Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə70/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   66   67   68   69   70   71   72   73   ...   111

 
209 
 
 
göndərmişdi. Nəhayət, 1585-ci ildə  Həmzə Mirzənin göstərişi ilə 
Əmir xan Qəhqəhə həbsxanasına salındı və elə həmin il orada edam 
olundu.  Əmir xanı  əvəz edən  Ədhəm xandan sonra Əliqulu sultan 
xan rütbəsi alıb, Azərbaycan bəylərbəyi və  Təbriz hakimi oldu. 
Sultan Məhəmməd ona «qardaş», «yoldaş» deyə müraciət edirdi 
(119, c.2, 771; 80, 296-301; 128, 698; 114, c.II., 256-279). 
Sultan Məhəmməd 1585-ci ildə isə Məhəmməd xan Toxmaq 
Ustaclını Azərbaycan bəylərbəyi və Təbriz hakimi təyin edərək ona 
tapşırır ki, Təbriz əhalisi ilə ədalətlə rəftar etsin (121, Bn., v.263).  
Sultan Məhəmməd və  oğlu Həmzə Mirzənin 1585-ci ilin 
yayında Bazar Çay yaylağında istirahət etməsindən istifadə edən 
Osman paşanın osmanlı ordusu Təbrizi mühasirəyə almış,  şəhər 
əhalisi müqavimət göstərməyin mənasız olduğunu gördükdə, mal-
larını, canlarını qorumaq naminə tabe olmağı  qərara almışdılar. 
Məhəmməd Yusif Qəzvini yazır ki, təbrizlilər şəhər qazısı Kamran 
bəy,  şeyx ül-islam Mövlanə  İnayətin oğlu Mövlanə  Məhəmməd 
Əlini Osman paşanın yanına göndərib tabe olduqlarını  və özlərini 
Ali Osmanın təbələri saydıqlarını bildirdilər. Osman paşa onların 
təkliflərini qəbul edib, şəhər əhalisinə aman verildiyini bildirsə də, 
şəhərdə Osmanlılar ciddi təpgi ilə qarşılaşmış, qətl, qarət də baş 
vermişdi. Osmanlı ordusu şəhəri tam ələ keçirdikdən sonra burada 
qısa müddətdə iç qala inşa edildi, şəhər və qala Cəfər paşaya tapşı-
rıldı (128, 712, 716, 717, 718). Təbriz 1586-cı ildən 1603-cü ilə 
qədər onların hakimiyyəti altında olmuşdu. Osmanlı dövləti Təbri-
zin idarə olunmasını Cəfər paşaya tapşırmışdı. H.999 (1590-91)-cu 
ildə isə o, işdən götürülür və yerinə Xızır Paşa təyin edilir. Bu dövr-
də Azərbaycan Osmanlı dövləti qayda-qanunu əsasında idarə olun-
muşdu.  
Təbriz azad edildikdən sonra h.1012 (1603)-ci ildə Türkman 
tayfasından olan Pirbudaq xan Pornak Azərbaycan bəylərbəyi və 
Təbriz hakimi olur. Lakin o, 1616-cı ildə Osmanlı ordusu ilə savaş-
da qətlə yetirilir və yerinə  oğlu  Şahbəndə xan Azərbaycan bəylər-
bəyi təyin edilir. O, 1625-ci ilə qədər Azərbaycan bəylərbəyi olmuş-
dur (Arada az müddətə Qarçırqay xan Azərbaycan bəylərbəyi seçi-
lir).  Şahbəndə xan Gürcüstanda vuruşmada öldürüldükdən sonra 


 
210 
 
 
Şah onun üç yaşlı oğluna II Pirbudaq adı, həm də xan titulu verib 
Azərbaycan bəylərbəyi təyin edir (128, v.95, 98a, 133b, 134a; 
194,91). 
İ.P.Petruşevski Türkman tayfasının Pornak şaxəsindən olan 
kiçik yaşlı Pirbudaq xanın bəylərbəyi təyin edilməsi haqqında yazır 
ki, üç yaşlı  uşağın bəylərbəyi təyin edilməsi  Şah Abbasın güclü 
dövlət yaratmaq istəklərinə baxmayaraq, Türkman tayfası başçı-
larının Azərbaycan bəylərbəyiliyinə bir inzibati mənsəb kimi yox, 
oranı özlərinin irsi idarə əmlakı hesab etmələri ilə Şahın hesablaş-
dığını göstərir (181, 125). 
Biz işin zahiri formasını  nəzərdə tutsaq, İ.P.Petruşevski bu 
barədə haqlıdır.  İlk baxışda burada bir nəsil üçün irsiliyi nəzərə 
çarpsa da, məsələnin mahiyyətinə vardıqda məlum olur ki, bu qayda 
bir nəsil üçün yox, bir türk tayfa aristokratiyası üçün ənənəvi ol-
muşdur. Hətta I Şah Abbasın mərkəziləşdirmə siyasəti sahəsində əl-
də etdiyi uğurlara baxmayaraq Türkman tayfasından olan Şahbəndə 
xanın üç yaşlı  oğlunu Azərbaycan bəylərbəyi təyin etməsi bunu 
deməyə əsas verir. Vilayətlərdə sakin olan Qızılbaş tayfalarının bir 
və ya bir neçə obası istisna olmaqla, onun elliklə (Türkman, Əfşar, 
Qacar, Ustaclı  və sairə) yerini dəyişdirmək, yəni başqa  əyalətə 
köçürmək mümkün deyildir. Vilayət hakimi öldükdə və ya öldürül-
dükdə, yaxud tutduğu vəzifədən azad ediləndə   onun yerinə oğlunu, 
qohumunu və onlar olmadıqda isə mənsub olduqları tayfanın etibar-
lı şəxsiyyətlərindən biri tayfa əmiri seçilir və o həmin vilayətə ha-
kim təyin olunurdu. Şah vilayətlərdə türk tayfalarının irsi idarəçilik-
lərini qoruyub saxlamaq cəhdləri ilə hesablaşmağa məcbur idi. 
Bəzən də elə olurdu ki, bir tayfa başçısı öldükdə, onun əvəzinə baş-
qa tayfa əmirlərindən birini həmin tayfaya əmir təyin edirdilər. 
Ancaq bu elə də müsbət nəticə vermirdi. Tayfa üzvləri digər tayfa 
içərisindən onlara əmir təyin edilmiş  şəxsə ögey münasibət bəs-
ləyirdilər. Məsələn,  Şah Səfi (1629-1642)  hakimiyyətə keçdikdən 
sonra II Pirbudaq xanı yaşının az olmasını  bəhanə edib, H.1044 
(1634-35)-cü ildə Azərbaycan bəylərbəyliyi və  Təbriz hakimi 
vəzifəsindən azad etmiş  və dörd ildən sonra isə  Dəştistana hakim 
göndərmişdi. H.1044 (1634-1635) -cü ildə onun yerinə  qulam əsil-


 
211 
 
 
zadələrindən Rüstəm xan Azərbaycan bəylərbəyi və Təbriz hakimi 
təyin olunmuşdu. H.1045-ci ildə Osmanlı ordusu Təbrizə hücum 
edərkən Rüstəm xan Təbriz  əhalisini müvəqqəti olaraq başqa yerə 
köçürtdü (128, v.95, 98a, 134b, 134a; 194, 84). Lakin Rüstəm xanın 
Azərbaycanda arxası, dayağı olmadığı üçün bəylərbəyi vəzifəsində 
çox qala bilmədi. 1643-cü ildə II Şah Abbas Şahbəndə xanın oğlu 
Pirbudaq xanı yenidən Azərbaycan bəylərbəyi və  Təbriz hakimi 
təyin  edir. Məhəmməd Yusif Qəzvini yazır ki, Pirbudaq xan Pornak 
Türkmanın ata-babaları da həmişə bu yüksək vəzifədə olmuşdular 
(128, v.172a). 
H.1060-cı il rəbiüləvvəl ayında isə (mart 1650) Pirbudaq xan 
Azərbaycan bəylərbəyi və  Təbriz hakimi vəzifəsindən götürülüb 
yerinə sipahsalar Rüstəm xanın qardaşı - Kəlat qalasında həbsdə 
olan  Əliqulu xan Azərbaycan bəylərbəyi və  Təbriz hakimi təyin 
olunur (128, v. 213b; 125a, 51). Lakin soyca Qızılbaş olmayan 
Əliqulu xan vəzifəsindən sui-istifadə edərək yerli əhalini incit-
diyinə, onlara qarşı haqsızlığa yol verdiyinə görə Azərbaycan, xüsu-
silə də Təbriz əhalisi ondan və onun mülazimlərindən Şaha şikayət 
edirlər. Bu hadisəni Məhəmməd Yusif Qəzvini belə  təsvir edir: 
«Azərbaycan və Xorasan rəiyyəti və acizləri (yoxsulları-Z.B.) za-
lımların zülmünə  məruz qalmışdılar. Onlar ədalət astanasına gedib 
öz vəziyyətləri və sipəhsalar  Əliqulu xan, onun əlaltılarının zül-
mündən  Şaha  şikayət etdilər.  Şah fikirləşir ki, ola bilər ki, onların 
şikayətləri yersiz olsun. Odur ki, məsələni dərindən yoxlatdırmaq 
qərarına gəlir. Təbriz və Xorasan əyanları adından hökm verir. 
Həmin bölgələrdə  vəziyyəti yoxlamaq üçün Əlixan bəy Təbrizə, 
İbrahim bəy isə Xorasana göndərilir. Onlar vəziyyəti yoxlayıb 
rəiyyətin  şikayətlərinin düzgünlüyü aydınlaşdırıldıqdan sonra 
Əliqulu xan, onun naibi və qardaşı  oğlu Bicəndə  işdən götürülüb, 
Ələmut qalasına həbsə atılırlar.  Şah  əmr edir ki, aciz və yoxsul-
lardan zor ilə aldıqları varidat dəqiq araşdırıldıqdan sonra öz 
sahiblərinə qaytarılsın» (128, v.229b). Əliqulu xanın 1655-ci ildə 
Həmədan  ətrafındakı tiyulları müsadirə edilib xassə  əmlakın tərki-
binə daxil edilir, Azərbaycana bəylərbəyi isə    qızılbaşlardan həm 
qorçubaşı, həm də Şah Səfi məzarının mütəvəllisi olan Murtuzaqulu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə