Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   48   49   50   51   52   53   54   55   ...   111

 
155 
 
 
Qeyd olunan bu iki qoşun növünə daxil olan 5 hərbi hissədən 
əlavə,  Şardenin  əsərində iki kiçik hərbi hissənin də adı qeyd 
edilmişdir (112, c.3., 1195). 
Şahın 200 nəfər sufi cangüdəninin Səfəvi sülaləsi ilə xüsusi 
əlaqəsi vardı. Qərargahları Alaqapı darvazasında, töhidxana yaxın-
lığında idi (112, c.3, 1195). Sanson sufilərin XVII yüzilliyin 80-ci 
illərində izzət və etibarını itirdiklərini bildirsə də, Şardendən fərqli 
olaraq onlardan 2000 nəfərin sarayın giriş qapısında keşik çək-
diklrini və eşikağasına tabe olduqlarını yazmışdır (106, 137-138). 
Şarden göstərdiyi iki kiçik hərbi dəstənin ikincisi haqqında 
yazır ki, 600 nəfərdən ibarət cəzair adlı qarovul dəstəsini 1654-cü 
ildə  Şah Abbas sani hərbi xidmətə  qəbul etmişdi. Onlar Şahın 
cangüdənləri, saray qarovulçuları olub, tüfəngçibaşıya tabe idi (112, 
c.3, 1195). Ancaq «Təzkirət əl-müluk»da cəzairin qulamlarla əlaqə-
sinə işarə edilir. Onlar daimi olaraq saray qapısında keşik çəkirdilər 
(132, 38). Sanson onların sayının 4000 nəfər olduğunu və tüfəngçi-
başına deyil, topçubaşına tabe olduqlarını yazır (106, 139). Dövlət 
və Şah qoşunundan sarayı qorumaq üçün ayrılan takım əsgərlərinin 
sayını  Səfəvi  şahları istədikdə artırıb, yaxud azaltmaq, hətta ləğv 
etmək hüququna malik olduqlarına və  bəzən də bunu icra 
etdiklərinə görə, dövrün ədəbiyyatlarında qeyd olunan takımların 
əsgərlərinin sayı barədə fərqli məlumatlar verilmişdir. Sansona görə 
XVII yüzilliyin 80-ci illərində onların sayı 14.000 nəfərdən ibarət 
olmuşdur (106, 139): 
Sufi  
 
– 2000 
Cəzair    
– 4000 
Qulam    
– 4000 
Tüfəngçi  
– 2000 
Qorçu    
– 2000 
Cəmi    
– 14000 nəfər 
V. Minorski qulamların, topçuların soykökü məsələsində yan-
lışlığa yol vermiş və onun tüfəngçilərin orduda xalis İran elementi 
olması haqqındakı fikiri də doğru deyildir (103, 54). Əvvəla 
tüfəngçilərin içərisində  Qızılbaşlar az deyildi. İkinci tərəfdən  İ.P. 
Petruşevskinin yazdığı kimi, bu dövrdə bir o qədər xristian cavan-


 
156 
 
 
ları müsəlmanlığı hələ qəbul etməmişdi ki, onlardan böyük bir hərbi 
qüvvə – qoşun yaradılsın. Digər tərəfdən yuxarıda qeyd etdiyimiz 
kimi, qorçular XVII əsrdə yenə  də qoşunun  əsas yadrosunu təşkil 
edirdi. Sansonun «qorçu alayları heç vaxt dəyişikliklərlə üzləşmə-
miş və əski çağlarda olduğu kimi qalır» (106, 47) -deməsi göstərilən 
fikrin doğruluğunu təsdiq edir. Qulamların da arasında türk tayfa-
larından mülazim olması  şübhə doğurmamalıdır. Necə ki, Pyetro 
della Valle də yazır: «…Şahın Qızılbaşlar və qulamlardan ibarət 
qoşunun birinci dəstəsi türkdür, ikinci dəstə isə öz aralarında kökü 
türkcə olan dildə danışırlar. Onlar fars dilindən heç bir şey bilmirlər. 
Başçıları onları öz fikrini bildirmək üçün türk dilində  fərman 
verməlidir.  Şah da vaxtının çoxunu həmin qoşun içərisində keçirir 
və əmrlərini türk dilində vermək ona da rahatdır. Məhz bunun nəti-
cəsində türk dili tədricən zadəganlardan təşkil olan saray və ölkənin 
yüksək rütbəli hərbi və mülki şəxsiyyətlərinin dili olmuşdur» (86, 
261). 
Petro della Vallenin yazdıqlarından aydın olur ki, qeyri-
türklərdən yaradılan qoşun növü – qulamların türk dilində danış-
maları imperatorluqda türklərin nüfuzlarının güclü olmasından 
xəbər verir. Sözsüz ki, qulam əsgəri heyətinin müəyyən hissəsi türk 
tayfalarından səfərbər olduqlarına görə, bu takımdakı qeyri-türklər 
türk dilini asanlıqla öyrənməyə müvəffəq ola bilmişdilər. Digər 
tərəfdən ünsiyyət vasitəsi olan türk dilinin saray, dövlət və qoşun 
dili olması, dövlətin yüksək rütbəli şəxsiyyətlərinin bu dildə danış-
ması  şəraitində qeyri-türk etnik mənşədən olan gənc qulamlar 
«farslaşma» prosesinə deyil, məhz türkləşmə prosesinə məruz qala 
bilərdilər. Bu isə dövlətin hərbi təşkilatında türk və türkdilli əsgəri 
heyətin çəkisini daha da artırırdı. 
Osmanlı yeniçərlərinə  bənzər yeni nizami hərbi hissəlrinin 
təşkili əslində dövlətin hərbi qüdrətinin möhkəmləndirilməsi məqsə-
dindən irəli gəlmişdi. Digər tərəfdən, I Şah Abbas yalnız Qızılbaş-
ların dövlətdəki nüfuzunu məhdudlaşdırmağa çalışmamış, o həm də 
qeyri-türk ünsürlərinin mərkəzdənqaçma hərəkatlarına qarşı da 
kəskin mübarizə aparmışdı. Və bu mübarizədə onun arxalandığı 
hərbi qüvvənin türklər olması  bəlli həqiqətdir. Elə buna görə  də


 
157 
 
 
onun dövründə  və ondan sonra yenə  də  Qızılbaş tayfa əmirləri 
Səfəvi dövlətinin  əsas dayağı olaraq qalırdı. Düzdür, I Şah 
Abbasdan sonra hakimiyyət başına keçmiş hökmdarlar da səltənətə 
qarşı  çıxa biləcək qüvvələr içərisində ancaq qorçulardan ehtiyat 
etdiklərinə görə onların imtiyazlarını azaltmağa çalışmış, ancaq bu 
işi axıra çatdıra bilməmiş və son nəticədə öz tədbirlərindən imtina 
etmişdilər. Bu, Qızılbaşların yenə  də  Səfəvi dövlətində öz keçmiş 
hərbi qüdrətlərini, nüfuzlarını qoruyub saxlaması deməkdir. Hətta 
tüfəngçi dəstələrinin içərisində də Qızılbaşlar az deyildi. Elə I Şah 
Abbasın hakimiyyəti dövründə, 1619-cu ildə  Təbrizli Məhəmməd-
tağı bəy min nəfərlik azərbaycanlı tüfəngçi dəstəsinin minbaşısı idi 
(Məhəmmədtağı bəy Təbrizi minbaşı-ye tofəngçiyan-i Azərbaycani) 
(80, 936). Topçubaşılar da bir qayda olaraq təbrizlilərdən ibarət 
olmuşdur. Çünki, top istehsalı sahəsində Təbrizli ustalar bu işin ilk 
təşəbbüsçüsü, ixtiraçısı və mahir sənətkarları olmuşlar. Vilayətlərdə 
də tüfəngçi və topçu dəstələri vardı. Məsələn, Şah Abbas Dərbəndi 
tutduqdan sonra Mənuçöhr bəy Cığatayı xorasanlı, iraqlı  və sairə-
dən ibarət bir dəstə tüfəngçi ilə onların qalabəyi və yolların müha-
fizəçisi təyin etmişdi. 1718-ci ildə A.Volinskinin gündəliyində 
Şirvanda onu müşayiət edənlər içərisində Şirvan hərbi rəislərindən 
topçubaşı  və onun köməkçiləri haqqında da məlumat vardır. O 
cümlədən 1722-ci ildə rus qoşunu Dərbəndi tutduqda orada 203 top 
da ələ keçirmişdilər (140, 34; 1, 135, 151). 
Pyetro della Vallenin yazdığı kimi, zamanın tələblərinə uyğun 
olaraq Səfəvi qoşunun sayı tez-tez artır, yaxud azalırdı. Səyyah 
qeyd edir ki, Şah Abbas artıq adamlara məvacib verməyi xoşla-
mırdı. Bundan başqa əvvəlki dövrün müharibələrində Səfəvi dövlə-
tinin  əsgəri itkisi də çox olmuşdu. Bunun hamısı daxil olmaqla, 
orduda 70.000-80.000 döyüşçü vardı ki, ondan da yalnız 40.000 
nəfərindən sözün əsl mənasında hərbi əməliyyatlarda istifadə etmək 
olardı. Ancaq Pyetro Şahdan məvacib alan ordunun ümumi sayının 
100.000 olmasından danışır ki, onun 30.000 nəfəri sərhəddə müha-
fizə xidmətində olub, buranı heç vaxt tərk etmirdi. Yerdə qalan 
70.000 nəfərlə birlikdə, zabitlərin ailəsi, xidmət heyəti də  nəzərə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə