Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə69/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   65   66   67   68   69   70   71   72   ...   111

 
206 
 
 
olunan nahiyələrdən başqa on iki bəylərbəyilik də vardı ki, onlar 
Təbriz, Kərəc (Çors), Ərdəbil, Lar, Məşhəd, Astrabad, Kirmanşah, 
Həmədan,  Şüştər, Gəncə,  Şamaxı,  İrəvan vilayətlərindən ibarət 
olub, hakimləri bəylərbəyi (106, 60) statusuna malikdir. Ancaq 
Azərbaycan Səfəvi dövlətinin inzibati və ərazi bölgüsü haqqında is-
tər E.Kempfer və Sansonun, istərsə də dövrün başqa avropalı müəl-
liflərinin məlumatları ilə müqayisədə «Təzkirət əl-müluk»un verdiyi 
məlumatlar daha mükəmməl olub, tarixi gerçəklikləri özündə  əks 
etdirir.  
Mirzə  Səmianın «Təzkirət  əl-müluk» adlı  əsərinin sonunda, 
ikinci məqalədə  vilayət və onların tərkibindəki mahallar, ulkalar 
haqqında müfəssəl məlumat verilmişdir: 
Qaynaqda  Astara, Marağa və Müqəddəm eli ulkası (Marağa-
da),  Əfşar eli ulkası (Urmiyada), Qaracadağ, Çors, Kavərd, Qapa-
nat, Vərgəhan, Gərmrud, Adərba eli ulkası, Həştrud və Tabtaba, 
Mədək, Lahican, Dünbülü eli ulkası (Xoyda), Ucarud, Abdallı eli 
ulkası, Sərab,  Şəqqaqi eli ulkası, Zunuz və Qarnıyarıq, Meşkin, 
Muğanın  əkin yerləri (çaylar) ulkası, Peşək qalası, Salmas Lək 
sultanlığı, Qaraağac (Talışda), Şahsevən  İnallı ulkası, Sultaniyyə və 
Zəncanın (132, 72-75) Azərbaycan vilayətinin tərkibinə daxil 
olduğu qeyd edilmişdir. Azərbaycan  şəhərlərindən Qəzvin 1555-ci 
ildən xassə  əmlakı olub, Şah tərəfindən təyin olunan hakim 
statusuna malik darğa tərəfindən idarə edildiyi və  şəhərin hakimi 
Azərbaycan bəylərbəyinə deyil, birbaşa  Şaha tabe olduğu üçün 
qaynaqda bura darussəltəney-i Qəzvin adı ilə ayrıca inzibati vahid 
kimi göstərilmişdir (132, 5). Ancaq Qəzvin Azərbaycan  şəhəri idi 
və bu barədə Pyetro della Valle də yazır «Qəzvin böyük şəhər olub
Azərbaycan vilayətinin bir hissəsinin mərkəzidir» (86, 290). 1618-
ci ildə ispaniyalı elçi Don Qarsiya de Silva İsfahan  şəhərini tərk 
edib Qəzvin istiqamətində beş gün ərzində  hər gün 2-3 fərsəh yol 
qət edərək Azərbaycan vilayətinin sərhəddindəki kiçik dağlara 
çatıb, yazır: «Nə bir ağacı, nə  də kolu olmayan bu dağlar Farsı 
Azərbaycandan ayırır» (105, 236, 238). Müəllifə görə, Kaşan şəhəri 
Azərbaycanla Fars vilayəti arasında sərhəddə yerləşir və Azərbay-
can şəhəridir (105, 236, 238, 246). Ən azı Kaşan Azərbaycan şəhəri 


 
207 
 
 
deyil, Azərbaycanla Fars arasında sərhəd  şəhəri olsa belə, onda 
onun Şimal-Qərbindəki Qəzvinin və bu bölgədəki digər şəhərlərin
kəndlərin Azərbaycana aid olması heç bir şübhəyə səbəb olmamalı-
dır.  
Azərbaycan bəylərbəyiliyi əsasən indiki Güney Azərbaycanın 
ərazisini əhatə etməklə Zəncan, Sultaniyyə, Muğan, Talış və Qapan 
mahalı da ona tabe idi. Mahmud Nətənzi Azərbaycan vilayətinin 
ərazisi haqqında yazır ki, Sultan Məhəmməd (1578-1587) dövründə 
Əmir xan Əbhər və Sultaniyyə  sərhəddindən tutmuş Aran vilayə-
tinin sərhəddinə  qədər bütün Azərbaycanın hakimi idi (129, 158). 
1683-1685-ci illərdə  İran və Azərbaycanda olmuş Engelbert 
Kempfer isə yazırdı: «Azərbaycan Səfəvi imperiyasının şimal-qərbi, 
Şimali Midiya və ondan Şimal-Qərbdə yerləşən torpaqların bir 
qismini əhatə edir. Bu vilayət 55 inzibati vahidə bölünmüşdür. Ən 
mühüm ticarət mərkəzi olan Təbriz onun mərkəzi şəhəridir. Doqquz 
digər inzibati vahid də ona tabedir» (96, 158). 
Azərbaycan bəylərbəyliyi Səfəvi dövlətinin ən böyük vilayət-
lərindən biri olub, əsasən Güney Azərbaycan torpaqlarını  əhatə 
edirdi.  Şah  İsmayıl 1501-ci ildə hakimiyyətə keçdikdən bir qədər 
sonra Azərbaycanın idarəçiliyi Xan Məhəmməd Ustaclıya tapşırılır. 
Çox keçmir ki, onu Əhməd xan Şamlı əvəz edir.  H.935 (1528-29)-
cu ildə isə Ulamə Sultan Təkəli Azərbaycan və Təbriz hakimi təyin 
edilir. O, Şah İsmayıl dövrünün sabiq yasavullarından olub, sonralar 
bacarığı sayəsində  əmir rütbəsinə layiq görülmüş  və Cövhə sultan 
vəkil olduğu vaxtlarda Azərbaycanın  əmir ül-ümərası  vəzifəsinə 
yüksələ bilmişdir. Cövhə Sultan öldürüldükdən sonra isə onun 
yerinə  vəkil olmaq istəyirdi. Lakin məqsədinə nail ola bilmədikdə 
Şaha qarşı çıxır (80, 66; 77, 237;  118, 42a-b). 1530-cu ildə Təbrizə 
gələn Ulamə  bəy burada Şahın və ona yaxın adamların  əmlakına 
yiyələnir (28, 65). 
Ancaq  Şah qoşunu ilə döyüşdə  məğlub olan Ulamə  Təkəli 
1531-ci ildə Osmanlı dövlətinə qaçır (77, 237) və onun yerinə Musa 
bəy (sultan) ibn İsa bəy Mosullu Azərbaycana əmir əl-üməra təyin 
edilir və darüssəltənə Təbrizdə qüvvətli hökumət yaradılır (28, 68). 
Fəzli İsfahani yazır ki, Şah İsmayıl Azərbaycanın bütün ixtiyaratını 


 
208 
 
 
ona tapşırmışdı. Müəllif Musa Sultanı bir yerdə Təbriz, digər yerdə 
isə Azərbaycan bəylərbəyi kimi qeyd edir (128, 396; 118, v.68b, 
69a, 263; 72, c.v, 141; 67, 102). Azərbaycan bəylərbəyi təyin edil-
miş hər bir əmirə «sultan» və ya «xan» titulu da verilir və o həm də 
Təbriz hakimi hesab olunurdu. Qeyd edək ki, bu qayda təkcə Azər-
baycana aid deyildi. Qarabağ  bəylərbəyi Gəncə,  Şirvan bəylərbəyi 
Şamaxı, Çuxur-Səd bəylərbəyi isə İrəvan hakimi idi.  
Qaynaqların verdiyi məlumata görə h. 940-941 (1534-1535)-
ci ildən h.985 (1577)-ci ilə qədər Təbriz xassə əmlakı olmuş və bu 
zaman kəsiyində vilayət bəylərbəyi deyil, Şah tərəfindən hakim 
statusu ilə  təyin olunan darğa tərəfindən idarə edilirdi. (128, 398). 
H.985 (1577)-ci ildə  Təbriz yenidən divan ərazisi tərkibinə daxil 
edilir və vilayətə elə həmin ildə I Şah Təhmasibin qızı Fatma Soltan 
bəyimin  əri, Mosullu əsilzadələrindən  Əmir xan Türkman bin 
Gülabi bəy bin Əmir bəy Mosullu bəylərbəyi vəzifəsinə təyin olu-
nur. O, bu vəzifəyə təyin olunana qədər on iki il Həmədan, sonra isə 
Simnan hakimi olmuşdu.Əmir xan 1577-ci ildə Simnandan Qəzvinə 
gəldikdə, sarayda Azərbaycana bəylərbəyi təyin olunması ilə bağlı 
müzakirə gedirdi. Baş  vəzir Mirzə Salman bu vəzifəyə Pirə 
Məhəmməd xanın namizədliyini irəli sürmüş, ancaq o, Azərbaycana 
bəylərbəyi vəzifəsinə getməkdən imtina etmişdi. Bu hadisədən 
sonra Mirzə Salmanın köməyi ilə Azərbaycana bəylərbəyi vəzifə-
sinə Əmir xan göndərilmişdir (128, 284, 403, 597; 121, Tn., v., 414, 
434, 475, 476). İsgəndər bəy Münşi yazır ki, Sultan Məhəmməd 
1577-ci ildə məmaliki məhrusənin Qızılbaş tayfalarının böyük əmir-
ləri arasında bölünməsini buyurur. Bu buyruğa  əsasən  Əmir xan 
Mosulluya darossəltəne-ye Təbriz verildi. Əmir xanın məsləhəti və 
razılığına görə  oğlu Murad xana, qardaşları  İsmayıl sultana, 
Şahqulu sultana və İbrahim sultan Piyada Türkmana Azərbaycanda 
ulkalar verilir və onlar əmirlik rütbəsi ilə  təltif olunur (80, 227). 
Beləliklə, Əmir xanın qardaşları, oğulları, qohumları da əmir rütbəsi  
alıb, vəzifə sahibi olurlar. Onun Türkman və digər oymaqlardan 12 
min nəfərlik qoşunu var idi. Ancaq Əmir xan tutduğu vəzifədən isti-
fadə edib, Təbriz  əhalisini çox incitdiyinə, onlardan əlavə vergilər 
aldığına görə,  əhali dəfələrlə ondan Şaha  şikayət  ərizəsi yazıb 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə