Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   63   64   65   66   67   68   69   70   ...   111

 
200 
 
 
lənətlənməsinin  əleyhinə idi. Onun haqqındakı düşüncələrini dini 
məclisdə  bəzən açıq, bəzən də qapalı bildirirdi. II Şah  İsmayıl 
Həzrəti Ayişənin lənətlənməsini və üç xəlifənin (Əbubəkr, Ömər və 
Osman-Z.B.) pislənməsini qadağan etmişdi. O, məscidlərin divar və 
qapılarına yazılmış aşiqanə şeirləri sildirdi. İsmayılın bu hərəkətləri 
xalq arasında narazılıqla qarşılandı. Onun sünniliyə meylli olduğuna 
şübhə oyandı. Amma ağıllı din xadimləri və əmirlər buna o qədər də 
ciddi bir iş kimi baxmadılar. Çünki, onlar başa düşürdülər ki, II 
İsmayıl iki məzhəb tərəfdarlarını bir-birinə yaxınlaşdırmaq və 
aralarındakı ixtilaflara son qoymaq istəyir. Amma bir çox Türkman 
və  Təkəli  əmirləri  Şahın qardaşı  oğlu Həsən Mirzəni onun yerinə 
gətirmək cəhdi göstərdilər. Ancaq Həsən Mirzəni artıq Şaha yaxın-
laşmış Ustacılar aradan götürdülər. Çox keçmədi ki, II Şah İsmayıl 
1577-ci ildə müəmmalı şəkildə vəfat etdi (80, 114; 165, 81; 67, 116-
117). I Şah Abbasın sarayında dəfələrlə  rəsmi məclislərdə olmuş 
İtaliyalı Pyetro della Valle Şahla sufilər arasındakı münasibətlərin 
mahiyyətini olduqca düzgün müəyyən edə bilmişdir. Səyyahın 
yazdığına görə,  Şah zahirdə sufilərə yaxşı münasibətdə olduğunu 
göstərsə də, əslində onlara inanmır və etimadı yox idi. Ancaq buna 
baxmayaraq I Şah Abbas hara getsə, sufilər də onunla birgə gedir və 
Şah hər axşam 300-400 nəfər sufiyə şam yeməyi də verirdi. Əslində 
I  Şah Abbas sufilərdən ehtiyat edir və onlarla müəyyən mənada 
hesablaşmağa məcbur idi (121, 228). 0, sufilərə qarşı münasibətdə 
öz sələflərinin siyasətini dolayı yolla davam etdirir, xüləfa 
vəzifəsini tutan Qızılbaş  əmirini cəzalandırır, yaxud tez-tez yerini 
dəyişirdi. Yaxud xüləfaya eyni zamanda hakimlik verib, onu mər-
kəzdən uzaqlaşdırırdı. Məsələn, I Şah Abbas dövründəki, xüləfalar-
dan Qaradağlı İlyas Qaracadağın, Alpoutlu Bədr xan isə Talışın bəzi 
yerlərinin hakimi olmuşdular (80, 819-1086). 
I  Şah Abbas da xəlifət  əl-xüləfadan ehtiyat etdiyinə görə 
sufilərin hüquqlarını mümkün qədər azaltmağa çalışırdı. Bəzən 
onun bu siyasəti ayrı-ayrı sufilərin ona qarşı çıxması, yaxud xəyanət 
etməsi ilə bağlı olurdu. Digər tərəfdən isə, Azərbaycan hüdud-
larından kənarlarda yenə də sufi təşkilatının genişlənməsi müşahidə 


 
201 
 
 
olunurdu. Anadoluda bu vaxtlar xeyli mürid meydana çıxmışdı  və 
onlar da I Şah Abbası özlərinin mürşid-i kamili hesab edirdilər. 
Nəsrullah Fəlsəfinin qeyd etdiyi kimi, xəlifət  əl-xüləfa I Şah 
Abbasa qədər  ən böyük vəzifələrdən hesab olunurdu. Ancaq çox 
keçmədi ki, I Şah Abbas onların qüdrət və nüfuzlarını azaltdı (133, 
c.I-II, 815). Ona görə ki, İsfahandakı sufilərin hamısı  hər axşam 
sarayın giriş qapısının açıldığı küçədəki touhidxanaya toplaşırdılar. 
Sufilərin və sufi qoruyucularının məskəni bu məhəllə yaxınlığında 
idi. Sarayın giriş qapısını və sarayı ətrafını sufilər qoruyurdular. Şah 
saraydan çıxdıqda sufilər onu müşayiət edir və mühafizləri də onlar 
idilər. Saraya pənah gətirən və yaxud burada bəstə oturanlar sufi-
lərin razılığını almalı idilər. Artıq sufilərin nüfuzu həddini aşmışdı. 
Hakimiyyətini sufi-dərviş cəmiyyəti təsirlərindən qurtarmaq üçün I 
Şah Abbas onlara yaxın olan xüsusi dövlət mühafizəçilərini, yəni 
qorçuları sıxışdırıb onların nüfuzlarını azaltmağa məcbur olmuşdu. 
O, bu işi həyata keçirmək üçün Osmanlı yeniçərilərinə oxşar yeni 
qoşun növü yaratdı ki, bu qoşun qorçulara bərabər olub, onlarla 
rəqabətə davam gətirməli idi. Əslində sufilərin sıxışdıraraq nüfuz-
larının azaldılması dövləti maraqlardan irəli gəlir və bu hakimiyyəti 
möhkəmləndirməli idi (103, 107-108). 
R.Seyvori «Tarix-i aləm aray-i Abbasi»yə əsaslanaraq göstərir 
ki,  Şah h. 998 (1589-90)-cı ildə xüsusi fikir və mühakimələrini 
həyata keçirməkdə tələsmişdi. Bu isə onun tərəfdarlarını da hövsə-
lədən çıxarmışdı. Həyəcanlanmış sufilər I Şah Abbası  məclisə 
çağırmaq və ona belə bir sual vermək fikrinə düşdülər: Bizim 
pirimiz kimdir? Bu sualın mənası o idi ki, nə qədər ki, Abbasın atası 
sağdır o, (Abbas) mürşid-i kamil deyə çağırıla bilməz. Sufilər ümid 
edirdilər ki, bu fikir güclənəcək və Sultan Məhəmməd onların 
mürşid-i kamili, nəticədə isə padşah kimi tanınacaq. Şah Abbas özü 
də sufilərin bu məqsədini qabaqcadan başa düşürdü. O, məclisi 
buraxdı  və sufilərə  əmr etdi ki, əgər müzakirə edilməli bir məsələ 
olsa, ona üç nümayəndə göndərsinlər. Nümayəndə oraya çatanda, 
təhlükədə olduqlarını başa düşdülər və sufilərin qalanı ayaqqabı-
larını belə geymədən dağılışmağa məcbur oldular. Bu vaxtdan 
etibarən Şah Abbas sufilərin nüfuzunu endirməyə başladı. Bir neçə 


 
202 
 
 
ildən sonra, h.1001 (1592-93)- ci ildə sufilər Şah Abbasın qəzəbinə 
gəldilər. Elə bu zaman Təbrizin alınmasında osmanlılarla  əmək-
daşlıq etmiş  və  Qəhqəhə qalasında  əvvəllər kutval olmuş  Xəlifə 
Ənsar Qaradağlının oğlu Şahverdi Xan Qaradağda xeyli yer də ələ 
keçirmişdi.  Şah Abbas sufilərin Qaracadağdan uzaqlaşmasına çox 
böyük  əhəmiyyət verirdi. Ona görə ki, bu qrup Səfəvilərin varlı-
ğının ilk illərində çox böyuk nüfuz sahibi olmuşdular. Bunlar hələ 
İsmayıl Gilanda gizlənərkən onu müdafiə etdiklərinə görə «lahican 
sufilərinin veteranı» kimi şöhrət qazanmışdılar.  Şahverdi xan 
Osmanlılar qarşısında günahlarını yumaqla kifayətlənmədi, o 
həmçinin tərəfdarlarını artırmaq üçün düşmən qarşısında sədaqətli 
olacağına and içdi. Şah Abbas bu təhqiredici durumla razılaşmadı. 
İyirmi iki il sonra h 1023 (1612-15)- cü ildə  Şahverdi xanın 
dəstəsindən xeyli adam onun (Şahın)  əlinə düşdü və onlar sufi 
olmamaqda günahlandırılaraq o saat öldürüldülər. H. 1022-23 
(1614)-cü ildə yuxarıda təsvir olunduğu kimi, Şah Abbas Qaradağlı 
nəslindən olan sufiləri düşmənə qarşı  çıxmamaqda ittiham  edirdi.  
Xəlifət  əl-xüləfa  Məhəmmədqulu  Rumlunu  isə  sufiləri  mürşid-i 
kamildən üz döndərtməkdə günahlandırmışdılar (211, 501-502; 181, 
93-94). 
H.1045 (1635-1636)-cı il hadisələrindən bəhs edən Xacəki 
İsfahani Qaracadağlı Maqsud Sultanın xüləfa vəzifəsinə  təyin 
olunduğunu bildirir (126, v.92). Həmin ildə Xəlifə Rzainin yüksək 
xüləfalıq vəzifəsinə  təyin olunması barədə  Məhəmməd Yusif 
Qəzvinin «Xold-i bərin» əsərində məlumat vardır (128, Bn, v.108). 
Artıq XVII yüzilliyin ortalarından etibarən sufilərin rolu azalmaqda 
davam edirdi. 
XVII əsrin sonlarında bu barədə Sanson maraqlı məlumat ve-
rir. O yazır ki, xüləfa sufilərin rəisi və Şahın xüsusi ruhanisi idi. O, 
cümə axşamları bütün sufiləri Şahın sarayındakı məscidə toplayır və 
hamısı birdən  Şahın səlamətliyi üçün dua oxuyurdular. Şah sinidə 
gətirilmiş  şirnidən bir parça götürdükdən sonra əmirlər və yüksək 
rütbəli şəxsiyyətlərin hər biri də bir tikə şirni götürürdülər. Beləlik-
lə,  Şah onları  təbrik edir və  mərasim başa çatır. Sanson sözünə 
davam edərək yazır ki, sufilər keçmişdə çox böyük hörmətə malik 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə