgər
təkcə paltarına bunun iki misli qədər pul xərcləməli idi (112, c.3.,
1197, 1198, 2000).
Əsgəri təşkilatda ləşgərnəvis qazı, vəzir, mustoufi kimi xüsusi
hərbi mahiyyət kəsb edən orqanlar da fəaliyyət göstərirdilər. Bu
orqanlar hərbi qulluq adamlarını, əsgəri heyəti qeydiyyata alır,
Dostları ilə paylaş: |