Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   62   63   64   65   66   67   68   69   ...   111

 
197 
 
 
şeyxlərinin idarəetmə qaydalarına əsasən hər hansı bir sufinin və ya 
namizədin mürşid-i kamilin sözünü və göstərişini rədd edərsə, ona 
necə cəza veriləcəyini yaxşı bilirsinizmi?» Onlar dedilər: «Bir halda 
ki, mürşid-i kamilin iradəsi  əleyhinə  çıxılır və ona itaət edilmir, 
onda bütün səhv və günahlar rədd edilməlidir». Şah dedi: «Elə isə 
nə üçün xüləfa (Hüseynqulu) mənim sözlərimi rədd etdi». Bu 
xüləfaya (Hüseynquluya) çatdırıldı. Səhər o, Şahın yanına gəldi ki, 
öz üzürxahlığını bildirsin və ona bəzi hadisələri danışsın. O, eşik 
qapısına çatanda Şahdan məsləhət almış eşikağaları və naiblər onun 
yolunu kəsdilər və dedilər: «Bura sənin dövlətxanan olmayıb Şahın 
iqamətgahıdır.  Şahın xeyli vaxtdan bəri  şahlıq etdiyi bu yer 
Qızılbaşların baş dövlətxanasıdır. Sən bizim mürşidimiz olan Şaha 
qarşı çox böyük səhvdə və bəzi çatışmazlıqlarda günahlandırılırsan. 
Mürşid-i kamil sənin günahını gözdən keçirib qərara gəlməyincə 
sufi idarə təcrübəsinə əsasən sənə Şahın həyətinə daxil olmağa icazə 
verilmir. Mürşid-i kamil gəlib səni öz rahat sarayında görməyincə 
sən burada giriş qapısı ilə üzbəüz otur». Xüləfa (Hüseynqulu) heç 
vaxt eşitmədiyi və gözləmədiyi bu əmrin qarşısında dayandı  və 
günortaya kimi qapı  ağzında oturdu. İsmayıl Mirzə ona adam 
göndərib dedi ki, öz evinə qayıtsın, ona nə lazımsa ayrıca deyəcək. 
Hüseynqulu xüləfa bu hadisədən çox məmnun oldu və hamı belə 
hesab edirdi ki, Şah gedib bəzi şeyləri aydınlaşdıracaq. Hüseynqulu 
xüləfa evdə oturub iki gün gözləsə də, Şah tərəfindən verilən sözə 
heç də əməl olunmurdu. Rumlu əmirləri onunla adi dostluğu davam 
etdirirdilər. Üçüncü gün Şah Rumlu Əmiri Dəli Budağı yanına 
çağırıb soruşdu ki, Hüseynqulu xüləfa özünü necə hiss edir? O 
cavab verdi: «O təəssüf hissi keçirir və Şahın əmrinə qarşı çıxdığına 
görə vicdan əzabı  çəkir və  Şahın hər  əmrini yerinə yetirməyə 
hazırdır».  İsmayıl Mirzə dedi: «Əgər bu doğrudan da belədirsə, o 
mənim əmrlərimə tabe olursa, mən ona elə bir vəzifə göstərərəm ki, 
o öz vəziyyətini hər iki dünyada yaxşılaşdırar. Biz onu Məşhəddəki 
qorçuların qorçubaşısı  təyin edirik. Bu ona insanlar arasındakı 
günahlarını bu dünyada Xorasanda və o biri dünyada 
bağışlanmasına kömək edəcəkdir». Dəli Budaq, Rumlu əmirləri və 
xüləfanın başqa adamları başa düşdülər ki, İsmayıl Mirzənin ona 


 
198 
 
 
etibarı yoxdur. Nəticədə onların hamısı ondan uzaq olmağı üstün 
tutdular. Nə Rumlu tayfasından bir kəs, nə bir xidmətçi onun evinə 
getmədi. O isə  dəhşətli bir məğlubiyyət içərisində gözləyirdi. Bu 
vaxt Dəli Budaq gəlib çıxdı  və ona hökmdarın məktubunu gətirdi. 
Dəli Budaq ona danışmağa imkan vermədi. Onu ata oturtdu və 
şəhərdən kənara çıxartdı  və geriyə qayıtdı. Onun silahlarını  və 
başqa hərbi ləvazimatını da ata yükləyib yola saldı. Hüseynqulu 
xüləfa Damğana çatanda, Damğanın hakimi Əli xəlifə  Ağca 
Qoyunlu ona hökmdarın məktubunu göstərdi və dedi ki, o, başqa bir 
neçə əmri də yerinə yetirmək üçün Damğanda qalmalıdır. Bir neçə 
gündən sonra Kor Şahəli Rumlu Şahın  əmri ilə Damğana gəldi və 
Hüseynqulu xüləfanın gözlərini çıxartdı (80, 202, 203, 214-297; 
128, 519-525). 
Beləliklə, II İsmayıl Hüseynqulunun gözlərini kor edərək 
xüləfalıqdan uzaqlaşdırsa da, yerinə yenə də Türk-Qızılbaş əsilzadə-
si olan Bulqar xəlifəni qoymuşdu. Ancaq şiələri mötədil bir hala 
gətirməklə  və sünnilərin sıxışdırılmasına qarşı  çıxmaqla Osmanlı-
larla aralarındakı ixtilafları aradan qaldırmağa çalışan II İsmayılın 
baş tutmayan dini islahatları Bulqar xüləfanın təpkisi ilə qarşılaş-
mışdı. Şah dini məclislərin birində xəlifət əl-xüləfa qoyduğu Bulqar 
xüləfadan həzrəti Ayişənin lənətlənməsi ilə bağlı düşüncələrini 
sormuş, o da «küfr etmək haramdır; amma lənət etmək - işi Allaha 
həvalə etmək deməkdir...» cavabını vermişdir. «Sən saf bir kişisən
sənə bunu kim öyrətdi» deyə soran Şaha o, «Mərhum Təhmasib za-
manında    üləmadan    duydum»  demişdi. Bulqar   xüləfa    vəzifə-
dən uzaqlaşdırıldı, ancaq onun vəzifəsi yenə  də türk Ustaclı tayfa 
əmirlərindən Dədə bəyə verildi (80, 214; 108, 97; 3, 393; 67, 116). 
Qaraqoyunlulardan başlayaraq I Şah Təhmasibin hakimiyyəti-
nin ortalarına qədər mövcud olan vəkilliyi ilk baxışdan belə görünür 
ki, II Şah İsmayıl bərpa istəyində olmuşdu. Ancaq vəkalət uğrunda I 
Təhmasib dövründə Qızılbaş əmirləri arasında gedən çarpışmaların 
dövləti zəiflətməsini II İsmayıl çox yaxşı bilirdi. Əslində o bu idarə 
üsulundan istifadə etmək fikrində deyildi. Bunu dərk edən 
Hüseynqulu xüləfa da xəlifət əl-xüləfalığı «mənsəbi ali-yi vəkalət-i 
divan-i ala naebat-i nəfs-i humayun»dan üstün tutmuşdu. 


 
199 
 
 
Hüseynqulu xüləfaya təklif olunan bu vəzifə isə  əslində onun 
xüləfalıqdan azad edilib. mərkəzdən uzaqlaşdırılması siyasətindən 
başqa heç bir məqsəd güdmürdü. 
Xəlifət  əl-xüləfaya gəldikdə isə bu idarə ilk Səfəvilərdən 
başlayaraq I Şah  İsmayılın dövründə  də mürşid-i kamillə mürid 
arasında  əlaqə yaratmaqla dövləti möhkəmləndirmək işinə xidmət 
edirdi. II Şah İsmayıl və I Şah Abbas da çox çətin vaxtlarda «Şah 
sevən» elan edərək inanılmış sufiləri  ətrafında birləşdirib onların 
keçmiş ideologiyasına arxalanmışdılar. Ancaq Hüseynqulu xüləfa-
nın özünü müridləri üzərində mürşid-i kamil hesab etməsi, dövlət 
işlərinə qarışması II İsmayılı  xəlifət  əl-xüləfa nəzəriyyəsinin tarixi 
keçmişinə baxmağa məcbur etmişdi. O, mürşid və müridlərin 
arasında  əlaqələri müqayisə edərək belə bir fikir üzərində dayandı 
ki, sonrakı (yəni mürid) əvvəlkinə sorğu-sualsız tabe olmalıdır. Bir 
dəfə II İsmayıl belə söylədi ki, Hüseynqulu xüləfa yox, onun özü əsl 
mürşid-i kamildir. Xəlifət  əl-xüləfa mürşid-i kamil tərəfindən 
verilən hər  əmrə tabe olmalı, onu yerinə yetirməlidir. «Tarix-i 
alamara-yi Abbasi» bunu da aydınlaşdırır ki, xəlifət əl-xüləfa Şahın 
bu fikrini tez başa düşmədi və istəyini özünün acgözlük cəhdi kimi 
qiymətləndirmədi. Onun Rumlu tərəfdarları da onun cinayətinin 
böyüklüyünü görə bilməmişdilər. Ancaq fikirləşmişdilər ki, ona 
qarşı  çıxmaqdansa, ona tabe olmaq daha yaxşıdır. Hətta,  Şah 
mürşid-mürid  əlaqəsindən xəlifət  əl-xüləfanıın məhv edilməsində 
bir vasitə kimi istifadə edəndə də Qızılbaşlar, bunu ciddi bir iş kimi 
qəbul etməmişdilər. Bu hadisələrin onlara qarşı  ənənəvi qaydada 
qurulmuş bir oyun 0lduğunu düşünməməişdilər. Əslində II İsmayıl 
Səfəvi dövlətini möhkəmləndirməklə yanaşı, Osmanlılarla müna-
sibətləri daha da yaxşılaşdırmaq istəyirdi. Onun yarımçıq qalan, 
yəni həyata keçirə bilmədiyi dini islahatı bu məqsədə qulluq edirdi. 
O,  şiəliyi mötədil bir hala gətirməklə sünniliyin sıxışdırılmasına 
qarşı idi. Əsərində II Şah  İsmayılın dini islahatlarının mahiyyətini 
doğru  şərh edə bilməyən Oruc bəy Bayatın fikrinə görə guya Şah 
xalqa elan etmişdir ki, şiəlikdən əl çəkib sünnülüyü qəbul etsinlər. 
Əslində Şah, şafiliyə meyilli olub, hər iki məhzəbə qulluq edənlərin 
bir yerdə bərabər hüquqlarla yaşamasını istəyirdi. Həzrəti Ayişənin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə