Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   56   57   58   59   60   61   62   63   ...   111

 
179 
 
 
və münsiflər hazırlıqlı olub, bu sahədə  cəmiyyətin qalan fərdlərini 
özlərinə  cəlb edə bilirdilər. Elə buna görə, demək istəyirəm ki, 
nəzəri cəhətdən həlli mümkün olan ixtilaflar iki nəfər arasında 
aydınlaşdırılırdı ki, bu məsələ qazının vəzifəsinə aid idi. Həmçinin 
hüquq normaları və mülkiyyət məsələləri üzrə olan hadisələr barədə 
hakimlik edərək rəy vermək bu iki nəfərin qanuni vəzifə borcuna 
aid məsələlər idi (112, c.IV, 1339). 
Şardenə görə Osmanlı imperatorluğunda müfti böyük nüfuz 
sahibi olub dini məsələlər üzərində onun güclü nəzarəti vardı. 
Səfəvi ölkəsində isə o, daha çox mülki işlərlə bağlı olduğuna görə 
yüksək mövqeyə  və rütbəyə sahib idi. Müfti sözü Allahın rəyi, 
mühakimə hüququ və müjdəçi mənasında olub, onun da hökmü qəti 
olurdu. Müftinin əsas xüsusiyyətlərindən biri o idi ki, o, dini sual-
lara qəti cavablar verirdi. Başqa sözlə dini mübahisələrə dair çətin 
məsələlərin, yəni bütün mənəvi, o cümlədən böyük günahlara dair 
cəzaların həlli onun səlahiyyətinə aid idi (112, c.IV, 1339). 
Şardenin səyahətnaməsində müsəlman dini-hüquqi məktəbləri 
ilə bağlı məlumatlara da təsadüf edilir. O bu məsələnin zahiri tərə-
finə daha çox diqqət verərək yazır ki, müsəlmanlar əbədiyyətə qo-
vuşmuş rəhbərlərini iki qola bölmüşlər ki, bu iki şöbə əsasən Səfəvi 
və Osmanlı ölkələrində mövcuddur (112, c.IV, 1339). Əslində bu 
iki  şöbənin dini hökmləri müştərək olub, biri digərini təqib edir. 
Onların hər ikisində hamı tərəfindən qəbul edilən adi məhkəmə və 
mühakimə nizam-intizamı, qanun-qaydaları vardır. Belə ki, onların 
arasında zahiri imtiyaz fərqləri mövcuddur. Əslində Şarden burada 
sünnə və şiədən ibarət iki mühüm islam məzhəbi və onların əsasən 
oxşar olan məhkəmə icraatı sistemini nəzərdə tutmuşdur. Onların 
hər ikisinin məhkəmələri  şəriət məhkəmələri, məhkəmə  işlərinə 
baxanlar isə qazı (hakim) adlanırdı (30, 14). Şarden yazır ki, ancaq 
bu da imkan vermir ki, onlar aralarında çox ixtilaf taparaq hakim 
vəzifəsini dəyişsinlər. Və beləliklə, Osmanlı imperatorluğunda ha-
kimlik işlərinə müfti, Hindistanda bu işlərə «kasy»u, Səfəvi ölkə-
sində isə şeyx ül-islam baxır və rəhbərlik də onlara həvalə olunurdu. 
O öz rəyi ilə məşvərəti qəbul, yaxud onu rədd edə bilərdi. Bir qayda 
olaraq o, mötədil, bilikli və etibarlı dini vəzifə sahibi olurdu. Müfti-


 
180 
 
 
ni işə şah təyin edirdi. Bu vəzifəyə sakit təbiətli, insanpərvər, mərd 
adamlar seçilirdi. Onlar tündxasiyyət, səbirsiz, məqsədli adam 
olmamalı idilər. Əgər şah onların qorxunc, qəsbkarlıq kimi məqsəd-
lərinin qarşısını almasa, onlar mehriban və faydalı adam ola bil-
məzlər. Bir nəfər də  əcnəbi onların ölkəsində bir gün də yaşaya 
bilməzdi. Ona görə ki, onlar həmişə çalışacaqlar ki, öz rəylərini hər 
kəsə zorla qəbul etdirsinlər (112, c.IV, 1339, 1340). 
Bu qazıların hamısı eyni yerdə (məhəldə) hakimlik etmirlər. 
Hər birinin o birindən ayrı bir yerdə  məhkəməsi vardır. Və iddia-
çılar daha yaxşı tanıdıqları  və etibar etdikləri qazılara müraciət 
edirlər. Onlar məhkəmə məsələlərinə özlərinin kontorlarında baxır-
lar. Başqa din xadimlərinin məhkəmə  işləri ilə  məşğul olmağa 
hüquqları yoxdur. Mülki mübahisəli məsəllərdə adamların qarşılıqlı 
iddiaları, öz rəylərinə uyğun şərhləri deyil, ürfi və şəri hüquqda bir 
qayda olaraq dövlətin mənafeyi nəzərə alınmaqla qazı  təbii olaraq 
hökmü özü verir (112, c.IV, 1341). 
"Abbasnamə" nin verdiyi məlumata görə əvvəlki Səfəvi şahla-
rının vaxtında və II Şah Abbas dövründə  də  hərbi və mülki idarə 
rəislərinin vəzifə  səlahiyyətlərini aşması ilə  əlaqədar baş vermiş 
narazılıqları aradan qaldırmaq üçün nüfuzlu Qızılbaş  əyanlarından 
"Ədalət divanı" təşkil edilir və bu divanın yoxlamaları  əsasında 
onların cinayətləri müəyyən edilir, məsələlərin ədalətli həllinə cəhd 
göstərilirdi. Səfəvi ordusu 1648-ci ildə  Qəndəhara doğru hərəkət 
etdikdə Şah Qəzvində hərbi keçidi şəxsən özü müşayiət etmişdi. O, 
hər gün sübh çağından günortaya qədər hərbi keçiddə hər bir əsgəri 
dinləmiş, onların çətinlikləri barədə göstərişlər vermişdi. Bu zaman 
ona sipahsalar Əliqulu xanın haqsızlığı barədə  məlumat çatdırılır 
(125a, 63). O, bu məsələni araşdırmaq üçün Qulcan bəy (qulame 
xasse-ye şərifəni) Təbrizə, İbrahim bəy qulame xasse-ye şərifəni də 
Xorasana göndərdi və onlara təhqiqat aparmaları barədə  fərman 
verdi. Şahın bu iki qulamı qısa müddətdə təhqiqatlarını başa çatdırıb 
geri döndülər.  Şahın yanına gəlib  Əliqulu xan tərəfindən  şikayət-
lərdə zülm və haqsızlığın doğru olduğunu ona bildirdilər. Bu məsələ 
aydınlaşdırıldıqdan sonra Şah Əliqulu xan və qardaşı oğlu, həm də 
naibi olan Bicəm sultanı Əlamut qalasında zindana saldırıb əmlak-


 
181 
 
 
larının da müsadirə edilməsi barədə göstəriş verdi. Əliqulu xanın 
Xorasan sərdarı  və  İsfahanın mirabı olan qardaşı  İsa da Şahın 
göstərişi ilə Farsdakı Gülab qalasında zindana salınmalı idi. Ancaq 
o, qalaya çatana qədər vəfat edir. Şah ədaləti və öz xeyirxahlığı ilə 
bütün ölkəni şöhrəti bürümüşdü. Şah fərman vermişdi ki, həftənin 3 
günü ədalət məhkəməsi təşkil edilsin və bir gün əsgər, xidmətçi və 
qulamların, ikinci gün rəiyyət və zülmə  məruz qalanların  şikayət-
lərinə baxılsın, üçüncü gün isə xanların, hakimlərin padşaha göndər-
dikləri hədiyyələr gözdən keçirilsin(125a,64). H. 1065 (m. 1655)-ci 
ildən  Şah özü hər gün divanda olur və adamların  şikayətlərinə 
şəxsən özü baxırdı. Bu zaman Urmiya sakinlərindən bir seyid 
Urmiya hakimi Məhəmmədəli xan Əfşardan şikayət edib bildirdi ki, 
qardaşını günahı olmadığı halda öldürmüş,  əmlakını isə  ələ keçir-
mişdir. Şah Azərbaycan bəylərbəyinin naibinə məsələni araşdırmağı 
tapşırdı. Məsələ araşdırıldıqda Seyidin şikayətinin doğru olduğu 
aydınlaşır.  Şah Yadigar Əli sultanın oğlu Məhəmməd Hüseyn bəy 
Rumlunu Məhəmmədəli xan Əfşarı tutub saraya gətirməyə göndər-
di. Şah özü məsələni araşdırıb həqiqəti üzə çıxarır və göstəriş verir 
ki, məzlumlardan zorla alınan mallar geri qaytarılsın, həm də 
göstəriş verdi ki, onu şəri hökmlə  qətl etsinlər ki, əməlinin layiqli 
cəzasını alsın. (125a, 73). 
Səfəvilərin dövlət idarəçiliyində  ədliyyə, polis, məhkəmə 
orqanları da mövcud olmaqla, onların da aralarında dövrün mövcud 
qanunları çərçivəsində səlahiyyət bölgüsü aparılmış, hüquq və vəzi-
fələri müəyyən olunmuşdur. Tavernyenin qeyd etdiyi kimi, ədliyyə 
məsələləri üzrə baş nazir vəzifəsini icra edən məmur divanbəyi 
adlanırdı. Divanbəyinin qərargahı sarayda yerləşirdi ki, o burada 
qanunların düzgün icrasına və günahkarların cəzalandırılmasına 
nəzarət edirdi. Bu çox mühüm vəzifə olub, ölkədə şikayətçilər ona 
müraciət edirdilər. Onun hökmlərini məmləkətin    bütün böyükləri 
və vilayət xanları icra edirdilər (104, 567). «Təzkirət əl-müluk» da 
qeyd olunur ki, ölkə miqyasında qətl, bədən xəsarəti, göz kor etmə
diş sındırmadan ibarət olan və ehdase əpbəə (dörd cinayət hadisəsi) 
adlanan cinayətlərə o baxırdı. Ancaq bu hadisələrlə bağlı onun 
qərargahındakı iclaslarda sədr də  iştirak edirdi. Haqsızlıqla qarşı-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə