Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   61   62   63   64   65   66   67   68   ...   111

 
194 
 
 
ildə Gilandan Göyçə  dənizinə (gölünə-Z.B.) doğru hərəkət etdiyi 
vaxtda xəlifət  əl-xüləfa Xadim bəy də onunla birlikdə olmuşdu 
(115, v.l2a, 17a). 1500-cü il Cabanı savaşından sonra o Xəzər dənizi 
kənarında Səfəvilərə qarşı qoşun toplayan Şeyxşah ibn Fərrux 
Yasərə qarşı göndərilmişdi. Əbdi bəy Şirazi Xadim bəyə xəlifət əl-
xüləfa mənsəbinin məhz bu zaman verildiyini qeyd edir (28, 32). 
Şeyxşaha qarşı göndərilən xəlifət  əl-xüləfa onun üzərində  qələbə 
çalıb, Şəhrinovu aldıqdan sonra Bakı müharibəsinə sufiləri ilə daxil 
olur və Bakı da tutulduqdan sonra o bir müddət adları çəkilən bu iki 
mahalı hakim hüquq ilə idarə etmişdir. Xüləfa bəy 1514-cü ildə 
Çaldıran döyüşündə öldürülmüşdür (115, v.43b, 55b; 20, 52). 
Dövlətin mühüm dayaqlarından biri olan xəlifət  əl-xüləfa bu 
vəzifəyə  Şahın fərmanı ilə  təyin edilirdi. H.945 (1538-39)-cu ildə 
Şah Təhmasibin Mövləna Rəziəddin Məhəmmədin xəlifət əl-xüləfa 
qoyulması ilə bağlı fərman verməsi bəllidir. Bu fərmanda göstərilir 
ki, xəlifət əl-xüləfa dini yığıncaqları keçirməli, əhalini pis işlərdən 
çəkindirməli, məscid binalarını, mədrəsələri, təkiyyələri, müqəddəs 
məzarları  təmir etdirməli və müsəlmanları dini vəzifələri yerinə 
yetirməyə yönəltməlidir... Fərmanın sonunda göstərilirdi ki, hör-
mətli seyidlər, qazılar, hakimlər, vəzirlər, kələntərlər, digər şəxslər 
ondan başqa hökm tələb etməsinlər (91, №2,
 
99). Bu fərmandan 
aydın olur ki, dövlət aparatında çox geniş hüquqları olan xəlifət əl-
xüləfa ilə Şah arasında körpü salan başqa bir məmura heç bir vaxt 
ehtiyac olmamış  və onlar birbaşa  əlaqədə idilər. Buradan Röcer 
M.Seyvorinin vəkil-i nəfisi nafis-i humayunun Şahla xəlifət  əl-
xüləfa arasında vasitəçiliyi haqqında yazısının yanlışlığı tam üzə 
çıxır. O, 1508-ci ildən 1524-cü ilə kimi, yəni I Şah  İsmayılın 
vəfatına qədər beş  nəfərdən çox farsın «uğurla» vəkil vəzifəsini 
tutduğunu yazır. Onun fikrincə qızılbaşların vəzifədən uzaqlaşdırıl-
ması  Şahın bir yandan onları hakimiyyətdən silmək, o biri yandan 
isə dövlətdə xoşa gəlməyən türk və iran elementlərini birlikdə 
əritmək arzusu ilə izah edilməlidir (211, 498). Müəllif daha sonra 
belə bir cəhdin baş tutmadığını yazsa da, onun irəli sürdüyü 
mülahizə  əslində yanlışdır. Ona görə ki, əvvəla, I Şah  İsmayılın 
sayca türk olmayan bir neçə  əsilzadəni vəkil təyin etməsini qızıl-


 
195 
 
 
başların hakimiyyətdən silinməsi cəhdi ilə bağlamaq düzgün deyil-
dir. Belə olsaydı, I Şah İsmayılın dövründə Şamlılardan Hüseyn bəy 
Lələ, Rumlulardan Div sultan vəkil vəzifəsini tuta bilməzdilər. I 
Təhmasibin (1524-1576) hakimiyyəti illərində isə vəkilin bir qayda 
olaraq Qızılbaş əyanlarından seçildiyi məlumdur (24, 49-53). 
Hələ I Şah İsmayıl hakimiyyətə keçməmişdən bir qədər əvvəl 
təşkil etdiyi saray təşkilatı da bütövlükdə Azərbaycan türk tayfa 
başbilənlərindən ibarət idi (20, 40-41; 115, 43a-43b). I Şah İsmayıl 
hakimiyyətə keçdikdən sonra mərkəzdə  və yerlərdə  vəzifələrə 
Azərbaycan türklərinin təyin olunması  Səfəvilərin hakimiyyətinin 
sonuna qədər davam etmişdir. O, XV yüzilliyin sonundakı 
dağınıqlığı aradan qaldırıb, hakimiyyətə keçərkən Azərbaycan türk 
dilini də dövlət, saray, rəsmi diplomatiya dili yüksəkliyinə qal-
dırımşdı. İ.P.Petruşevski bu barədə yazır ki, Səfəvilər sarayında və 
orduda da Ön Asiyanın bütün türkdilli tayfalarına aydın olan 
Azərbaycan dilində danışılırdı. Qızılbaş tayfalarından heç biri fars-
lara qarışmamış və onların dilini qəbul etməmişlər. Onlar Azərbay-
can hüdudlarından kənarda da yayılmış Azərbaycan dilində danı-
şırdılar. Səfəvilər də bu dildə danışırdılar. I Şah  İsmayıl (1487-
1524) Xətayi ayaması ilə bu dildə şeir yazırdı (181, 71, 79). Bütün 
bunlar Seyvorinin mülahizələrinin düzgün olmadığını göstərir. 
Ancaq iş bundadır ki, iqtisadi inkişafa uyğun üstqurumda genişlən-
mə ilə yanaşı, dini və siyasi idarələr bir-birindən getdikcə uzaqlaş-
mağa başlamışdılar. Mülki və dini idarələrin vəzifələrinin getdikcə 
yığcam  şəklə düşməsi xəlifə institutuna və  xəlifət  əl-xüləfanın 
dövlətdə nüfuzuna təsirsiz qalmırdı. Xəlifə institutunun başçısı 
xəlifət əl-xüləfanın dövlətin siyasi həyatında rolu getdikcə azalmaq-
da idi. Ancaq vaxtilə siyasi hakmiyyət uğrunda mübarizədə aparıcı 
qüvvə kimi çıxış etmiş sufilər pirdən sonra ikinci başbilən sayılan 
xəlifət  əl-xüləfa hüquqlarındakı  dəyişikliklərlə hesablaşmırdılar. 
Dövrün qaynaqlarında II Şah  İsmayıl (1576-1577) ilə  xəlifət  əl-
xüləfa Hüseynqulu Rumlu arasında baş vermiş faciəli hadisə təsvir 
olunur. Hüseynqulu Rumlu hələ şah Təhmasib dövründə xəlifət əl-
xüləfa təyin olunmuşdu.  İsgəndər bəy Münşi yazır ki, nə bayrağa, 
təbilə, nə  də  hərbi dəstəyə malik olmamasına baxmayaraq, çox 


 
196 
 
 
nüfuzlu olmaqla Diyarbəkr və Kiçik Asiyadan gələn sufilər ona tabe 
idilər.  İsmayıl Mirzə hakimiyyətə keçənə  qədər  əmrlər hər gün 
Hüseynqulu xüləfanın evinə toplaşaraq onunla məsləhət edirdilər 
(80, 105, 140, 197). Şah Təhmasibin vəfatına kimi Rumlu, Əfşar, 
Təkəli tayfalarının başçıları İsmayıl Mirzənin tərəfdaşları kimi çıxış 
etmişdilər ki, onların içərisində  ən nüfuzlusu Hüseynqulu xüləfa 
Rumlu idi. O, Səfəvi sarayında xəlifət əl-xüləfa vəzifəsini icra edir 
və  Səfəviyyə  təriqəti üzrə  Şahın naibi hesab olunurdu. Şah, yaxud 
mürşid-i kamildən sonra xəlifələr xəlifət  əl-xüləfanın hökmlərini 
Şahın buyruqları kimi qəbul edərək ona itaət edirdilər.  Şah 
Təhmasib vəfat etdikdə on min nəfərə yaxın sufi mərkəzə toplaşıb 
Hüseynqulu xüləfanın göstərişlərini gözləyirdilər (133, c.I-II, 32-
33). 
İyirmi ilə qədər Qəhqəhə həbsxanasında dustaq olmuş İsmayıl 
Mirzə 1576-cı ildə hakimiyyətə keçdikdən sonra ətrafındakı 
sədaqətli adamlara da şübhə ilə yanaşmış  və  şəxsi mənafeyinə 
qorxu törədə biləcək hər kəsi məhv etməyə başlamışdı. Çox 
keçmədən xüləfa da onun şübhələrinin qurbanı oldu. Bu barədə 
«Tarix-i alam ara-yi Abbasi» daha ətraflı  məlumat verir. İsmayıl 
Mirzə Xüləfaya öz inamını itirmişdi və  əmr etdi ki, o ancaq 
«mənsəb-i ali-yi vəkalət-i divan-i ala və naebati-yi nəfs-i 
humayün», yəni  Şahın naibi idarəsini özünə götürsün, əks halda 
xəlifət əl-xüləfa idarəsi başqasına veriləcək. İsmayıl belə fikirləşirdi 
ki, nə  qədər ki, sufilər xüləfanı (Hüseynqulunu) özlərinə  xəlifə, 
mürşid-i kamilin naibi hesab edirlər, onun (Şahın)  əmrləri ikinci 
dərəcəli olacaqdır. Bu vaxt Qəzvində 10.000 nəfər sufi var idi və 
xüləfa hakimiyyətə onların köməyi ilə təsir edirdi. İsmayıl xüləfanı 
sınaqdan keçirmək qərarına gəldi və ona dedi: «Sənin hakimiyyətin 
həddini keçib, sən ancaq vəkil-i divan-i alini özünə götürməlisən». 
Hüseynqulu cavab verdi: «Mən xəlifət  əl-xüləfanın mövqeyindən 
geri çəkilməyəcəyəm və  vəkil vəzifəsi də buna əlavə edilsə lap 
yaxşı olar. Əgər bu mümkün olmasa, mən ancaq vəkalət ilə 
razılaşmayacağam». Ona görə ki, o öz xüləfalığını vəkillikdən üstün 
bilirdi. İsmayıl Mirzə bu sözlərə kədərləndiyini bildirdi. O, Rumlu 
əmirlərinə üzünü tutaraq dedi: «Sufi təcrübəsindən və  Səfəvi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə