197
şeyxlərinin idarəetmə qaydalarına əsasən hər hansı bir sufinin və ya
namizədin mürşid-i kamilin sözünü və göstərişini rədd edərsə, ona
necə cəza veriləcəyini yaxşı bilirsinizmi?» Onlar dedilər: «Bir halda
ki, mürşid-i kamilin iradəsi əleyhinə çıxılır və ona itaət edilmir,
onda bütün səhv və günahlar rədd edilməlidir». Şah dedi: «Elə isə
nə üçün xüləfa (Hüseynqulu) mənim sözlərimi rədd etdi». Bu
xüləfaya (Hüseynquluya) çatdırıldı. Səhər o, Şahın yanına gəldi ki,
öz üzürxahlığını bildirsin və ona bəzi hadisələri danışsın. O, eşik
qapısına çatanda Şahdan məsləhət almış eşikağaları və naiblər onun
yolunu kəsdilər və dedilər: «Bura sənin dövlətxanan olmayıb Şahın
iqamətgahıdır. Şahın xeyli vaxtdan bəri şahlıq etdiyi bu yer
Qızılbaşların baş dövlətxanasıdır. Sən bizim mürşidimiz olan Şaha
qarşı çox böyük səhvdə və bəzi çatışmazlıqlarda günahlandırılırsan.
Mürşid-i kamil sənin günahını gözdən keçirib qərara gəlməyincə
sufi idarə təcrübəsinə əsasən sənə Şahın həyətinə daxil olmağa icazə
verilmir. Mürşid-i kamil gəlib səni öz rahat sarayında görməyincə
sən burada giriş qapısı ilə üzbəüz otur». Xüləfa (Hüseynqulu) heç
vaxt eşitmədiyi və gözləmədiyi bu əmrin qarşısında dayandı və
günortaya kimi qapı ağzında oturdu. İsmayıl Mirzə ona adam
göndərib dedi ki, öz evinə qayıtsın, ona nə lazımsa ayrıca deyəcək.
Hüseynqulu xüləfa bu hadisədən çox məmnun oldu və hamı belə
hesab edirdi ki, Şah gedib bəzi şeyləri aydınlaşdıracaq. Hüseynqulu
xüləfa evdə oturub iki gün gözləsə də, Şah tərəfindən verilən sözə
heç də əməl olunmurdu. Rumlu əmirləri onunla adi dostluğu davam
etdirirdilər. Üçüncü gün Şah Rumlu Əmiri Dəli Budağı yanına
çağırıb soruşdu ki, Hüseynqulu xüləfa özünü necə hiss edir? O
cavab verdi: «O təəssüf hissi keçirir və Şahın əmrinə qarşı çıxdığına
görə vicdan əzabı çəkir və Şahın hər əmrini yerinə yetirməyə
hazırdır». İsmayıl Mirzə dedi: «Əgər bu doğrudan da belədirsə, o
mənim əmrlərimə tabe olursa, mən ona elə bir vəzifə göstərərəm ki,
o öz vəziyyətini hər iki dünyada yaxşılaşdırar. Biz onu Məşhəddəki
qorçuların qorçubaşısı təyin edirik. Bu ona insanlar arasındakı
günahlarını bu dünyada Xorasanda və o biri dünyada
bağışlanmasına kömək edəcəkdir». Dəli Budaq, Rumlu əmirləri və
xüləfanın başqa adamları başa düşdülər ki, İsmayıl Mirzənin ona
198
etibarı yoxdur. Nəticədə onların hamısı ondan uzaq olmağı üstün
tutdular. Nə Rumlu tayfasından bir kəs, nə bir xidmətçi onun evinə
getmədi. O isə dəhşətli bir məğlubiyyət içərisində gözləyirdi. Bu
vaxt Dəli Budaq gəlib çıxdı və ona hökmdarın məktubunu gətirdi.
Dəli Budaq ona danışmağa imkan vermədi. Onu ata oturtdu və
şəhərdən kənara çıxartdı və geriyə qayıtdı. Onun silahlarını və
başqa hərbi ləvazimatını da ata yükləyib yola saldı. Hüseynqulu
xüləfa Damğana çatanda, Damğanın hakimi Əli xəlifə Ağca
Qoyunlu ona hökmdarın məktubunu göstərdi və dedi ki, o, başqa bir
neçə əmri də yerinə yetirmək üçün Damğanda qalmalıdır. Bir neçə
gündən sonra Kor Şahəli Rumlu Şahın əmri ilə Damğana gəldi və
Hüseynqulu xüləfanın gözlərini çıxartdı (80, 202, 203, 214-297;
128, 519-525).
Beləliklə, II İsmayıl Hüseynqulunun gözlərini kor edərək
xüləfalıqdan uzaqlaşdırsa da, yerinə yenə də Türk-Qızılbaş əsilzadə-
si olan Bulqar xəlifəni qoymuşdu. Ancaq şiələri mötədil bir hala
gətirməklə və sünnilərin sıxışdırılmasına qarşı çıxmaqla Osmanlı-
larla aralarındakı ixtilafları aradan qaldırmağa çalışan II İsmayılın
baş tutmayan dini islahatları Bulqar xüləfanın təpkisi ilə qarşılaş-
mışdı. Şah dini məclislərin birində xəlifət əl-xüləfa qoyduğu Bulqar
xüləfadan həzrəti Ayişənin lənətlənməsi ilə bağlı düşüncələrini
sormuş, o da «küfr etmək haramdır; amma lənət etmək - işi Allaha
həvalə etmək deməkdir...» cavabını vermişdir. «Sən saf bir kişisən,
sənə bunu kim öyrətdi» deyə soran Şaha o, «Mərhum Təhmasib za-
manında üləmadan duydum» demişdi. Bulqar xüləfa vəzifə-
dən uzaqlaşdırıldı, ancaq onun vəzifəsi yenə də türk Ustaclı tayfa
əmirlərindən Dədə bəyə verildi (80, 214; 108, 97; 3, 393; 67, 116).
Qaraqoyunlulardan başlayaraq I Şah Təhmasibin hakimiyyəti-
nin ortalarına qədər mövcud olan vəkilliyi ilk baxışdan belə görünür
ki, II Şah İsmayıl bərpa istəyində olmuşdu. Ancaq vəkalət uğrunda I
Təhmasib dövründə Qızılbaş əmirləri arasında gedən çarpışmaların
dövləti zəiflətməsini II İsmayıl çox yaxşı bilirdi. Əslində o bu idarə
üsulundan istifadə etmək fikrində deyildi. Bunu dərk edən
Hüseynqulu xüləfa da xəlifət əl-xüləfalığı «mənsəbi ali-yi vəkalət-i
divan-i ala naebat-i nəfs-i humayun»dan üstün tutmuşdu.
199
Hüseynqulu xüləfaya təklif olunan bu vəzifə isə əslində onun
xüləfalıqdan azad edilib. mərkəzdən uzaqlaşdırılması siyasətindən
başqa heç bir məqsəd güdmürdü.
Xəlifət əl-xüləfaya gəldikdə isə bu idarə ilk Səfəvilərdən
başlayaraq I Şah İsmayılın dövründə də mürşid-i kamillə mürid
arasında əlaqə yaratmaqla dövləti möhkəmləndirmək işinə xidmət
edirdi. II Şah İsmayıl və I Şah Abbas da çox çətin vaxtlarda «Şah
sevən» elan edərək inanılmış sufiləri ətrafında birləşdirib onların
keçmiş ideologiyasına arxalanmışdılar. Ancaq Hüseynqulu xüləfa-
nın özünü müridləri üzərində mürşid-i kamil hesab etməsi, dövlət
işlərinə qarışması II İsmayılı xəlifət əl-xüləfa nəzəriyyəsinin tarixi
keçmişinə baxmağa məcbur etmişdi. O, mürşid və müridlərin
arasında əlaqələri müqayisə edərək belə bir fikir üzərində dayandı
ki, sonrakı (yəni mürid) əvvəlkinə sorğu-sualsız tabe olmalıdır. Bir
dəfə II İsmayıl belə söylədi ki, Hüseynqulu xüləfa yox, onun özü əsl
mürşid-i kamildir. Xəlifət əl-xüləfa mürşid-i kamil tərəfindən
verilən hər əmrə tabe olmalı, onu yerinə yetirməlidir. «Tarix-i
alamara-yi Abbasi» bunu da aydınlaşdırır ki, xəlifət əl-xüləfa Şahın
bu fikrini tez başa düşmədi və istəyini özünün acgözlük cəhdi kimi
qiymətləndirmədi. Onun Rumlu tərəfdarları da onun cinayətinin
böyüklüyünü görə bilməmişdilər. Ancaq fikirləşmişdilər ki, ona
qarşı çıxmaqdansa, ona tabe olmaq daha yaxşıdır. Hətta, Şah
mürşid-mürid əlaqəsindən xəlifət əl-xüləfanıın məhv edilməsində
bir vasitə kimi istifadə edəndə də Qızılbaşlar, bunu ciddi bir iş kimi
qəbul etməmişdilər. Bu hadisələrin onlara qarşı ənənəvi qaydada
qurulmuş bir oyun 0lduğunu düşünməməişdilər. Əslində II İsmayıl
Səfəvi dövlətini möhkəmləndirməklə yanaşı, Osmanlılarla müna-
sibətləri daha da yaxşılaşdırmaq istəyirdi. Onun yarımçıq qalan,
yəni həyata keçirə bilmədiyi dini islahatı bu məqsədə qulluq edirdi.
O, şiəliyi mötədil bir hala gətirməklə sünniliyin sıxışdırılmasına
qarşı idi. Əsərində II Şah İsmayılın dini islahatlarının mahiyyətini
doğru şərh edə bilməyən Oruc bəy Bayatın fikrinə görə guya Şah
xalqa elan etmişdir ki, şiəlikdən əl çəkib sünnülüyü qəbul etsinlər.
Əslində Şah, şafiliyə meyilli olub, hər iki məhzəbə qulluq edənlərin
bir yerdə bərabər hüquqlarla yaşamasını istəyirdi. Həzrəti Ayişənin
Dostları ilə paylaş: |