Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   54   55   56   57   58   59   60   61   ...   111

 
173 
 
 
bəy Rumluya görə Seyid Abdullah Təbrizin böyük seyidlərindən idi 
(77, 150; 28, 49; 128, 242, 243). H.930-cu (1524) ildə  sədrlik 
vəzifəsi yenidən  şərikli halda Mir Qəvaməddin Hüseyin Nəqib 
İsfahani ilə  Əmir Cəmaləddin Məhəmməd Astrabadiyə tapşırılır 
(128, 326; 77, 184; 28, 54, 59). 
Ümumiyyətlə, I Şah  İsmayılın hakimiyyəti dövründə  sədr, 
istərsə də digər məmurlar tez-tez dəyişdirilirdi. Bu, bizim fikrimizcə 
Azərbaycan Səfəvi dövlətinin möhkəmləndirilməsi məsələsi ilə 
əlaqədar idi. 
1524-cü ildə Mir Cəmaləddin Məhəmməd sədr təyin edildi. H. 
935 (1529)-ci ildə isə Mir Nemətulla Hilli və  Əmir Qəvaməddin 
Hüseyin ortaq sədr oldular (77, 224; 108, 60). İkinci 1530-cu ildə 
vəfat edir və Mir Nemətulla sədrlikdə Mir Qiyasəddin Mənsurla 
şərik oldu (77, 234; 108, 60).  
Həsən bəy Rumlunun məlumatına görə, 1532-ci ildə Mir 
Qiyasəddin Mənsur sədr vəzifəsindən azad edilir və onun yerinə 
əmir Müizəddin Məhəmməd  İsfahani təyin edilir (77, 244). O, 
1537-ci ildə tutduğu vəzifədən azad edilmiş  sədr vəzifəsi  Şüştər 
seyidlərindən Mir Əsədulla Məraşiyə verilmişdi (77, 278). 
H.970-ci il zilhiccə ayının  əvvəllərində (1563-cü il iyulun 
ortaları)  Əmir Tağıəddin sədr vəzifəsindən azad edildi, sədrlik 
vəzifəsi mahal üzrə iki şəxsə - İraq, Fars, Xuzistan, Astrabad məş-
hur seyidlərdən olan Mir Məhəmməd Yusifə, həmin ilin zilhiccə 
ayının ikinci on günlüyündə Xorasan, Azərbaycan,  Şirvan keçmiş 
sədr  Əmir  Şəmsəddin  Əsədulla Mərəşinin oğlu Mir Zeynəddin 
Seyid  Əliyə tapşırılır (77, 319; 120, 308; 85, v.329a; 156, 261). 
Əbdi bəy Şirazi yazır ki, 1568-ci ildə Mir Seyid Əli Şüştəri ilə Mir 
Məhəmməd Yusif vəzifədən azad edilib, şərik olmaqdan da xilas 
oldular (28, 125). Ancaq Əbdi bəy Şirazinin göstərdiyi kimi, adları 
çəkilən sədrlər vəzifədə  şərik olmayıb, tutduqları  vəzifəni mahal 
üzrə icra etmişdilər. Bu halda vəzifə  ərazi  əlaməti, yəni divan və 
xassə üzrə deyil, sadəcə olaraq mahal üzrə bölünürdü. 1568-ci ildə 
sədr vəzifəsi Qiyasəddin Mir Miran ibn Əmir Muizəddin 
Məhəmməd Nəqib  İsfahani Mir Miraniyə  həvalə edilir (28, 125). 
Ondan sonra ali sədr Mir Əbuvəli Əncəvi olur. 1587-ci ildə dövrün 


 
174 
 
 
məşhur seyidlərindən olan Mir Əbuvəli Əncəvi ali sədr vəzifəsindən 
azad edilir və yerinə Seyid Mirzə Bürhan Seyfi Hüseyni Qəzvinin 
oğlu Qazi xan sədre müəzzəm mənsəbinə  təyin olunur (80, 719, 
863). 1619-cu ildə Qazi xan Seyfi əl-Hüseyni tutduğu vəzifədən 
azad edilir və bu vəzifəyə Rezəvi məqbərəsinin mütəvəllisi, Musəvi 
Torbət Heydəriyyə seyidlərindən olan Qazi Sultan Torbəti təyin 
edilir (80, 928). Sədr Mir Cəmaləddinin qardaşı oğlu və Səfəvilərə 
qohum olan Mirzə  Rəzi I Şah Abbasın «on dörd məsumə» vəqf 
etdiyi əmlakın mütəvəllisi, möhürdar və həm də sədr təyin edilir ki
artıq onun sonuncu vəzifəsi divan ül-sədarədə sədr-e xassəyə uyğun 
gəlir. Onun mənsəbi  Şahın qızından olan oğlu Mir Sədrəddinə 
tapşırılır. Bu zaman Qazi xanın yerinə Rezəviyə, yəni nurani 
asitanənin feyzəsərli idarəsinə mütəvəlli təyin edilmiş  və Mazan-
daran seyidlərindən olan Mirzə  Rəfi  Şəhristani bir müddət sədr 
olmuş, 1625-ci ildə vəfat etmişdir. Onun yerinə məşhur seyidlərdən 
olan Mir Şücaəddin sədr olmuşdur (80, 1089-1090). 1632-ci ildə 
sədr vəzifəsinə dövrün məşhur seyidlərindən Seyid Hüseyn 
Müctəhid oğlu Mirzə Məhəmməd təyin edilmişdi. O, I Şah Abbasın 
dövründə  vəqiyənəvis vəzifəsində  işləmişdi (130, 84). "Abbas-
namə"nin verdiyi məlumatlardan aydın olur ki, II Şah Abbasın döv-
ründə  də dini divana rəhbərlik etmiş  sədrlərdən Mirzə  Həbibulla
onun oğlu Mirzə Məhəmməd Mehdi , Mirzə Qəvaməddin zamanın 
məşhur seyidlərindən olub, həm də  şahlıq sülaləsi ilə qohumluq 
əlaqələri vardı. (125a, 21, 51, 110)    
Qeyd olunanlardan göründüyü kimi sədr vəzifəsi I Şah 
Abbasa kimi, onun da dövründə və ondan da sonra dövrünün adlı-
sanlı seyidlərinə tapşırılırdı. Bu barədə  İskəndər bəy Münşi yazır: 
«Bu vəzifə fazil, yüksək dərəcəli və  təmiz seyidlərdən başqa 
digərlərinə verilmir» (80, 144). Həm də  sədr vəzifəyə  təyin edilən 
seyidlər Səfəvi  Şahlıq sülaləsindən qız alır və qohum olurdular. 
Göründüyü kimi, onlar fars ünsürü deyildilər. Engelbert Kempfer 
yazır ki, Şah 1670-ci ildə sədr vəzifəsini iki nəfər arasında böldü ki
onlardan biri qohumu, digəri isə kürəkəni idi (96, 122). 
Ali ruhani idarəsində müxtəlif vəzifələrdə çalışan yüksək 
rütbəli din xadimləri, sədrlər əsasən seyid nəslinə mənsub olub bir 


 
175 
 
 
çoxu isə Səfəvi Şahlıq sülaləsinə qohum olduqlarına görə onları fars 
ünsürü hesab etmək doğru deyildir. Məhəmməd Yusif Qəzviniyə 
görə yüksək dərəcəli seyidlər Məşhəd, Səbzəvar, Astrabad, Qum, 
Ərdəbil və Təbrizdə məskun idi (128, 399).  
Qeyd etmək lazımdır ki, mənbələrdə ali ruhani idarəsinin 
başçısı olan sədrlərdən  ətraflı  bəhs edildiyi halda, əyalət sədrləri 
haqqında çox az məlumat vardır. Alman alimi Röhbörn də qeyd edir 
ki, qaynaqlarda Şah İsmayıl dövründə yalnız Xorasan sədrinin, Şah 
Təhmasibin dövründə isə Şəki və Şirvan, Gilan sədrinin adı çəkilir. 
Onun fikrincə bu məsələ qaynaqlarda sədr ilə şeyx ül-islam termin-
lərinin sinonim kimi işlənməsi ilə əlaqədardır (100, 109). 
Əslində onun bu fikiri ilə razılaşmaq olmaz. Ona görə ki, 
sədrlik vəzifəsi ilə  şeyx ül-islam vəzifələri və onların hüquqları 
arasında çox fərq var idi. Digər tərəfdən şeyx ül-islamın özünü də 
sədr təyin edirdi. Şah Təhmasibin H.961-ci il ramazan (iyul 1554) 
tarixli fərmanı Azərbaycana sədrlərin təyinatı məsələsini öyrənmək 
üçün mühüm fakt kimi qəbul oluna bilər. Həmin fərmandan aydın 
olur ki, qeyd olunan tarixdən qabaq Şirvan və Şəki ölkəsinin sədri 
Əmir  Əbdürrəzzaq idi. Bu fərmanda  Əmir  Əbdürrəzzaqın  Şəki və 
Şirvanda sədr vəzifəsində qalması  təsdiq edilir. Fərmanda deyilir: 
«…onun və nümayəndələrinin ixtiyaratını qüvvətli və  qəti bilib, 
onun sədrlik haqqı pullarını qayda üzrə çatdırsınlar. Oranın (Şirvan 
və Şəkinin – Z.B.) baş və kiçik qazılarının vəzifədən götürülməsi və 
vəzifəyə  təyin olunmasını  məzkur sədrin işinə aid olduğunu bil-
sinlər. Abdulla xan (Şirvan bəylərbəyi – Z.B.) bu sahədə tam yar-
dım və xeyirxahlıq göstərsin və  hər il yeni hökm tələb etməsin» . 
Digər fərmanda başqa bir məsələ  də aydınlaşır. Bu da ondan 
ibarətdir ki, Şah Təhmasib h.957-ci il ramazan ayında (sentyabr, 
1550) fərman vermiş  və  həmin fərman  əsasında Mir Sultan ləqəbi 
almış Əbdürrəzzaq h.957-ci ilə qədər yalnız Şirvan əyalətinin sədri 
olmuş, h.957-ci il fərmanı  əsasında o, həm də  Şəkiyə  sədr təyin 
edilmişdir (46, 65-66, 121-122, 124). Fərmanda sədrin vəzifəsi və 
hüquqları da müəyyən dərəcədə öz əksini tapmışdır. Orada deyilir 
ki, həmin məmləkətin bütün qazıları, möhtəsibləri, şəri işlə məşğul 
olan məsul işçiləri ona itaət edib, onun hökmü ilə işdən çıxarılıb işə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə