Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   50   51   52   53   54   55   56   57   ...   111

 
161 
 
 
nizam-intizam yaradır və əsgəri təşkilatın maliyyələşdirilməsi məsə-
lələri ilə məşğul olurdu. Ləşgərnəvis qoşunun kargüzarı olub, vəzir 
vəzifəsinin astanasında durduğu güman edilir (20, 239). «Xolde 
bərin» də I Şah Təhmasibin dövründə Mirzə Fətullah və İsa bəyin 
ali divan ləşgərnəvisi olduqlarını görürük (128, 446). «Təzkirət əl-
müluk»da ləşgərnəvisin hüquq və vəzifəsi haqqında müfəssəl məlu-
mat vardır. Qaynaqda göstərilir ki, sərhəd  əmirləri, hakimləri və 
sultanların say hesabına dair dəftərlər, yəni onların özlərinin və 
xidmətlərində olan hərbi qulluq heyətinin siyahısını o saxlayırdı. 
Bəylərbəyilər, mahal hakimi olan sultanlar, onların mülazimlərinin 
və ümumiyyətlə, istər mərkəzi və istərsə  də yerli idarələrdə  əsgəri 
təşkilatla bağlı olan bütün məmurların mənsəbləri, məvacibləri, 
həmesaleləri, soyurqallarına aid bütün fərmanlara, hökmlərə o mö-
hür vurur, əsgəri heyətin qulluq fərmanlarını isə birbaşa özü tərtib 
edir, məvaciblərini də  dəftərinə yazıb, yuxarı dövlət idarələrinə 
təqdim edirdi (132, 41). 
 XV  əsrdə Baharlı  və Bayandur sülalələrinin hakimiyyəti 
illərində olduğu kimi, Səfəvilər dövründə  də vilayətlərin  ərazisin-
dəki ordunun əsgəri heyəti ilə  əlaqədar olan cinayət hadisələrinə 
qoşun qazısı adlı xüsusi məmurlar baxır və cinayət tərkibli məsələ-
ləri onlar həll edirdilər. Qoşunun bütün məvacib cədvəli də onların 
möhürü ilə  təsdiq olunurdu. Qoşun qazısının möhürü olmadan 
həmin siyahı rəsmi sənəd hesab olunmurdu (132, 3-4). İskəndər bəy 
Münşi  Şah Müzəffərəddin  Şirazidən söhbət açarkən yazır ki, o 
əvvəl Şirazda şeyx ül-islam olub, Sultan Məhəmmədin hakimiyyəti 
dövründə (1578-1587) saraya gətirilib qoşun qazısı vəzifəsinə təyin 
edilmişdi. Sultan Məhəmmədin ona xüsusi hörməti vardı. O, II Şah 
İsmayıl zamanında da qoşun qazısı  vəzifəsində olmuşdu (80, 148, 
223). Ancaq «Təzkirət əl-müluk»da göstərilir ki, İsfahana sədr təyin 
ediləndən sonra qərara alındı ki, buradakı qoşunla bağlı  şəri işlərə 
şahın hüzurunda divanbəyi baxsın. Artıq bundan sonra İsfahandakı 
qoşun qazısının divanbəyi keşikxanasına gəlməsinə icazə verilmədi 
(132, 3-4). 
 «Təzkirət  əl-müluk»da qorçu vəziri haqqında qeyd edilir ki, 
səfərdə olan qorçuların xidmətə aid vəsiqələrini və başqa sənədləri, 


 
162 
 
 
sipahsalarların və  sərdarların qədim mülazimlər barədə yazdıqları 
vərəqləri yüksək hökumətin alicah vəzirlərinin hökmü və alicah 
qorçubaşının icazəsindən sonra möhürləyir ki, mərkəzi dəftərxanada 
qeydiyyata düşüb-çıxmada çətinlik olmasın. Qorçular, yüzbaşılar, 
qor yasovulları və sairənin hal və vəziyyətinə aid sənədləri də qorçu 
vəzirləri möhürləyərdilər. Yüzbaşılar, qor yasavulları, yaraq qorçu-
ları və yeni qorçuların qulluq vərəqəsi, vəsiqələri yuxarıda adı çəki-
lən vəzirlər yanında saxlanılır. Vəzir qorçuların qulluq vəsiqələri, 
əlavə tiyul və maaş hökmlərini və onların ünvanını da yazırdı. Həm 
də hökmlər və fərmanlar sırasında məvacib, tiyul, həmesale, ənam, 
tənxah baratı  və onlara aid sənədləri möhürləyərdilər. Vəzir bu 
idarənin mustoufisi ilə bərabər (padşahın) behiştə bənzər məclisində 
qorçuların sayını, san vəsiqələrini, tiyul, məvacib, həmesalesinin 
miqdarını ərz edirdi (132, 36-37). Şah Təhmasibin dövründə Şamlı 
elinin Ərəbgirli oymağından olan Əliqulu bəy qorçuların vəziri idi. I 
Şah Abbas hakimiyyətə keçənə qədər o bu vəzifədə qalmışdı. Mirzə 
Fətulla isə qorçuların mustoufisi idi. Ondan sonra qorçuların vəzir-
ləri bir qayda olaraq bu nəsildən təyin olunurdu (80, 164-165). 
İskəndər bəy Münşi Türkmanın «Tarix-i aləm arayi Abbasi» 
əsərində Ərəbgirli əsilzadələrinin fasilələrlə bu vəzifədə olmaları ilə 
yanaşı, Həmədan  əsilzadələrindən Məlik bəyin də qorçu vəziri 
olması haqqında məlumat vardır. Türk və fars dillərində  şeirlər 
yazan Məlik bəy Həmədanın  Əsədabad kəndində anadan olmuş, 
gənc yaşlarında Xorasanda Abbas Mirzənin sarayında qulluq etmiş 
və Abbas Mirzə Şah olduqda onu da qorçu mustoufisi təyin etmiş-
dir. Bir qədər sonra Məlik bəy qorçu vəziri olmuşdu. O, 1611-ci ildə 
vəfat etmişdir (80, 851). 
 «Təzkirət  əl-müluk» qeyd edilir ki, qorçu mustoufisinə tabe 
olan dörd nəfər mirzə fərdi qulluğa qəbul barədə verilmiş hökmlərin 
tarixini, məvacib,  ənam, tiyul, həmesale, tələb miqdarı, qarovul 
dəftərini hazırlayırlar ki, burada qarovula üzürsüz səbəbə görə 
çıxmayanlar və onların buraxdıqları günlərin sayı da göstərilirdi. 
İdarə  vəsiqələri, hazır-qaiblik təsdiqləri, işdən çıxarılma və  vəfat 
vərəqələri mustoufi və onun mirzələrinin dəftərxanasında saxlanılır. 
Mirzələrin yoxlama yekunları əsasında qulluqdan çıxanların məva-


 
163 
 
 
cibi, qaiblik günləri və  səfərdən qayıtma zamanın təfavüt hissəsi, 
vəfat edənlərin (qanunla) qərarlaşdırılmış  həmesale və tiyulları 
hökumət nəfinə  zəbt olunurdu. Qorçuların tələb, tənxah, tiyul və 
həmesale vəsiqələini, qorçu camaatının tiyul, həmesale, məvacib, 
barat hökm və fərmanlarını, mülazimlik hökmlərini mirzələr yazır-
dılar. Bütün sənədlər hazırlandıqdan sonra onlar mustoufinin imza 
və möhürü ilə təsdiq edildi (132, 37). 
«Təzkirət  əl-müluk»da qorçularla yanaşı, qulam, tüfəngçi və 
topçuların da vəzr və mustoufilərinin statuslarının şərhi verilmişdir 
(132, 38, 39, 40). Faktiki olaraq, qorçu vəzir və mustoufisi kimi, 
qulam, tüfəngçi və topçu vəzir və mustoufisi də öz idarə səlahiyyət-
ləri çərçivəsində eyni funksiyanı yerinə yetirir, hətta onların işçi-
lərinin sayında ciddi fərq yox idi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə