Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   47   48   49   50   51   52   53   54   ...   111

 
152 
 
 
topxana və topçulara aid işləri topçubaşı araşdırıb həll edirdi. Qeyd 
olunan  əsgəri heyətin mülazimlik hökmləri, tiyul, həmesale, iqta 
baratı, təhxah və mükafatları topçubaşı  tərəfindən yazılıb möhür-
lənirdi. Topçuların san siyahısını bu idarənin vəziri və mustoufisi 
topçubaşının iştirakı ilə Şahın qulluğunda ərz və təqdim edirdi (132, 
14). Ordudakı tabeçilik qaydasına görə topçubaşı, qorçubaşı  və 
qullarağasından sonra üçüncü yerdə durur, ancaq döyüş dənizdə baş 
verdikdə, o, dəniz qüvvələrinə  də başçılıq edir və bu zaman dəniz 
əsgəri heyətinin  əmiri hesab olunurdu. Ancaq Səfəvi dövlətinin 
xüsusi hərbi dəniz donanması yox idi. Yalnız Xəzər dənizi və İran 
körfəzində kiçik çaplı odlu silahlarla təchiz olunmuş ticarət gəmiləri 
vardı (96, 90). V.Minorski yazır ki, baxmayaraq Həsən bəy Rumlu 
Şah Təhmasibin qazilərinin 1552-ci ildə top və tüfəngdən istifadə 
etdiklərini yazmışdır, ancaq artilleriya İranda populyar silah deyildi 
(103, 55). Əbdi bəy Şirazi isə qızılbaşların özbəklərlə 1528-ci ildə 
Damğan savaşında «igid tüfəngçilərin» adını  çəkmişdir (28, 58). 
Minadoi isə 1558-ci ildə yazırdı ki, Səfəvilər bu günə qədər topdan 
istifadəni mənimsəməmişlər. Bu onların top düzəltməyi bacar-
madıqlarını, yaxud material çatışmamazlığına görə yox, daha çox 
belə amansız silahdan insanlara qarşı istifadəni rüsvayçılıq hesab 
etmələri ilə  əlaqədardır (103, 55). Əslində bu məlumatı tarixi 
gerçəklik kimi qəbul etmək doğru olmaz, ona göə ki, Həsən bəy 
Rumlunun yazdığına görə XVI əsrin 30-cu illərində Xorasanda 
özbəklərə qarşı savaşda topçu Ustad Şeyxinin topçuları  və Rumlu 
tüfəngçiləri haqqında məlumat verilmişdir (77, 212). O cümlədən 
1539-cu ildə Xorasanın Xəvaf hakiminin oğlu üsyan edib Ost 
qalasını tutduqda, Şah Təhmasib öz topçu və tüfəngçilərini oranı 
geri almağa göndərmişdi. Ost geri alındıqdan sonra yaxın kəndlər-
dən birində gizlənmiş Xacə  Kəlana nəsihət vermək üçün onun 
yanına göndərilmiş topçubaşı Ustad Şeyxi və bu zaman Astaraya 
göndərilən Qızılbaş qoşunun rəhbər heyətində topçubaşı Süleyman 
bəy haqqında məlumata da təsadüf edilir (28, 83; 77, 293). Bu 
hadisədən xeyli sonra, yəni 1603-cü ildə Bəlx savaşına Şah Abbas 
300 zərbzən (top) və 1000 tüfəngçi aparmışdı (80, 427-428; 103, 
55). E.Kempferin yazdığına görə 1622-ci ildə portoqollarla savaşda 


 
153 
 
 
xeyli top ələ keçirilmişdi ki, onlardan 10 ədədi Bəndər Abbasda, 
qalanı isə başqa qalalarda yerləşdirilmişdi. 1637-ci ildə isə Holşteyn 
hökmdarı III Fridrixin Şaha göndərdiyi bir neçə top isə  Qəzvində 
idi. Topxanaya aid olan döyüş sürsatı və başqa ləvazimatlar Təbərək 
qalasında xüsusi cəbbəxanada saxlanılırdı (96, 90). 
Şardenə görə  əvvəllər topçuların sayı 12000 nəfər olmuş  və 
1638-ci ildə Bağdad itirildikdən sonra onların sayı azadılmış  və 
sonra II Şah Abbas bu korpusu 1655-ci ildə onların topçubaşısı 
Hüseynqulu xan öldükdə  ləğv etmişdir (112, c.3, 1197; 103, 55). 
Ancaq Səfəvilərin hakimiyyətinin son illərində artileriya korpu-
sunun hüquqları ehtimal ki, özünə qaytarılmışdır. Belə ki, Sanson 
Səfəvi dövlətində XVII yüzilliyin 80-ci illərində 4000 nəfərdən 
ibarət topçu olduğunu yazır ki, onun bu məlumatı artileriya korpu-
sunun yenidən təşkil olunduğunu göstərir (106, 48). Şah Sultan 
Hüseynin (1694-1722) Xorasana müxtəlif hərbi ekspedisiyasında da 
artileriyanın qoşunun bir hissəsi kimi yenə də adı çəkilir (103, 55). 
Təəssüf ki, bu günə qədər bizə məlum olan yerli qaynaqlarda 
hərbi islahatlar və onların tarixi haqqında dəqiq məlumat yoxdur. 
Ancaq  əvvəl göstərildiyi kimi, yerli qaynaqlarda XVI yüzillikdə I 
Şah Abbasa qədər müəyyən savaşlarda və xüsusilə müdafiə döyüş-
lərində topdan, tüfəngdən istifadə olunduğu haqqında məlumatlara 
təsadüf edilir və  Təbrizdə, Dərbənddə tüfəngçi hərbi dəstələrin də 
olduğu göstərilmişdir. Doğrudur, dövrün Avropa ədəbiyyatında 
yerli qaynaqlarla müqayisədə Azərbaycan Səfəvi dövlətinin hərbi 
təşkilatı, döyüş texnikası haqqında məlumat daha çoxdur. Ancaq 
dövrün Avropa ədəbiyyatlarında təhriflərə də yol verilmiş və bəzən 
isə bu ədəbiyyatlardakı  məlumatlar tarixi gerçəkliklərlə  səsləşmir. 
Məsələn, Pyetro della Valle 22 aprel 1619-cu il məktubunda qeyd 
edir ki, tüfəngçi korpusunu bir neçə il əvvəl ser Antoni Şerlinin 
məsləhəti ilə I Şah Abbas yaratmışdır (86, 344). Yaxud onun 
qardaşı Robert Şerlini  şəxsən tanıyan Purçal isə yazır: «Məğrur 
iranlıya (Qızılbaş-Z.B.) döyüş sənətini Şerli öyrətdi və o buna qədər 
topdan istifadə etməyi bilmirdi. İndi onun 500 mis topu və 6000 
tüfəngi vardır» (103, 50). 


 
154 
 
 
V.Minorski yazır ki, Ser Antoni ilə birlikdə  İranı (Səfəvi 
ölkəsini-Z.H.) tərk edən tərcüməçisi Ancelo Romada (28.XI.1519) 
Şah Abbasın yay-ox, qılınc ilə silahlanmış 100.000 nəfərə  qədər 
süvari qoşun səfərbər etmək imkanına malik olduğunu bildirmişdi. 
Bundan savayı, onun 50.000 nəfər tüfəngçisi vardır ki, onlar əyri 
qılıncla da silahlı idilər. Bir vaxtlar o, tüfəngçidən istifadə etmirdi, 
ancaq indi onlarla fəxr edir və çalışır ki, onlar xidmətdə olsunlar. 
Bundan başqa, onun bir neçə  ədəd topu da vardır ki, tatarlardan 
(Osmanlı türkü) qənimət götürmüşdür. Ser Denis Rossun məlumat-
larında da göstərilir ki, Şahın artıq topçu (top tökən) məsələsində 
çətinliyi yoxdur. Ona görə ki, bir neçə top ustası Osmanlı dövlə-
tindən narazı qalıb, Şahın xidmətinə keçmişdir. O cümlədən Robert 
və yoldaşlarına görə, onlar Səfəvi dövlətinə gələnə qədər burada top 
və tüfəngdən istifadə edə bilmirdilər və onların gəlişindən sonra 
vəziyyət dəyişmiş, artıq  Şahın  İsfahanda karxanasında 200 işçisi 
vardır ki, onlar kifayət qədər yaxşı top, tüfəng hazırlayırlar (103, 
51). Ancaq dövrün mötbər qaynaqlarına istinad edən S.M.Onullahi 
yazır: «…Şerli qardaşlarının İranda (Səfəvi ölkəsində-Z.B.) ilk dəfə 
top və tüfəng hazırlaması texnikasını öyrətməsi haqqında müddəa 
tam yanlışdır… Çaldıran döyüşünə  qədər Qızılbaş qoşununda top, 
tüfəng və mancanaq olmuşdur… bu silahların bəzisi… Təbrizdə 
istehsal olunurdu» (49, 117, 123). «Xolde bərin» də də 1585-ci ildə 
Təbrizin Osmanlı ordusu tərəfindən işğalı ilə bağlı hadisələrdən 
danışılarkən təbrizli Murad bəy Topçubaşıya və Heydər bəy Ənisin 
oğlu Bərxudar bəyə  Şahın top tökmələri barədə  əmr verməsindən 
bəhs edilir. Qaynaqda göstərilir ki, Bərxudar bəyin qırx beş günə 
tökdüyü bu top çox böyük olub, iyirmi beş batman ağırlığında 
mərmi atırdı (128, 727, 740). Mənbənin verdiyi bu məlumatlar, o 
cümlədən, ağır mühasirə topunun tökülməsi haqqındakı fakt da 
Antoniyə  qədər Səfəvi məmləkətində top tökülməsindən, Təbrizin 
ölkə miqyasında odlu silahlar istehsalına görə xüsusi əhəmiyyət 
kəsb etməsindən xəbər verir və  təbrizli topçuların  əski çağlardan 
çox böyük təcrübəyə malik olduqlarını da isbat edir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə