Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   52   53   54   55   56   57   58   59   ...   111

 
167 
 
 
1683-cü ildə  Səfəvi ölkəsinə  gələn Sanson sədr xassənin din 
xadimlərinin başçısı olduğunu, bütün əyalətlərdə,  şəhərlərdə onun 
naiblərinin çalışdığını bildirərək həm də yazırdı ki, yerli hakimlər 
onların fitvası olmadan heç bir hökm çıxara bilməzdilər.  İkinci 
ruhani  şəxsiyyət isə  sədr  əl-məmalik olub, o, sədr xassənin, yəni 
ölkə qanunları rəisinin dini məsələlər üzrə müavini idi (106, 56). 
Adam Oleari yazır ki, katolik kilsəsində papa kimi Səfəvi 
ölkəsində də sədr dini başçı olub, şah və qazılar tərəfinən seçilirdi. 
O, Qurani Kərimlə yanaşı, bütün elmlərə mükəmməl bələd olmalı 
və istər dini, istərsə də dünyəvi məhkəmələrdə hər bir məsələyə öz 
fikrini bildirməyi bacarmalı idi. Bəzən hökmlər onun mülahizələri 
əsasında elan olunurdu. Bir çox məsələlərdə isə özü şəxsən qərar 
çıxarıb onu möhürlədikdən sonra şaha təqdim edirdi (139, 899). 
Tavernye sədrin hüquq və vəzifələrini şərh edərək yazır ki, şəriət və 
qanunlar rəisi olub, məscidlərin vəqf əmlakına və bir çox başqa iş-
lərə baxır. Məscid vəqflərinin gəlirlərini toplayıb vəqfin müəyyən 
ehtiyacına, özünün bildiyi yerlərə  xərcləyir. Ancaq o başqa xərc-
lərdən  əvvəl öz haqqını götürürdü. Rütbə  və  vəzifələrinə görə 
bərabər olan iki böyük din xadimi də sədrə tabedirlər. Onların biri 
şeyx  əl-islam, digəri qazı adlanır.  Şəri işlər bu iki vəzifə arasında 
bölünüb və yerlərdə  sədrə aid məsələlərlə onlar məşğul olur, şəri 
qanunların yerinə yetirilməsini və s. yoxlayırlar. Onları  vəzifəyə 
Şah təyin edir (104, 588-590). 
«Təzkirət əl-müluk»da da sədarət institutu haqqında müfəssəl 
məlumatlar vardır. Qaynaqda göstərilir ki, şəri hakimlərini, təfvizi 
vəqflərin (şahın nəzarəti altında idarə edilən vəqflər) mübaşirlərini 
vəzifəyə  sədr təyin edirdi. (Mübaşir - vəqf təsərrüfatıı idarə edən 
məmur olub, vəqfin illik gəlirini müəyyən edərək onu mouqufat 
dəftərində qeydiyyata alır, bu gəlirdən həvalələri hazırlayır, vəqf 
torpaqlarının yenidən  əkilməsi üçün vəsait ayırırdı).Seyidlərin 
ağsaqqalları, üləmalar, müdərrislər,  şeyx ül-islamlar, pişnamazlar, 
qazılar, mütəvəllilər, xeyriyyə müəssisələrinin gözətçiləri, vəqflərin 
nazirləri, mustoufiləri, mirzələr, ölüyuyanlar, qəbirqazanların 
ağsaqqalları və başqa işçiləri ona tabe idilər (132, 2). Sədr məscid 
və vəqf əmlakını idarə edən və bu dini müəssisələrdə çalışan, işçi və 


 
168 
 
 
xədəmələrin, müdərrislərin, tələbələrin, vaizlər və başqa din xadim-
lərinn vəzifə dərəcələrinə görə aylıq məvaciblərini təyin edir, artırır, 
azaldır, yaxud ləğv edirdi (96, 122). Dövlətin idarə quruluşunda 
ayrı-ayrı orqanlar arasında səlahiyyət bölgüsünə uyğun olaraq sədr 
əzəmlə divanbəyi arasında qanunlara uyğun olan qarşılıqlı müna-
sibətlər səyyah gündəlikləri ilə müqayisədə «Təzkirət  əl-müluk»da 
daha aydın şəkildə əks olunmuşdur. Qaynaqda göstərilir ki, divan-
bəyi səlahiyyətinə aid olan dörd mühüm cinayət hadisəsinə  sədr 
əzəmin iştirakı olmadan baxıla blməzdi. Ancaq bu cinayət 
hadisələri ilə  əlaqədar olaraq başqa  şəri hakimlərin, hətta sədr  əl-
məmalikin də divanbəyinin işinə qarışmağa səlahiyyətləri yoxudu. 
Qeyd olunan cinayət hadisələri ilə bağlı  məhkəmə iclasları  hər 
həftənin  şənbə  və bazar günləri sarayın keşikxnasında təşkil 
olunurdu (132, 2) Məmaliki məhrusədə (qorunan ölkələr) Azərbay-
can, Fars, İraq, Xorasanın mahallarına, şəhərlərinə şəri hakimləri və 
buradakı  məqbərələrə, mədrəsələrə, məscidlərə mübaşiləri sədr  əl-
məmalik, xassə  ərazsinə daxil olan mahal və  şəhərlərin  şəri 
hakimlərini, müqəddəs məkan işçilərini isə sədr xassə təyin edirdi. 
Ümumiyyətlə, ölkə miqyasında təfvizi vəqflərə qulluqçuların təyin 
olunması, yaxud onların işdən azad edilməsi sədrlərin səlahiyyət-
lərinə aid idi. Ancaq şəri vəqflərin işlərinə nə sədr xassə, nə də sədr 
ammənin qarışmağa səlahiyyətləri yox idi. Ona görə ki, əmlakın 
şəri qanunlar əsasında vəqf edən  şəxs həmin vəqfin mütəvəllisini 
özü müəyyən etdikdə, onun dəyişdirilməsi müqəddəs  şəriətə zidd 
hesab olunurdu (132, 2-3). «Təzkirət əl-müluk»da da sədr ammə və 
xassənin bəzən bir nəfərə həvalə edildiyi göstərilmişdir (132, 2-3). 
Səfəvi dövlətində  şəriət məhkəmələrində  sədrlərin rolu, 
mövcud hüquq normaları  və onların prinsip və qaydaları da 
Şardenin diqqətini özünə  cəlb etmiş  və o, səyahətnaməsində bu 
problemləri şərh etməyə çalışmışdır. Səyyah yazır ki, sədrlər bütün 
ruhani cəmiyyətinin həm maddi, həm də  mənəvi hakimləridirlər. 
Quran ehkamlarından heç bir qanun mötəbər olmamışdır. On iki 
imamın ki, atalarından sonra övladları imam olaraq imaməti 
yaratdılar, onlar həm də Quranı  təfsir etdilər. Nəticədə bu təfsirə 
fiqh, yəni islam hüququ adı verildi ki, bu qanunlar həm dini və həm 


 
169 
 
 
də mülki hökmləri özündə birləşdirən qanunlar məcmuəsini təşkil 
edir. Başqa sözlə ölkənin mülki və dini qanunları qarışmış, onlar 
ayrılıqda mövcud deyildirlər (112, c.IV, 1336). Elə buna görə  də, 
demək olar ki, sədrlər bütün mənəvi məsələlər üzrə mühakimə 
aparmaqda tam sərbəst olub ixtiyar sahibidirdər. Həmçinin bütün 
vəqfləri idarə edənlərin fəaliyyətlərinə, onların vəqf gəlirlərini 
düzgün xərcləmələrinə nəzarət edir və əslində onların başçısı olub, 
həm də bu sahə üzrə cavabdehdirlər. Sədrlərin vəqf  əmlakı ilə 
birbaşa əlaqələri yox idi. Ancaq maliyyə divanı vəqflərin idarəsi və 
gəlirlərinin bölgüsü məsələləri ilə bağlı işinə qarışırdı. Ona görə ki, 
hər şeydən əvvəl vəqflərin ixtiyarı şahın əlində olub, sədr əslində bu 
əmlakı şahın naibi kimi idarə edirdi. Demək olar ki, şahın vəqflərin 
ixtiyarını tam öz əlinə alması narazılıq və qaydasızlıqlar da yarat-
mışdı. Belə ki, vəqflərinin bir qisminin idarə olunması bu əmlak 
növünə hədiyyə verənlərə həvalə edilirdi (112, c.IV, 1336). Səfəvi-
lər dövründə  də bir çox hallarda əmlakının hamısını, yaxud bir 
hissəsini vəqf edən  şəxs mütəvəllilik vəzifəsini irsi olaraq özündə 
saxlamış, ya da qohumlarından birinə tapşırmışdı. Bu qəbil əmlakın 
gəliri ilk növbədə onu vəqf etmiş şəxsin özünə və ya onun müəyyən 
etdiyi mütəvəlliyə verilir, yəni onun nəzarəti altında vəqfnamədə 
nəzərdə tutulan məqsədlər üçün sərf olunurdu. Vəqf  əmlakının 
gəlirinin onda bir hissəsi isə vəqfin başçısı olan mütəvəlliyə touliy-
yət haqqı adı ilə  məvacib müqabilində verilirdi (45, 41). Bir çox 
hallarda vəqflərin gəliri vəqfnamədə  nəzərdə tutulan qaydalar 
əsasında bölünür və  vəqflə bağlı  şəxslər tərəfindən mənimsənilirdi 
ki, bu da müəyyən narazılıqlara səbəb olurdu. Vəqf əmlakı ilə bağlı 
narazılıqları aradan götürmək üçün Şardenin qeyd etdiyi kimi Şah 
Abbas Sani yersiz touliyyət verilməsini dayandıraraq narazılıqların 
qarşısını qismən aldı. Belə ki, Şah sədrin nüfuz və qüdrətinin də 
vəqflərin idarə  işləri ilə uzlaşmadığına görə bu məqamın ləğv 
edilməsini qərara aldı. Bu məqsədlə  sədrin vəfatına on dörd ay 
qalmış sarayda sədr əzəm vəzifəsini özü ələ aldı və praktiki olaraq 
bu məqam ləğv olundu. Ancaq oğlu hakimiyyətə keçdikdə atasının 
siyasətini davam etdirməmiş və sədrin vəzifəsini iki yerə bölməklə 
faktiki olaraq  iki sədrə tapşırmışdı. Belə ki, dövlətin xalisə  əmla-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə