Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   60   61   62   63   64   65   66   67   ...   111

 
191 
 
 
laşmağı  təbliğ  edirdi.  Ancaq        ikinci        təmayülün    tərəfdarları     
ictimai-siyasi fəaliyyətdə  iştirak etməyi üstün tuturdular. Bu 
təmayülün tərəfdarları çalışırdılar ki, öz zamanının siyasi 
hadisələrində daha fəal iştirak etsinlər. Onlar ictimai-siyasi 
məsələlərə müdaxilə etməyə üstünlük verirdilər. XIII-XV 
yüzilliklərdə Azərbaycanda dövrün ictimai-siyasi hadisələrinə 
qarışmağa üstünlük verən Səfəviyyə sufi-dərviş ideya-dini cərəyanı 
fəaliyyət göstərirdi. Söhrəverdiyyə dərviş cəmiyyətinin Azərbaycan 
qolu hesab edilən Səfəviyyə sufi-dərviş cəmiyyətinin özülünü XIV 
yüzillikdə görkəmli elm adamlarından olan Ərdəbilli  Şeyx 
Səfiəddin ibn Şeyx  Əminəddin Cəbrayıl (1252-1334) qoymuşdur. 
Qaynaqlarda türk oğlu deyə anılan  Şeyx Səfiəddin nəslinin  əsli 
Azərbaycan türkü idi və onların ana dilləri də Azərbaycan türk dili 
olmuşdur (82, 24-28; 116, 11-12; 50, 99). XV yüzillikdə Səfəviyyə 
sufi-dərviş cəmiyyətinin dayağı sonralar Qızılbaş adını almış Şamlı, 
Rumlu, Ustaclı, Təkəli, Əfşar, Qacar, Zülqədər tayfaları idi. Ancaq 
cəmiyyətin sosial bazası getdikcə genişlənirdi.  Şəhər sənətkarları, 
oturaq əkinçiləri təmsil edən əxilər və qazilər sufi dərviş zümrəsinə 
qovuşaraq təriqət döyüşçülərinə çevrilib əsgəri qulluq adamları 
olurdular (3; 369-370). Ilk dövrlərdə  cəmiyyətin sosial bazasının 
tərkibində yaylaq-qışlaq heyvandarlıq təsərrüfatı ilə  məşğul olan 
tayfaların süfiləri üstünlük təşkil edirdilər.  İ.P.Petruşevski yazır: 
«Bu tayfalar «müqəddəs» Səfəvi  şeyxlərinin hakimiyyətini qəbul 
etdikdən sonra, onların «müridləri», «dərvişləri», «sufiləri» hesab 
olunurdular. Əslində isə bu tayfalar Səfəvi şeyxlərinin qeyri-nizami 
feodal qoşununun əsasını təşkil edirdilər» (50,101). 
Cəmiyyətə pir, yaxud mürşid-i kamil ünvanı ilə başçılıq edən 
Səfəvi nəslinin nümayəndələri mötəbər din xadimləri olduqlarına 
görə əvvəllər şeyx titulu daşıyırdılar. Onlar 1501-ci ildən Şah titulu 
qəbul etdikdən sonra cəmiyyətin mürşid-i kamillik ünvanını 
özlərində saxlayırdılar. Xəlifət  əl-xüləfa isə onun naibi vəzifəsini 
icra edirdi. Qaynaqlarda sufi, dərviş, mürid, qazi, abdal adları ilə 
yad edilən xidmətçilər isə Qızılbaş döyüşçüləri, başqa sözlə desək, 
onun sosial-hərbi dayağı idi (21, 173-204). Cəmiyyət yarandığı  
vaxtlardan bir  çox təşkilati  tədbirlər  görülmüş  iaşə işlərinə baxan 


 
192 
 
 
xüsusi xidmət  şöbələri də  təşkil edilmişdi. Müridlərin bu şöbələrə 
göndərdikləri «çıraq pulu» vergisi Səfəviyyə ordeninin möhkəm-
ləndirilməsi işlərinə sərf olunurdu (74, 7; 67, 82). 
Cəmiyyəti daha da möhkəmləndirmək üçün onun müridlərinin 
sayını artırmaq və onlara rəhbərlik etmək üçün inanılmış sufilərdən 
vəkil, yaxud xəlifələr də  təyin olunurdu (74, 10). Faruk Sümərin 
yazdığı kimi, xəlifələr  Ərdəbildə  cəmiyyətin ideologiyasını öyrən-
dikdən sonra öz yerlərinə qayıdıb tayfaları içərisində təbliğat apara-
raq mürid toplayan, Qızılbaş ellərinin yuxarı zümrəsinin başında 
dayanan təmsilçilərdir. Onların başçılarına xəlifət  əl-xüləfa deyilir 
və o bəy titulu daşıyırdı. Xəlifət  əl-xüləfaya qısaca olaraq Xüləfa 
bəy deyilirdi (67, 82). I Şah İsmayıl dövründəki ilk xəlifət əl-xüləfa 
Xadimin həqiqətən «bəy» titulu vardı (108, 30, 40). Ancaq ondan 
xeyli sonra I Təhmasib, II İsmayıl, I Şah Abbas dövründəki xüləfa-
ların bu ünvana malik olmaları barədə  dəqiq məlumatlar yoxdur. 
Nəsrullah Fəlsəfiyə görə də hər bir Qızılbaş tayfa sufilərinin başçısı 
xəlifə  və bütün sufilərin rəisi xəlifət  əl-xüləfa adlanırdı (133, c.2, 
815). Xüləfa  ərəbcə «xəlifə» sözünün cəm halı olub, xəlifət  əl-
xüləfa Səfəvi təriqət nümayəndələrinin işinə istiqamət verərək 
onlara başçılıq və nəzarət edirdi (20, 236). 
Ancaq V.Minorskinin ifadəsi ilə deyilsə,  əslində  Səfəvilər 
hakimiyyətə  gəldikdən sonra iki təşkilat yaratdılar ki, dövlətçilik 
baxımından onlar sələfləri olan Ağqoyunlu (Bayandurlu-Z.B.) xanə-
danı hakimiyyətinin davamçıları idilər. Lakin Ağqoyunlu hökm-
darlarından fərqli olaraq həm də mürşid-i kamil olub, müridləri 
onlara sözsüz itaət edirdilər. Qızılbaş süfilər türk tayfalarından olub, 
vilayətlərə göndərilən xəlifələr və  Şahın naibi xəlifət  əl-xüləfa da 
onlardan olurdu. Minorski tərəfindən yerində deyildiyi kimi, xəlifət 
əl-xüləfa «Sufi işləri üçün xüsusi bir katiblik» idi. Şah xəlifət  əl-
xüləfanın işinə  və bütünlüklə süfilərə, onları hakimiyyətə  gətirmiş 
qüvvələrə, «xanədanın» Kiçik Asiyada olan tərəfdarlarına da özü 
nəzarət edirdi (103, 103-105). Xəlifət əl-xüləfanın yerlərdə təbliğat 
aparan nümayəndələri olan xəlifələr də öz növbələrində pir qarşı-
sında məsuliyyət daşıyırdılar. 


 
193 
 
 
Qaraqoyunlu, Ağqoyunlu dövlət idarəçiliyi özülündə Azər-
baycanı yenidən vahid mərkəzdə birləşdirən  Şah  İsmayıl ölkəyə 
teokratik səlahiyyətlə başçılıq etməklə özündə  həm  şahlıq və eyni 
zamanda, mürşid-i kamillik xüsusiyyətlərini birləşdirirdi. Ancaq 
Səfəviyyə  hərəkatına rəhbərliklə dövlət idarəçiliyi arasında müəy-
yən ayrılıq nəzərə çarpacaq dərəcədə meydana çıxırdı.  Şahın eyni 
zamanda həm mülki, həm də dini idarəyə  rəhbərliyi paralel apar-
ması bir qədər çətinləşirdi. «Dəstur əl-müluk» adlı qaynaqda xəlifət 
əl-xüləfanın statusu izlənilərkən bu mənzərə daha çox aydınlaşır. 
Qaynaqda göstərilir ki, xəlifət əl-xüləfa Şahın ən yaxın adamı olub, 
tayfa və vilayətlərə öz təliqəsi ilə xəlifələr göndərərək müridləri düz 
yola çağırırdı. O, təliqəsi üzərində  bənde-yi dərgah (dərgahın 
bəndəsi) yazırdı. Hərəkata yeni qoşulan sufilərin başına Qızılbaş 
papağını yerlərdə  xəlifə, yaxud xəlifət  əl-xüləfa qoyurdu. Dövlət 
işləri  Şaha müridlərin bütün cümə günlərində keçirdikləri yığın-
caqlara gəlməyə və ümumən, onlara nəzarət etməyə imkan vermirdi 
(97,  №3, 307-308). Göründüyü kimi, XV yüzilliyin sonundakı 
dağınıqlığı aradan qaldırıb Səfəvilər Azərbaycanı yenidən birləşdir-
dikdən sonra Şah İsmayıl Səfəvi cəmiyyətinin idarəsinin xəlifət əl-
xüləfanın ixtiyarına buraxmışdı. 
R.M.Seyvori yazır ki, I Şah İsmayıl vəkil-i nəfsi nəfisi (şahın 
dəyərli ruhunun vəkili) humayun idarəsi  ənənələrini möhkəmlən-
dirməyə çalışırdı. Vəkil sufi təşkilatı ilə  ənənəvi bürokratik sistem 
arasında bir əlaqə vasitəsi idi (211, 498). Şah  İsmayılın vəkalət 
institutunu möhkəmləndirməsi inkar olunmur, ancaq XVI yüzilliyin 
əksər qaynaqlarından vəkalətin baş  vəzir, yaxud əmir  əl-üməraya 
əlavə ünvan kimi verildiyi göstərilmişdir (24, 51-53). XVI yüzil-
liyin ortalarından isə artıq əmirlərə bu rütbənin verilməsinə təsadüf 
olunmur. 
Digər tərəfdən, göstərmək lazımdır ki, xəlifə əl-xüləfa birbaşa 
Şaha tabe olmaqla Səfəviyyə  cəmiyyətinin rəhbəri kimi çox geniş 
hərbi statusa malik idi. Səfəvi qoşununun özülü olan sufilər 
(döyüşçü-«qazilər») ona tabe idilər. I Şah İsmayılın bütün müharibə 
və axınlarında qoşun rəhbəri kimi vuruşan xəlifət  əl-xüləfa bəzən 
əyalət hakimi vəzifəsinə  də  təyin olunurdu. I Şah  İsmayıl 1499-cu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə