Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   64   65   66   67   68   69   70   71   ...   111

 
203 
 
 
olmuşdular. Lakin hazırkı vaxtda çox aşağı bir vəziyyətdədirlər. 
Ona görə ki, onların gecələr bir yerə toplanıb iclas və ya yığıncaq 
keçirmələrinə icazə vermirlər. Hazırda sufilər qapıçılıq, pişxidmət-
lik və ona bənzər işlər görürlər.  Ədliyyədə ancaq icraçı  vəzifələri 
onlara tapşırılır. Lakin yenə  də ölkənin bütün əmirləri və yüksək 
rütbəli şəxsiyyətləri sufilər arasından seçilirlər. Şah da onların rəisi-
dir. Şahı xaricilərdən başqa heç kəs «sufi» adlandırmır. Ona görə ki, 
İranda (Səfəvidə-Z.B.) bu addan bir çox adamın xoşu gəlmir (106, 
56-57). Sansonun qeydlərindən göründüyü kimi, hakimiyyətin 
möhkəmləndirilməsi üçün sufilərin hüquqları  məhdudlaşdırılaraq 
onların üzərində ciddi nəzarət yaradılmışdı. Ancaq İsfahanda bu 
adın bir çox adamları rahatsız etməsinə baxmayaraq dövlət qurulu-
şunda onlar öz nüfuzlarını tam itirməməmişdilər və onu yenə  də 
qoruyub saxlayırdılar. 
Apardığımız araşdırmadan məlum olur ki, Səfəvilər dövlətinin 
mahiyyəti ilə bağlı olaraq yaranmış xəlifət əl-xüləfa institutu XVI-
XVII yüzilliklər boyu müəyyən dəyişikliklərə uğramaqda idi. Bu ilk 
növbədə  Şah hakimiyyətinin özünün dəyişməsi ilə paralel davam 
edirdi. Belə ki, Şah hakimiyyəti getdikcə güclənib daha çox dünyəvi 
mahiyyət aldıqca  Şahın «pir», «mürşid-i kamil» kimi çıxış etməsi 
halları azalırdı. Bu proses həm də xəlifət əl-xüləfanın səlahiyyət və 
hökmünün getdikcə azalması ilə müşahidə olunurdu.  


 
204 
 
 
III FƏSİL 
TÜRK QIZILBAŞ ƏMİRLƏRİNİN İNZİBATİ  
İDARƏ SİSTEMİNDƏ YERİ 
 
§1.İnzibati quruluş 
 
Azərbaycan Səfəvi imperatorluğu Fəratdan Qəndəhara, 
Qafqazdan Hind okeanına qədər 2.800.000 km
2
 ibarət geniş bir 
ərazini  əhatə edirdi. Bu geniş  ərazi təbii sərhədləri ilə bir-birindən 
ayrılan vilayətlərə bölünürdü. Mirzə  Səmia «Təzkirət  əl-müluk» 
adlı  əsərində imperatorluğun  Ərəbistan, Luristan, Gürcüstan, 
Kürdüstandan ibarət dörd valiliyə  və on üç bəylərbəyiliyə bölün-
düyünü qeyd etmişdir. O yazır ki, Ərəbistan valisi şəxsi şücaəti və 
elinin nüfuzuna görə  şan-şöhrətli, həm də yüksək rütbə sahibi idi. 
Luristan valisi isə müsəlman olub, dövlət qarşısında xidmətinə görə 
Gürcüstan valisi ilə müqayisədə daha etibarlı hesab edilir və ikinci 
yerdə dururdu. Nüfuzuna görə üçüncü yeri tutan Gürcüstan 
valisindən sonra dördüncü yerdə Kürdüstan valisi dayanırdı (132, 4, 
5). Bəylərbəyiliklərdən isə birinci Qəndəhar, ikinci Şirvan, üçüncü 
Herat, dördüncü Azərbaycan, beşinci Çuxur-Səd, altıncı Qarabağ və 
Gəncə, yeddinci Astrabad, səkkizinci Kuhgiluyə (Fars), doq-
quzuncu Kirman, onuncu Mərvi  Şahicahan, on birinci Qələmrov-i 
Əlişəkər ölkəsi (Həmədan), on ikinci Məşhəd-i müqəddəs-i müəlla, 
on üçüncü Darüssəltəney-i (paytaxt) Qəzvindir (132, 4, 5). 
Müəllifin Qəzvinin həm paytaxt və həm də on üçüncü bəylərbəyilik 
olduğunu qeyd etməsi, bu inzibati bölgünün I Şah Abbasdan əvvəlki 
dövrə aid olduğunu göstərir. Ona görə ki, XVII yüzillikdə  Təbriz
Qəzvin və Herat şəhəri də «darüssəltənə» ünvanına malik idi. 
Sultanın iqamətgahının yerləşdiyi  şəhər, yəni  İsfahan isə 
«məğərərüssəltənə» adlanırdı (103, 184). Digər tərəfdən isə XVII 
yüzilliyin 80-ci illərində  Qəzvin xassə olduğuna görə, birbaşa 
mərkəzə tabe olub, Sansonun yazdığı kimi, darğa tərəfindən idarə 
edilir (106, 6), yəni buradakı darğa  əslində hakim statusuna malik 
idi.  


 
205 
 
 
Engelbert Kempferin yazdığına görə, Səfəvi imperiyası I Şah 
Abbas tərəfindən Fars, Xorasan, Azərbaycan, Gilan və Mazandaran, 
İraqi-Əcəmdən ibarət beş əsas əyalətə bölünmüşdü. Fars əyaləti İran 
körfəzinə  qədər uzanır.  İyirmi mahala bölünür ki, onlardan ən 
böyüyü əyalətin mərkəzi Şiraz şəhəri idi. Xorasan Hindistana qədər 
geniş ərazini əhatə edir, qırx mahala bölünür, mərkəzi Məşhəd olub, 
eyni adlı mahaldan başqa üç digər mahal da ona tabedir. Səfəvi 
imperiyasının metropoliyası olan Azərbaycanın  Şimal-Qərbdən 
Osmanlı sərhədinə qədər əhatə etdiyi və İrəvanın da onun tərkibinə 
daxil olduğunu qeyd edən E. Kempfer bu əyalətin  əlli beş mahala 
bölündüyünü, mühüm ticarət  şəhəri Təbrizin onun mərkəzi 
olduğunu,  eyni adlı mahaldan başqa doqquz digər mahalın da ona 
tabe olduğunu qeyd edir. O, Gilan və Mazandaranın iyirmi bir 
mahala bölündüyünü, əyalətin mərkəzinin Astrabad olub, eyniadlı 
mahalla yanaşı, iki digər mahalın da Astrabada aid olduğunu, İraqi - 
Əcəm  əyalətindəki  İsfahan  şəhərini imperiyanın mərkəzi olub, 
eyniadlı mahal və dörd digər mahalın da ona tabe olduğunu yazır 
(96,157,158). Fars əyalətində Luristan, Xuzistan, Kürdüstan və 
Sistan; Xorasanda Məşhəd, Herat,  Xorasan, Qəndəhar; Xəzər sahi-
lində Astrabad; Azərbaycanda Təbriz,  İrəvan, Dağıstan, Azərbay-
can, Qarabağ, Gürcüstan və  Şirvan;  İraqi-Əcəmdə Kuhgiluyə  və 
Həmədan bəylərbəyilik idi. Müəllifin yazdığına görə  bəylərbəyilik 
arasında bir neçəsi nüfuzu və  qədimliyi baxımından digərlərindən 
üstün olub, onların hakiminə vali deyə müraciət edilirdi. Gürcüstan, 
Xuzistan, Luristan, Dağıstan valiləri  əsilzadə olub, Səfəvilərdən 
əvvəl adları çəkilən nahiyələrə başçılıq etmiş hakimlərin nəslindən 
idilər (96,161). 
Sansona görə, bu ölkədə valilər tərəfindən idarə olunan on 
nahiyə vardı ki, onlar Gürcüstan, Luristan, Həvize (Ərəbistan), 
Bəxtiyari, Zeytun-Ərdalan (Kürdüstan), Mazandaran, Çərkəz, 
Herat, Qəndahar, Kirmandan ibarət idi (106, 58). Sanson sonralar 
valilərin sayının  Şah tərəfindən azaldıldığını  və onların yerinə 
bəylərbəyi təyin edildiyini yazmışdır. Səyyaha görə  əvvəl vali 
tərəfindən idarə olunan Kirmana, Luristana bəylərbəyi təyin 
olunmuşdu (106, 59). Sanson qeyd edir ki, valilər tərəfindən idarə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə