Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   46   47   48   49   50   51   52   53   ...   111

 
149 
 
 
çilər də bu qədər məvacib alırdılar (86, 344, 345; 104, 583). Onların 
ümumi sayı Pyetro della Valleyə görə 20000 nəfər, Tavernyeyə 
görə, 40.000-50.000, E.Kempferə görə 50.000, Şardenə görə isə 
12.000 nəfər olmuşdur (86, 344; 104, 583; 112, c.3,1189, 1193). 
Cemelli Kareri isə tüfəngçilərin ümumi sayının 50 min nəfər 
olduğunu bildirərək yazırdı ki, onların çoxu kənd əhlidir və silahları 
qılınc və tüfəngdən ibarət olub, hər biri ildə 4, yaxud 5 tümən maaş 
alır. Əyalət xanları ayda bir dəfə onları təlim-məşq keçməyə vadar 
edirlər ki, beləliklə onlar silah işlətməkdə çox bacarıqlı olmuşlar. 
Onların  əmirlərinə tüfəngçibaşı deyirlər (89, 168). Tavernye yazır 
ki, başqa hərbçilər onlara məsxərə edərək deyirlər ki, bu kəndlilər 
cürət və cəsarətli olmadığına görə, düşmən qarşısına çıxa bilmirlər. 
Ancaq səyyahın öz şəxsi fikrinə görə, onlar nizami qoşun növü 
olub, yaxşı da vuruşurdular (104, 583). Silahları uzun və qısalüləli 
fitilli tüfənglərdən ibarət olub, bu tüfənglərin lüləsinə  bərkidilmiş 
dirsək qundağa bağlanılırdı. Tüfəngçi at, yaxud ayaq üstə, uzanmış 
halda dirsəyi lülədən açıb dayaq kimi istifadə edir və rahat atəş ata 
bilirdi (86, 345). 
 «Təzkirət  əl-müluk»da «Qulamane sərkare xassey-i şərifə» 
(132, 7) adı ilə göstərilən hərbi alay isə dövrün başqa qaynaqların-
da, elmi ədəbiyyatlarda qulamla bərabər «qullar» adı ilə  də qeyd 
olunmuşdur. Şarden yazır ki, onlara qul deyildikdə, bu onların digər 
hərbi alay əsgərləri ilə müqayisədə azadlıqlarının məhdud olması 
mənasını ifadə etmir. Əksinə I Şah Abbasın bu seçmə alaya o qədər 
hüsn-rəğbəti vardı ki, onları özünün «süvari yeniçərləri» adlandırır-
dı (112, c.3,  1193; 103, 55). Onlar süvari döyüşçü olub, silahları 
qılınc, nizə, ox-yaydan ibarət idi. Qulamların bəzilərinə xüsusi hərbi 
xidmətdə tüfəngdən istifadə etməyi də öyrədirdilər. Pyetro della 
Valle çox doğru olaraq yazırdı ki, artıq soyuq silahlar öz 
əhəmiyyətini itirdiyi üçün I Şah Abbas qulamları tüfənglə də təchiz 
etməyə çalışırdı (86, 346). Qulamlar hərbi hazırlıqlarına görə 
qorçulardan o qədər fərqlənməsələr də, sayları onlardn bir qədər az 
idi. Onlar Şahın nəzarəti altında təlim keçir və  Şahdan savayı heç 
kimə tabe deyildilər.  Şahı qoruyan qulamların arasında  əqrəbalıq 
əlaqələri olmadığına görə, onların birliyi və dövlətə qarşı çıxması da 


 
150 
 
 
mümkün deyildi (96, 89). Qulamlar hərbi xidmətə ömürlük qəbul 
olunur və onlar hərbi xidmətdən imtina edə bilməzdilər (86, 345, 
346). Onlar şimal ölkələri, yəni V.Minorskinin yazdığı kimi, 
Gürcüstan,  Şimali Qafqaz əhalisi içərisindən kiçik yaşlarında  ələ 
keçirilmiş  uşaqlardan ibarət olub, sünnət edilib, islam dini qəbul 
etdirildikdən sonra təlim-tərbiyələri xüsusi qaydada yerinə yetirildi 
(96, 89; 103, 55). Belə ki, Səfəvi ölkəsinə gətirilən uşaqların yaxud 
da burada yaşayan xristian ailələrinin uşaqlarından da seçilirdilər. 
Onların içərisində yetkin yaşında olub, maddi marağına uyğun ola-
raq Şahın hərbi xidmətinə könüllü gəlib, islamı qəbul edən gürcülər 
də vardı. Qulamların çoxunun ata-babaları xristian olub birinci, 
yaxud ikinci nəslə islam qəbul etdirilmişdi. F.Sümər yazır ki, I Şah 
Abbas kölələri tədarük edib yetişdirmək üçün bir təşkilat da qurdu. 
Bu, Yeniçəri Ocağının daha kiçik nisbətdə bir bənzəri idi. Bu 
ocağın rəisinə qullarağası deyilirdi (67, 148). Pyetro della Valleyə 
görə 30000 qul vardı ki, onlardan 15000 nəfəri hərbçi idi. Şarden 
onların sayının 10000, E.Kempfer isə 15000-18000 nəfər arasında 
olduğunu qeyd etmişdi (86, 345, 346; 112, c.3, 1191; 96, 89). 
Tavernye gündəliyində I Şah Abbasın hərbi islahatlarına 
toxunsa da, onun məqsədini, məramlarını aydınlaşdıra bilməmiş, 
ancaq  Şahın yeni təşkil etdiyi və sayı 44 min nəfər olan nizami 
alaylardan qulamlar və tüfəngçilərlə bağlı  bəzi məsələlərin  şərhini 
vermişdir. Onun qeyd etdiyi kimi yeni qoşun növü olan qulamların 
rəisi qullarağası adlanırdı. Qullarağası qulamların başçısıdır. Bu 
qulamların hamısı  Şahın qızılla aldığı nökərləridir. Onlar müxtəlif 
tayfa və millətlərdən olub, nəsilbənəsil qulam adlanırlar.  Şah 
onların xidmətindən çox razıdır və onlara etimadı var. Onların çoxu 
isə müsəlmanlığı  qəbul etmiş gürcülərdir. Ümumilikdə qulamların 
sayı 18 min nəfərə çatır və hər biri 5 və ya 8 tümən məvacib alır, 
hamısı süvaridir (104, 573-575). Cemelli Kareri hər qulamın illik 
məvacibinin 6-7 tümən olduğunu qeyd edir (89, 168); Şardenə görə 
qulamların illik məvacibi 6-10 tümən və tüfəngçilərinki isə bunun 
yarısı qədər olub, hər iki alayın əsgəri heyətinə dövlət karxanasında 
hazırlanmış, üzərində xüsusi nişan olan silahlar pulsuz verilir, ancaq 
onlar paltarı öz hesablarına alırdılar (112, c.3, 1196). Tavernyeyə 


 
151 
 
 
görə qulamlarla müqayisədə qorçular ağıllı, yüksək fikirli adamlar 
idilər. Onlar məvaciblərini boş yerə  sərf edən qulamlardan fərqli 
olaraq pul yığır, qoyun və keçi alırdılar. Tavernye bunu onların kö-
çəri olub mal-qara, qoyun və başqa heyvanlardan ibarət var-döv-
lətlərinin olması ilə  əlaqələndirir. Ancaq əslində  əvvəl qeyd olun-
duğu kimi, qorçular yerli əhali olub, müəyyən bir vilayətdə daimi 
yaşayış yerləri olduğuna, oturaq və yarımköçəri həyat tərzində 
yaşadıqlarına görə maaşlarını sərfəsiz yerə xərcləmirdilər (104, 573-
575, 582-583). Səyyaha görə  hər iki alay ölkədə üstün mövqeyə 
malik olmaqla dövlət idarələrində onların içərisindən çıxmış böyük 
vəzifəli adamlara da təsadüf olunur. Ancaq qulamlar müxtəlif xalq-
lardan olduqlarına görə, onların arasında birlik mümkün deyildir. 
Şah istədiyi vaxt onları öz əlləri ilə cəzalandıra və tənbeh edə bilir. 
Onların hansına işarə etsə, dərhal özünün irəliləyişi xatirinə dostu-
nun başını kəsər, yaxud onu bəlaya düçar edər. Qulamların silahları 
qılınc, ox-kamandan ibarət olub, bəzilərinin qolçağı, zirehi və 
təbərzini də vardır. Onların bu ölkədə yeri-yurdu olmadığına görə, 
məkan və yerlərini təyin edən yurdçuları da yox idi. Ona görə  də 
onlar rast gəldikləri istənilən yaxşı yerdə yerləşib çadırlarını 
qururdular (104, 583). Tavernye II Şah Abbas dövründə 18000 
qulam və 40000-50000 nəfər tüfəngçi olduğunu qeyd edir ki, bu 
rəqəmləri nizami ordunun sayının real göstəricisi kimi qəbul etmək 
olmaz. Ona görə ki, I Şah Abbasın hakimiyyəti illərində onun 
həyata keçirdiyi hərbi islahatlar əsnasında yaradılan qulam, tüfəng-
çi, topçu adlı nizami alayların sayı birlikdə 44000 nəfərdən çox 
olmamışdır (181, 107, 108). 
 
«Təzkirət  ət-müluk»da göstərilir ki, topxananın yüzbaşı, 
minbaşı, topçu və carçılarının ağsaqqalı topçubaşı olub, onun illik 
məvacibi 500 tümən idi (132, 14, 63). Ona tabe olanların tiyulu, 
maaşı, həmesalesi, baratı  və mükafatı barədə topçubaşının təsdiqi 
üzrə alicah böyük divan vəziri tərəfindən yazılı hökm verilib, bu 
işlər üçün buraxılan tənxah alınırdı. Topçu, minbaşı, yüzbaşı, 
carçıbaşı  və carçıların təyin olunması  və onlara maaş, həmesale 
verilməsi üçün topçubaşının məlumatı  əsasında alicah ali divan 
vəziri təliqə yazdıqdan sonra, şahın fərmanı verilirdi. Mübarək 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə