203
olmuşdular. Lakin hazırkı vaxtda çox aşağı bir vəziyyətdədirlər.
Ona görə ki, onların gecələr bir yerə toplanıb iclas və ya yığıncaq
keçirmələrinə icazə vermirlər. Hazırda sufilər qapıçılıq, pişxidmət-
lik və ona bənzər işlər görürlər. Ədliyyədə ancaq icraçı vəzifələri
onlara tapşırılır. Lakin yenə də ölkənin
bütün əmirləri və yüksək
rütbəli şəxsiyyətləri sufilər arasından seçilirlər. Şah da onların rəisi-
dir. Şahı xaricilərdən başqa heç kəs «sufi» adlandırmır. Ona görə ki,
İranda (Səfəvidə-Z.B.) bu addan bir çox adamın xoşu gəlmir (106,
56-57). Sansonun qeydlərindən göründüyü kimi, hakimiyyətin
möhkəmləndirilməsi üçün sufilərin hüquqları məhdudlaşdırılaraq
onların üzərində ciddi nəzarət yaradılmışdı. Ancaq İsfahanda bu
adın bir çox adamları rahatsız etməsinə baxmayaraq dövlət qurulu-
şunda onlar öz nüfuzlarını tam itirməməmişdilər və onu yenə də
qoruyub saxlayırdılar.
Apardığımız araşdırmadan məlum olur ki, Səfəvilər dövlətinin
mahiyyəti ilə bağlı olaraq yaranmış xəlifət əl-xüləfa institutu XVI-
XVII yüzilliklər boyu müəyyən dəyişikliklərə uğramaqda idi. Bu ilk
növbədə Şah hakimiyyətinin özünün dəyişməsi ilə paralel davam
edirdi. Belə ki, Şah hakimiyyəti getdikcə güclənib
daha çox dünyəvi
mahiyyət aldıqca Şahın «pir», «mürşid-i kamil» kimi çıxış etməsi
halları azalırdı. Bu proses həm də xəlifət əl-xüləfanın səlahiyyət və
hökmünün getdikcə azalması ilə müşahidə olunurdu.
204
III FƏSİL
TÜRK QIZILBAŞ ƏMİRLƏRİNİN İNZİBATİ
İDARƏ SİSTEMİNDƏ YERİ
§1.İnzibati quruluş
Azərbaycan Səfəvi imperatorluğu Fəratdan Qəndəhara,
Qafqazdan Hind okeanına qədər 2.800.000 km
2
ibarət geniş bir
ərazini əhatə edirdi. Bu geniş ərazi təbii sərhədləri ilə bir-birindən
ayrılan vilayətlərə bölünürdü. Mirzə Səmia «Təzkirət əl-müluk»
adlı əsərində imperatorluğun Ərəbistan, Luristan, Gürcüstan,
Kürdüstandan ibarət dörd valiliyə və on üç bəylərbəyiliyə bölün-
düyünü qeyd etmişdir. O yazır ki, Ərəbistan valisi şəxsi şücaəti və
elinin
nüfuzuna görə şan-şöhrətli, həm də yüksək rütbə sahibi idi.
Luristan valisi isə müsəlman olub, dövlət qarşısında xidmətinə görə
Gürcüstan valisi ilə müqayisədə daha etibarlı hesab edilir və ikinci
yerdə dururdu. Nüfuzuna görə üçüncü yeri tutan Gürcüstan
valisindən sonra dördüncü yerdə Kürdüstan valisi dayanırdı (132, 4,
5). Bəylərbəyiliklərdən isə birinci Qəndəhar, ikinci Şirvan, üçüncü
Herat, dördüncü Azərbaycan,
beşinci Çuxur-Səd, altıncı Qarabağ və
Gəncə, yeddinci Astrabad, səkkizinci Kuhgiluyə (Fars), doq-
quzuncu Kirman, onuncu Mərvi Şahicahan, on birinci Qələmrov-i
Əlişəkər ölkəsi (Həmədan), on ikinci Məşhəd-i müqəddəs-i müəlla,
on üçüncü Darüssəltəney-i (paytaxt) Qəzvindir (132, 4, 5).
Müəllifin Qəzvinin həm paytaxt və həm də on üçüncü bəylərbəyilik
olduğunu qeyd etməsi, bu inzibati bölgünün I Şah Abbasdan əvvəlki
dövrə aid olduğunu göstərir. Ona görə ki,
XVII yüzillikdə Təbriz,
Qəzvin və Herat şəhəri də «darüssəltənə» ünvanına malik idi.
Sultanın iqamətgahının yerləşdiyi şəhər, yəni İsfahan isə
«məğərərüssəltənə» adlanırdı (103, 184). Digər tərəfdən isə XVII
yüzilliyin 80-ci illərində Qəzvin xassə olduğuna görə, birbaşa
mərkəzə tabe olub, Sansonun yazdığı kimi, darğa tərəfindən idarə
edilir (106, 6), yəni buradakı darğa əslində hakim statusuna malik
idi.
205
Engelbert Kempferin yazdığına görə, Səfəvi imperiyası I Şah
Abbas tərəfindən Fars, Xorasan, Azərbaycan, Gilan və Mazandaran,
İraqi-Əcəmdən ibarət beş əsas əyalətə bölünmüşdü. Fars əyaləti İran
körfəzinə qədər uzanır. İyirmi
mahala bölünür ki, onlardan ən
böyüyü əyalətin mərkəzi Şiraz şəhəri idi. Xorasan Hindistana qədər
geniş ərazini əhatə edir, qırx mahala bölünür, mərkəzi Məşhəd olub,
eyni adlı mahaldan başqa üç digər mahal da ona tabedir. Səfəvi
imperiyasının metropoliyası olan Azərbaycanın Şimal-Qərbdən
Osmanlı sərhədinə qədər əhatə etdiyi və İrəvanın da onun tərkibinə
daxil olduğunu qeyd edən E. Kempfer bu əyalətin əlli beş mahala
bölündüyünü, mühüm ticarət şəhəri Təbrizin onun mərkəzi
olduğunu, eyni adlı mahaldan başqa doqquz digər mahalın
da ona
tabe olduğunu qeyd edir. O, Gilan və Mazandaranın iyirmi bir
mahala bölündüyünü, əyalətin mərkəzinin Astrabad olub, eyniadlı
mahalla yanaşı, iki digər mahalın da Astrabada aid olduğunu, İraqi -
Əcəm əyalətindəki İsfahan şəhərini imperiyanın mərkəzi olub,
eyniadlı mahal və dörd digər mahalın da ona tabe olduğunu yazır
(96,157,158). Fars əyalətində Luristan, Xuzistan, Kürdüstan və
Sistan; Xorasanda Məşhəd, Herat,
Xorasan, Qəndəhar; Xəzər sahi-
lində Astrabad; Azərbaycanda Təbriz, İrəvan, Dağıstan, Azərbay-
can, Qarabağ, Gürcüstan və Şirvan; İraqi-Əcəmdə Kuhgiluyə və
Həmədan bəylərbəyilik idi. Müəllifin yazdığına görə bəylərbəyilik
arasında bir neçəsi nüfuzu və qədimliyi baxımından digərlərindən
üstün olub, onların hakiminə vali deyə müraciət edilirdi. Gürcüstan,
Xuzistan, Luristan, Dağıstan
valiləri əsilzadə olub, Səfəvilərdən
əvvəl adları çəkilən nahiyələrə başçılıq etmiş hakimlərin nəslindən
idilər (96,161).
Sansona görə, bu ölkədə valilər tərəfindən idarə olunan on
nahiyə vardı ki, onlar Gürcüstan, Luristan, Həvize (Ərəbistan),
Bəxtiyari, Zeytun-Ərdalan (Kürdüstan), Mazandaran, Çərkəz,
Herat, Qəndahar, Kirmandan ibarət idi (106, 58). Sanson sonralar
valilərin sayının Şah tərəfindən azaldıldığını və onların yerinə
bəylərbəyi təyin edildiyini yazmışdır.
Səyyaha görə əvvəl vali
tərəfindən idarə olunan Kirmana, Luristana bəylərbəyi təyin
olunmuşdu (106, 59). Sanson qeyd edir ki, valilər tərəfindən idarə